xış sözü azərbaycan dilində

xış

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xış • 94.7368%
  • Xış • 4.2105%
  • XIŞ • 1.0526%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xış
Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi. == Azərbaycanda xış növləri == Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi. Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı Azərbaycanın ayrı-ayrı bölgələrində "ulama", "çilə", "çatma", "məsənə", "uzatma" və s.
Xış sümüyü
Xış sümüyü (lat. os vomer) kəllənin üz hissəsinə aid olan tək sümüklərdən biri. Qeyri müntəzəm dördbucaq səfhə şəklində olub, bir növ xışa bənzəyir və burun sümük arakəsməsinin aşağı qismini təşkil edir. Aşağı kənarı burun darağı ilə, ön kənarı yuxarıda xəlbir sümüyünün perpendikulyar səfhəsi ilə və aşağıda burunun qığırdaq arakəsməsi ilə birləşir. Yuxarı kənarı iki səfhəyə ayrılıb lat. alae vomeris adlanan iki qanad əmələ gətirir. Aşağı tərəfdən bunlar əsas sümük dimdiyini əhatə edirlər. Yan səthlərində sinirlərə məxsus şırımlara təsadüf edilir. == Mənbə == Prof.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2006 •••••••••• 0.68
2007 ••• 0.21
2008 •••••••••••••••••••• 1.46
2010 •• 0.09
2011 •• 0.09
2012 ••• 0.17
2013 •• 0.15
2014 ••••• 0.34
2016 ••••• 0.35
2017 ••• 0.16
2018 ••••• 0.30
2019 •• 0.14

xış sözünün leksik mənası və izahı

  • 1 is. Yer şumlamaq üçün ibtidai kənd təsərrüfatı aləti. [Tarverdi] …xışları, boyunduruqları, cüt qayışlarını yoxlayır, əlavə xış düzəldir, yerə salmaq istəyirdi. S.Rəhimov. …Dağın lap ətəyində kəndli xışla yer şumlayırdı. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / xış

xış sözünün etimologiyası

  • 1 Radlovun əsərində bu söz qoş kimi verilib. Qoşa sözü ilə eyni kökə malikdir (təsadüfi deyil ki, farslar cüt sözündən istifadə edirlər: cütcü babasan...) Səbəbi isə odur ki, xışa bir boyun (yəni bir boyunduruqluq, iki ulaq) qoşurlar. Bəzən xış sözünü fars mənşəli hesab edirlər. Səhvdir. Dilimizdə xışma sözü var və o da qoşa sözü ilə qohumdur, xışma iki ovucun qoşalaşması ilə bağlı işlədilir. Qovuşmaq feili də qoşa (qoşalaşma, birləşmə) sözü ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / xış

xış sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XIŞ (köhn.) (yer şumlamaq üçün alət) [Gülsənəm:] Sənin işin ancaq xışdır, kotandır.. (A.Şaiq); CÜT Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli (A.Səhhət).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xış

xış sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. соха (примитивное земледельческое пахотное орудие). Torpağı xışla əkmək пахать землю сохой; мед. xış sümüyü сошник (вертикальная перегородка, разделяющая полость носа на две части); xışın ağzı сошник сохи II прил. сошный (производимый сохой). Xış şumu сошная пахота; balaca xış сошка ◊ birisi xışla, yeddisi qaşıqla один с сошкой, семеро с ложкой (поговорка: один работает – семеро едят)

    Azərbaycanca-rusca lüğət / xış

xış sözünün inglis dilinə tərcüməsi

xış sözünün fransız dilinə tərcüməsi

xış sözünün ləzgi dilinə tərcüməsi

xış sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. bax xiş2.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Borçalı) ətrafına ucu şiş dəmir və ya mıx bərkidilmiş xalta. – Xış çovan itində olor ki, canavarı yaralasın II (Çənbərək) daş duz qırıntıları. – Bir dağarcıx xış varıdı, kirkirədə döydü Qaravajı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"xış" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xış nədir? #xış sözünün mənası #xış nə deməkdir? #xış sözünün izahı #xış sözünün yazılışı #xış necə yazılır? #xış sözünün düzgün yazılışı #xış leksik mənası #xış sözünün sinonimi #xış sözünün yaxın mənalı sözlər #xış sözünün əks mənası #xış sözünün etimologiyası #xış sözünün orfoqrafiyası #xış rusca #xış inglisça #xış fransızca #xış sözünün istifadəsi #sözlük