* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | •••••••••••••••••••• | 0.34 |
2008 | ••••••••••••••• | 0.24 |
2012 | •••••• | 0.09 |
1 is. Bostan. Zəmilər işlənir, toxum səpilir; Qız, qadın əlləşib əkirlər xır. M.S.Ordubadi. Qurbanqulu çox iş sevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi. T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / xır1 XIR I is. Çınqıl, əzilmiş xırda daş parçaları. Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var (İ.Şıxlı). XIR II is. Bostan. Qurudu buğda, arpalar yandı; Ot-alaf bitdi, xırlar odlandı (M.S.Ordubadi). XIR III sif. Xalis, təmiz. Çörək xır duzdur.
Azərbaycan dilinin omonimlər lüğəti / xır2 1 сущ. нарез (в стволах орудий), резьба (винтовая нарезка) 2 горн. I сущ. 1. бут (строительный камень, употребляемый для возведения фундамента, а также оснований из такого камня) 2. гравий II прил. бутовый. Xır ştreki бутовый штрек, xır daşı бутовый камень
Azərbaycanca-rusca lüğət / xırI (Ağdam, İsmayıllı, Quba, Şamaxı) bax xiy I. – Xır bizin yerrərdə ulmaz, bizdə çəltik əkmiyədülər (Quba); – Gəl xıra su qoşağ, yanmasın (İsmayıllı) II (Ağdaş, Bakı, Quba, Oğuz) bostan. – Gedəgün bizim xıra qarpuz yeməgə; – Gecə xıra oğri gəlmişdü (Bakı) III (Ordubad) tamam. – Xörəx’ xır duzdu IV (Borçalı, Gədəbəy, Goranboy, Qazax, Tovuz, Zəngilan) çınqıl; cınqıl qarışıqlı qum. – Orda olan daşın çoxu xırdı (Qazax); – Bıra xırdı, bırda yaxşı şey olmır (Zəngilan); – Xır harava yolunda çox olor (Gədəbəy); – Yola daş döşədix’dən so:ra üstünə xır tökülsə yaxşı olar (Tovuz) V (Balakən) paxıl, xəbis VI (Cəlilabad, Göyçay, Kürdəmir) vint. – Maşının xırı açılmışdı (Cəlilabad) VII (Oğuz) bostan ləki VIII (Qazax) xırda. – Xırnan xurda bir sözdü
Azərbaycan dilinin dialektoloji lüğəti.