xırda sözü azərbaycan dilində

xırda

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xırda • 92.7040%
  • Xırda • 7.1879%
  • XIRDA • 0.1081%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xırda alma
Xırda alma (lat. Malus × micromalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Yaponiyada və Çində yayılmışdır. Hündürlüyü 7 m-ə çatan ağacdır. 42 illik ağacın hündürlüyü 12 m, gövdəsinin diametri 21 sm-dir. Budaqları dairəvi, açıq qəhveyi, sonralar tünd bənövşəyidir. Cavan budaqları sallaq, yumurtavari, çilpaqdır. Yarpağı növbəli, dar ellipsvari olub, uzunluğu 5-10 sm, eni 2,5-5 sm-dir. Cavan sallaq yarpaqları çılpaqdır. Vegetasiya dövrü apreldən oktyabra qədər davam etməklə mayın axırında çiçəkləyir, beşillik ağac bar verir.
Xırda atpıtrağı
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. Arcion minus Bubani Arctium chabertii Briq. & Cavill. Arctium chabertii subsp. aellenianum Arènes Arctium chabertii subsp. balearicum Arènes Arctium chabertii subsp. chabertii chabertii Arctium chabertii subsp. corsicum Arènes Arctium conglomeratum Schur ex Nyman Arctium euminus Syme Arctium lappa Kalm [Illegitimate] Arctium minus var. corymbosum Wiegand Arctium minus var.
Xırda balıq
Xırda balıq - Clupeidae fəsiləsindən Sprattus cinsinə aid yiməli balıqlara verilən ümumi addır. Bu termin həmçinin bir sıra digər kiçik balıq növləri (Clupeoides, Clupeonella, Corica, Ehirava, Hyperlophus, Microthrissa, Nannothrissa, Platanichthys, Ramnogaster, Rhinosardinia və Stolothrissa) üçün istifadə olunur. Əksər kimi, hamsi çox aktiv, kiçik, yağlı balıqdır. Onlar böyük təbəqə digər balıqlarla səyahət edir və gün ərzində fasiləsiz üzməkdədirlər. Bu balıqlar qida dəyəri ilə tanınırlar, çünki onların tərkibində insan pəhrizində faydalı hesab edilən çoxlu yağlar var və dünyanın bir çox yerində yeyilir. Hamar dadı ilə tanınır və körpə sardinalarını səhv salmaq asandır.
Xırda meşə göyərçini
Columba oenas (lat. Columba oenas) — göyərçin cinsinə aid heyvan növü.
Xırda qum ləpələri
Xırda qum ləpələri (rus. -рябь песчаная, ing. sand ripples) — küləyə perpendikulyar, bir-birinə paralel asimmetrik tirələr. Onlar qumun quru səthi üzərində küləyin 3–18 m/san sürəti zamanı 0,04 mm-dən böyük hissəcik-lərdən təşkil olunur. Tirənin külək tutmayan yamacının yuxarı hissəsində əmələ gəlmiş, səthi örtən qum danələrinin təbii meyillik üzrə sürüşməsi nəticəsində bu ləpələr hərəkət edir.
Xırda qur-qur
Xırda sinir lifləri neyropatiyası
Xırda sinir lifləri neyropatiyası və ya incə lif neyropatiyası və ya xırda lif periferik neyropatiyası - periferik sinirlərin xəstəliyidir. Burada əsasən və ya yalnız xırda somatik sinir lifləri, vegetativ sinirlərin lifləri və ya bunların hər ikisi zədələnmiş olur. Nəticədə hissiyatın (sensor) pozulması və/və ya vegetativ (vegetativ sinir sistemi) pozuntular inkişaf edir. Periferik sinir liflərinin bir neçə növü vardır. Bu bölgü sinirlərin diametri (qalınlığı) və miyelinizasiya dərəcəsindən asılıdır. İri sinir lifləri qalın miyelin örtüyünə malikdir və onlara A-alfa lifləri (hərəki sinirlər) və A-beta lifləri (vibrasiya və toxunma hissini ötürən sinirlər) aid edilir. Orta diametrli sinir lifləri və ya A-qamma liflər də miyelinizasiya olunub və impulsları əzələlərə daşıyır. Xırda diametrli liflər isə miyelinizasiya olunmuş A-delta liflərdən və miyelinizasiya olmamış C-liflərdən ibarətdir. Bu liflər dərinin (somatik liflər) və həmçinin ürək və saya əzələlər (vegetativ liflər) də daxil olmaqla qeyri-iradi hərəkətləri təmin edən əzələlərin innervasiyasını təmin edir. Birlikdə bu liflər ağrı, termal hissiyyat və vegetativ funksiyaları təmin edir.
Xırda-para cinayətlər (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
Adi xırdazirə
Adi cirəgülü (lat. Pimpinella anisum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü. == Yayılması == Adi cirəgülünün vətəninin Aralıq dənizi sahilləri və ya Yaxın Şərq olduğunu hesab edilsə də hələ də, onun vətəni dəqiq məlum deyil. Bəzi müəlliflər (Dekandol, Kalestani) isə bu bitkinin yabanı əcdadının Anisum creticum olduğunu hesab edirlər. == Sinonimləri == Anisum odoratum Raf. Anisum officinale DC. Anisum officinarum Moench Anisum vulgare Gaertn. Apium anisum (L.) Crantz Carum anisum (L.) Baill. Ptychotis vargasiana DC. Selinum anisum (L.) E.H.L. Krause Seseli gilliesii Hook. & Arn. Sison anisum (L.) Spreng.
Kanada xırdaləçəyi
Kanada xırdaləçəyi (lat. Erigeron canadensis) — xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Conyza parva Cronquist Erigeron canadensis L. Erigeron pusillus Nutt. Leptilon canadense (L.) Britton Leptilon pusillum (Nutt.) Britton Conyza canadensis var. canadensis (L.) Cronquist Conyza canadensis var. glabrata (A. Gray) Cronquist Conyza canadensis var. pusilla (Nutt.) Cronquist Erigeron canadensis var. glabratus A. Gray Erigeron canadensis var.
Qanun xırdalıqlarla məşğul olmur
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.
Qıvrım xırdaləçək
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Qəşənq xırdaləçək
Qəşənq xırdaləçək- (lat. Erigeron venustus) Çoxillik bitkidir. Gövdəsi düz, 10-40 sm hündürlükdə, sadə, bəzən 2-3 budaqlı, az yarpaqlı, tükcüklüdür. Kökyanı yarpaqları uzunsov və ya lansetvari-çəlovvari, ucu biz, bəzən küt, gövdə yarpaqları oturaqdır. Səbətləri 1-2 sm enində, yarımkürəvari, tək-tək gövdənin təpəsində yerləşir. Sarğısı tüklü, vəzili, boz və ya al qırmızı rəngdədir. Kənar çiçəkləri 1 mm enində dardilcikli, əlvan çəhrayı, orta çiçəkləri boruvari sarı rəngdədir. Toxumcaları 2–3 mm uzunluqda, zəif tüklüdür; kəkili toxumcadan 2 dəfə uzun, qəhvəyitəhər tükcüklüdür. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Yüksək dağ çəmənlərində, töküntü və qayaların üzərində bitir.
Uzunsov xırdaləçək
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Xırdabaşlıqlı gəvən
Xırdabaşlıqlı gəvən (lat. Astragalus microcephalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır. 40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür.
Xırdabulaq (Miyanə)
Xırdabulaq (fars. خورده بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 301 nəfər yaşayır (82 ailə).
Xırdagülçiçi xalçaları
Xırdagülçiçi xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Xalçaçılıq sənəti sahəsində Quba rayonunun ərazisində yerləşən Çiçi kəndinin xalça sənətkarları hələ orta əsrlər dövründən özünə layiqli yer tuta bilib. Çiçi kəndində əsasən dörd çeşiddə xalça toxunmuşdur. Bunlardan biri "Xırdagülçiçi" xalçasıdır ki, bunları Quba rayonunun Dərə Çiçi kəndində toxuyublar. Bu adı sənətkarlar özləri xalçaya vermişdilər. "Xırdagülçiçi" xalçaların ümumi kompozisiyasını onun səthində üfüqi və şaquli istiqamətdə biri-birini tamamlayan xırda güllərin olması təşkil edir. "Xırdagilçiçi" xalçaları özündə ən çoxu orta əsrlər rəsm elementlərini qoruyub saxlamışdır.
Xırdalama, qranulyasiya
Xırdalama, qranulyasiya (ing. granularity, rus. степень детализации) — verilmiş iş rejiminin məna dəyəri daşıyan müəyyən standart elementin ölçüsü ilə ifadə olunan xarakteristikası. Kompüter proseslərinin xırdalanması şəkərin, duzun, daşın xırdalanması kimidir: parçalar nə qədər böyük olarsa, qranulyasiya da o qədər kobud alınır. Bu termindən ekranın çözümlülüyünün təsvirində, verilənlər bazasına baxış və çeşidləmə meyarlarının təsvirində, eləcə də mikroprosessorun konkret əməliyyata, məsələn, fon rejimində çapa ayırdığı zaman intervalının təsvirində istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xırdalan
Xırdalan — Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan şəhər inzibati ərazi dairəsində şəhər, Abşeron rayonunun inzibati mərkəzi. XIV əsrin əvvəllərində kənd kimi yaranan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930–1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir. 1936-cı ildə şəhər tipli qəsəbə, 2 oktyabr 2006-cı ildə isə şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilmiş, Xırdalan qəsəbə inzibati ərazi vahidi Xırdalan şəhər inzibati ərazi vahidi adlandırılmışdır. Xırdalan şəhəri Abşeron yarımadasının qərb hissəsində, Ceyranbatan su anbarının cənubunda, Bakı və Sumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr yüksəklikdə yerləşir. Azərbaycanın paytaxtı Bakıya qədər məsafə 5 km təşkil edir. Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır. Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir.
Xırdalan (pivə)
Xırdalan — Azərbaycanın məşhur pivə brendi. Xırdalan pivəsinin 2 növü vardır: Xırdalan klassik və Xırdalan Draft. Xırdalan brendinin tarixi 2000-ci ilin əvvəlindən başlayır. Brend "Baltika-Bakı" zavodunun yerləşdiyi Xırdalan şəhərinin adının şərəfinə adlandırılıb. Bu gün "Xırdalan" ticarət nöqtələrinin 94%-də təqdim olunur və Azərbaycan Respublikasında liderlik etməyə davam edir. Xırdalan ənənəvi reseptlə istehsal olunur - tərkibinə yalnız klassik inqrediyentlər: maya, mayaotu və su daxildir. "Baltika-Bakı" zavodunda quraşdırılmış müasir avadanlıq, pivəbişirənlərin ustalığı, o cümlədən ən yaxşı xammaldan istifadə Xırdalan pivəsini əlverişli qiymətə dəyişilməz yüksək keyfiyyət və əla dadla təmin edir. Xırdalan pivəsi Azərbaycan istehlakçılarının üstünlük verdiyi dadların nəzərə alınması ilə işlənib hazırlanmışdır. "Xırdalan Klassik" - Azərbaycanın ən populyar pivə brendidir, yalnız sudan, mayadan və mayaotundan istifadə etməklə pivəbişirmənin təmizliyi barədə gizli qanuna uyğun olaraq ənənəvi reseptlə bişirilmiş klassik açıq pivədir. Onun hazırlanması zamanı pivəyə nəcib acılığı verən acı mayaotu növlərindən istifadə olunur.
Xırdalan Cümə məscidi
Xırdalan Cümə məscidi — Xırdalan şəhərində yerləşən müsəlman dini məbədi. Məscid 1842-ci ildə inşa edilib. Xırdalan Cümə məscidi 1842-ci ildə (hicri-qəməri ilə 1263-cü il) Axund Hacı Molla Qafur Molla Ələskər oğlunun təşəbbüsü və Xırdalan kəndinin imkanlı adamlarının maddi yardımı ilə inşa olunub. Məscid vaxtilə həmin ərazidə yerləşmiş kiçik köhnə məscidin yerində tikilib. Tikintidə istifadə olunan daşlar at-araba ilə Alatava və Güzdəkdən daşınıb gətirilmişdir. Məscid Bakı-Abşeron memarlığı üçün ənənəvi üslubda tikilib. 1937-ci ildə minarəsi dağıdılmış, əsas binadan bir müddət kolxozun taxıl anbarı kimi istifadə olunub. Məscidin həyətindəki minarənin daşları sökülərək Xırdalan kənd məktəbinin tikintisində istifadə olunmuşdur. Hazırkı minarə isə 1999-cu ildə tikilmişdir. Hazırda məscidin nəzdində mədrəsə də fəaliyyət göstərir.
Xırdalan bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xırdalan Siti FK
Xırdalan Siti FK — və ya digər adı ilə Xırdalan Siti Futbol Klubu. 2016-cı ildə təməli qoyulan klub, 2023-cü ildə fəaliyyətini dayandırdı Klubun tarixi 2016-cı ildən başlayır. Belə ki, həmin ildə Azərbaycan Respublikasında qadın futbolunun kütləşviləşdirilməsinə dəstək olmaq, qızların futbol bacarıqlarını üzə çıxarmaq, qlobal arenalara gedən yolda onlara dəstək olmaq məqsədilə təsis olunub. 2019-cu ildən “Xırdalan Siti” klubu "AFFA Yüksək Qızlar Liqası"nda mübarizə aparır. Sonuncu 2021/22 mövsümündə klub, Turniri 4-cü pillədə başa vurdu. 2022/23 mövsümü üçün ciddi dəyişikliklər edən, daha peşəkar və iddialı komanda formalaşdıran rəhbərlik çempionluq üçün mübarizə aparır. 1-ci dövrədən sonra komanda 22 xalla liderlər sırasında qərarlaşıb. Azərbaycanın qadınlar üzrə millisinin martın 10-dan, 15-nə qədər olan tarixində, yaş qrupları üzrə iki yoldaşlıq görüşü keçirildi. "Xırdalan Siti" klubunun 4 futbolçusu da millinin heyətində yer aldı. Klubun hədəfi qalibiyyətlərdir.
Xırdayarpaq mürdəşər
Xırdayarpaq mürdəşər (lat. Frangula microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Qafqazda yayılıb. Budaqları pırpızlaşmış, alçaq boylu yerə yatan koldur. Cavan budaqlarının qabığı tünd qəhvəyi rəngdədir. Yarpaqları topa halında yerləşərək oturan, oval və ya ellipsvari, uc tərəfdən sivrilənmiş olur. Qaidə tərəfdən dəyirmi və ya enli pazvaridir, üstdən tünd yaşıl, altdan qızılı sarı, parlaqdır. Çiçəkləri xirda, ensiz zəngvari, yarpaq qoltuğunda 2-3-ü birgə yerləşir. Meyvəsi tünd qonurdur. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayinda yetişir.
Xırdabaşlıqlı astrakanta
Xırdabaşlıqlı gəvən (lat. Astragalus microcephalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır. 40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür.

xırda sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Həcmcə, ölçücə, boyca kiçik, balaca. Xırda boy. Xırda əl. Xırda həb. Xırda daş. – …Zeynal özü ilə ancaq xırda bir dəftərçə götürdü… B.Bayramov. // Addım haqqında. Əlində qəhvəyi rəngli kiçik redikul, xırda və yeyin addımlarla gedən Lətifə başını yuxarı qaldıranda Tahiri gördü. M.Hüseyn. 2. Yaşca kiçik, balaca. Xırda qız. Xırda uşaqlar. – Mən İrəvana çatan kimi Hacının xırda oğlu Məşədi Ələkbər çıxdı qabağıma və zor ilə məni apardı evlərinə. C.Məmmədquluzadə. Camaatın içərisində Cavadın diqqətini cəlb edən xırda, sarışın bir oğlan uşağı var idi. Ə.Vəliyev. Bir dəstə xırda uşaq Kamili araya aldı. M.Süleymanov. 3. məc. O qədər də əhəmiyyəti olmayan, diqqəti cəlb etməyən, ikinci dərəcəli, cüzi. Əvvələn, xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür. C.Məmmədquluzadə. [Leyla:] Xırda hisslərlə yaşayan insan min il yaşasa da elə kölgədir. B.Vahabzadə. 4. Maddi imkanları az olan, iqtisadi cəhətcə zəif. Xırda mülkiyyətçi. Xırda təsərrüfatlar. Xırda müəssisələr. 5. Yüksək, ictimai və ya xidməti vəzifə tutmayan. Xırda məmur. O, idarədə xırda bir vəzifədə çalışır. 6. Yüngülvari, cüzi. Xırda alver. – [Məlikin] atası xırda alverçi idi… M.İbrahimov. Aşağı bazarda xırda alış-verişçilər, baqqallar, dərzi və papaqçılar yerləşmişdi. H.Sarabski. 7. İs. mənasında. Xırda pul (metal ağ və ya qara pul). Zahidoğlu əlini uzadıb xırdanı götürdü və yavaşca cibinə atdı. S.Rəhimov. [Təmraz:] Mehralı, sən zəhmət çəkmə, məndə xırda var. S.Rəhman. [Nəcəf bəy Cavanşir bəyə:] Sən [Bəhruza] nə qədər vermişdin ki, o sənə bu qədər xırda qaytarmışdır. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / xırda

xırda sözünün etimologiyası

  • 1 Farsca xord (kiçik) sözünün dəyişilmiş formasıdır. Bizdə uvaq sözü işlədilib, üyütmək (üvütmək) sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / xırda

xırda sözünün sinonimləri (yaxın mənalı sözlər)

xırda sözünün antonimləri (əks mənalı sözlər)

xırda sözünün rus dilinə tərcüməsi

  • 1 1. маленький, мизерный; 2. мелкий, маломерный, дробленный; 3. убористый; 4. мелко;

    Azərbaycanca-rusca lüğət / xırda
  • 2 I прил. 1. мелкий: 1) состоящий из малых однородных частиц. Xırda qum мелкий песок, xırda düyü мелкий рис, xırda çınqıl мелкий щебень 2) состоящий из небольшого числа людей, малочисленный. Xırda qruplar мелкие группы, xırda təşkilatlar мелкие организации, xırda sexlər мелкие цехи, xırda hərbi hissələr мелкие военные подразделения 3) состоящий из быстро следующих один за другим элементов, частый. Xırda addımlarla мелкими шажками 4) небольшой по величине, объему, размерам. Xırda qarpızlar мелкие арбузы, xırda almalar мелкие яблоки, xırda dişlər мелкие зубки, xırda qan damarları мелкие кровеносные сосуды 5) с малыми экономическими возможностями; экономически маломощный. Xırda müəssisə мелкое предприятие, xırda təsərrüfatlar мелкие хозяйства 6) не нуждающийся в больших усилиях. Xırda kəm-kəsir мелкие недоделки, xırda pozuqluq мелкие неполадки 7) занимающий невысокое общественное или служебное положение. Xırda qulluqçular мелкие служащие 8) не имеющий большого значения; несущественный, незначительный. Xırda mövzular мелкие темы, xırda rollar мелкие роли, xırda təfsilatları ilə с мелкими подробностями; xırda işlər мелкие дела, xırda məsələlər мелкие вопросы 9) лишенный значительности, ничтожный, низменный. Xırda (cılız) məqsədlər мелкие цели, xırda (cılız) hisslərlə yaşamaq жить мелкими чувствами 10) экон. небольшой, незначительный. Xırda xərclər мелкие расходы, xırda kredit мелкий кредит; xırda pul мелкие деньги 2. маленький, малолетний, малый (небольшой по возрасту). Xırda uşaqlar малые дети II нареч. мелко (небольшими по величине частями, кусочками, каплями). Xırda doğramaq мелко нарезать III сущ. 1. мелочь (мелкая разменная монета). Xırdan var? есть у тебя мелочь? məndə xırda yoxdur у меня нет мелочи 2. сечка (дроблёная крупа). Düyünün xırdası сечка риса

    Azərbaycanca-rusca lüğət / xırda

xırda sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. small, petty, fine; ~ pul (small) change, small coin; ~ xərclər petty expenses; everyday expenses; ~ qum fine sand; ~ yağış drizzling rain, drizzle; ~ oğurluq petty larceny; pilferage; ~ təsərrüfat small / petty farming; ~ mülkiyyətci small owner; ~ burjuaziya petty bourgeoisie II. z. fine, into small particles; ~ üyütmək to grind* small; ~ yazmaq to write* small; to write* a fine / small / minute hand

    Azərbaycanca-ingiliscə lüğət / xırda
  • 2 * dribs and drabs мелочи / крохи

    Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / xırda

xırda sözünün fransız dilinə tərcüməsi

xırda sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. куьлуь, гъвечӀи (мес. майишат, кархана, везифа); бицӀи; xırda əl гъвечӀи гъил; xırda daş куьлуь къван; 2. яшдиз гъвечӀи, куьлуь, бицӀи, бицӀек; xırda uşaqlar куьлуь аялар; 3. пер. акьван еке метлеб авачир, жизви, куьлуь; 4. кьезил, куьлуь (мес. алвер); 5. сущ. куьлуьбур, куьлуь пул, цуьлуь пул (металлдин).

    Azərbaycanca-ləzgicə lüğəti / xırda

"xırda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xırda nədir? #xırda sözünün mənası #xırda nə deməkdir? #xırda sözünün izahı #xırda sözünün yazılışı #xırda necə yazılır? #xırda sözünün düzgün yazılışı #xırda leksik mənası #xırda sözünün sinonimi #xırda sözünün yaxın mənalı sözlər #xırda sözünün əks mənası #xırda sözünün etimologiyası #xırda sözünün orfoqrafiyası #xırda rusca #xırda inglisça #xırda fransızca #xırda sözünün istifadəsi #sözlük