xış-oraq sözü azərbaycan dilində

xış-oraq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xış-oraq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xış
Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi. == Azərbaycanda xış növləri == Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi. Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı Azərbaycanın ayrı-ayrı bölgələrində "ulama", "çilə", "çatma", "məsənə", "uzatma" və s.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
Xış sümüyü
Xış sümüyü (lat. os vomer) kəllənin üz hissəsinə aid olan tək sümüklərdən biri. Qeyri müntəzəm dördbucaq səfhə şəklində olub, bir növ xışa bənzəyir və burun sümük arakəsməsinin aşağı qismini təşkil edir. Aşağı kənarı burun darağı ilə, ön kənarı yuxarıda xəlbir sümüyünün perpendikulyar səfhəsi ilə və aşağıda burunun qığırdaq arakəsməsi ilə birləşir. Yuxarı kənarı iki səfhəyə ayrılıb lat. alae vomeris adlanan iki qanad əmələ gətirir. Aşağı tərəfdən bunlar əsas sümük dimdiyini əhatə edirlər. Yan səthlərində sinirlərə məxsus şırımlara təsadüf edilir. == Mənbə == Prof.
Oraq hüceyrəli anemiya
Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrin (eritrositlərin) irsi xəstəliyi. Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, çünki hemoqlobinin beta zəncirində baş vermiş mutasiya sonucunda yaranır. == Digər adları == == Xəstəliyin yayqınlığı == Oraq hüceyrəli anemiya əcdadları malyariyanın yayğın olduğu tropik və subtropik bölgərəldə yaşamış şəxslərdə olur: Azərbaycan, Türkiyə, Yunanıstan, Səudiyyə Ərəbistan, Hindistan, Əfqanıstan, Afrika. == İrsiyyət == Patoloji HbS hemolqlobini == Genotiplər == Tez-tez rastlanan genotiplər aşağıdakılardır: HbSS homoziqot HbS qarışıq heteroziqot HbS-β-Thal xəstəliyi HbSC xəstəliyiDaha nadir genetik kombinasiyalar isə bunlradır: HbSD HbS OArab HbS Lepore == Əlamətləri == Oraq hüceyrəli anemiya erkən uşaqlıqda özünü büruzə verir. İlk 6 aylarında südəmər körpələr hemoqlobin F ilə qorunur, bundan sonra xəstəlik aşkar özünü göstərir. === Ağrılar === ==== Ağrı tutmaları ==== Xəstəliyin ən sıx rastlanan bəlirtisi vazo-okklyuziv krizlərdir (damar tıxanma krizləri, tutmaları). Bu zaman kiçik qan damarların oraqvarı eritrositlərlə tıxanır, və qan təchizatının pozulması işemik zədələnməyə və ağrılara gətirib çıxarır. Homoziqot Hb S daşıyıcılarının təqribən 50% bu cür ağrı tutmaları keçirir. Ağrıların təkrarlanma tezliyi xəstədən xəstəyə çox fərqlidir: bəzilərində ildə 6 və ya çox tutma olur, bəzilərində isə böyük fasilələrlə olur ya da heç olmur.
Oraq və çəkic
Oraq və çəkic (Unicode: "☭") — kommunizmin simvolu. Oraq çəkicin üzərinə diaqonal olaraq qoyulmaqla əmələ gəlir. Bu iki simvol fermerləri və proletariatı simvollaşdırır. Ən məşhur forması, Sovet İttifaqının bayrağındakı oraq və çəkicin qızıl ulduzla birlikdə istifadə edildiyi formasıdır. Bundan əlavə, bir çox bayraq və emblemlərdə istifadə edilmişdir. Unicode simvol standartında "oraq və çəkic" simvolunun kodu U+262D (☭)-dir. == Tarixi == Oraq və çəkic simvolu Sovet İttifaqının yarandığı illərdə, 1917–1918-ci illərdə istifadə olunsa da, 1923-cü ildən rəsmi olaraq istifadə edilməyə başlandı. İlk simvollarda qılınc da var idi. Bu qılınc inqilabın arxasında duran üçüncü qüvvə olan əsgərləri təmsil etmək üçün qoyulmuşdu, lakin Vladimir Lenin bunun çox təhqiramiz bir görüntü olduğunu düşünərək, qılınc təsvirinin kommunist ənənəsinin bir hissəsi olmadığını və qılıncın emblemə daxil edilməməsinə qərar verildi. O zamankı Qızıl Ordunun forma və medallarında, papaqlarında və s.
"Oraq və Çəkic" medalı
"Oraq və Çəkic" medalı — Sosialist Əməyi Qəhrəmanının atributu
Oraq, çəkic və yazı fırçası
Oraq, çəkic və yazı fırçası və ya oraq, çəkic və qələm — Şimali Koreyada hakim olan Koreya Fəhlə Partiyası bayrağında yer alan emblem və Çuçxe idealogiyasının simvolu. Kommunizmin klassik simvolu olan, proletariatı və əkinçiləri təmsil edən oraq və çəkic simvolu ilə yanaşı, Koreya gözəl yazı sənəti aləti və ziyalı təbəqəsini təmsil edən yazı fırçası əlavə edilərək yaradılmışdır. == Tarixi == oraq, çəkic və yazı fırçası, istifadə baxımından Çuçxe fəlsəfəsinin simvolu kimi də tanınır. Marksist-Leninist əsaslara söykənən Çuçxe fəlsəfəsinin azərbaycanca qarşılığı “Müstəqil mövqe” və “özünü təmin etmək”dir. Şimali Koreyanın qurucusu Kim İr Sen, Çuçxe ideyası ilə doqmatizmi məğlub etməyi qarşısına məqsəd qoymuş, ideoloji sahədə özünü təmin etmək üçün əsas yaratmaq istəmiş və nəticədə Çuçxe konsepsiyası həyatın bütün sahələrinə daxil olmuş və təsir etmişdir. Çuçxe fəlsəfəsinə görə, insan onu digər varlıqlardan fərqləndirən yaradıcılıq, zəka və müstəqillik xüsusiyyətləri sayəsində inkişaf edir, öyrənir və daim irəliləyir. insan instinktlərindən kənarda, yalnız təhsil, müzakirə və yaradıcılıq təcrübəsi vasitəsilə irəliləyə bilər.

Oxşar sözlər

#xış-oraq nədir? #xış-oraq sözünün mənası #xış-oraq nə deməkdir? #xış-oraq sözünün izahı #xış-oraq sözünün yazılışı #xış-oraq necə yazılır? #xış-oraq sözünün düzgün yazılışı #xış-oraq leksik mənası #xış-oraq sözünün sinonimi #xış-oraq sözünün yaxın mənalı sözlər #xış-oraq sözünün əks mənası #xış-oraq sözünün etimologiyası #xış-oraq sözünün orfoqrafiyası #xış-oraq rusca #xış-oraq inglisça #xış-oraq fransızca #xış-oraq sözünün istifadəsi #sözlük