* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••• | 3.15 |
2004 | •••••• | 5.39 |
2005 | •••••• | 5.40 |
2006 | ••••• | 4.73 |
2007 | •••••• | 5.07 |
2008 | •••••••••• | 9.99 |
2009 | •••••• | 5.76 |
2010 | ••••• | 4.99 |
2011 | •••••••• | 7.98 |
2012 | •••••••• | 7.06 |
2013 | ••• | 2.48 |
2014 | •••••• | 5.15 |
2015 | ••••• | 4.76 |
2016 | ••••••••• | 8.50 |
2017 | ••••• | 4.55 |
2018 | •••••••••••••••••••• | 20.08 |
2019 | •••••••••••••••••• | 17.39 |
2020 | •• | 1.72 |
1 is. 1. Xörək bişirmək, su, yaxud evi qızdırmaq üçün bir tərəfi açıq, üç tərəfi daşdan, kərpicdən hörülmüş kiçik tikili; ümumiyyətlə, od yandırmaq üçün yer. Ocağa odun qoymaq. Ocaqda xörək bişirmək. – Kərbəlayı Qurban başmaqlarını çıxardıb ocağın qırağında oturdu. Çəmənzəminli. Daxma qaranlıq idi, ancaq ocağın işıltısından künc-bucağı seçmək olurdu. Ə.Vəliyev. □ Ocaq qalamaq – ocağa odun qoyub yandırmaq. Bu, əti doğrayır, o, ocaq basır; Bu, çörək bişirir, o, qazan asır. H.K.Sanılı. [Məzlum Aslana:] Dünən [komendantın] otağında ocaq qalayırdım. S.Vəliyev. 2. xüs. Sobanın və ya buxar qazanının yanacaq yandırılan yeri, hissəsi. Parovozun ocağı. – Nəhəng ocaqların yeknəsəq uğultusu eşidilirdi. H.Seyidbəyli. //Kirəc yandırılan yer. 3. din. Pir, müqəddəs yer, ziyarətgah. [Sönməz:] Ərəblər əvvəlləri heç olmazsa böyük mərkəzlərdəki ocaqlara, ibadətxanalara toxunmurdular. C.Cabbarlı. Şəhərdə böyük möcüzələr görünmüşdü, çoxlu ocaqlar, pirlər zühur etmişdi… Çəmənzəminli. 4. məc. Doğma ev, ev-eşik, yurd. Göz dikərək yad ellərin şəfa verməz ocağına; Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm? A.İldırım. 5. məc. Bir şeyin olduğu, törədiyi, yayıldığı yer; mərkəz; mənbə. Maarif ocağı. Elm ocağı. ◊ Ocaq yanmasa tüstü çıxmaz – bir şeyin səbəbsiz olmadığını, bir şey haqqında əsassız danışılmadığını bildirən atalar sözü. Nə isə, ocaq yanmasa tüstü çıxmaz, deyiblər. B.Bayramov. Ocağını söndürmək (kor qoymaq) – evini xaraba qoymaq, ailəsini dağıtmaq. [Turac Gülsabaha:] Sən neçin bizim ocağımızı söndürürsən? C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / ocaq1 Od sözündəndir. Odcaq (od və çaq (çax) hissələrindən əmələ gəlib, çaxmaq elə “yandırmaq” deməkdir.) kimi olub, sonra dəyişmələrə məruz qalıb. “Od yeri” (od yanan yer) mənasını əks etdirir. Odun sözü də od sözü ilə kökdaşdır, “od (yanmaq) üçün olan ağac” deməkdir. Od sözü isə, öz növbəsində, öt (yandır) kəlməsi ilə bağlıdır. Ütü, ütmək kəlmələri də buradandır. Öt sözünün ört forması da mövcud olub. Pörtmək sözü də buradan törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ocaq1 OCAQ I is. Od yanan yer. Arzum budur: yuvam olsun əbədi; Ocağımın bir də odu sönməsin (H.Billuri). OCAQ II is. Fanatiklərin müqəddəs və möcüzə hesab etdikləri müxtəlif yer və əşyalar. Müqəddəs ocaqları yaxıb ayaqladılar (S.Rüstəm). OCAQ III is. Mərkəz, yuva. Bu, sənət ocağı, elm ocağıdır; Əski yaşayışı vurub dağıdır (M.Müşfiq).
Azərbaycan dilinin omonimlər lüğəti / ocaq1 1. костер, топка; 2. жилище, родное пепелище, очаг; 3. рел. место и различные предметы, почитаемые фанатиками, как святые и чудотворные (жилище, могила, камни, деревья и др.);
Azərbaycanca-rusca lüğət / ocaq2 I сущ. 1. очаг: 1) устройство для разведения и поддержания огня. Ocağa odun atmaq бросать дрова на очаг; ocağın yanında oturmaq сидеть у очага, ocaqda xörək bişirmək варить обед на очаге 2) перен. родной дом, семья. Doğma ocaq родной очаг, ailə ocağı семейный очаг 3) средоточие, источник распространения, возникновения чего-л. Maarif ocağı очаг просвещения, elm ocağı очаг науки, mədəniyyat ocağı очаг культуры, müharibə ocağı очаг войны 4) источник распространения инфекции, заразы и т.п. Bərəm ocağı очаг туберкулеза 2. костёр (горящая или приготовленная для горения куча дров, хвороста, сучьев и т.п.). Ocaq qalamaq развести костер 3. топка (часть печи или котла, где сжигают топливо). Parovozun ocağı топка паровоза, ocağın təmizlənməsi чистка топки II прил. 1. очажный, очаговый. Ocaq közü очаговый жар 2. топочный. Ocaq qapıcığı топочная дверца ◊ ocağını kor qoymaq уничтожить чей-л. род; ocağı sönmək лишиться наследников, продолжателей рода; ocaq yanmasa tüstü çıxmaz нет дыма без огня, ocağını söndürmək kimin см. ocağını kor qoymaq
Azərbaycanca-rusca lüğət / ocaq1 i. 1. hearth; hotbed; bonfire; müharibə ocağı hotbed of war; ~ qalamaq to make a fire; to light* / to kindle a fire; ocağı sönmək məc. to ruin oneself; to die, to pass away; to become ruined; ocağını söndürmək to destory smb.’s hearth and home; to kill smb., to ruin smb.’s family; 2. a holy place
Azərbaycanca-ingiliscə lüğət / ocaq1 is. 1) âtre m ; foyer m ; 2) feu m ; bâti m ; müharibə ~ğı foyer de guerre ; ~ qalamaq faire du feu ◊ ~ ocağını dağıtmaq détruire le foyer (l’âtre) de qn
Azərbaycanca-fransızca lüğət / ocaq1 сущ. 1. къул; ocaqda xörək bişirmək къулал къафун чурун; ocağa odun qoymaq къула кӀарасар ттун; ocaq qalamaq къула цӀай авун (ттун), къула кӀарасар ттуна цӀай ягъун; 2. хуьс. пичинин, бухардин къажгъандин, паровоздин ва мс. цӀай кудай чка, пай; // киреж курдай чка; 3. дин. пӀир; 4. пер. къул, хайи кӀвал, кӀвал-югъ, диге, ватан; 5. пер. макан; меркез; elm ocağı илимдин макан; ** ocaq yanmasa tüstü çıxmaz. Ata. sözü цӀай авачир чкадай гум акъатдач; ocağını söndürmək (kor qoymaq) гум атӀун, кӀвал чӀурун, хзан чукӀурун.
Azərbaycanca-ləzgicə lüğəti / ocaqod və -caq; od yandırılan yer; pir, müqəddəs yer, yurd.
Azərbaycan kişi adlarının izahlı lüğəti