* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. İlin payızdan sonra gələn ən soyuq fəsli. Qarlı qış günündə. Bu il qış çox gec gəldi. – Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir. C.Məmmədquluzadə. O, şaxta, boranlı qış da bitdi; Alqışladığım bahar yetdi. A.Şaiq. Qərib qış axşamları yollara qar yağanda; At sürüb bir şenliyə, gecələdim Muğanda. Ə.Cəmil. □ Qış-yay (yaz) – daima, həmişə, ilin bütün fəsillərində. Qışyay bu cür paltar geyir. – Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / qış2 ру зима en winter de Winter fr hiver es invierno it inverno
Günəş energetikası terminləri lüğəti / qış1 Şübhəsizdir ki, qış və üş (üşümək) sözləri tarixi baxımdan eyni kökdən törəmişdir (rus dilində də зима və мороз kökdaş kəlmələrdir). Ehtimal etmək olar ki, qış, qırış, bürüş, büzüş, üşü tipli sözlər arasında qohumluq vardır və hamısı “soyuq” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qış1 QIŞ (ilin ən soyuq fəsli) [Qəndab:] Qarlı-çovğunlu qışın necə gəlib getdiyindən, yazın necə açıldığından xəbərim olmadı (B.Bayramov); ZİMİSTAN (kl.əd.) Molla Fəzləli: Nə eybi var, hər gecənin bir səhəri və hər zimistanın bir baharı olar (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / qış1 QIŞ – YAY Qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları ver (Çəmənzəminli).
Azərbaycan dilinin antonimlər lüğəti / qış2 I сущ. зима. Şiddətli qış суровая зима, qış üçün к зиме, на зиму; bütün qışı всю зиму II прил. зимний. Qış axşamı зимний вечер, qış geyimi зимняя одежда, qış yuxusu зимняя спячка, qış sürütləməsi лес. зимняя трелёвка, qış otlaqları зимние пастбища, qış palıdı бот. зимний дуб, qış günəşduruşu астр. зимнее солнцестояние
Azərbaycanca-rusca lüğət / qış1 I. i. winter; qarlı ~ snowy winter; qarsız ~ green winter; sərt / bərk ~ severe winter II. s. winter, wintry; ~ idmanı winter sports pl.; ~ havası wintry weather; ~ günü wintry day; ~ paltarı winter clothing; ~ axşamı winter evening; ~ yuxusu zool. winter sleep
Azərbaycanca-ingiliscə lüğət / qış1 is. hiver m ; sərt ~ hiver rigoureux, hiver rude ; ~ paltarı vêtement m d’hiver
Azərbaycanca-fransızca lüğət / qış1 сущ. кьуьд; // хъуьтӀуьн (мес. пекер, йифер); // qış-yay (yaz) кьуьд-гад (гатфар), гьамиша.
Azərbaycanca-ləzgicə lüğəti / qış