qaş sözü azərbaycan dilində

qaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaş • 88.8889%
  • Qaş • 10.4575%
  • QAŞ • 0.6536%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaş piri
Qaş piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindən qərbdə təbii, uzunsov mağaradan ibarət ziyarətgah. Təbii mağara insanlar tərəfindən sitayiş obyektinə çevrilərək ziyarət edilir. Mağaranın uzunluğu 34 metr, eni 1–2 m arasındadır. Onun hündürlüyü 1-1,2 metrdir. Mağaranın girəcəyində və onun mərkəzi hissəsində olan daşın üzərində dilək tutularaq şam yandırılır. Vaxtilə mağaranın yaxınlığında daşdan və bişmiş kərpicdən inşa edilmiş bina olmuşdur. Araşdırmalar zamanı antik və orta əsrlərə aid şirsiz və şirli keramika məmulatı aşkar olunmuşdur. Azərbaycan türklərinin islama qədərki inancları ilə bağlı olan mağara-piri e.ə. I minilliyə aid etmək olar. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər mövcuddur.
Arı qaş səhləbi
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Atmilçək qaş səhləb
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Atmilçək qaş səhləbi
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Qafqaz qaş səhləbi
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir.
Qöy Qaş (Bicar)
Göy Qaş (fars. گوگقاش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (19 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Adi qaşqaldaq
Adi qaşqaldaq (lat. Fulica atra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qaşqaldaq cinsinə aid heyvan növü. Avrasiya, Şimali Afrika və Avstraliyada geniş ərazilərdə yayılmışdır. Kütləsi 445-1250 q olur. Rəngi tutqun qaradır, çalma lələkləri bozumtul qonur, sükan lələkləri qaradır. Dimdiyi və qaşqası ağdır. Dimdiyinin dibi qırmızımtıldır. Dişisinin rəngi erkəyindən açıqdır. Yaxşı üzür və suyun 4 m dərinliyə qədər dala bilir. Suyun altında adətən 10 saniyə, bəzən hətta 2,5 dəqiqəyə qədər qala bilir.
Aşağı Qaşqabulaq (Çaldıran)
Aşağı Qaşqabulaq (fars. قاشقابلاغ سفلي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (22 ailə).
Camal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Cəmal Qaşıqçı
Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var. == Həyatı və təhsili == Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi.
Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası. == Haqqında == Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi. Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Mahmud Qaşqarlı
Mahmud ibn Huseyn İbn Muhamməd əl-Kaşğari (ərəb: العربية: محمود بن الحسين بن محمد الكاشغري. Uyğurca: Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (1008–1102) == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır. Kaşğarlı Mahmud bu qəbilənin övladıdır.
Mirzə Cahangir xan Qaşqay
Mirzə Cahangir xan Qaşqay (1822-1906) — İslam alimi, müctəhid. == Həyatı == Böyük fəqih, tanınmış filosof Ayətullah Cahangir xan Qaşqayi hicri-qəməri təqvimi ilə 1243 (1822)-cü ildə İsfahanın yaylaq şəhəri Səmirəmdə dünyaya göz açıb. Cahangir xan cavanlıq çağlarında Səmirəmdə bir neçə il təhsil alıb. Daha sonralar isə köçəri tayfalara qoşulub. O, adətən tar çalıb, şahnamə oxuyurmuş. Lakin elmə sonsuz marağı onu təhsil almağa sövq edib. Köçərilərlə birgə təhsil almaq mümkün olamdığından onlardan ayrılıb və həmişəlik İsfahanda qalaraq təhsilini davam etdirib. Ayətullah Qaşqayinin dini təhsilə başlamasının ibrətamiz hekayəti var: Yay fəslində Qaşqay köçəriləri yaylağa köçmüşdülər. Cahangir xan digər köçərilərlə birgə özünə lazım olan əşyaları almaq üçün İsfahan şəhərinə gedir. Bu zaman o, sınmış tarını da tarsaza göstərmək qərarına gəlir.
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). == Həyatı == Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Qaşaltı Qaraqoyunlu
Qaşaltı Qaraqoyunlu — Azərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndi Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdır. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. == Toponimikası == Kəndin adı qaş (dağın təpəsinin bir qədər irəliyə çıxmış üstü, dağın döşü) və alt sözlərindən, həmçinin Qaraqoyunlu etnotoponimindən ibarətdir. Kəndin adı "dağ qaşının alt tərəfindəki Qaraqoyunlu kəndi" mənasındadır. == Tarixi == Kəndin yaranması haqqında bir neçə fərziyyə var. Bunlardan biri XIX əsrin ortalarında Qərbi Azərbaycanda Qaraqoyunlu adlı yerdə yaşayan bir qrup insanın bu əraziyə gələrək bir kənd qurmasından ibarətdir. == Coğrafiyası == Kənd Naftalan şəhərindən 2.3 km məsafədə, Naftalan düzü ərazisində yerləşir. İqlimi yayda isti, qışda mülayimdir.
Qaşaltı Qaraqoyunlu bələdiyyəsi
Naftalan bələdiyyələri — Naftalan şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaşdar Əliyev
Qaşdar Əliyev (17 oktyabr 1941, Keçili, Şahbuz rayonu – 21 mart 2016) — Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi (1992), SSRİ XTNS laueratı, akademik Həsən Əliyev mukafatcısı; Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının üzvü; Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Müharibə, Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi, Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 17 okyabr 1941-ci ildə Naxcıvan MSSR-in Şahbuz rayonunun Kecili kəndində anadan olmuşdur. 1960-cı ildə Naxcıvan Kənd Təssərüfatı Texnikumunu, 1968-ci ildə AKTİ-un aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır. Əmək failiyyəti Şahbuz rayonu ilə bağlıdır. 2 il kolxoz aqranomu, 9 il rayon kənd təsərrüfatı idarəsində baş aqranom, 5 il həmin idarənin rəisi, Aqrar sənaye birliyinin sədri, rayon icraiyyə komitəsinin sədr müavini, 12 il kənd təssərrüfatı işciləri həmkarlar ittifaqı rayon təşkilatının katibi və sədri işləmişdir. Dövri mətbuat və radio-televiziya üçün zəngin yaradıcılıq yolu keçmişdir. 21 mart 2016-cı ildə vəfat etmisdir. == İctimai fəaliyyəti == Azərbaycan və Ümumittifaq Həmkarlar Təşkilatının Bakı və Moskva, ATMC V və VI, Azərbaycan Veteranlarının III qurultayların numayəndəsi olub. == Ailəsi == Cənnət Əliyevin böyük qardaşıdır.
Qaşiyə surəsi
88-ci surə
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaşlıq
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. == Toponimi == Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Qaşqa Bulaq (Xoy)
Qaşqa Bulaq (fars. قشقابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər. yaşayır (67 ailə).
Qaşqa qaz
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Qaşqaca (Xudabəndə)
Qaşqaca (fars. قشقجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,146, with nəfər yaşayır (244 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.35 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••••• 1.97
2006 ••• 0.45
2007 ••••••• 1.06
2008 •••••• 0.97
2009 •••••••••••••• 2.24
2010 ••••••••••••••• 2.45
2011 •••••••••••• 1.97
2012 •••••••••• 1.55
2013 •••••••••••••••••• 3.06
2014 ••••••••••••••••••• 3.09
2015 ••• 0.51
2016 •• 0.17
2018 •••• 0.60
2019 ••• 0.42
2020 ••• 0.40

qaş sözünün leksik mənası və izahı

  • 1 is. 1. İnsanın gözləri üstündə qövs şəklində uzanan tüklərdən ibarət xətt. Qara qaş. Çatıq qaşlar (bitişik qaşlar). Qələm qaş (incə və gözəl cizgili qaş). Kaman qaş (qövs şəkilli qaş). Qaşı kaman (qaşları qövs şəklində olan). – Ey könül, qədrini bil oxlarının sinəmdə; Edib ol qaşı kəman bunları ənam sənə. S.Ə.Şirvani. Qara at nalı neylər; Qara qaş xalı neylər; Vəfalı yarı olan; Dövləti malı eylər. (Bayatı). □ Qaş aldırma, qaş alma – qaşın artıq tüklərini dartıb çıxarma əməliyyatı. Kiçikbəyimi tay-tuşu ilə bərabər gəlin hamamına apardılar, sonra qaş alma və xına qoyma oldu. Çəmənzəminli. 2. Üzüyə taxılan qiymətli daş. Üzük qaşı. Firuzə qaş. Bu üzüyün qaşı brilyantdır. // Bir şeyin üzərinə vurulan qaşa oxşar bəzək. Xəncərin qaşı. 3. Yəhərdə: qaltağın dalında və qabağındakı çıxıq dik. Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal. Atlı yəhərin qaşından tutub bütün vücudu ilə səs gələn səmtə döndü. M.Hüseyn. At ağacların yanından sivişib keçdikcə yəhərin qaşına sindi. İ.Şıxlı. 4. Dağın, dərənin, təpənin qabaq tərəfi, təpədən aşağı yeri. Nəbi Həcəri atın tərkinə alıb, Gorus qaşlarıynan oxuya-oxuya Keçəl dağa tərəf getdi. “Qaçaq Nəbi”. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı qaşı ilə yeriyir( dim). A.Şaiq. ◊ Qaş qaralmaq – qaranlıq çökmək, qaranlıq qovuşmaq. Yalnız Musa kişinin bacasından tüstü çıxmır, qaş qaralanda qapısında işıq görünmürdü. M.İbrahimov. Dördüncü gün qaş qaralarkən Rizvan ailəsi ilə kəndə qayıtdı. S.Hüseyn. Qazanxan, ardınca əllialtmış atlı, qəsrə çatanda artıq qaş qaralırdı. M.Rzaquluzadə. Qaş oynatmaq – naz-qəmzə etmək, qaşı ilə işarə etmək. Qarşıdan bir sona keçdi; Oğrun baxdı, qaş oynatdı; Müjganları cana keçdi. Aşıq Ələsgər. Qaşları düyülmək (çatılmaq) – bax qaşlarını çatmaq. Məsum kişinin … qaşları düyüldü. Mir Cəlal. Təəccübdən Bayramın qaşları çatıldı. M.Hüseyn. Əsgərlərin miz üstünə əyilmişdir başları; Qəzəbdənmi, kədərdənmi çatılmışdır qaşları. Ə.Cəmil. Qaşlarını çatmaq – dərin fikrə dalaraq, yaxud hiddətlənərək qaşlarını yığmaq, qaşqabağını sallamaq. Füzuli çataraq sıx qaşlarını; Leylinin eşqinə saldı Məcnunu. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / qaş

qaş sözünün etimologiyası

  • 1 Mənbələrdə “hündür, yuxarı” mənalarında qeydə alınıb. Qaş qaralanda, üzük qaşı, dağın qaşı birləşmələri də buna sübutdur. Görünür, qaş bədənin yuxarı hissəsində olduğundan belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qaş

qaş sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 1. QAŞ (gözün üstündə olan qövsvari tük xətti) [Leylanın] hilali qaşları və iri, mavi gözləri, sol qaşının ucundan azca yuxan gözmuncuğu kimi qapqara xalı var (B.Bayramov); ƏBRU (kl.əd.) Ey Xətayi, ahuyi-könlün şikar etməkliyə; Dəsti-qüdrət kim, səni əbru kaman etmiş durur (Xətayi). 2. QAŞ, ÜZÜK QAŞI Qaşını göstərəndə; İtir, yox olur gözdən; Ovcunda gizlədəndə; Çıxır gizli pərdədən; Bildi üzük qaşıdır; Onun gözdən itirən; Parıldayan daşıdır; Bu istəyə yetirən (A.Şaiq).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qaş

qaş sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QAŞ I is. İnsanın gözləri üstündə qövs şəklində uzanan tüklərdən ibarət xətt. Qızın xəncər kimi çatılır qaşı; Axır yanağına isti göz yaşı (O.Sarıvəlli). QAŞ II is. Sağanaqdakı qiymətli daş. Qaşı cavahirat, qızıldan kəmər; Görürdün geyinib yaşıl-al gəlir (Aşıq Qurbani). QAŞ III is. Axşam, şər. Qaş qaralırdı (Anar).

    Azərbaycan dilinin omonimlər lüğəti / qaş

qaş sözünün rus dilinə tərcüməsi

  • 1 1. бровь; 2. драгоценный камень в оправе;

    Azərbaycanca-rusca lüğət / qaş
  • 2 1 I сущ. 1. бровь, брови. Qara qaşlar черные брови, kaman qaşlar брови дугой, qələm qaş тонкие брови 2. геогр., горн. бровка (передняя возвышенная часть хребта, немного ниже вершины) 3. лука (выступ седла). Yəhərin qabaq qaşı передняя лука седла 4. выступ, передняя, выдвинутая часть чего-л. II прил. бровный. Qaş əyməsi бровные дуги ◊ qaş qaralanda с наступлением сумерек; qaşlarını qaldırmaq приподнять брови; qaşlarını oynatmaq играть бровями, строить глазки, делать глазки; qaşları çatılmaq нахмуриться; нахмурить брови, qaşlarını çatmaq хмуриться; нахмурить, насупить, сдвинуть брови; qaş qayıran yerdə göz çıxartmaq испортить дело (подправляя брови, выбить глаз); qaşla göz arasında (обычно о смерти) недалеко, рукой подать, недолго ждать, gözün üstündə qaşın var deməmək kimə не делать замечаний, во всём попустительствовать кому 2 сущ. драгоценный камень, камешек (на кольце) ◊ üzük qaşı kimi əhatəyə almaq окружить со всех сторон, взять в окружение

    Azərbaycanca-rusca lüğət / qaş

qaş sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. eyebrow; brow; ◊ ~ göz etmək to make* a sign with one’s eye and eyebrow; ~ çatmaq to frown, to knit* one’s brows; ◊ ~ını oynatmaq to raise one’s eyebrows (at); ~la göz arasında in the twinkle of an eye; salla ~ overhanging / breetle brows; ◊ ~ qayırmaq əvəzinə göz çıxarmaq ≅ when trying to effect an improvement to spoil the lot; gözünün üstündə ~ın var deməmək ≅ not to raise the slightest objection (to); 2. (yəhərin qaşı) pummel; amer. pommel II. i. (üzükdə) precious stone III. i. Qaş qaralır It’s getting / growing dark

    Azərbaycanca-ingiliscə lüğət / qaş

qaş sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) sourcil m ; qara ~ sourcil noir ; kaman ~ sourcils arqués ; 2) coğ. partie f antérieure de la crête ; ~ qaralanda au crépuscule ◊ ~ qayıran yerdə göz çıxartmaq gâter les affaires ; 3) pierre f précieuse

    Azərbaycanca-fransızca lüğət / qaş

qaş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. рацӀам; çatıq qaşlar кьилер юкьвалай сад-садак ккӀанвай рацӀамар; // qaş alma (aldırma) рацӀамар къачун (къачуз тун), рацӀамдин артух чӀарар ялна акъудун (акудиз тун); 2. къаш, къван (тупӀалра ва мс. ттвадай); 3. къаш (пурарин къалтахдин мандавар хьиз хкатай вилик ва я кьулухъ пай); 4. дагъдин, пелен вилик пад, синелай агъада авай пай; ** qaş qaralmaq хуьшуьн хьун, мичӀи хьун; qaş oynatmaq рацӀамралди ишара авун, наз авун, наз гун; qaşları düyülmək (çatılmaq) рацӀамар агаж хьун, дерин фикирди кьуникди ва я хъел атуникди рацӀамар кӀватӀ хьун, ччин атӀугъун (чӀур хьун); qaşlarını çatmaq рацӀамар агажун, дерин фикирдик кьуникди ва я хъел атуникди рацӀамар кӀватӀун, ччин атӀугъун (чӀурун).

    Azərbaycanca-ləzgicə lüğəti / qaş

qaş sözünün türk dilinə tərcüməsi

qaş sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Dağın, təpənin hündür yeri. 2. Yəhərdə: qaltağın (yəhərin ağacdan olan hissəsi) dalında və qabağındakı çıxıq, dik. (“Koroğlu” dastanının lüğəti) Bayazid xoş mənzərədi, Tülək tərlana bərədi, Qayadı, daşdı, dərədi, Qaşdı Bayazid yolları.                       (“Koroğlunun Bayazid səfəri”) * Yəhər qaşında da yüz qızıl pul var. Onu da külfətinə xərclik edərsən. (“Koroğlunun Ərzurum səfəri”) * Koroğlu ayağını üzəngidən çəkib yəhərin qaşına qoydu, sazı götürüb dedi... (Paris nüsxəsi, 5-ci məclis)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Basarkeçər, Daşkəsən, Gədəbəy, Hamamlı, Qarakilsə, Qazax) 1. dağın, təpənin hündür yeri (Basarkeçər, Daşkəsən, Hamamlı). – Təpənin hündür yerinə deyrix’ qaş (Daşkəsən); – Sürünü qaşdan endir (Basarkeçər); – Çayın qaşında duruf gözde:r səni (Hamamlı) 2. yəhərin dalında və qabağında olan dik, çıxıq (Qarakilsə) II (Zərdab) evin çardağında maili düzülmüş ağaclar (şifer, kirəmit və s. vurmaq üçün). – Ay arvad, deyirəm ki, sabahdan usdanı gətirim, bu qaşları yonub düzəltsin

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qaş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaş nədir? #qaş sözünün mənası #qaş nə deməkdir? #qaş sözünün izahı #qaş sözünün yazılışı #qaş necə yazılır? #qaş sözünün düzgün yazılışı #qaş leksik mənası #qaş sözünün sinonimi #qaş sözünün yaxın mənalı sözlər #qaş sözünün əks mənası #qaş sözünün etimologiyası #qaş sözünün orfoqrafiyası #qaş rusca #qaş inglisça #qaş fransızca #qaş sözünün istifadəsi #sözlük