* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf Qəhqəhə ilə, bərkdən. Əl-ələ çalanda, qah-qah güləndə; Əyləşib qalanda, pünhan olanda; Deyib danışdığı yadıma düşdü. Aşıq Hüseyn. Qah-qah gülüş getdi; Asdım dəstəyi; Nəfəsimi dərməmiş, dring-dring yenə zəng oldu. R.Rza. // is. Qəhqəhə. □ Qah-qah etmək (çəkmək) – bərkdən qəhqəhə ilə gülmək (çox vaxt “qah-qah çəkib gülmək” şəklində işlənir). [İskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içəri girmədi. Xa… xa… xa… (qahqah çəkib gülür). C.Məmmədquluzadə. Gördük vədlərdən təkcə söz qalıb; Zülm qah-qah çəkir, haqsa hönkürür. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qah-qah1 I звукоподр., межд. ха-ха! II в знач. сущ. ха-ха (громкий смех, хохот); qah-qah çəkmək хохотать, расхохотаться, захохотать
Azərbaycanca-rusca lüğət / qah-qah1 1. нареч. вакь-вакь (ха-ха) ацалдна, ван алаз, кӀевиз (мес. хъуруьн); // qah-qah etmək (çəkmək) вакь-вакь авун, вакь-вакь (ха-ха) ацалтна кӀевидаказ хъуьруьн; 2. сущ. вакь-вакь, ха-ха, ван алаз хъуьруьн.
Azərbaycanca-ləzgicə lüğəti / qah-qah