qəh sözü azərbaycan dilində

qəh

Yazılış

  • qəh • 72.0000%
  • Qəh • 28.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Qəhrəman Ana" fəxri adı
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
"Qəhrəman ana" ordeni
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilən medaldır. Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edildi. Qanun layihəsinə əsasən 2 orden və 15 medal təsis edildi, həmçinin onların status və təsvirləri təsdiq olundu. == Əsasnaməsi == "Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Ümumi müddəalar Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" (bundan sonra — "Vətən Müharibəsi Qəhrəmanı") adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. "Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı — "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır. "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikası medalının təsviri qanunla müəyyən olunur.
Abbas Qəhrəmanov
Abbas Qəhrəmanov (tam adı: Abbas Əhməd oğlu Qəhrəmanov; 24 iyul 1960, İrəvan) — Azərbaycan aktyoru. == Həyatı == Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. == Fəaliyyəti == Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır. O, burada Mərvan (B. Vahabzadə "Fəryad"), Qoşqar (K. Kərimov "Cəzasız günah"), Rasim (Q. Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş. Qurbanov "Əcəb işə düşdük"), Ər (R. Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ. Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris, Paris…"), Şöklü Məlik (N. Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə. Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B. Brext "Oyuncaq ev" H. İbsen), Xondulu, Rəşid (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Durmişxan (O. İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A. Kristin "Tələ"), Dövran (H. Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə. Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir. Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır.
Abdul Qəhrəmanzadə
Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda İKT-nin İnkişaf Strategiyası Layihəsi üzrə milli ekspert. == Həyatı == Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir. A. Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rusdilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir. == Fəaliyyəti == O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır. A. Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər İttifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir. 1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur. 1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.
Abdulla Qəhhar
Abdulla Qəhhar (özb. Abdulla Qahhor, Абдулла Қаҳҳор; 4 (17) sentyabr 1907, Kokand, Fərqanə vilayəti – 24 may 1968, Moskva, RSFSR, SSRİ) — özbək yazıçısı. Stalin mükafatı laureatı. (1952) == Həyatı == Abdulla Qəhhar 1907-ci ildə anadan olmuşdu. Altmışıncı illərin əvvəllərində Özbəkistanda Xalq yazıçısı Abdulla Qəhhar da dərin inamla söyləyirdi ki: "Özbək ədəbiyyatı gələcəkdə böyük ədəbiyyat olacaq". Abdulla Qəhhar 1968-ci ildə vəfat edib.
Adnan Qəhvəci
Adnan Kahveci (türk. Adnan Kahveci; 20 fevral 1949, Trabzon – 5 fevral 1993, Bolu) — elektrik mühəndisliyi üzrə professor, sabiq Türkiyə deputatı, sabiq maliyyə və gömrük naziri. == Həyatı == 1949-cu ildə Trabzonun Körpübaşı mahalı Beşköy diyarının Yılmazlar kəndində anadan olmuşdur. İbtidai məktəb illərində "Milliyyət" qəzetinin keçirdiyi yarışmada birinci olmuşdur. Təhsilinə İstanbul Kabataş Liseyində davam etmişdir. 1966-cı ildə cari ilin birincisi kmii məzun olmuşdur. Universitetə qəbul imtahanında birinci olmuş və İstanbul Universitetinə daxil olmuşdur. Təhsilinə ABŞ-də İndianadakı Purdue Universitetində davam edərək elektrik mühəndisi ixtisası üzrə məzun olmuşdur. Missuri Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu universitetdə bir müddət akademik işlərinə davam etdikdən sonra Türkiyəyə qayıdaraq Boğaziçi Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
Akif Qəhrəmanlı
Akif Qəhrəmanlı — yazıçı-jurnalist, tərcüməçi. == Həyatı == Akif Qəhrəmanlı 1942-ci ilin fevral ayında Oğuz rayonunda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirir. Ali təhsil almaq üçün Bakıya gəlir. İlk cəhddən ali məktəbə daxil ola bilməyən A. Qəhrəmanlı bir müddət zavod və fabriklərdə, Metropolitendə fəhləlik edir. 1964-cü ildə hərbi xidmətdən qayıdıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsində təhsil alır. Təhsil aldığı müddətdə tərcüməçilik etməyə başlayır. == Əmək fəaliyyəti == 1968-ci ildən 1984-cü ilədək Azərbaycan Dövlət İnformasiya Agentliyində tərcüməçi-redaktor, 1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında elmi redaktor, daha sonra şöbə müdiri, 1986–1990-cı illərdə "Kommunist" qəzetində Beynəlxalq həyat və təcrümə şöbəsinin müdiri vəzifələrindən çalışmışdır. 1991-ci ildən 2005-ci ilə qədər Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi. == Kitab == 2019-cu il aprelin 26-da Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Beynəlxalq Mətbuat Mərkəzində Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Kürd qəhvəsi
Kürd qəhvəsi (kürd. (قاوەی کوردی) Qehweya Kurdî or Qehweya Kezwanan) və ya menengiç qəhvəsi (türk. menengiç kahvesi </link> ), həmçinin püstə qəhvəsi və ya terebint qəhvəsi — kürd və türk mətbəxində ənənəvi isti içki. Əsas tərkib hissəsi kimi üyüdülmüş qovrulmuş terebint meyvələrindən (püstə ilə əlaqəlidir) hazırlanır və kofeinsizdir. Xüsusilə Cənub-Şərqi Anadolu bölgələrində yayılmışdır. == Tarixi == İçki XX əsrin əvvəllərindən Diyarbakır, Adıyaman, Mardin və Batman kimi regionlarda istehsal olunur. Qovrulmuş və üyüdülmüş giləmeyvə XX əsrin əvvəllərindən Avropaya və bütün dünyaya ixrac edilir. Həm də Qaziantepin ənənəvi ixtisası sayılır. XXI əsrin əvvəllərindən yağlı pasta şəklində işlənmiş giləmeyvə bankalarda markalı məhsul kimi ortaya çıxmışdır.
Qəhvə mərasimi
Qəhvə mərasimi — Efiopiya və Eritreyada yayılmış qəhvə hazırlamaq və qəhvə içmək üçün rituallaşdırılmış bir prosesdir. Hər bir ailə gündə üç dəfəyə qədər qəhvə mərasimində iştirak edə bilər və ailəsinə, qonşularına və dostlarına qonaqpərvər olmaq imkanı təqdim edir. Bəzi regionlarda bu, ən vacib sosial mərasim hesab olunur və qəhvəyə dəvət olunmaq hörmət və dostluq əlaməti hesab olunur. Kofeni adətən ev sahibi – qadın hazırlayır, bu da böyük şərəfdir. Bu şərəf adətən ailənin matriarxına məxsusdur. Qəhvə mərasiminə hazırlıq zamanı qəhvənin dəmləndiyi yerə ot yarpaqları və çiçəklər qoyulur.
Fransa qəhrəmanı (film)
== Məzmun == Film Azərbaycan xalqının igid oğlu, Fransa müqavimət hərəkatının iştirakçısı, Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuşdur. Şəki bölgəsində doğulub boya-başa çatmış, müharibəni Fransada, partizan dəstəsində keçirən Ə.Cəbrayılov Fransanın ən yüksək orden və medallarına layiq görülmüşdür. Filmdə qəhrəmanın yenidən Fransa torpağında döyüş yoldaşları, silahdaşları ilə görüşdüyü anlar da öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadejda İsmayılova, Xamiz Muradov Rejissor: Xamiz Muradov Operator: Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov Assistent: Rasim Qədirli Operator assistenti: Yuri Varnovski Montaj edən: Elmira Məmmədova Redaktor: Fikrət Sadıq Filmin direktoru: Əvəz Məmmədov Mətni oxuyan: Həsənağa Turabov (titrlərdə yoxdur) Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu (titrlərdə yoxdur) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Monqolustan Xalq Respublikasının Qəhrəmanı
Monqolustan Xalq Respublikasının Qəhrəmanı mükafatı Monqolustan Xalq Cümhuriyyətinin ən yüksək mükafatı idi. Mükafat Sovet İttifaqının ən yüksək mükafatı olan Sovet İttifaqı Qəhrəmanı mükafatı əsasında hazırlanmışdır.
Əmək Qəhrəmanı (Şimali Koreya)
Əmək Qəhrəmanı — Şimali Koreyanın fəxri adı və mükafatı. == Xüsusiyyətləri == Əmək Qəhrəmanı Şimali Koreyanın ən yüksək fəxri adıdır. Əgər kimsə iki dəfə bu mükafata layiq görülürsə, o, "İkiqat Əmək Qəhrəmanı" hesab olunur. (2중 로력영웅). == Tarix == Əmək Qəhrəmanı, 1950-ci ilin yayında təsis edilməli idi, lakin Koreya müharibəsinin başlanması planları dayandırdı. Yalnız müharibə 38-ci şimal paraleli boyunca dalana dirənəndə hökumətin diqqətini mükafatlandırma sisteminə cəmləməyə vaxtı olmuşdur. Əmək Qəhrəmanı 1951-ci il iyulun 17-də elan edilmiş və ölkənin ən yüksək mülki mükafatı olmuşdur. Bu titul onun sovet ekvivalentinə, Sosialist Əməyi Qəhrəmanına əsaslanır. Əvvəlcə Koreyanın Choson (조선 sözündən istifadə edərək Koreyanın Əmək Qəhrəmanı kimi elan edildi). Həmçinin çox uşaq dünyaya gətirən analara verilir.
Göydəniz Qəhrəmanov
Göydəniz İbrahim oğlu Qəhrəmanov — Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == 2024-cü il oktyabrın 8-də Azərbaycan - Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Qəhvəyi mərmər bağacığı
Qəhvəyi mərmər bağacığı — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. == Morfoloji xüsusiyyətləri == Qəhvəyi mərmər bağacığının bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. == Bioekoloji xüsusiyyətləri == Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1–2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Artsax Qəhrəmanı
Artsax Qəhrəmanı (erm. Արցախի հերոս; Rom: Artsakhi heros) — özünü buraxmış Artsax Respublikasının ən ali titulu olmuşdur. Artsax Prezidentinin rəsmi saytının verdiyi məlumata görə, Artsax Qəhrəmanı adı “dövlətin müdafiəsində, onun iqtisadi qüdrətinin möhkəmləndirilməsində və mühüm milli dəyərlərin yaradılmasında müstəsna xidmətlərə görə verilir”. Bu ali dövlət tituluna layiq görülmüş şəxslər Qızıl Qartal ordeni ilə təltif olunurdular. 2016-cı ildə Robert Abajyan 24-cü "Artsax Qəhrəmanı" mükafatı laureatı olmuş və eyni zamanda da o, 19 yaşında bu titula sahib olmuş ən gənc insan kimi tarixə düşmüşdür. 2020-ci ildə baş vermiş Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə ümumilikdə 23 hərbçi “Artsax Qəhrəmanı” ali dövlət tituluna layiq görülmüşdür.
Azərbaycanın Milli qəhrəmanları
Bu siyahı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslər və hərbi qulluqçular barədə qısa məlumatı əhatə edir. == Tarix == Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 201 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 221 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.
Enes Batur: real qəhrəman (film, 2019)
Enes Batur: real qəhrəman — rejissoru Doğa Can Anafarta olan Türk komediya və macəra filmi. == Oyunçular == Enes Batur (Enes Batur) Ömer Başdoğan (Ömer) Altan Erkekli (Master) Damla Aslanalp (Işın) Kanbolat Görkem Arslan (Tan Veyder) Ebru Ojen Şahin (Ceyda) Selin Deveci (Blackear) Ramin Nezir (Blue Mask) Resul Doğan (Resul) Gökhan Güngör (Grubengas) Cansu Bulut (Yaube) Buket Dereoğlu (Alev Veyder) Rengin Samurçay (Şadiye) Seyithan Özdemir (Barut) Atilla Pekdemir (Atilla) Atakan Özyurt (Atakan) Bilal Hancı (Bilal) Fatih Yasin (Fatih) Halil Söyletmez (Halil) Ruhi Çenet (Ruhi) Şeyda Erdoğan (Şeyda) Burak Güngör (Burak) Buse Plan (Buse) Murat Sungurtekin (Enes Baturun əmisi) == Yayımlanması == 31 may 2019-da yayımlamaya girən film, ilk üç gündə 90.353 nəfər tərəfindən izləndi və 1 milyon 407 min lirə gəlir eldə etti. Yeddi həftə yayımda qalan film cəmi 7 milyon 354 min lirə gəlirə çatdı. == Həmçinin bax == • Enes Batur • Enes Batur: Xəyalmı Gerçəkmi?
Qəhrəman maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Qəhrəman mirzə Salur
Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Salur (21 yanvar 1871, Tehran – 1 oktyabr 1945, Tehran) — Qacar şahzadəsi, əyalət valisi, tarixçi. == Həyatı == Əbdüssəməd mirzənin ikinci oğlu Qəhrəman mirzə Salur 21 yanvar 1871-ci ildə Tehran çəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Eynəssəltənə ləqəbi daşıyırdı. Həmədanın valisi, Nəhavəndin, Qəzvinin hakimi olmuşdu. Qəhrəman mirzə Salur Fars əyaləti qoşunlarının komandanı, Xəmsənin hakimi vəzifəsini icra etmişdi. Qəhrəman mirzə Salur sərtip (briqada generalı) rütbəsi daşıyırdı. Qəhrəman mirzə Salur bir çox tarixi kitabların və xatirənin müəllifidir. Qəhrəman mirzə Salur 1 oktyabr 1945-ci ildə vəfat edib.
Sosialist əməyi qəhrəmanlarının siyahısı (Ç)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanlarının siyahısı (Ş)
Sosialist əməyi qəhrəmanlarının siyahısı — SSRİ zamanı Sosialist əməyi qəhrəmanı adı almışların siyahısı:
Sosialist əməyi qəhrəmanı
Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad. == Mükafatın tarixçəsi == Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi. SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır. Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.
Sovet İttifaqı Qəhrəmanlarının siyahısı (Ç)
Sovet İttifaqı Qəhrəmanlarının siyahısı — İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adı almışların siyahısı:
Qəhrəman sindromu
Qəhrəman sindromu (ing. Hero Syndrome), həmçinin xilaskar kompleksi və ya qəhrəman kompleksi — insanın qəhrəmanlıq üçün tanınmaq istəyi ilə xarakterizə olunan psixoloji fenomen. == Mahiyyəti == Qəhrəman sindromu, Amerika Psixiatriya Akademiyası tərəfindən rəsmi sindrom kimi tanınmasa da, kompleks kimi qəbul edilir. Bu xüsusiyyətlərə malik insanlar tez-tez "ümumi emosional tonu olan və fərdin davranış və münasibətlərinə güclü, lakin adətən şüursuz təsir göstərən" impulslar nümayiş etdirirlər. Fenomen, xüsusilə zərərli bir vəziyyət yaradıb sonra onu həll etməklə qəhrəman kimi tanınmaq istəyən şəxsləri təsvir edir. Bura qanunsuz hərəkətlər, məsələn, yanğın törətmək də daxildir. Sindrom, xilaskar kimi tanınmaq üçün ətrafdakı insanların həyatını təhlükəyə atan ictimai xidmət işçiləri, məsələn, yanğınsöndürənlər, tibb bacıları, polis məmurları, təhlükəsizlik işçiləri və siyasətçilər üçün də tətbiq olunur.. == Tarixi == "Qəhrəman sindromu" termini ilk dəfə 1984-cü ildə Los Anceles polis məmuru Cimmi Veyd Pirsanın Türkiyə Olimpiya komandasının avtobusunda tapılan bombanın kəşfi ilə əlaqədar istifadə edilmişdir. Pirsan, bombanı "kəşf edən" və onu zərərsizləşdirən yeganə polis məmuru kimi təqdim olunaraq qəhrəman elan edildi. Lakin ertəsi gün bombanı özü yerləşdirməkdə ittiham edilərək həbs edildi.

qəh sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Balakən) başda əmələ gələn şiş

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qəh" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəh nədir? #qəh sözünün mənası #qəh nə deməkdir? #qəh sözünün izahı #qəh sözünün yazılışı #qəh necə yazılır? #qəh sözünün düzgün yazılışı #qəh leksik mənası #qəh sözünün sinonimi #qəh sözünün yaxın mənalı sözlər #qəh sözünün əks mənası #qəh sözünün etimologiyası #qəh sözünün orfoqrafiyası #qəh rusca #qəh inglisça #qəh fransızca #qəh sözünün istifadəsi #sözlük