qəm sözü azərbaycan dilində

qəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəm • 74.6686%
  • Qəm • 24.1532%
  • QƏM • 1.1782%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəm
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm-qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Qəm Karvanı (1990)
== Məzmun == Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm Pəncərəsi (1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. == Məzmun == Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. == İstehsal == "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.Film bir il müddətinə hazırlanıb, çəkilişlər isə 3.5 ay ərzində — 1985-ci ilin iyul ayından oktyabr ayına qədər davam edib.
Qəm karvanı (film, 1990)

Qəm pəncərəsi (film, 1986)

Aida Qəmbər
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-cı illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Arif Qəmərli
Arif Paşa oğlu Qəmərli (5 yanvar 1929, Gəncə, Gəncə qəzası) — Baytarlıq elmləri doktoru, professor. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professoru. == Həyatı == Qəmərli Arif Paşa oğlu 1929-cu il yanvarın 5-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1951-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və Moskva Dövlət Baytarlıq Dermatologiyası İnstitutu (Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariyası İnstitutu) nəzdində aspiranturaya göndərilib. 1955-ci ildə A.Qəmərli baytarlıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (Ümumrusiya Elmi-Tədqiqat Eksperimental Baytarlıq İnstitutu, Moskva). 1956-cı ildə A.Qəmərli SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlib və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilib. 1970-ci ildə A.Qəmərli doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə ona professor elmi adı verilib. == Təltif və mükafatları == Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısıdır. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957), “Rəşadətli əməyə görə” medalı (1970), “Sosializm yarışının qalibi” nişanı (1974) və başqa təltifləri var.
Ayaz Qəmbərli
Qəmbərli Ayaz Vahab oğlu — azərbaycanlı bəstəkar. == Həyatı == Ayaz Qəmbərli 1984-cü il, sentyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (hazırkı Milli Musiqi Konservatoriyası nəzdində Musiqi Kolleci) pianoçu kimi təhsil alıb. 2003–2007-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin bakalavr pilləsində (prof. Arif Məlikov), 2019–2021-ci illərdə Latviya Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin magistratura pilləsində (prof. Roland Kronlaks) oxuyub. 2008-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən "Omnibus-laboratorium" ustad dərslərinin (meksikalı bəstəkar Viktor Rasqado, alman bəstəkarı Şteffen Şleyermaxer) iştirakçısı olub və bu festivalda "Köhnə qramofondan vals" (I redaksiya — flute, english horn, arpa, hapricord, violin, viola, cello) əsəri ilə çıxış edib. 2008-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən IX beynəlxalq "Музыка Молодых" (azərb. "Gənclərin Musiqisi"‎) forumunda "Köhnə qramofondan vals" (II redaksiya — flute, clarinet, piano, violin, cello), 2010-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" beynəlxalq musiqi festivalında "Ludwigstuck", 2011-ci ildə "III Qəbələ beynəlxalq musiqi festivalında" Piano və orkestr üçün konsert, elə həmin il Üzeyir Hacıbəyli adına III beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment, 2012-ci ildə Almaniyanın Drezden şəhərində keçirilən "Tonlagen" beynəlxalq müasir musiqi festivalında "Qovuşma I", 2012-ci il Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" festivalında "Nöqtələrə həll olunmuş kompozisiya", 2013-cü ildə V Qəbələ beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment əsəri ilə çıxış edib. 2016-cı ildə ABŞ-nin New York şəhərində keçirilən və dünyanın ən ünlü müasir musiqi festivallarından sayılan MISE-EN MUSIC FESTIVAL'ının iştikarçısı olub.
Aşıq Qəmbər
Aşıq Qəmbər — Şair Qasım bəy Zakirin müasiri və yaxın dostu olan aşıq. Aşıq Əsədin xalq şeiri üslubunda yazdığı bir sıra lirik və satirik əsərləri vardır.
Bünyamin Qəmbərli
Bünyamin Qəmbərli (1964, Nehrəm, Naxçıvan rayonu) — azərbaycanlı siyasətçi == Həyatı == Bünyamin Qəmbərli 1964-cü ildə Naxçıvan rayonunun Nehrəm kəndində doğulub. 1971–1981-ci illərdə Nehrəm kənd orta məktəbində təhsil alıb. 1981–1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunda təhsil alıb.1985–2008-ci illərdə Nehrəm kənd 2 nömrəli orta məktəbində müəllim kimi fəaliyyətə göstərib. 2008-ci ildə Bakı şəhərinə köçmüşdür. 2008–2013-cü illərdə Yasamal rayonu 20 saylı məktəb-liseydə müəllim işləyib. 2009-cu ildən Azərbaycan Turizm və Menecment Universitetində müəllim işləyən Bünyamin Qəmbərli bu gün də ATMU-da Baş müəllim kimi fəaliyyətini davam etdirir. Evlidir, 2 övladı var. == Siyasi-ictimai fəaliyyəti == 1980-ci ildə Naxçıvanda "Azərbaycanın Bütövlüyü və Müstəqiilliyi Uğrunda" gizli təşkilata üzv qəbul olunan və 1988-ci ildə başlayan Xalq Hərəkatının Naxçıvandakı rəhbərlərindən biri olan Bünyamin Qəmbərli sonralar 1990–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü, 1990–1996-cı illərdə Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan MR Vilayət Şöbəsi İdarə Heyətinin üzvü, 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Babək rayon şöbəsinin sədri olub. 1989-cu ildə Azərbaycanın Güneyi ilə Qüzeyi arasında Bütövlük və Müstəqillik ideyalarının daha geniş yayılması üçün Naxçıvanda başlayan Sərhəd Hərəkatını başlayanlardan və hərəkata rəhbərlik edənlərdən biri olan Bünyamin Qəmbərli eyni zamanda Azərbaycan torpaqlarının işğalına qarşı döyüşlərdə də həm rəhbər, həm də döyüşçü kimi iştirak etmişdir. 1990-cı ildə keçiriliən Parlament seçkilərində Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Elmira Qəmbərova
Elmira Qəmbərova (d. 14 mart 1994) — Azərbaycanlı güləşçi. == Həyatı == Elmira Qəmbərova 1994-cü il martın 14-də Rusiyanın Lesosibirsk şəhərində anadan olub. 2011-ci ildən Aslan Ağayevin rəhbərliyi ilə güləşlə məşğul olmağa başlayıb. == Karyerası == 2014-cü ildə Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatında 63 kq çəki dərəcəsində Azərbaycanı təmsil edib. Polşa və Çexiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda türkiyəli rəqibinə məğlub olaraq gümüş medala layiq görülüb. 2017-ci il 12-22 may tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 63 kq çəki dərəcəsində Azərbaycanı təmsil edib. Elmira Qəmbərova 21 may tarixində üçüncü yer uğrunda Kamerun təmsilçisi Berte Emilen Etan Nqollaya 8:0 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb. 2019-cu il 23-25 may tarixlərində İtaliyanın Sassari şəhərində güləşin üç növü üzrə Matteo Pelikone Memorialı keçirilib.
Elton Qəmbərli
Elton Baba oğlu Qənbərli (1 fevral 1997; Şərur rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elton Qənbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elton Qənbərli 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elton Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elton Qənbərli oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elton Qənbərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Elşən Qəmbərov
Elşən Qəmbərov (30 oktyabr 1970, Bakı) - Azərbaycan milli yığmasının sabiq üzvü, sabiq futbolçu, uşaq futbolu məşqçisi.
Firudin Qəmbər Saleh
Qəmbərov Firidun İslam oğlu (Firudin Qəmbər Saleh; 15 may 1952, Aşağı Şorca, Basarkeçər rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Firudin Qəmbər Saleh 1952-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. == Kitabları == Bağışla, Vətən. Bakı: Zaman, 1999, 120 səh. Könül sevgisiz keçinməz. Bakı: Nurlan, 2007, 210 səh. Nurlu kəlamlar. "Şüarə" fəhmilə (rübailər), Bakı: Nurlan, 2009, 115 səh. Allah, Allah... deyir ürək.
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Hicri-qəməri
Hicri-qəməri təqvim (Azərbaycanda, İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, at-таqvimə-l-hiсri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən - 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Hicri-qəməri təqvim

Hicri-qəməri təqvimi

Hicri Qəməri təqvimi

I Asəfcah Mir Qəmərəddin xan
Nizamülmülk Asəfcah Mir Qəmərəddin Çin Qılınc xan (d.20 avqust 1671 — ö.1748) — Baburlu dövlət adamı və Heydərabad nizamlığının qurucusu (1724–1748). == Həyatı == 20 avqust 1671-ci ildə Hindistanda ehtimalən Aqrada doğuldu. Türkistandan Hindistana köç ətmiş, Əbu Bəkrin soyundan gəldiyini iddia edən bir ailəyə mənsubdur. Adı Mir Qəmərüddin olub bu ad və Qılınc xan ünvanı ona Sultan Övrəngzib tərəfindən, Asəfcah unvanı da Nasırüddin Muhamməd Şah tərəfindən verilmişdir. Babası Xacə Abid hac dönüşü Dəkkən valisi Övrəngzibin xidmətinə girdi və onun taxta keçməsindən sonra önəmli vəzifələrə üstləndi. 1080-ci (1669-cu) ildə Buxaradan Hindistana gəlib Övrəngzibin xidmətinə girən atası Şəhabəddin 1094-cü (1683-cü) Qaziddin Firuz Cəng ünvanını aldı. Nizamülmülk on yeddi yaşında dövlət xidmətinə girərək mansabdar oldu. 1684-cü ildən etibarən atasıyla birlikdə səfərlərə qatıldı. 1114-cü (1702-ci) Bicapur bölgəsi valiliyinə gətirildi. Övrəngzibin vəfatının (1118/1707) ardından taxt iddiasında olan oğulları arasında tərəfsiz qaldı.
Kürdkəndi (Qəmərli)
Kürdkəndi — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Adı dəyişdirilərək Noraşen qoulmuşdur.
Kəpənəkçi (Çörük Qəmərli)
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Mehrablı (Qəmərli)
Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır.
Mir Qəmərüddin xan Siddiqi
Nizamülmülk Asəfcah Mir Qəmərəddin Çin Qılınc xan (d.20 avqust 1671 — ö.1748) — Baburlu dövlət adamı və Heydərabad nizamlığının qurucusu (1724–1748). == Həyatı == 20 avqust 1671-ci ildə Hindistanda ehtimalən Aqrada doğuldu. Türkistandan Hindistana köç ətmiş, Əbu Bəkrin soyundan gəldiyini iddia edən bir ailəyə mənsubdur. Adı Mir Qəmərüddin olub bu ad və Qılınc xan ünvanı ona Sultan Övrəngzib tərəfindən, Asəfcah unvanı da Nasırüddin Muhamməd Şah tərəfindən verilmişdir. Babası Xacə Abid hac dönüşü Dəkkən valisi Övrəngzibin xidmətinə girdi və onun taxta keçməsindən sonra önəmli vəzifələrə üstləndi. 1080-ci (1669-cu) ildə Buxaradan Hindistana gəlib Övrəngzibin xidmətinə girən atası Şəhabəddin 1094-cü (1683-cü) Qaziddin Firuz Cəng ünvanını aldı. Nizamülmülk on yeddi yaşında dövlət xidmətinə girərək mansabdar oldu. 1684-cü ildən etibarən atasıyla birlikdə səfərlərə qatıldı. 1114-cü (1702-ci) Bicapur bölgəsi valiliyinə gətirildi. Övrəngzibin vəfatının (1118/1707) ardından taxt iddiasında olan oğulları arasında tərəfsiz qaldı.
Mirzə Məmmədvəli Qəmərlinski
Mirzə Məmmədvəli Qəmərlinski (1871, İrəvan – 1916, Yelizavetpol) — İrəvan ədəbi-mədəni mühitinin tanınmış nümayəndəsi. == Həyatı == Mirzə Məmmədvəli Əli oğlu Qəmərlinski 1871-ci ildə İrəvan şəhərində çar ordusunun generalı Əli Qəmərlinskinin ailəsində dünyaya göz açmışdır. Əvvəlcə mollaxanada dini dərs alan Məmmədvəli Qəmərli sonradan gimnaziyaya girmiş , təhsilini tamamlayaraq ayrı-ayrı yerlərdə açılan bir və iki sinifli məktəblərdə ana dilindən dərs demişdir. O, 1898-ci idə İrəvanda rus-tatar məktəbini bitirib , 1900-cü il martın 13- də İrəvan Quberniya məclisində imtahan verərək müəllim adı almışdı.1901–1911-ci illərdə İrəvan rus-tatar gimnaziyasında işləmişdi. Məmmədvəli Əli oğlu Qəmərlinski İrəvan ədəbi-mədəni mühütinin tanınmış nümayəndəsi kimi ömrü boyu müəllim işləmişdir. Lakin o , müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra kitabların, o cümlədən "Atalar sözü", "Vətən dili", " İrəvan Quberniyası haqqında xatirələr " eləcə də birinci , ikinci və üçüncü sinifər üçün " Ana dili " dərsliklərinin müəllifi olmuşdur. Həsən bəy Zərdabi ilk "Atalar sözü" kitabının nəşr olunmasının əks səda doğurduğunu , bir ədəbi-mədəni hadisə olduğunu təqdir etmiş, hətta bu onəmli hadisəyə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində yer ayırmışdır.[mənbə göstərin]Mirzə Məmmədvəli bir neçə şəxs ilə birlikdə 1902-ci ildə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu haqda "Kaspi"qəzeti, bir qədər sonra "Şərqi-rus" qəzeti özünün 1903-cü il 14-cü sayında həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etmişdi. Burada deyilirdi: Məmmədvəli Qəmərlinski Mirzə Ələkbər Sabir ilə tanışlığını belə xatırlayır: Məmmədvəli Qəmərli 1916-cı ildə ermənilər qırğınlar törədəndə ailəsi ilə Gəncə şəhərinə köçmüşdür. O, burada məktəb direktoru işləmişdir.
Muğanlı (Qəmərli)
Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd. == Tarixi == Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim türk mənşəli muğanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
Qafarlı (Qəmərli)
Qafarlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd. Gərni çayından axan arxın yanında yerləşirdi. 1918-ci ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Toponimi == Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qazaxların Qafarlı tayfası məskunlaşması nəticəsində yaranmışdır. Tayfanın adı isə mənşəcə xəzərlərin erkən orta əsrlərdə Kabar tayfasının adının danışıqda fonetik dəyişikliyə uğramış formasıdır. == Əhalisi == Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.13 dəfə / 1 mln.
2002 •••••••••• 3.43
2003 •••••••••••••••••••• 7.48
2004 ••••• 1.68
2005 •••• 1.35
2006 0.23
2007 •• 0.42
2008 •• 0.49
2009 •••••• 2.24
2010 •••••• 1.91
2011 ••• 0.86
2012 ••• 0.86
2013 •••• 1.31
2014 •••• 1.20
2015 0.17
2016 •••••• 1.91
2017 ••• 0.81
2018 0.30
2019 •• 0.42
2020 •• 0.40

qəm sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Kədər, dərd, qüssə, könül tutqunluğu. İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə. Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani. Cahanda düşdüsə min qəmə, dərdə; Qaranlıq çəkmədi gözünə pərdə. S.Vurğun. // Obrazlı təşbehlərdə. Yaman gün keçər gedər; Ömrümü biçər gedər; Dünyada qəm şərbətin; Hər gələn içər, gedər. (Bayatı). Olubdu qəm yatağı şad gördüyün könlüm. Heyran xanım. Qəm mülkündən azad olum; Yaratdığım bir sənətlə! S.Vurğun. Qoy mən hicranınla qalım baş-başa; Sən qəm zəncirini qır, boynundan at. R.Rza. Qəm mizrabı min dərd çaldı onun ürək telində. Ə.Cəmil. □ Qəm çəkmək – bax qəm yemək. Qəm çəkmə bu qədər divanə könül; Həmişə ruzigar belə dar olmaz. Qurbani. Könül, qəm çəkmə, dəhrin gülşənində; Açan hər bir gülün min xarı vardır. Heyran xanım. [Hacı Murad:] Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən? S.S.Axundov. Qəm dəryasına batırmaq (qərq etmək) – son dərəcə kədərləndirmək, qəmgin etmək, qəmləndirmək. Məni qərq elədin qəm dəryasına; Ey çeşmi-xumarım, nöşün ağladın? M.P.Vaqif. Qəm dəryasına batmaq (qərq olmaq) – son dərəcə qəmgin olmaq, pərişan olmaq, dərdli olmaq, kədərlənmək. Məmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə. [Hacı Murad:] İmran ağa, nə qəm dəryasına batmısan? S.S.Axundov. Qəm eləmək (etmək) – bax qəm yemək. [Qönçə:] Qəm eləmə, işimiz düzələr, bir yerdə kəsbkarlıq edərik. B.Talıblı. Qəm yemək – qəm çəkmək, fikir çəkmək, qəmə batmaq, dərd çəkmək. Araz qəhqəhə ilə güldü, sonra əli ilə onun çiyninə vurdu: – Qəm yemə, bizimki soyulmaqdan gəlib, – dedi. A.Şaiq. [Çimnaz:] Qəm yemə, küsü nə qədər bərk isə, barışıq o qədər şirin olacaqdır… Ə.Məmmədxanlı. Qəmə batmaq – bax qəm dəryasına batmaq. [Dəli Səməd] birdən nazik qollarını qırışdırıb və uzun ucuqırma burnunu sallayıb, belə qəmə batırdı ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Çəmənzəminli. Qəminə qalmaq – dərdinə qalmaq, qeydinə qalmaq, halı ilə maraqlanmaq. Yar məgər yarını yadına salmaz? Arayıb-axtarmaz, qəminə qalmaz? Q.Zakir. Qəminə ortaq olmaq – dərdinə şərik olmaq. Bu gözəl aləmi gəzdikcə dağ-dağ; Oldum sevincinə, qəminə ortaq. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / qəm

qəm sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 kədər — dərd — qüssə

    Azərbaycan dilinin sinonimlər lüğəti / qəm
  • 2 QƏM Hər dördü matəmdən, qəmdən uçurdu; Xəstə xatirimdə bir həyat qurdu (S.Vurğun); AĞIRLIQ (məc.) [Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm. Hər günüm bir cəhənnəm əzabıdır (C.Cabbarlı); AĞRI (məc.) Analar ağrıda, bacılar yasda; Qaragün talelər qara libasda (Z.Yaqub); BƏLA Bəladan xali olmaz aləm içrə aşiqi-sadiq (S.Ə.Şirvani); DƏRD, KƏDƏR Onunla yox olardı qəmi, kədəri, dərdi; İndisə tərk edilmiş, rədd olunmuş bir ərdi (Ə.Kürçaylı); DƏRD-QƏM Apardı çaylar məni; Ulduzlar, aylar məni; Yüküm dərd-qəm yüküdü; Yordu bu taylar məni (Bayatı); DƏRD-SƏR Azmıdır insanın məgər dərd-səri? (B.Vahabzadə); ƏLƏM Dağılmaz könlündən fikrü ələmlər (M.P.Vaqif); HÜZN Qızın çöhrəsində bir hüzn vardı (H.Abbaszadə); KÜDURƏT Açsan gözünü, rəncü məşəqqət görəcəksən; Millətdə qəm, ümmətdə küdurət görəcəksən (M.Ə.Sabir); QAYĞI Heyif, ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdi (M.Müşfiq); QƏM-KƏDƏR Onda yəqin deyərsən ki, ah, nə qəm, nə dərd, dünya beş gündür, beşi də qara, dərd və qəm-kədər (N.Vəzirov); QƏM-QUBAR Noldu, xanım, niyə qondu çöhrənizə qəm-qubar? (Ə.Cəmil); QƏM-QÜSSƏ Sən mənim könlümə bahar gətirdin; Qəm-qüssədən özgə nə var gətirdin (S.Rüstəm); QUBAR (məc.) Keçər ürək dərdi, könül qubarı (N.Rəfibəyli); QÜSSƏ Məryəmin fikirdən, qüssədən az qalırdı ürəyi partlasın (M.İbrahimov); MƏLAL Tutulur ürəyim dərdə, məlala; Sıxılır sinəmin bir bucağına (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qəm

qəm sözünün antonimləri (əks mənalı sözlər)

qəm sözünün rus dilinə tərcüməsi

  • 1 грусть, горе, печаль, скорбь, тоска, кручина, горесть, прискорбие, огорчение

    Azərbaycanca-rusca lüğət / qəm
  • 2 сущ. 1. грусть, тоска, кручина, печаль. Acı qəm горькая печаль, qəm bürüyüb kimi мучает тоска кого, qəmdən qaçmaq бежать от тоски 2. горе, скорбь. Qəmə batmış убитый горем, ağır qəm тяжёлая скорбь ◊ qəmə batmaq погрузиться в горе, печаль, тоску; qəm yeməyin не печальтесь; qəm eləməyin не огорчайтесь, не горюйте; qəm etmək (eləmək, çəkmək) тосковать, горевать, страдать; qəminə şərik olmaq kimin делить, разделять чьё горе; qəm dəryasına batmaq poqruzitiğsə в глубокую печаль

    Azərbaycanca-rusca lüğət / qəm

qəm sözünün inglis dilinə tərcüməsi

  • 1 i. grief, sadness, distress, sorrow; ~ yemək / cəkmək to grieve, to be* sad, to long (for), to yearn (for); (keçmişdə baş vermiş bir iş ücün) to mourn (d. for); ~ə batmaq to be* sad / sorrowful / melancholy; Qəm yemə! Don’t be sorry! Don’t be sad! ~inə şərik olmaq to share one’s sorrows

    Azərbaycanca-ingiliscə lüğət / qəm

qəm sözünün fransız dilinə tərcüməsi

qəm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. гъам, дерт, гъусса; qəm çəkmək кил. qəm yemək; qəm dəryasına batmaq (qərq olmaq) гъамуни кьун, гъамуна гьатун, гъамлу хьун, перишан хьун, дертлу хьун; qəm eləmək (etmək) кил. qəm yemək; qəm yemək гъам чӀугун, фикир чӀугун, дерт чӀугун, гъамуни кьун, гъамуна гьатун; qəmə batmaq кил. qəm dəryasına batmaq; qəminə ortaq olmaq гъамуниз (дердиниз) шерик хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qəm

qəm sözünün türk dilinə tərcüməsi

qəm sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

QƏM ə. qüssə, kədər. QƏM’ ə. sökmə; çəkib çıxarma, dibindən çıxarma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"qəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəm nədir? #qəm sözünün mənası #qəm nə deməkdir? #qəm sözünün izahı #qəm sözünün yazılışı #qəm necə yazılır? #qəm sözünün düzgün yazılışı #qəm leksik mənası #qəm sözünün sinonimi #qəm sözünün yaxın mənalı sözlər #qəm sözünün əks mənası #qəm sözünün etimologiyası #qəm sözünün orfoqrafiyası #qəm rusca #qəm inglisça #qəm fransızca #qəm sözünün istifadəsi #sözlük