Qəmbərov sözü azərbaycan dilində

Qəmbərov

Yazılış

  • Qəmbərov • 99.7332%
  • qəmbərov • 0.1334%
  • QƏMBƏROV • 0.1334%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elşən Qəmbərov
Elşən Qəmbərov (30 oktyabr 1970, Bakı) - Azərbaycan milli yığmasının sabiq üzvü, sabiq futbolçu, uşaq futbolu məşqçisi.
Rafiq Qəmbərov
Rafiq (Rəfail) Əli oğlu Qəmbərov (31 dekabr 1947, Qroznı) — Azərbaycan kinooperatoru və fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin sədri (1998–2007), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), SSRİ Dövlət Mükafatı laureatı (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2018-ci ildən). == Həyatı == Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə Qroznı şəhərində anadan olub. 1966–1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L. B. Kosmatovun emalatxanasında təhsil almışdır. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edir. 1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyini yaratmış və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik etmişdir.1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Filmoqrafiya == Bakı haqqında 10 dəqiqə (film, 1970) Gecə söhbəti (film, 1971) Hörmətli alim yoldaşlar (film, 1971) "Müstəntiq və məntiq" (film, 1971) Vətəndaş sərnişinlər... (film, 1971) Nəriman Nərimanov (film, 1972) Sözsüz mahnı (film, 1972) Təki dam olsun... (film, 1972) Gilas ağacı (film, 1972) Bizim küçənin oğlanları (film, 1973) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Vulkana doğru (film, 1977) Dantenin yubileyi (film, 1978) İçəri şəhər (film, 1978) Azərbaycanın palçıq vulkanları (film, 1979) Çovqan oyunu (film, 1979) İstintaq (film, 1979) Qəribə adam (film, 1979) Lahıc (film, 1979) "...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980) Bağlı qapı (film, 1981) Cəmşid Naxçıvanski (film, 1982) Fövqəladə hadisə (film, 1982) İstirahət gecəsi (film, 1982) Rəngli yuxu (film, 1982) Zərbə (film, 1983) Gethagetdə (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Park (film, 1983) Xəbərdarlıq (film, 1985) Atası yandı (film, 1986) Burulğan (film, 1986) Ölsəm... bağışla (film, 1989) Özüm və zaman haqqında (film, 1991) Prima (film, 1994) Həm ziyarət, həm ticarət...
Ramiz Qəmbərov
Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü. == Həyatı == Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur.
Salman Qəmbərov
Salman Hüseyn oğlu Qəmbərov (d. 18 aprel 1959, Bakı) — Azərbaycan caz bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Bəstəkar 1959-cu il aprelin 18-də anadan olub. == Əsərləri == Simfoniya (1990); Simli kvartet üçün Dilogiya (1991); Skripka və piano üçün "Buta" instrumental Fantaziyası (1992); Səs, nağara və piano üçün "Şərq ya Qərb" Süitası (2000). Teatr tamaşalarına musiqi: "Ailəvi week-end" (1993) və "Otello" (1998) "Lətif" səssiz bədii filminə musiqi (2001). == Mükafatları == 16 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Yunis Qəmbərov
Qəmbərov Yunus Heydər oğlu (1926-1991) — azərbaycanlı kimyaçı, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == Yunus Qəmbərov 5 mart 1926-cı il Füzuli rayonunun Kürdlər kəndində kəndli ailəsində anadan olub. 1933-1943-cü illərdə orta məktəbdə təhsil alıb. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Kimya fakültəsinə qəbul olunub. 1949-cu ildə ADU-nu fərqlənmə diplomu ilə bitirib. 1950-1952-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunun aspiranturasında oxuyub. 1952-1956-cı illərdə "Azxəzərneft" Birliyinin Antikorroziya xidməti kontorunda istehsalat şöbəsinin rəisi vəzifəsində işləyib. 1956-1958-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunda aspirantura təhsilini başa vurub. 1959-1962-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra "Piroliz" laboratoriyasına müdir, 1973-cü ildə Olefinlər İnstitutunda "Karbohidrogen monomerləri" şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib.
İmamverdi Qəmbərov
Qəmbərоv İmamverdi Əlibala оğlu (1932–1984) — Azərbaycan jurnalisti, tərcüməçi, ensiklоpediyaçı. Bakıda fəhlə ailəsində dоğulmuş, оrta məktəbi, Azərbaycan Dövlət Universiteti filоlоgiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, əmək fəaliyyətinə mətbuatdan başlamışdır. 1955-ci ildən "Sоsializm tarlaçısı" (Cəlilabad rayоnu), "Azərbaycan bədən tərbiyəçisi", "İdman" qəzetlərində məsul katib, tərcüməçi, ədə- bi işçi vəzifələrində işləmişdir. 1967–1984-cü illərdə Azərbaycan Sоvet Ensiklоpediyasının Baş redaksiyasında elmi redaktоr, böyük elmi redaktоr və elmi sahə redaksiyasının müdiri vəzifələrində çalışmışdır. Çоxlu sayda elmi-publisistik, ensiklоpedik məqalənin və tərcümənin müəllifidir. Q. eyni zamanda klassik ədəbiyyatın qəzəl və rübai canrlarında şerlərin müəllifi, şətrənc (şahmat) оyunlarının qabil nəzəriyyəçilərindən biri idi.
İsa Qəmbərov
İsa Yunis oğlu Qəmbər (24 fevral 1957, Bakı) — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Milli Strateji Düşüncə Mərkəzinin sədri; Yeni Müsavat qəzetinin təsisçisi (7 noyabr 1987 – 8 noyabr 2009); Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri və İdarə Heyətinin üzvü (1989–1992); Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin XII çağırış deputatı; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (1991); Azərbaycan Respublikası Ali Sovetinin 3-cü sədri (18 may 1992 – 13 iyun 1993); Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (17 may 1992 – 16 iyun 1992); Müsavat Partiyasının 5-ci sədri (noyabr 1992 – 28 sentyabr 2014); Bizim Azərbaycan blokunun həmtəsisçisi (2003–2005); Azadlıq blokunun həmtəsisçisi (2005–2006); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010) ; Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri (2013–2014). == Həyatı == İsa Yunis oğlu Qəmbərov 24 fevral 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Əslən Füzulinin Kürdlər kəndindəndir. Uşaqlıq və gənclik illərində idmanla — futbol, stolüstü tennis və bir müddət basketbolla məşğul olub. Sonrakı illərdə tədricən aktiv idman həyatından uzaqlaşıb. İsa Qəmbər 1964–1974-cü illərdə Bakı şəhəri 62 saylı orta məktəbində təhsil almışdır. 1974-cü ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. İsa Qəmbər Azərbaycan Milli Elmlər Akademiyasında işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri tədqiq etmiş və "1978–1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazmışdır. 1979–1982-ci illərdə AMEA Naxçıvan Elm Mərkəzində, 1982–1990-cı illərdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. == İctimai-siyasi fəaliyyəti == Fəal siyasətə 1988-ci ildən qoşulmuşdur.
Elmira Qəmbərova
Elmira Qəmbərova (d. 14 mart 1994) — Azərbaycanlı güləşçi. == Həyatı == Elmira Qəmbərova 1994-cü il martın 14-də Rusiyanın Lesosibirsk şəhərində anadan olub. 2011-ci ildən Aslan Ağayevin rəhbərliyi ilə güləşlə məşğul olmağa başlayıb. == Karyerası == 2014-cü ildə Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatında 63 kq çəki dərəcəsində Azərbaycanı təmsil edib. Polşa və Çexiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda türkiyəli rəqibinə məğlub olaraq gümüş medala layiq görülüb. 2017-ci il 12-22 may tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 63 kq çəki dərəcəsində Azərbaycanı təmsil edib. Elmira Qəmbərova 21 may tarixində üçüncü yer uğrunda Kamerun təmsilçisi Berte Emilen Etan Nqollaya 8:0 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb. 2019-cu il 23-25 may tarixlərində İtaliyanın Sassari şəhərində güləşin üç növü üzrə Matteo Pelikone Memorialı keçirilib.
Zeynəb Qəmbərova
Zeynəb Qəmbərova (12 iyun 1916, Ərəbocağı, Ərəş qəzası – 1978, Ərəbocağı, Ağdaş rayonu) - pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Ağdaş rayonunda anadan olub. 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 3, 5-8-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.65 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 20.56
2003 ••••••••••••••• 14.96
2004 ••• 2.36
2005 •••• 3.37
2006 •••• 4.05
2007 ••••••• 6.98
2008 ••••••• 6.33
2009 •••••••••• 9.44
2010 •••••••• 7.81
2011 ••••• 4.98
2012 •••••••• 7.49
2013 ••••• 5.11
2014 ••• 2.75
2015 •••• 3.74
2016 ••••• 4.16
2017 •••••• 6.02
2018 •••••• 6.14
2019 ••• 2.78
2020 ••• 2.65

Oxşar sözlər

#qəmbərov nədir? #qəmbərov sözünün mənası #qəmbərov nə deməkdir? #qəmbərov sözünün izahı #qəmbərov sözünün yazılışı #qəmbərov necə yazılır? #qəmbərov sözünün düzgün yazılışı #qəmbərov leksik mənası #qəmbərov sözünün sinonimi #qəmbərov sözünün yaxın mənalı sözlər #qəmbərov sözünün əks mənası #qəmbərov sözünün etimologiyası #qəmbərov sözünün orfoqrafiyası #qəmbərov rusca #qəmbərov inglisça #qəmbərov fransızca #qəmbərov sözünün istifadəsi #sözlük