Əkbərov sözü azərbaycan dilində

Əkbərov

Yazılış

  • Əkbərov • 99.3471%
  • ƏKBƏROV • 0.6529%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Akif Əkbərov
Əkbərov Akif Abbas oğlu (2 fevral 1952, Balyand, Cəbrayıl rayonu – 5 avqust 1991, Kəlbəcər rayonu) — Qarabağ müharibəsinin iştirakçısı. 12 avqust 1992-ci ildə Kəlbəcərin Sarıyer yaylağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 8 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin 264 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Akif Əkbərov 2 fevral 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib. 1970-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunur. O, 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olur. Polis Baş Çavuşu Akif Əkbərov həmin bölmədə Yol-Patrul Xidməti müfəttişi vəzifəsində işləyirdi.
Allahverdi Əkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Canəli Əkbərov
Canəli Xanəli oğlu Əkbərov (10 mart 1940, Tükəvilə, Lənkəran rayonu – 22 oktyabr 2021, Bakı) — Azərbaycan xanəndəsi, professor (2008), Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyatı == Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Muğam sənətini atasından öyrənmiş, Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil almışdır. O, 1963–1964-cü illərdə Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmişdir.Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmışdır. Canəli Əkbərov muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Hafiz Əkbərov
Hafiz Əkbərov — rejissor və rejissor assistenti. == Həyatı == Hafiz Əkbərov 1 noyabr 1941-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirib. 1962-ci ildə İncəsənət İnstitutuna daxil olub, 1968-ci ildə həmin Ali məktəbi bitirib. İnstitutda oxuyarkən Badamdar qəsəbəsindəki Mədəniyyət Evində bədii rəhbər vəzifəsində işləyib. 1968-ci ildən 1993-cü ilə qədər C.Cabbarlı adına "AzərbaycanFilm" Kinostudiyasında əvvəlcə rejissor assistenti, sonra isə multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb. 1972-ci ildə Moskva şəhərindəki "SoyuzMultfilm" kinostudiyasında təkmilləşmə keçib. 1979-1982 illərdə Multiplikasiya Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb. 1989-1991 illərdə AzərbaycanFilm kinostudiyasının nəzdində "Azərbaycan" kooperativi yaradıb və bu illər ərzində bir neçə reklam və sənədli filmlər çəkib. == Filmoqrafiya == Cırtdanın yeni sərgüzəşti (film, 1973) Çaqqal oğlu çaqqal (film, 1972) Cücələrim (film, 1975) Daş (film, 1977) Dınqıl, sazım, dınqıl (film, 1976) Günlərin bir günündə...
Həsən Əkbərov
Həsən Raqub oğlu Əkbərov (20 sentyabr 1997; Yədilli, Yevlax rayonu, Azərbaycan — 30 sentyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Əkbərov 20 sentyabr 1997-ci ildə Yevlax rayonunun Yədilli kəndində Raqub Əkbərovun ailəsində anadan olmuşdur. Ata tərəfdən Ağdam rayonundan, ana tərəfdən Kəlbəcər rayonundan idi. Ağdam rayonu 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Əkbərovlar ailəsi Yevlax rayonunda məskunlaşmışdır. Atası Raqub Əkbərov Həsən uşaq olan zaman vəfat etmişdir. Dayısı 1992-ci ildə Kəlbəcər istiqamətində həlak olmuşdur. Həsən 2003-2014-cü illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Həsən Əkbərov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir.
Kərəm Əkbərov
Əkbərov Kərəm Nurəddin oğlu — azərbaycanlı bəstəkar. == Həyatı == Kərəm Əkbərov 1988-ci il iyun ayının 25-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2006-cı ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirmiş və eyni ildə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına, görkəmli bəstəkar Arif Məlikovun sinfinə daxil olmuşdur. 2010-cu ildə bəstəkarlıq sinfini "Azərbaycan" simfonik poema fantaziya əsəri ilə bitirmişdir. Bəstəkar təhsilini 2014-cü ildə magistr kimi tamamlamışdır. Və eyni zamanda Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. Bəstəkarın əsərləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə ifa olunmuşdur. Azərbaycanın xalq artistləri professor Rauf Abdullayev, Teymur Göyçayev onun əsərlərini ifa etmişlər. 2011-ci ildə Kanadanın Niaqara şəhərində Azərbaycan mədəniyyəti günlərində bəstəkarın "Kamera orkestri üçün suita"sı müvəffəqiyyətlə ifa olunmuşdur. Bəstəkar 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatına" layiq görülmüşdür.
Maarif Əkbərov
Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.[mənbə göstərin] == Həyatı == Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək "1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, "Elementar riyaziyyat" kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır.
Mikayıl Əkbərov
Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir. Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir. Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur. Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir. Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir. == İstinadlar == == Mənbə == Герои Советского Союза - сыны Азербайджана, Баку,1965 Герои Советского Союза. Краткий биографический словарь. Т.1.
Mübariz Əkbərov
Mübariz Əkbərov — Azərbaycan Respublikasının Əməkdar Rəssamı. == Həyatı == Əkbərov Mübariz Səməd oğlu 1955-ci il aprel ayının 2-də Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Gəncə şəhəri Rəssamlıq Məktəbini, 1975-ci ildə isə Gəncə şəhər pedaqoji texnikumunun rəssamlıq fakültəsini bitirmişdir. 1980-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun Rəssamlıq fakultəsinə daxil olmuş, 1985-ci ildə bitirmişdir. Mübariz Əkbərov 30 ildən çoxdur ki filiqran işləmələri ilə məşğuldur və o, Danimarka, İngiltərə, Almaniya, Fransa, Türkiyə və Rusiyada təşkil olunmuş bir sıra beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, yaratmış olduğu əsərlər bir sıra müzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ailəlidir, 2 övladı, 2 nəvəsi var. == Sərgiləri == 1995-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2001-ci ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2003-cü ildə Bakı şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 2004-cü ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2005-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2006-cı ildə Gəncə şəhərinin 2500 illiyinə həsr olunmuş fərdi sərgisi təşkil olunmuşdur 2007-cü ildə Şəki şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 13-21 fevral 2010-cu il tarixində Londonda Viktoriya Və Albert müzeyində keçirilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində 22 əl işindən ibarət sərgisi təşkil olunmuşdur 2011-ci ildə Fransanın Dijon şəhərində əl işlərinin fotosərgisi təşkil olunmuşdur 2-12 iyun 2016-cı il tarixində Bakı şəhəri, Azərbaycan Xalça Müzeyində 1-ci Beynəlxalq Türk Dünyasının Ortaq Dili-Naxışlar simpoziumu çərçivəsində Metalda Həkk Edilmiş Gözəllik adlı fərdi sərgisi təşkil olunmuşdur 28 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub.
Mətləb Əkbərov
Mətləb Zülfiqar oğlu Əkbərov (21 yanvar 2001; Yenikənd, Siyəzən rayonu, Azərbaycan — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Mətləb Əkbərov 21 yanvar 2001-ci ildə Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Siyəzən rayon Yenikənd kənd Vüqar Qasımov adına tam orta məktəbində təhsil almışdır. 24 yanvar 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Xidmətinə görə tərifnamə ilə təltif olunmuşdur. 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuşdur. Sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Mətləb Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Nazim Əkbərov
Əkbərov Nazim Fərrux oğlu — ssenarist. == Həyatı == Nazim Əkbərov 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Xarici Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsini ingilis və Azərbaycan dilləri müəllimi ixtisası üzrə bitirmişdir. 1972–1979-cu illərdə Babək rayonunun Təzəkənd, Qoşadizə, Nehrəm, Yarımca, Sovetabad kənd məktəblərində müəllim, Babək rayon qiyabi orta məktəbində, sonra Babək rayon xalq təhsili şöbəsində metodist vəzifələrində işləmişdir. 1979–1991-ci illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti aparatında əvvəlcə məsləhətçi, sonra işlər müdiri, daha sonra təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1991-ci ilin iyun ayından 1994-cü ilin oktyabr ayınadək Naxşıvan MR təhsil naziri vəzifəsində işləyib. Bu vəzifədə bir sıra yeni tipli məktəblər – Naxçıvan şəhərində "Xanım qızlar pansionu" adlı qız məktəbi, Hərbi-İdman Təmayüllü Lisey, Naxçıvan Türk Liseyi, Ordubad Türk Qız Liseyi, Şərur Türk Liseyi, İlahiyyat təmayüllü "Hilal" liseyi, Babək rayonunda biologiya-kənd təsərrüfatı təmayüllü təsərrüfat hesablı liseylər açıb. 1994-cü ildən Çağ Öyrətim İşlətmələri şirkətində baş pedaqoji müşavir vəzifəsində, təhsil sahəsində həyata keçirilən kurikulum islahatında mənəviyyat üzrə milli məsləhətçi kimi də fəaliyyət göstərir. Mənəviyyata, əxlaq məsələlərinə dair 8 kitabda onun hekayələri, esseləri, məqalələri, irpərdəli pyesləri toplanmışdır. Mənəviyyat, əxlaq və davranış qaydalarına dair beş dərs vəsaitinin müəllifidir.
Nizami Əkbərov
Əkbərov Nizami Əlisahib oğlu (15 avqust 1960, Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR) — kimya üzrə fəlsəfə doktoru, Dosent, ADPU-nun Kimya fakültəsinin, "Analitik və üzvi kimya" kafedrasının müəllimi. == Həyatı == Əkbərov Nizami Əlisahib oğlu 15 avqust 1960 -cı ildə Yardımlı rayonunun Kürəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Kürəkçi kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1977-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Məktəbdə oxuyanda riyaziyyat fənninə böyük maraq gəstərib. O dövrdəki “Pioner” qəzetində çıxan “Gənc riyaziyyatçılar klubu”nun dəfələrlə qalibi olub. Orta məktəbin son siniflərində oxuyanda kimya fənninə marağı daha çox artıb, 1975-ci ildə VIII sinifdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin keçirdiyi üç turdan ibarət qiyabi kimya olimpiadasının hər üç turunda qalib olmuş, fəxri fərman, diplom və mükafatla təltif olunmuşdur. IX sinifdə o, Qazax şəhərində keçirilən XV Respublika kimya olimpiadasında II, X sinifdə isə Bakı şəhərində keçirilən XVI Respublika kimya olimpiadasında I yeri tutmuşdur. Nizami Əkbərov 1977-ci ildə iki imtahandan 10 ball toplamaqla eksperiment yolu ilə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1982-ci ildə universiteti əla qiymətlərlə bitirib. Hələ universitetdə oxuyarkən elmi işlərlə məşğul olmağa başlayıb.
Orxan Əkbərov
Orxan Nadir oğlu Əkbərov (12 dekabr 1982, Saatlı – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzulinin azad edilməsi zamanı şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2015) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (26.06.2020) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi və xatirəsi == 2021-ci ildə Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun adı verilmişdir.
Qalib Əkbərov
Qalib Əbdüləhəd oğlu Əkbərov (6 aprel 2002; Kərgəlan, Lənkəran rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qalib Əkbərov 2002-ci il aprelin 6-da Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 2008—2019-cu illərdə Lənkəran rayon Kərgəlan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qalib Əkbərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Qalib Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qalib Əkbərov sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşrığının yerinə yetirilməsi zamanı şəhid olub. Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəzənfər Əkbərov
Əkbərov Qəzənfər Qulam oğlu (4 aprel 1917, Cəhri – 3 avqust 1944, Mazovets voyevodluğu) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir. 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Rahil Əkbərov
Rahil Canəhməd oğlu Əkbərov (1 mart 1991; Sabirabad rayonu, Azərbaycan SSR — 26 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahil Əkbərov 1991-ci il martın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Rahil Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahil Əkbərov noyabrın 26-da Hadrut istiqamətində şəhid olub. Sabirabad rayonunun Ətcələr kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rasim Əkbərov
Rasim Ağa oğlu Əkbərov (1957, Qasım İsmayılov) — Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri, keçmiş siyasi məhbus, sabiq Azərbaycanın Milli Qəhrəmanı (1992–2001). == Həyatı == Rasim Əkbərov 1957-ci ildə anadan olmuşdur. 1990-cı ildə könüllü əsgər kimi döyüşə yollanıb və 157 saylı briqadanın komandiri vəzifəsinə qədər yüksəlib. === Ailəsi === Rasim Əkbərov 1993–2000-ci illərdə Goranboy rayonu İcra hakimiyyətinin başçısı olan "Ağa dayı" kimi tanınan Ağa Tahir oğlu Əkbərovun oğludur. Ağa Əkbərov Bakı Dövlət Universitetinin professoru olmuş Səfiyar Musayevin qudası idi. == Keçmiş Milli Qəhrəman == Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Rasim Əkbərova Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 1994-cü il tarixli 83 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğlu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.Rasim Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə Rasim Ağa oğlu Əkbərov "Azərbaycanın Milli Qəhrəmanı" adından və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilmişdir.Rasim Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.
Rövşən Əkbərov
Əkbərov Rövşən Telman oğlu (4 iyun 1965, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant. == Həyatı == Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993–1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur.
Rüstəm Əkbərov
Rüstəm Əkbərov (1991, Belqorod) — Azərbaycanlı karateçi. Dünya və Avropa çempionu Rüstəm Əkbərov, 2008-ci ildə Ukraniyanın Odessa şəhərində Dünya kuboku və qızıl medal qazanıb. 2012 ci il Türkiyənin paytaxti İstanbulda ve 2019 cu il Rumuniyanin paytaxti Buxarestde keçirilən Dünya Çempionatlarında qizil, 2019 cu il Şimali Makedoniyanın paytaxti Skopya şəhərinde keçirilən Avropa Çempionatinda qızıl medal qazanıb. == Heyatı == Əslən Lənkəran rayonundan olan Rüstəm Əkbərov, 1991-ci ildə Rusiyanin Belqorod şəhərinə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. 2012–2013 cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ordu sıralarının N saylı Keşfiyyat taborunda müddətli həqiqi hərbi xidmət keçib. == Karyerası == Rüstəm Əkbərov Azərbaycan bayrağı altında Karatenin Şotokan novu uzre 2008-ci ildə Ukraniyanın Odessa şəhərində Dünya kuboku və qızıl medal qazanıb. 2012 ci il Türkiyənin paytaxti İstanbulda və 2019 cu il Rumuniyanin paytaxti Buxarestde keçirilən Dünya Çempionatlarında qizil və 2019 cu il Şimali Makedoniyanın paytaxti Skopya şəhərinde keçirilən Avropa Çempionatinda qızıl medal qazanıb. Zirvə idman klubun karate üzrə 6 il baş məşqçisi postunda çalışmışdır. Respublika dərəcəli hakimdir.
Sahib Əkbərov
Sahib İsmayıl oğlu Əkbərov (27 iyul 1951, Otaqlı, Kəlbəcər rayonu) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1991–1992). == Həyatı == Əkbərov Sahib İsmayıl oğlu 1951-ci il iyul ayının 27-də Kəlbəcər rayonunun Otaqlı kəndində Kalxozçu ailəsində anadan olmuşdur.1968-ci ildə Kəlbəcər rayonunda 1 №-li orta məktəbi,1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunu,1986-cı ildə Bakı Ali Partiya Məktəbini ,2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirməklə inşşat mühəndisi, politoloq, iqtisadçı ixtisaları üzrə ali təhsil almışdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1968-ci ilin iyun ayında başlamışdır. Kəlbəcər rayonu "Kalinin" adına kolxozda sahə gözətçisi işləmişdir.1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.193-vcü ildə "Kalinin" adına kolxozda köməkçi mühasib işləmişdir. 1978-ci ilin oktyabr ayından 1979-cu ilin sentyabr ayına kimi Bərdə Kolxozlararası Tikinti İdarəsində quraşdırıcı, iş ustası,1979-cu ilin sentyabr ayından 1980-ci ilin may ayına kimi Azərbaycan SSR Kənd Sənayesi Tikintisi Nazirliyinin 4 №-li trestində mühəndis, texniki şöbənin baş mühəndisi vəzifələrində işləmişdir. 1980-ci ilin may ayından 1982-ci ilin iyul ayına kimi Kəlbəcər rayon XDS baş memarı vəzifələrində işləmişdir, həmin vaxtlar 1984-cü ilin sentyabr ayından 1986-cı ilin iyul ayına kimi Bakı Ali Partiya Məktəbinin Dinləyicisi olmuşdur. 1986-cı ilin iyul ayından 1989-cu ilin aprel ayına kimi Azərbaycan KP Kəlbəcər Rayon Komitəsində təlimatçı, K/T şöbəsinin müdiri, təşkilatı Partiya Şöbəsinin müdir müavini işləmişdir. 1989-cu ilin aprel ayından 1991-ci ilin sentyabr ayına kimi Kəlbəcər Rayon XDS İK sədri, 1991-ci ilin sntyabr ayından 1991-ci ilin oktyabr ayına kimi Kəlbəcər Rayon XDS sədri, həmin vaxtdan may 1992-ci ilə kimi Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. Dəfələrlə Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin deputatı,1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin Deputatı olmuşdur.
Seyfulla Əkbərov
Seyfulla Əkbərov — Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru. == Həyatı == Seyfulla Əkbərov 1914 cü ildə Göyçayda anadan olub. 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunda təhsil alıb. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə şəhərində rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində çalışıb. S.Əkbərov 1948-ci ildə Moskva Ümumittifaq Hüquq institutunu bitirib. 1951-1963-cü illərdə Respublika Prokuroru vəzifəsində işləyib. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 sentiyabr 1959-cu il tarixli Fərmanı ilə ona II dərəcəli Dövlət Ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi verilib.
Surxay Əkbərov
Surxay Əkbərov (tam adı: Əkbərov Surxay Cabbar oğlu; 8 fevral 1954, Zəhmət, Zəngibasar rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001). “Yıldız” Texniki Universitetinin mexanika‑maşınqayırma fakültəsinin professoru. == Həyatı == Surxay Əkbərov 8 fevral 1954-cü ildə Masis rayonunun Zəhmət kəndində anadan olub. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini “mexanika” ixtisası üzrə bitirib. Ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutuna göndərilib, baş laborant vəzifəsində işləyib. S.Əkbərov 1978-ci ildə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına daxil olub və Ukrayna SSR EA-nın S.P.Timoşenko adına Mexanika İnstitutuna (Kiyev) ezam edilib. 1981-ci ildə elə həmin institutda “Əyilgən matrisada iki lifin dayanıqlılığının bu dayanıqlılıq itirilən zaman onların qarşılıqlı təsiri nəzərə alınmaqla tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. S.Əkbərov 1983-1985-ci illərdə S.P.Timoşenko adına Mexanika İnstitutunda elmi təcrübə keçib. 1988-ci ildə “Əyilmiş strukturlu kompozit materiallarda gərgin vəziyyət. “Hissə-hissə bircins cisim modeli” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.1990-1993-cü illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun dağılma mexanikası şöbəsinin müdiri olub.
Sülhəddin Əkbərov
Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri. == Həyatı == Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. == Siyasi fəaliyyəti == 1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir. 26 noyabr 1991-ci il tarixində təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir.1991-ci ildə Azərbaycan Demokrat Partiyasının həmsədrlərindən və həmtəsisçilərdən biri olmuşdur. 16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur. 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur. 1 sentyabr 1993-cü ildə həbs qərarı tətbiq olunmuşdur.1992-ci ildən 2010-cu ilədək Müsavat Partiyasının üzvü olub. 1995-ci ildən 2010-cu ilədək Müsavat Partiyası Başqanının siyasi məsələlər üzrə müavini olmuşdur.
Tahir Əkbərov
Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov; 20 yanvar 1946, Bakı – 2 mart 2018, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildə keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan peşəkar musiqisində yeni janrlar hesab olunur. Tahir Əkbər 2 mart 2018-ci ildə vəfat etmişdir.
Tofiq Əkbərov
Gülşən Əkbərova
Gülşən Əkbərova (5 mart 1953, Bakı)— Azərbaycan Respublikasının əməkdar artisti (2006), ssenari müəllifi, aparıcı, redaktor, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti. == Həyatı == Əkbərova Gülşən Məmməd qızı 1953-cü il martın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası əslən Ordubadlı yazıçı-jurnalist Məmməd Əkbər 50 il Azərbaycan mətbuatında şərəflə, vicdanla xidmət edib. Gülşən Əkbərova 1960-cı ildə Bakıdakı Qırmızı Əmək Bayrağı ordenli 190 nörmrəli orta məktəbə qəbul edilib. Həmin ildə paralel olaraq Bakıdakı 1 nömrəli musiqi məktəbinin fortepiano sinfinə də daxil olur və 1968-ci ildə orta musiqi təhsilini müvəffəqiyyətlə başa vurur.1970-ci ildə 190 nömrəli orta məktəbi fərqlənmə ilə bitirib, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Uşaqlıqdan əhatəsində böyüdüyü ədəbi mühit, söz-sənət ab-havası onu atasının yolunu davam etdirməyə təhrik etdi. Telejurnalistikaya sonsuz həvəsi elə ilk tələbəlik illərindən onu televiziyaya bağlayır. 17 yaşından ştatdankənar müxbir kimi ilk qələm təcrübəsini o zaman televiziyada hazırlanan "İlham", "Sabahın ustaları", "Dostluq", "Efirdə gənclik" verilişlərində sınamağa başlayır. 1971–1975-ci illərdə müəllifi və aparıcısı olduğu "Yaşıdlarım", "Romans axşamı", Azərbaycan televiziyasının ilk canlı şou proqramı "Tələbə klubu" az vaxtda ona populyarlıq gətirdi. 1975-ci ildə jurnalistika fakültəsində ali təhsilini müvəffəqiyyətlə başa vuran Gülşən Əkbərova, Azərbaycan Dövlət Teleradio Verilişləri komitəsinin tələbnaməsinə əsasən təyinatla 1975-ci il aprelin 1-də Azərbaycan televiziyasına işə götürülür.
Minayə Əkbərova
Minayə Əkbərova (19 iyul 2001, Ağcabədi) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Minayə Tapdıq qızı Əkbərova 2001-ci il iyulun 19-da Ağcabədi şəhərində anadan olub. == Karyerası == === 2014–2015-ci illər: Yeniyetmələrin Dünya Çempionatında gümüş medal === Minayə Əkbərova beynəlxalq səviyyə birinci uğuruna 2014-cü ildə Lommel şəhərində baş tutan yeniyetmələr arasında "Belgian Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsidə Çexiya nümayəndəsi Sara Xattibovanı 8:4, final görüşündə isə Xorvatiya təmsilçisi Lara Peteni 5:4 hesabı ilə məğlub edən Minayə Əkbərova, "Belgian Open" beynəlxalq turnirinin qalibi oldu. Daha sonra o, Avstriyada baş tutan "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə İtaliya nümayəndəsi Sofiya Zampettiyə 11:10 hesabı ilə qalib gələn Minayə Əkbərova, final görüşündə Çexiya təmsilçisi Sara Xattibovaya 0:4 hesabı ilə məğlub oldu və "Austrian Open" beynəlxalq turnirinin gümüş medalına oldu. 2014-cü ilin əsas turniri iyulda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Ashleigh Rose Oganı 4:2, 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Şayanne Sarsozanı 5:2, 1/2 final mərhələsində isə Rusiya nümayəndəsi Yelizaveta Rojinanı 5:2 hesabları ilə məğlub edən Minayə Əkbərova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran təmsilçisi Mahla Momenzadəyə 1:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.Minayə Əkbərova 2014-cü ilin noyabrda Antalya şəhərində baş tutan yeniyetmələr arasında Klublararası Avropa Çempionatında çıxış elədi. "Gilan" TK üzvü olan Minayə Əkbərova, turnirin bürünc medalına sahib oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.13 dəfə / 1 mln.
2002 •••••••••• 10.28
2003 •••••••••••••••••••• 20.87
2004 ••••••••• 9.10
2005 ••••••••••• 11.47
2006 •••••••••••• 12.39
2007 ••••••••• 8.46
2008 •••••••••• 9.99
2009 •••••••••••• 11.68
2010 •••••••••••• 11.71
2011 •••••••• 7.89
2012 •••••••••••••• 14.20
2013 •••••••••• 10.21
2014 ••••••• 7.21
2015 ••••••• 6.63
2016 •••••••••• 9.89
2017 •••• 3.58
2018 •••••••••••• 11.54
2019 •••••••••• 9.60
2020 •••••••••• 9.81

Oxşar sözlər

#əkbərov nədir? #əkbərov sözünün mənası #əkbərov nə deməkdir? #əkbərov sözünün izahı #əkbərov sözünün yazılışı #əkbərov necə yazılır? #əkbərov sözünün düzgün yazılışı #əkbərov leksik mənası #əkbərov sözünün sinonimi #əkbərov sözünün yaxın mənalı sözlər #əkbərov sözünün əks mənası #əkbərov sözünün etimologiyası #əkbərov sözünün orfoqrafiyası #əkbərov rusca #əkbərov inglisça #əkbərov fransızca #əkbərov sözünün istifadəsi #sözlük