Əsgərov sözü azərbaycan dilində

Əsgərov

Yazılış

  • Əsgərov • 99.3881%
  • ƏSGƏROV • 0.6007%
  • əsgərov • 0.0112%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Akif Əsgərov
Akif İzzətulla oğlu Əsgərov (1 may 1940, Naxçıvan) — heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2018). == Həyatı == 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1958-63-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1963-69-cu illərdə İ. Repin adına Sankt-Peterburq adına Boyakarlıq, Heykəltaraşlıq, Memarlıq Akademiyasında M. K. Anikuşinin emalatxanasında təhsil almışdır. Dəzgah və monumental heykəltaraşlıqla məşğuldur. 1970-72-ci illərdə SSR Rəssamlar İttifaqının üzvü olmuşdur. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülmüşdür. Heykəltaraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərlərləri Fransa, Almaniya, ABŞ da, Türkiyədə,İngiltərəde şəxsi kolleksiyalarda saxlanılır.Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan “Mənim qızım” və Moskvada Tretyakov qalereyasında saxlanılan “Hüseyn Cavid” heykəllərinin adını çəkmək olar. Bundan əlavə Akif Əskərov “İblis”, “Topal Teymur”, “Şeyx Sənan” heykəllərinin müəllifidir. Bakı şəhərində yerləşən akademik Yusif Məmmədəliyevin abidəsinin müəllifi olan Akif Əskərovun heykəlləri İranda və Türkiyədə də (Balerina, Səhnə) yerləşir.
Arif Əsgərov
Arif Nəriman oğlu Əsgərov (1 yanvar 1961, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini == Həyatı == Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan omuşdur. 1982-ci ildə Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun "Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi" ixtisasını bitirmişdir. 1982–1989-cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müffətişi, 1989–1993-cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini, 1993–1993-cü illərdə yolun maliyyə xidmətinin rəisi, 1993–1994-cü illərdə yolun maliyyə xidməti rəisinin müavini, 1994–1996-cı illərdə "Azərreyl" Səhmdar Cəmiyyətinin Baş direktorun 1-ci müavini, 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolu maliyyə və məlumat xidmətinin rəisi, 1996–2000-ci illərdə yolun maliyyə xidmətinin rəisi, 2000–2003-cü illərdə yolun "Tarif və nəqliyyatservis" xidmətinin rəisi, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Maliyyə və kredit departamentinin rəisi vəzifələrində çalışmışdır. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == Arif Əsgərov 2004–2009-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009–2015-ci illərdə isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini təyin edilmişdir.
Asif Əsgərov
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Asəf Əsgərov
Asəf İlqar oğlu Əsgərov (12 mart 1989, Bərdə rayonu – 12 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Əsgərov 1989-cu il martın 12-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Asəf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asəf Əsgərov oktyabrın 12-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayaz Əsgərov
Ayaz Əsgərov — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır. == Siyasi fəaliyyəti == 1989–2006-cı illərdə müxtəlif vəzifələrdə işləmiş, 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Azad Əsgərov
Azad Əsgərov (20 avqust 1971-ci il) - Azərbaycanlı qaydasız döyüşçü və həmçinin güləşçidir. Qaydasız döyüş və güləş üzrə dünya çempionudur. Azad Əsgərov 50 döyüş keçirmişdir. Döyüşlərdən 45-ni qazanmışdır. 3 dəfə məğlub olmuş, 2 dəfə heç-heç etmişdir. == Həyatı == Azad Əsgərov peşəkar rinqdə əlliyə yaxın döyüş keçirmişdir, onlardan üçünü uduzmuşdur (onlardan ikisi alınmış zədələrə görə hesaba alınmışdır), iki dəfə heç-heçə ilə nəticələnən döyüş keçirmiş və 45 döyüşdə qalib gəlmişdir. Onun rəqibləri döyüş zamanı yalnız üç dəfə sona qədər gəlib çıxa bilmişlər. Qalanları isə döyüşün ilk dəqiqələrində məğlub olmuşdur. O, uşaq ikən qardaşları kimi güclü olmaq arzusunda olmuşdur. Uşaq yaşlarından idmana olan məhəbbət Azadın həyatında çox böyük rol oynamışdır.
Azər Əsgərov
Azər Əhməd oğlu Əsgərov (29 fevral 1984, Bakı) — Azərbaycanlı bəstəkar və səs rejissoru == Həyatı == Azər Əhməd oğlu Əsgərov (Hacıəsgərli) 1984-cü il fevralın 29-da Bakı şəhərində anadan olub. 1990–2000-ci illər orta məktəbdə oxuyub. 1996–2005-ci illərdə 21 saylı Rastropoviçlər adına musiqi məktəbinin skripka sinfində təhsil alıb. 2000–2004-cü illərdə Bakı Mühəndislik Universitetinin "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi" fakültəsini bitirib. 2005-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə (Xəyyam Mirzəzadənin sinfi) daxil olub. 2009-cu ildə təhsilini Ceyhun Allahverdiyevin sinfində bitirib. Aydın Əzimovun sinfində bəstəkarlıq fakültəsinin magistr pilləsində təhsil alıb (2009–2012). 2010–2011-ci illərdə Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasında(ГуКиТ.С.П) ixtisas artırma institutunda səs rejissorluğu fakültəsində təhsil alıb. Şair, nasir, mərhum Tofiq Mahmudun nəvəsi, şair İbrahim Göyçaylının qardaşı oğludur. == Fəaliyyəti == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə musiqi yazmışdır.
Ağabəy Əsgərov
Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri. == Həyatı == Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb. 1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.
Baxşeyiş Əsgərov
Bəxşeyiş Məmməd oğlu Əsgərov (25 May 1963, Qaradağlı, Ağdam rayonu) – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti, Mərkəzi Seçki Komissiyasının (2011-ci ildən) üzvüdür. == Həyatı == Bəxşeyiş Məmməd oğlu Əsgərov 1963-cü il may ayının 25-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1979-cu ilədək Ağdam şəhərindəki 3 saylı orta məktəbdə, sonra isə Bakı şəhərindəki 53 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin axşam şöbəsinə daxil olub. 1981-ci ilin yanvarından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Müasir Azərbaycan dilçiliyi kafedrasında əmək fəaliyyətinə başlayıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1985-ci illərdə 4 saylı Dəmir-beton zavodunda fəhlə işləyib. O, 1985-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olub və 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1986–1989-cu illərdə "Yazıçı" nəşriyyatında ekspeditor işləyib. 1989–1992-ci illərdə Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun (indiki Məhkəmə Ekspertizası Mərkəzi) Məhkəmə Ballistika-Trasologiya Elmi-Tədqiqat laboratoriyasında baş laborant, elmi işçi vəzifələrində çalışıb.
Bürcəli Əsgərov
Bürcəli Əsgərov (tam adı: Bürcəli Veysal oğlu Əsgərov; 15 fevral 1933, Gürcüstan SSR, ZSFSR və ya SSRİ – 1 noyabr 2005, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Bürcəli 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib. Onun aktyor sənəti müəllimi Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb. Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır.
Bəhram Əsgərov
Bəhram Mehrəli oğlu Əsgərov (5 oktyabr 1933, Tovuz rayonu – 12 mart 2014, Bakı) — fizika–riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universiteti bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == Bəhram Əsgərov 5 oktyabr 1933-cü ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. 1952 -1957-ci illərdə Azərbaycan Dövlət Universiteti fizika fakultəsində təhsil alır. 1962-ci ildə Leninqrad şəhərində “Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1968-ci ildə dosent elmi adı almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsində "Bərk cisimlər fizikası” kafedrası yaratmış və ömrünün sonunadək onunun müdiri işləmişdir. 1960–1966–cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu elmi işçisi. 1966 – 1971-ci illər Bakı Dövlət Universiteti “Molekulyar fizika” kafedrasının dosenti işləmişdir. 1971-ci ildə yenidən Leninqrad şəhərində “Yarımkeçiricilərdə kinetik effektlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilir.
Bəxtiyar Əsgərov
Bəxtiyar Əsgərov (Əsgərov Bəxtiyar Hüseynalı oğlu; 10 fevral 1981, Noraşen, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri (2014-indi). Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Yeni Azərbaycan Partiyasının üzvü (1999). Filologiya üzrə fəlsəfə doktoru (2010). == Həyatı == Bəxtiyar Əsgərov 1981-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.2001–2005-ci illərdə Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini işləmiş, 2004–2007-ci illərdə Bakı Dövlət Universitetində aspirantura təhsili almışdır. 2004-cü ildən Bakı Dövlət Universitetinin müəllimi vəzifəsində çalışır. 2010-cu ildə "M. S. Ordubadinin dramaturgiyası" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı kimi "XX əsr Azərbaycan tarixi romanlarında gərçəklik və təxəyyülün sintezi" adlı filologiya elmləri doktoru dissertasiya işini uğurla tamamlamışdır.5 kitab, eləcə də 2 monoqrafiya, bir çox nüfuzlu jurnal və qəzetlərdə çap edilmiş, 50-dək elmi və 100-dən çox siyasi-publisistik məqalələrin müəllifidir. İngilis, rus və türk dillərini bilir. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bəxşeyiş Əsgərov
Bəxşeyiş Məmməd oğlu Əsgərov (25 May 1963, Qaradağlı, Ağdam rayonu) – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti, Mərkəzi Seçki Komissiyasının (2011-ci ildən) üzvüdür. == Həyatı == Bəxşeyiş Məmməd oğlu Əsgərov 1963-cü il may ayının 25-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1979-cu ilədək Ağdam şəhərindəki 3 saylı orta məktəbdə, sonra isə Bakı şəhərindəki 53 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin axşam şöbəsinə daxil olub. 1981-ci ilin yanvarından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Müasir Azərbaycan dilçiliyi kafedrasında əmək fəaliyyətinə başlayıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1985-ci illərdə 4 saylı Dəmir-beton zavodunda fəhlə işləyib. O, 1985-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olub və 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1986–1989-cu illərdə "Yazıçı" nəşriyyatında ekspeditor işləyib. 1989–1992-ci illərdə Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun (indiki Məhkəmə Ekspertizası Mərkəzi) Məhkəmə Ballistika-Trasologiya Elmi-Tədqiqat laboratoriyasında baş laborant, elmi işçi vəzifələrində çalışıb.
Cahangir Əsgərov
Cahangir Calal oğlu Əsgərov (11 iyul 1950, Bakı) – Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (2008–2023), Azərbaycan Respublikasının əməkdar pilotu (2011); texnika elmləri namizədi; Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri, dosent. == Həyatı == Cahangir Əsgərov 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi ixtisası üzrə bitirdikdən sonra Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkask Birləşmiş Aviasiya Dəstəsinə An-2 təyyarəsinin ikinci pilotu vəzifəsinə göndərilmişdir. Həmin il Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş uçuş dəstəsinə keçirilmiş və burada 1977-ci ilədək aviasiya eskadrilyasının komandiri, uçuş dəstəsinin komandir müavini vəzifələrində uçuşlar həyata keçirmişdir. 1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləmişdir. 1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirmişdir. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin təlim-məşq dəstəsində AN-2 təyyarəsinin təlimatçı-pilotu kimi çalışmışdır. 1981–1984-cü illərdə Bakı Birləşmiş Aviasiya Dəstəsində Tu-134 təyyarəsinin ikinci pilotu kimi uçuşlar yerinə yetirmişdir. 1984–1988-ci illərdə Tu-134 təyyarəsinin kapitanı, aviaeskadrilya komandirinin müavini, vəzifələrində çalışmış, 1988-ci ildə qeyd edilən təyyarə tiplərinin eskadrilya komandiri vəzifəsinə təyin edilmişdir.
Cümşüd Əsgərov
Əsgərov Cümşüd Cümşüd oğlu — Azərbaycan Silahlı Qüvvələrinin , Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Cümşüd Əsgərov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Cəbrayıl Əsgərov
Cəbrayıl Fəyaz oğlu Əsgərov — şəhid. == Həyatı == Cəbrayıl Əsgərov 1965-ci ildə Bibiheybət qəsəbəsində anadan olub. 1972-ci ildə 50 saylı orta məktəbin birinci sinfinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbail rayonunun 49 saylı orta məktəbində davam etdirib, sonradan peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra C.Əsgərov Neft Daşlarında çalışıb. Ermənilərin Azərbaycanın dilbər guşəsi olan Qarabağda azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Cəbrayıl, 1992-ci ildə könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına qoşulub və bir sıra qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Şəhidlər xiyabanında dəfn olunub. == Ailəsi == Şəhidin atasının adı Fəyaz, anasının adı isə Bağdagül xanım. == Xatirəsi == Şəhidin oxuduğu və hazırda adını daşıyan 50 saylı məktəbin fasadına xatirə lövhəsi vurulmuş. 2013-cü ildə şəhidin oxuduğu məktəbin akt zalında şəhid C.Əsgərovun xatirəsinə həsr olunan "Donmuş arzular" adlı ədəbi-bədii tədbir keçirilib.
Dilqəm Əsgərov
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Elçin Əsgərov
Elçin Əsgərov (dövlət xadimi)
Fikrət Əsgərov
Fikrət Hacı Abrek oğlu Əsgərov (9 may 1943 – 31 may 2013) — kinooperator və assistenti, fotoqraf-rəssam, rəssam assistenti. == Həyatı == 1943-cü ildə Gəncə şəhərində doğulmuşdur. 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini - B.Volçekin emalatxanasını bitirmişdir. 1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. == Filmoqrafiya == Arşın mal alan (film, 1965) Ailə (film, 1998)(tammetrajlı bədii film)-quruluşçu operator Çətin yol (film, 1975) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Bizi bağışlayın (film, 1979) Cazibə qüvvəsi (film, 1964) Daş dözür (film, 1973) Etimad telefonu (film, 2001) Günlərin bir günü...
Firavan Əsgərov
Firavan Xanbala oğlu Əsgərov (14 mart 2001, Surra, Sabirabad rayonu – 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firavan Əsgərov 2001-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. 2008-ci ildə Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. == Hərbi xidməti == 2019-cu ildə orta məktəbi başa vurduqdan sonra Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi hərbi xidmətə çağırılmışdır. İlk hərbi xidməti Cəlilabad rayonunda keçmişdir. Andiçmədən sonra Bakıda XTQ hissəsində hərbi xidmətini davam etdirib. 2020-ci ilin iyun ayından başalayaraq Türkiyə və Pakistan ordusu ilə hərbi təlimlərə başladılar. Firavanın ilk döyüşü 2020-ci il sentyabr ayının 20-də öz hərbçi yoldaşları ilə birlikdə Goranboyda başladı. Bir çox döyüş yolları keçib, Tovuz döyüşlərində iştirak edib. Murov yüksəkliyinin alınmasında, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrutun və onun bəzi qəsəbələrinin alınmasında iştirak edib.
Fərhad Əsgərov
Fərhad Əsgərov — Azərbaycan Jurnalistlər Birliyinin (1997) və Azərbaycan Yazıçılar Birliyinin (2002) üzvü. “Qızıl qələm” və “İti qələm” mükafatları laureatı. == Həyatı == Əsgərov Fərhad Ramiz oğlu 1960-cı il dekabr ayının 24-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. Mərdəkandakı 181 saylı orta məktəbi bitirib. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun məzunudur, ixtisasca texniki əmək və rəsmxət müəllimidir. Sonralar jurnalistika ixtisası üzrə də ali təhsil alıb. İlk əmək fəaliyyətinə 1980-ci ildə Kəlbəcər rayonunun Kilsəli kənd orta məktəbində müəllim kimi başlayıb. Həmin məktəbdə üç ay işlədikdən sonra könüllü olaraq əsgəri xidmətə gedib. 1980-82-ci illərdə Qazaxıstan Respublikası, Kızılorda vilayətinin Leninsk şəhərində - Baykonurda həqiqi hərbi xidmətdə olub. Əsgəri xidmətdən sonra Kəlbəcər rayonunun Seyidlər kənd orta məktəbində çalışıb.
Fərid Əsgərov
Fərid Ərəstun oğlu Əsgərov (21 may 1996; Qaçaqkənd kəndi, Neftçala rayonu, Azərbaycan — 4 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Fərid Əsgərov 21 may 1996-cı il tarixində Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olmuşdur. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirmişdir. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində işləmişdir. == Hərbi xidməti == Fərid Əsgərov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə xidmətini başa vurmuşdur.
Fəxrəddin Əsgərov
Fəxrəddin Əsgərov (29 iyun 1974, Qazax rayonu – 29 yanvar 2008, Xəzər dənizi) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytnantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti. == Həyatı == Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qazax rayonunun 2 saylı orta məktəbində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. Yuxarı siniflərdə oxuyanda könüllü kimi Qarabağ uğrunda gedən döyüşlərdə (Qazax rayonunun kəndlərində) iştirak edib. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə (Hava Harp Okulu) göndərilib. 1996-cı ildə ali təhsilini fərqlənmə ilə başa vurur. === Ailəsi === Fəxrəddin Əsgərov evli və 2 övlad atası idi. == Hərbi fəaliyyəti == 1996–2006-cı illərdə Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Bu dövr ərzində baş təyyarəçi vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib.
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921- ci ilin fevralında daşnakların qəddarlıqla öldürmüşdür Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı.Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.
Hafiz Əsgərov
Hafiz Kamal oğlu Əsgərov - Şəhid. == Həyatı == Hafiz Əsgərov 1973-cü ildə Quzanlı kəndində doğulub. 1990-ci ıldə orta məktəbi bitirib, 1991-ci ildə sovet ordusuna çağrılıb. Bir neçə ay Ukraynanın Zoporoje vilayətində qulluq edən Hafiz 1992-ci ilin əvvəllərində könüllü olaraq Azərbaycana qayımış, milli ordumuza qatılaraq Şirin Mirzəyevin başçılıq etdiyi bataliyonun tərkibində xidmətini davam etdirmışdir. Hafizin döyüş yolu Ağdam və Ağdərənin bir sıra qaynar nöqtələrindən keçmiş,ta Vəngə qədər gedib çixmışdır. 1992-ci ilin iyunun 16-da Sırxavəndin yaxınlığındakı döyüşdə Hafiz yaralıları mühasirədən çıxararkən özüdə ağır yaralandı. Hərbi hospitala sağ çatdırılsa da artıq gec idi. 1994-cü ildə təhsil aldığı Quzanlı kənd orta məktəbinə Hafiz Əsgərovun adı verilib.
Almaz Əsgərova
Almas Balabəy qızı Əsgərova (23 yanvar 1949 — avqust 1988) — azərbaycanlı kinoaktrisa. Ən məşhur rolu Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmindəki Şəms roludur. == Həyatı == Almaz Əsgərova 1949-cu ildə Bakıda anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunur. Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur. Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdan Azər Süleymanov, Almaza aktrisa olmağı məsləhət görür və tezliklə o, kinostudiyada Adil İsgəndərovun kursuna daxil olur.Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır — "Qanun naminə"də" Salamatovun xanımı, "Mən ki, gözəl deyildim"də Elmira, "Ulduzlar sönmür"də Fatimə. Daha sonra "Bir cənub şəhərində" Solmaz, "Ürək... Ürək...", "İstintaq davam edir", "Uşaqlığın son gecəsi" filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi "Vaqif" filmində Xuraman obrazı üçün hazırlayırdı. Lakin onun ölümü bu ideyanın həyata keçməsinə mane olur.
Asif Əsgərov (icra başçısı)
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Asif Əsgərov (siyasətçi)

Bəxtiyar Əsgərov (siyasətçi)
Bəxtiyar Əsgərov (Əsgərov Bəxtiyar Hüseynalı oğlu; 10 fevral 1981, Noraşen, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri (2014-indi). Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Yeni Azərbaycan Partiyasının üzvü (1999). Filologiya üzrə fəlsəfə doktoru (2010). == Həyatı == Bəxtiyar Əsgərov 1981-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.2001–2005-ci illərdə Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini işləmiş, 2004–2007-ci illərdə Bakı Dövlət Universitetində aspirantura təhsili almışdır. 2004-cü ildən Bakı Dövlət Universitetinin müəllimi vəzifəsində çalışır. 2010-cu ildə "M. S. Ordubadinin dramaturgiyası" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı kimi "XX əsr Azərbaycan tarixi romanlarında gərçəklik və təxəyyülün sintezi" adlı filologiya elmləri doktoru dissertasiya işini uğurla tamamlamışdır.5 kitab, eləcə də 2 monoqrafiya, bir çox nüfuzlu jurnal və qəzetlərdə çap edilmiş, 50-dək elmi və 100-dən çox siyasi-publisistik məqalələrin müəllifidir. İngilis, rus və türk dillərini bilir. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Elçin Əsgərov (dövlət xadimi)
Elçin Əsgərov (tam adı: Elçin Mirnizami oğlu Əsgərov; d. 4 avqust 1968, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini (24 avqust 2005 - 18 fevral 2011). İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya ölkələri üzrə Regional Mərkəzin İdarə Heyətinin sədri. == Həyatı == Elçin Mirnizami oğlu Əsgərov 4 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == 1985-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin "Tarix" fakültəsindən məzun olmuşdur. 2003-cü ildə Almaniya Federativ Respublikası Rur-Bohum Universitetində "Postsovet Dövründə Azərbaycan Respublikasında İslam təhsili problemləri (1989-2003)" mövzusu üzrə Ph.D səviyyəsində elmi iş hazırlamışdır. == Əmək fəaliyyəti == 1993-1994-cü illərdə Fasiləsiz Təhsil Mərkəzi Futurologiya İnstitutunda müəllim işləmişdir. 1994-1996-cı illərdə jurnalist kimi fəaliyyət göstərmişdir. 1996-2005-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında komissiya sədri, sədr müavini, İdarə Heyətinin sədri olmuşdur.
Elçin Əsgərov (leytenant)
Elçin Yalçın oğlu Əsgərov (3 fevral 1997, Qıvraq, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Əsgərov 1997-ci il fevralın 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Elçin Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əsgərov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 64.06 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 82.23
2003 •••••••••••••••••••• 96.45
2004 •••••••••••••••••• 85.23
2005 ••••••••••••••• 69.50
2006 •••••••••••••••• 74.10
2007 ••••••••••••••••• 80.77
2008 ••••••••••••••••••• 90.63
2009 •••••••••••••••• 72.47
2010 •••••••••••••• 65.18
2011 ••••••••••••• 61.34
2012 ••••••••••••• 59.80
2013 •••••••••• 45.37
2014 ••••••••••••• 61.44
2015 •••••••••••••••• 74.34
2016 ••••••••••••••• 71.15
2017 ••••••••••••• 61.95
2018 •••••••••••• 55.88
2019 •••••••••••• 54.66
2020 •••••••• 37.93

Oxşar sözlər

#əsgərov nədir? #əsgərov sözünün mənası #əsgərov nə deməkdir? #əsgərov sözünün izahı #əsgərov sözünün yazılışı #əsgərov necə yazılır? #əsgərov sözünün düzgün yazılışı #əsgərov leksik mənası #əsgərov sözünün sinonimi #əsgərov sözünün yaxın mənalı sözlər #əsgərov sözünün əks mənası #əsgərov sözünün etimologiyası #əsgərov sözünün orfoqrafiyası #əsgərov rusca #əsgərov inglisça #əsgərov fransızca #əsgərov sözünün istifadəsi #sözlük