Əsədov sözü azərbaycan dilində

Əsədov

Yazılış

  • Əsədov • 99.3498%
  • ƏSƏDOV • 0.6108%
  • əsədov • 0.0394%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adil Əsədov
Adil İsgəndər oğlu Əsədov (1 oktyabr 1958, Quba) — Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti == Həyatı == Adil Əsədov 1 oktyabr 1958-ci ildə Quba şəhərində anadan olmuşdur. 1975-ci ildə Quba İnternat Məktəbini, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirmişdir. 1986–1989-cu illərdə fəlsəfə ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyəti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. Aspiranturanı bitirdikdən sonra Akademiyada işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyasında 1986-cı ildən fasiləsiz olaraq çalışmaqla yanaşı, 1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində dərs demişdir. 2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi altında həyata keçirilən "Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri" (2009), "Azərbaycan mədəniyyəti dünya sivilizasiyasi kontekstində" (2011), "Azərbaycan mədəniyyətinin inkişafinda regional resurslarin əhəmiyyəti" (2012), "Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində"(2013) layihələrnin rəhbəri olmuş, hazırda isə "Mənəvi birliyimizi yaşadaq və inkişaf etdirək" layihəsinin gerçəkləşməsinə Assosiasiyasının prezidenti olaraq umumi rəhbərliyi həyata keçirir.
Anar Əsədov
Anar Rafiq oğlu Əsədov (10 avqust 1982, Füzuli – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Əsədov 1982-ci il avqustun 10-da Füzuli şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Əsədov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əsədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əsədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqil Əsədov
Aqil Məhiyəddin oğlu Əsədov (2 noyabr 1976, Başlıbel, Kəlbəcər rayonu) — iqtisad elmləri doktoru, dosent == Həyatı == Aqil Əsədov 02 noyabr 1976-cı il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 1982-ci ildə Başlıbel kənd orta məktəbinə qəbul olunaraq 1993-cü ildə həmin məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Mühəndis biznesi və menecment” fakültəsini bitirərək “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1997-1999-cu illərdə AzTU-nun magistraturasında təhsilini davam etdirərək, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat)” ixtisası üzrə magistr dərəcəsi alıb. 2008-2018-ci illərdə Azərbaycan Universiteti, UNEC, Bakı Biznes və Kooperasiya Universitetlərində pedaqoji fəaliyyət göstərib. == Əmək fəaliyyəti == 2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) “Analitik təhlil” şöbəsində aparıcı mütəxəssis, aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinin icraçısı işləyib. 2008-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük elmi işçi, 2009-cu ildən 2018-ci ilin iyul ayınadək İnstitutun “Xidmət sahələrinin inkişaf problemləri” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2014-cü illərdə İnstitutun “Gənc alim və mütəxəssislər Şurası”nın sədri, İnstitut Elmi Şurasının, Dissertasiya Şurasının üzvü və yerli həmkarlar təşkilatının büro üzvü olub. 05 iyul 2018 – 08 sentyabr 2021-ci illər ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri vəzifəsində çalışıb. 09 sentyabr 2021 - 26 sentyabr 2022-ci illər ərzində Azərbaycan Universitetinin və Bakı Avrasiya Universitetinin dosenti işləyib.
Arif Əsədov
Arif Gülağa oğlu Əsədov (18 avqust, 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu, müdafiəçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvüdür. == Bioqrafiya == "Neftçi" yetirməsi olan futbolçu klubun 15 yaşlılardan ibarət komandasında oynamışdır. Bir müddət sonra isə SSRİ gənclərdən ibarət yığmasına dəvət almışdır. Bu yığma ilə gənclər arasında dünya və avropa çempionu olur. 1988-ci ildə "Neftçi"nin tərkibində SSRİ futbol çempionatının yüksək liqasında debüt edib. 1989 - 1991-ci illərdə SSRİ 1-ci liqasında oynamışdır. 1992-ci ildə isə Azərbaycan Yüksək Liqasında oynamışdır. 1994-cü ildə Vladiqafqazın "Spartak" klubuna keçir və həmin klubda 20 oyunda 1 qol vurub. Çempionatın sonlarına yaxın "Neftçi" klubuna qayıdır.
Baxış Əsədov
Baxış Sahib oğlu Əsədov (30 iyun 1999; Yüzbaşılı, Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Baxış Əsədov 30 iyun 1999-cu ildə Ağdam rayonunun Yüzbaşılı kəndində Sahib Əsədovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Ağdam rayon Yüzbaşılı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Baxış Əsədov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Baxış Əsədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Cahid Əsədov
Cahid Zahit oğlu Əsədli (18 yanvar 2002, Sarıxanlı, İmişli rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahid Əsədli 18 yanvar 2002-ci ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya gəlmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cahid Əsədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. 21 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Əsədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Əsədli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cahid Əsədli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Davud Əsədov
Davud Mirzəcan oğlu Əsədov (19 noyabr 1966, Şahağac, Astara rayonu – 29 avqust 1994, Şahağac, Astara rayonu) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhidi. == Həyatı == Davud Əsədov 19 noyabr 1966-cı il Astara rayonunun Şahağac kəndində anadan olub. == Hərbi xidməti == Davud Əsədov 20 aprel 1994-cü ildə cəbhəyə getdi.Əvvəlcə Füzuli bölgəsində,piyadaqoşun hissələrində atıcı kimi müxtəlif kəndlərin müdafiəsində qəhrəmanlıqla döyüşdü.Sonra Tərtərə göndərildi.Başından yaralanır və onu evə buraxırlar.Evdə müalicə olunsada 29 avqust 1994-cü ildə şəhid olur.Ailəlidir 2 oğul övladı var.Doğulduğu kəndin 2 saylı tam orta məktəbi onun adını daşıyır. Doğulduğu Astara rayon Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində Birinci Qarabağ müharibəsi şəhidi Davud Əsədovun xatirəsi əbədiləşdirilib. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub.
Eduard Əsədov
Eduard Əsədov Arkadyeviç (Artaşesoviç) Əsədov (rus. Эдуа́рд Арка́дьевич (Арташе́сович) Аса́дов; 7 sentyabr 1923, Marı, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 21 aprel 2004, Odintsovo, Moskva vilayəti) — rus sovet şairi və nəsr yazıçısı. == Mükafatları == "Şərəf" ordeni (7 sentyabr 1998) — ədəbiyyata böyük töhfələr verdiyinə görə Xalqlar Dostluğu ordeni (20 oktyabr 1993) — milli ədəbiyyatın inkişafında və millətlərarası mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır Vətən Müharibəsi ordeni I dərəcə (11 mart 1985) "Qırmızı Ulduz" ordeni (1 fevral 1945) "Şərəf nişanı" ordeni (28 oktyabr 1967; 18 sentyabr 1973) "Leninqradın müdafiəsinə görə" medalı "Sevastopolun müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı Sevastopolun fəxri vətəndaşı (1989) == Biblioqrafiya == Эдуард Асадов. Не надо отдавать любимых: стихи. Москва, Эксмо. 384 c., ил. 2009. ISBN 978-5-699-16799-9. Эдуард Асадов. Что такое счастье: Стихотворения.
Elşən Əsədov
Emil Əsədov
Emil Balaqardaş oğlu Əsədov (11 yanvar 1998; Salyan rayonu, Azərbaycan — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Əsədov 1998-ci il yanvar 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2004-2012-ci illərdə Z. Həmidov adına Çuxanlı kənd orta məktəbində, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini isə 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə alıb. == Hərbi xidməti == Emil Əsədov hərbi xidmətinə 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda şəhərində "N" saylı hərbi hissədə "leytenant" hərbi rütbəsi ilə başladı. Azərbaycan Ordusunun leytenantı olan Emil Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Taqım Komandiri olaraq Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı Ermənistan Ordusunun 90-dan çox canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya 11" ləqəbini qazanıb. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.
Etimad Əsədov
Etimad Əsədov (1963–2018) — Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" ictimai birliyinin sədri. == Həyatı == Əsədov Ehtimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970–1980-ci illərdə həmin kənd orta məktəbini bitirib.1982–1984–cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. Ailəli idi. İki övladı yadigar qalıb == Qarabağ müharibəsində iştirakı == 1991–ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. == İctimai fəaliyyəti == 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" ictimai birliyinin sədri olmuşdur.
Gəray Əsədov
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır. 1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb.
Heydər Əsədov
Heydər Xanış oğlu Əsədov (24 oktyabr 1959, Sisian rayonu) — Azərbaycan siyasi xadimi, iqtisadçı, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru (3 aprel 2019-dan), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının ikinci sədri (2007–2013). == Həyatı == Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1978–1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992–1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.. Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2019-cu ildə isə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
Hilal Əsədov
Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977) == Həyatı == Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir.Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur. O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Lətif Əsədov
Lətif Əsədov (tam adı: Lətif Hаcı Frunzе оğlu Əsədоv; 2 yanvar 1960, Daşkənd, Basarkeçər rayonu – 15 sentyabr 2012, Bakı) — texniki elmlər namizədi, pedaqoq, xeyriyyəçi. == Həyatı == Əsədov Lətif Hacı Frunze oğlu 2 yanvar 1960-cı ildə Göyçə mаhаlının Basarkeçər rаyоnunun Daşkənd kəndində аnаdаn оlmuşdur. 1967-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş, 1974-1976-cı illərdə daha yaxşı təhsil almaq üçün VIII-IX sinifləri Bərdə rayonundakı Yeni Daşkənd kənd orta məktəbində oxumuş, 1977-ci ildə Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirmişdir. 1977-1979-cu illərdə Bərdə rayonundakı Kəndtikinti İdarəsində işləmişdir. 24 iyun 1979-cu ildən 16 oktyabr 1981-ci ilə qədər Murmansk şəhərində hərbi хidmət keçən Lətif Əsədovun Kommunist Partiyasına namizədliyi verilmiş, baş serjant rütbəsi ilə xidmətini başa vurmuşdur. O, 1982-1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Lətif Əsədov 1 dekabr 1981-ci ildə S.Аğаmаlıоğlu аdınа "Şərəf nişаnı" оrdеnli Azərbaycan Kənd Təsərrüfаtı İnstitutunun hazırlıq şöbəsinə, 1982-ci ildə isə həmin institutun “Kənd Təsərrüfatının Mехanikləşdirilməsi” ixtisasına rus dili üzrə qəbul olmuşdur. Oxuduğu müddətdə qrup nümayəndəsi kimi institututda keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. 1987-ci ildə ona mühəndis-mexanik iхtisası və leytenant rütbəsi verilmiş, institutu fərqlənmə diplomu ilə başa vurmuşdur. 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda aspiranturaya qəbul olmuşdur.
Mahir Əsədov
Mahir Əsgər oğlu Əsədov (11 noyabr 1952) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü. == Həyatı == Mahir Əsədov 1952-ci il noyabrın 11-də anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi bölməsində ali təhsil alıb. Rus dilini bilir. Əvvəl YAP, 1998-ci ildən isə ADP üzvü olub. Ailəlidir, dörd övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 100 nömrəli Şəmkir qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Mahir Əsədov, 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Mahir Əsədov, Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının üzvü, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub. 1998-ci ildə YAP sıralarından istefa verib və ADP üzvü olub.
Mais Əsədov
Mais Əsədov və ya Qəmlo (tam adı: Mais Əsəd oğlu Əsədov; d. 1 may 1970, Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ – ö. 4 aprel 1993, Divanalılar, Füzuli rayonu, Azərbaycan) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Mais Əsədov 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur. Mais Əsədov kənddə orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdu. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak etmişdir. === Ölümü === 1993-cü il aprel ayının 4-ü düşmən artıq Divanalılar kəndində evləri yandırmağa başlamışdı. Üç saat çəkən döyüşdən sonra ermənilər itki verərək işğal etdikləri kəndi tərk etdilər. Mais Əsədov başda olmaqla bizim döyüşçülər kəndə daxil oldular. Bu vaxt Azərbaycanın "Qrad" artilleriya qurğuları səhvən öz mövqelərini atəşə tutdular.
Malik Əsədov
Malik Əsədov (tam adı: Əsədov Malik Hamil oğlu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur. == Döyüşlərdə iştirakı == Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər. == Ailəsi == Ailəli idi. == Xatirəsi == Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Mirsəlim Əsədov
Əsədov Mirsəlim Mirələm oğlu (11 yanvar 1952, Neftçala) — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == MirSəlim Əsədov 11 yanvar 1952-ci ildə Neftçalada anadan olmuşdur. O, 1970-ci ildə Neftçala 1 saylı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1970–1975 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. MirSəlim Əsədov universiteti əla və yaxşı qiymətlərlə qurtarmışdır. 1978-ci ildə Bakı Dövlət Universitetin “Fiziki-kimya” kafedrasında aspiranturya qəbul edilmişdir. Qeyri-üzvi və fiziki-kimyəvi sistemlərin nəzəriyyəsi, termodinamikası, fizikası və tədqiqi sahələrində tədqiqatlar aparmışdır. 1982-cı ildə " Civə və tallium xalkogenidlərindən əmələ gələn sistemlərin fiziki-kimyəvi tədqiqi"; 02.00.01- Qeyri-üzvi kimya (Yeni 2303.01) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar SSSRİ Ali Attestasiyasi Komissiyası tərəfindən ona böyük elmi işçi elmi adı verilmişdir. 1990-ci ildə SSSRİ Elmlər Akademiyasının Sibir Bölməsində Novosibirskdə "Ağır nadir metalların iştirakı ilə xalkogenid materialların alınmasının fiziki-kimyəvi əsasları " mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonar Azərbaycan Ali Attestasiyasi Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir.
Murad Əsədov
Murad Rüstəm oğlu Əsədov (15 dekabr 1999; Şərəfxanlı, Ağcabədi rayonu, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Əsədov 15 dekabr 1999-cu ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Ağcabədi rayon şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində orta təhsil almışdır. == Hərbi xidməti == Murad Əsədov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Murad Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 29 sentyabrdan vuruşmuşdur. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Əsədov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əsədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əsədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhəmməd Əsədov
Məhəmməd Nəbi oğlu Əsədov (5 dekabr 1941, Baharlı, Zəngilan rayonu – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının dövlət xadimi, milis general-mayoru, Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri (1991), Azərbaycanın daxili i̇şlər naziri (1990–1991). O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində ölmüşdür. == Həyatı == === Erkən illəri === Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. O, Baharlı kəndində dördüncü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etmişdir. 1958-ci ildə orta məktəbi bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərinə üz tutub və 1 saylı trestdə betonçu kimi işləyib. 1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət universitetinin "Maliyyə və kredit" fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967–1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb.
Məhərrəm Əsədov
Əsədov Məhərrəm Soltan oğlu (15 sentyabr 1950, Qubadlı rayonu) — "Azəravtoyol" ASC-nin Texniki İdarəsinin rəisi, "Şöhrət" ordeni (2012-ci il) == Həyatı == Əsədov Məhərrəm Soltan oğlu 15 sentyabr 1950-ci ildə Qubadlı rayonunun Xələc kəndində anadan olmuşdur. 1967-ci ildə rayon orta məktəbini bitirmiş və həmin il Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun Nəqliyyat fakültəsini bitirib və təyinatla Nazirlər Soveti yanında Baş Şosse Yolları İdarəsinə işə qəbul edilmiş və layihə instutunda müxtəlif vəzifələrdə çalışmışdır. O, layihə işində "Azəryolayihə" Layihə İnstitutunun baş mühəndisi vəzifəsinə qədər yüksəlmiş, 1978-ci ildən 1979-cu ilin may ayına qədər olan dövr ərzində Moskva avtomobil yolları institutunda layihələndirmə işlərinin avtomatlaşdırma işləri üzrə 7.5 aylıq kurs keçərək xüsusi diploma layiq görülmüşdür. M.S. Əsədov 2000-ci ildə Pan Arab konsalt məsləhətçi firmaya mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə 200-dən çox layihənin və səkkizdən çox səmərəli təklifin müəllifi olmuşdur. Bu layihələrdən ən vacibi Murov dağın zirvəsindən keçən Gəncə-Toğana-Kəlbəcər avtomobil yolu, ən möhtəşəmi isə Gəncə şəhərinə giriş avtomobil yolunda Nizami məqbərəsi önündə yol kompleksinin layihəsi olmuşdur. M.S. Əsədov 2008-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki vəzifəsinə seçilib. 2005-ci ildən "Azəryolservis" ASC-nin Texniki İdarəsinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.
Əsədov
Əsədov — Azərbaycanda daha çox işlədilən soyad. Oqtay Əsədov — Azərbaycan Respublikası Milli Məclisinin sədri. Məhəmməd Əsədov — Azərbaycanın görkəmli dövlət xadimi, milis general-mayoru. Heydər Əsədov — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Əsəd Əsədov — Azərbaycanın Milli Qəhrəmanı Gəray Əsədov — Sovet İttifaqı Qəhrəmanı Malik Əsədov — Azərbaycanın Milli Qəhrəmanı Rəfael Əsədov — Azərbaycanın Milli Qəhrəman Vaqif Əsədov — Rejissor. Ssenari müəllifi. Aktyor. Film və verilişlərdə iştirak. Adil Əsədov — fəlsəfə elmləri doktoru Lətif Əsədov — Texnika elmləri namizədi Arif Əsədov — Filologiya üzrə fəlsəfə doktorudur.
Məmmədhüseyn Əsədov
Əsədov Məmmədhüseyn Xudadat oğlu — kəşfiyyatçı. == Həyatı == Məmmədhüseyn Əsədov 1899-cu ildə Həştərxanda anadan olub (rusca: Астрахань). 19 yaşında olarkən Qızıl Ordunun Xüsusi təyinatlı hərbi hissəsində qulluq etməyə başlayır. Böyük Vətən müharibəsi başlayanda əməliyyat şəraitini yaxşı bildiyi, bir neçə dildə sərbəst danışdığı üçün və geniş kəşfiyyat imkanları olduğuna görə Əsədovu Baş kəşfiyyat idarəsi tərəfindən İrana işləməyə göndərilir. Əsas iş istiqaməti isə ingilis və alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən ibarət olub. Uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədovun əvəzsiz xidmətlərdən biri də "Tehran 43" əməliyyatının iştirakçısı olmaqdır. 1943-cü ildə İran antihitler koalisiyası rəhbərlərinin danışıqları üçün ən məqbul yer kimi seçilir. Bu, Stalinin təklifi idi. Konfransa hazırlıq tam məxfi şəraitdə aparılırdı. Bu barədə xəbəri olanlardan biri də Məmmədhüseyn Əsədov idi.
Nazir Əsədov
Nazir Əsədov (Nazir Nəbi oğlu Əsədov; d. 9.04.1950,Qovuşuq kəndi, Dərələyəz rayonu — v.10.06.2014) — elm xadimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dosenti, Tarix fakültəsinin dekanı. == Həyatı == 1950-ci ildə Ermənistanda müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. == Əmək fəaliyyəti == 1972-ci ildə ADPU-nun Azərbaycan tarixi kafedrasında müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Azərbaycan tarixi" kafedrasında dosent, tarix fakültəsində dekan əvəzi vəzifəsində çalışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən F. D.02.061 Dissertasiya Şurasının üzvü. === Elmi dərəcə və elmi adları === 1983-cü ildə "İnkişaf etmiş sosializm dövründə Azərbaycan SSSR-nin Gürcüstan və Ermənistan SSR-ləri ilə iqtisadi əməkdaşlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. "Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə" 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olmuşdur. === Tədqiqat sahəsi === Dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir == Seçilmiş əsərləri == Zaqafqaziya sənaye işçilərinin iqtisadi əməkdaşlığına dair (1966–1971-ci illərdə)//Azər.ali məktəb aspirantlarının I respublika elmi konfransının tezisləri. B., 1978, 0,2 ç.v Azərbaycan SSR-in Gürcüstan və Ermənistan SSR kənd əməkçiləri ilə iqtisadi əməkdaşlıq tarixindən (1966–1970-ci illər)//Azər.ali məktəb aspirantlarının II respublika elmi konfransının tezisləri.
"General Məhəmməd Əsədov" mükafatı
"General Məhəmməd Əsədov" mükafatı — Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış "Nicat" cəmiyyətinin təsis etdiyi mükafat. == Məqsədi == Bu mükafatın verlməsində əsas məqsəd Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq olmuşdur.
Arif Əsədov (futbolçu)
Arif Gülağa oğlu Əsədov (18 avqust, 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu, müdafiəçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvüdür. == Bioqrafiya == "Neftçi" yetirməsi olan futbolçu klubun 15 yaşlılardan ibarət komandasında oynamışdır. Bir müddət sonra isə SSRİ gənclərdən ibarət yığmasına dəvət almışdır. Bu yığma ilə gənclər arasında dünya və avropa çempionu olur. 1988-ci ildə "Neftçi"nin tərkibində SSRİ futbol çempionatının yüksək liqasında debüt edib. 1989 - 1991-ci illərdə SSRİ 1-ci liqasında oynamışdır. 1992-ci ildə isə Azərbaycan Yüksək Liqasında oynamışdır. 1994-cü ildə Vladiqafqazın "Spartak" klubuna keçir və həmin klubda 20 oyunda 1 qol vurub. Çempionatın sonlarına yaxın "Neftçi" klubuna qayıdır.
Cəmilə Əsədova
Cəmilə Əbülfəz qızı Əsədova (6 mart 1964) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı "Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı" laboratoriyasının Aparıcı elmi işçisi. == Həyatı == Cəmilə Əsədova 6 mart 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1986-ci ildə oranı fərqlənmə diplomu ilə riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1986-ci ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, sonra elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 2012-ci ildə o, "Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri" ixtisası üzrə AMEA-nın müxbir üzvü, professor K.R.Ayda-zadənin rəhbərliyi altında "Boru nəql sistemlərində keçid proseslərinin tədqiqi və optimal idarə edilməsinin ədədi üsulları" mövzusunda dissertasiya işini müdafiə etmiş və riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. BDU-da ali riyaziyyatdan dərs deyir. Hazırda AMEA İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda "Determinik sistemlərdə qərar qəbul etmənin ədədi üsullari" laboratoriyasının aparıcı elmi işçısı vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. C.Ə. Əsədova 42 elmi əsərin və 1 monografiyanın müəllifidir. Məqalələrin bir neçəsi Science Citation Index siyahısına daxil olan jurnallarda (məsələn, «Автоматика и телемеханика», "Turkic World Math.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 66.97 dəfə / 1 mln.
2002 •• 82.23
2003 20.87
2004 13.81
2005 •• 56.01
2006 ••• 91.22
2007 ••• 108.25
2008 •• 74.79
2009 •• 64.63
2010 •• 65.18
2011 •• 76.44
2012 •• 74.00
2013 •• 59.95
2014 •• 84.09
2015 •• 78.59
2016 •• 73.58
2017 •• 68.29
2018 •• 50.64
2019 •• 44.65
2020 •• 53.18

Oxşar sözlər

#əsədov nədir? #əsədov sözünün mənası #əsədov nə deməkdir? #əsədov sözünün izahı #əsədov sözünün yazılışı #əsədov necə yazılır? #əsədov sözünün düzgün yazılışı #əsədov leksik mənası #əsədov sözünün sinonimi #əsədov sözünün yaxın mənalı sözlər #əsədov sözünün əks mənası #əsədov sözünün etimologiyası #əsədov sözünün orfoqrafiyası #əsədov rusca #əsədov inglisça #əsədov fransızca #əsədov sözünün istifadəsi #sözlük