Ələkbərov sözü azərbaycan dilində

Ələkbərov

Yazılış

  • Ələkbərov • 99.6305%
  • ƏLƏKBƏROV • 0.3406%
  • ələkbərov • 0.0145%
  • ƏLəkbərov • 0.0145%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Ələkbərov
Abdulla Ələkbərov (bioloq) — Biologiya elmləri doktoru, professor. Abdulla Ələkbərov (rəssam) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqı (1972) və Jurnalistlər Birliyinin (1981) üzvü.
Adışirin Ələkbərov
Ələkbərov Adışirin Balaşirin oğlu (25 noyabr 1955, Bakı – 2 may 2016, Bakı) — geoloq, Geologiya-mineralogiya elmləri doktoru (2004) , Əməkdar Mühəndis (2014) == Həyatı == Ələkbərov Adışirin Balaşirin oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-hidrogeoloq ixtisası üzrə bitirmişdir. == Peşə fəaliyyəti == 1976–2001-ci illərdə Dövlət Geologiya Idarəsində (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Hidrogeologiya Ekspedisiyasında çalışmışdır, geoloq vəzifəsindən ekspedisiyanın rəisi vəzifəsinə qədər yüksəlmişdir. A. B. Ələkbərov 2001–2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hidrogeoloji və Mühəndis Geologiyası İdarəsinin rəisi işləmişdir. 2006-cı ildən "Azərsu" ASC-də şöbə rəisi və "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. A. Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraitinin intensivləşən gərginləşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə iştirakı və rəhbərliyi ilə Bakı – Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətli və fərqli miqyaslı hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiymətləndirilmiş, Xəzər dənizi sahillərində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, çoxsaylı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin–Bakı şəhərinin müxtəlif sahələrini, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Əzizbəyov və Neftçilər stansiyalarına neft sızması, neftlə çirklənmə, Sumqayıt ərazisində yeraltı sularda və süxurlarda civə metalının toplanması, palçıq vulkanlarının təzahürləri, yer səthinin çökməsi, Bayıl, Əhmədli, Zığ, Xırdalan və digər sahələrdə təhlükəli sürüşmə proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. tədqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6–7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşmə, bir neçə gün öncə proqnozlaşdırılmış, 8 saat öncə isə prosesin qaçılmaz olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşməyə qədər gecə ikən əhali məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazilərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfatı olmadan ötüşmüşdür.
Allahverdi Ələkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Allahverdu Ələkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Anar Ələkbərov
Anar Sahib oğlu Ələkbərov (13 aprel 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru; Azərbaycan Avtomobil Federasiyasının prezidenti. == Həyatı == Anar Ələkbərov Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2004-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni" ilə təltif edilib. 21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib. 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı — "Komandor xaç" ordeni ilə təltif edilib. 2014-cü ildə "Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib.
Aqil Ələkbərov
Aqil Mayıl oğlu Ələkbərov — Azərbaycanlı şəhid. == Həyatı == Ələkbərov Aqil Mayıl oğlu 1973-cü ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olub. 1990-cı ildə Şəkərbəy kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə getmişdir. 1994-cü ildə Kəlbəcərdə şəhid olmuşdur.
Arif Ələkbərov
Arif Ələkbər oğlu Ələkbərov — iqtisad elmləri doktoru, professor, 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiri. == Həyatı == 10 iyun 1965-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Göyçəli kəndində anadan olmuşdur. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən təhsil siyasətinin nəticəsində Ümumittifaq göndərişi ilə Minsk şəhərində Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun (indiki Belarus Aqrotexniki Universiteti) 1-ci kursuna qəbul olmuşdur.1987-ci ildə Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda”Kənd təsərrüfatında istehsalat proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə (fərqlənmə diplomu) 1-ci ali təhsil (oxuduğu illərdə Lenin adlı təqaüdə layiq görülmüşdür),1999-cu ildə Belarus Hüquqşünaslıq İnstitunda ”Hüquqşünas” ixtisası üzrə 2- ci ali təhsil,2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə 3-cü təhsil almışdır. 1992-ci ildə texniki elmlər namizədi,2010 –cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə və 2015-ci ildə professor elmi adına layiq görülmüşdür. 1995-99- cu illərdə Minsk şəhərində Belarus –Azərbaycan cəmiyyətinin sədr müavini, Belarus Nazirlər Kabineti nəzdindəki Milli azlıqlar komitəsinin üzvü olmuşdur. 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin ”Kommersiya” fakultəsinin dekanı, 2005-08 ci illərdə “İnformatika və idarəetmə” fakultəsinin dekan vəzifələrində çalışmışdır. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiridir.Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının professorudur. 70-dən çox elmi və metodik əsərlərin, o cümlədən 1 Avrasiya patentinin, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifidir. Dünya azərbaycanlılarının 1- ci qurultayının və YAP 2- ci qurultayının nümayəndəsi seçilmişdir. Ailəlidir, iki övladı var.
Aydın Ələkbərov
Aydın Qulam oğlu Ələkbərov (24 dekabr 1930) — tanınmış alim, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü. == Əsas elmi nailiyyətləri == Leksik semantikanın sistem struktur təhlili, mürəkkəb fel əmələgətirmə qaydalarının şərhi. Azərbaycan dilindəki fonemlər tərkibinin fonoloji cəhətdən əsaslandırılması. == Əsas elmi əsərlərin adları == Самоучитель азербайджанского языка. 1977. Фонематическая система современного Азербайжанского языка. Баку, 1971. Лексическая семантика простых глаголов в современном Азербайжанском языке. Баку, 1983. Rus dilinin qrammatikası.
Azər Ələkbərov
Azər Ələkbərov (tam adı: Azər Nəsib oğlu Ələkbərov; 9 avqust 1967, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il avqustun 8-i Bakıda anadan olmuşdur. 172 nömrəli orta məktəbi bitirmiş, daha sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşdur. Şəhidlik ərəfəsində III kurs tələbəsi idi. Azər bədii fəaliyyətlə də məşğul olmuşdur. Qısa heykələrindən Bahar sevinci və Yol ayrıcında hekayələri məlumdur. Subay idi. Ailənin yeganə oğlu idi. == Qanlı Yanvar faciəsi == Boynundan aldığı küt güllə yarasından həlak olmuşdur. Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ağamehdi Ələkbərov
Ağamehdi Salman oğlu Ələkbərov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri. == Həyatı == Ağamehdi Ələkbərov 1910-cu ildə neftçi fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunu bitirmişdir. 1937-ci ildən neft sənayesi və tikinti materialları sənayesində rəhbər işlərdə — Azərbaycan neft tikinti materialları trestinin baş mühəndisi, müdiri, Azərbaycan Neft Kəşfiyyatı Birliyi rəisinin müavini vəzifələrində işləmişdir. 1953-cü ildən Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, sonra naziri, 1960-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin texniki və kommunal təsərrüfatı şöbəsinin rəisi olmuşdur. 1965-ci ildə yenidən tikinti materialları sənayesi naziri təyin edilmişdir. Ağamehdi Ələkbərov 1942-ci ildə Sov.İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin 6 və 7-ci çağırış deputatı seçilmişdir. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur.
Babək Ələkbərov
Babək Mürsəl oğlu Ələkbərov (24 dekabr 1987, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının general-mayoru, Çevik Hərəkət Qüvvələrinin Komandanı, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Babək Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. Atası Mürsəl Ələkbərov Hamamlı rayonunun Saral kəndində anadan olub. Anası isə Kalinino rayonunun Molla Eyyublu kəndində anadan olub. Ailəlidir, 3 övladı var. == Hərbi xidməti == Babək Ələkbərov 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Bağır Ələkbərov
Bağır Əsəd oğlu Ələkbərov (10 fevral 1995, Naxçıvan – 15 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. 2001–2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Bağır Ələkbərov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib. Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib. Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub.
Fazil Ələkbərov
Fazil Nəriman oğlu Ələkbərov (1971, Arbatan, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2017–2021), general-leytenant. == Həyatı == 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Arbatan kəndində anadan olmuşdur. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1990–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1992–2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında müxtəlif vəzifələrdə işləmişdir. 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015–2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 343 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi, 2016-cı il 3 fevral tarixli 1765 nömrəli Sərəncamı ilə general-mayor, 2018-ci il 29 iyun tarixli 261 nömrəli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2017-ci il 25 avqust tarixli 80-VFR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. 4 noyabr 2021-ci ildə vəzifəsindən azad edilmişdir. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 364 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 18 mart tarixli 1119 nömrəli Sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı, 2017-ci il 27 mart tarixli 2765 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Fikrət Ələkbərov
Fikrət Ələkbərov (18 fevral 1946, Bakı) — rəssam, aktyor, rəssam assistenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2008). == Həyatı == 18 fevral 1946-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur. 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunun rəssamlıq fakültəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə filmdə quruluşçu rəssam, həm də geyim uzrə rəssam olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Kinooperator Ağa Zeynal Ələkbərovun oğludur. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet-Mozalan № 161) — rəssam Arxadan vurulan zərbə (film, 1977) Atamın sənəti (film, 1980) Avqust gələndə (film, 1984) Beş nömrəli kameranın məhbusu (Türkiyə) Bir anın həqiqəti (film, 2003) Bir nömrəli… (film, 1980) Bombardıman (film, 1991) Böyüyəndə bilərsən… (film, 1981) Cazibə qüvvəsi (film, 1985) Cəza (film, 1986) Çarə (film, 1981) Dərviş Parisi partladır (film, 1976) DHD (film, 1982) Dua (film, 1982) Ekskursiya (film, 1991) Evlənmək istəyirəm (film, 1983) Əbədi mühərrik (film, 1985) Əhməd haradadır? (film, 1983) Əlavə təsir (film, 2010) Əlvida (film, 2007) Fədailər (film, 1986) Gedərgəlməz (film, 1984) Gedərsən bizə… (film, 1990) Gənc qadının kişisi (film, 1988) Gethagetdə (film, 1983) Girişmə, öldürər!
Füzuli Ələkbərov
Füzuli Ələkbərov (1958, Saltaq, Culfa rayonu) — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri. == Həyatı == Füzuli Ələkbərov 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib. Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Rus, türk və ingilis dillərində sərbəst danışır. Ailəlidir, dörd övladı var. İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərovun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == Füzuli Ələkbərov Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987–1991-ci illərdə "Sputnik" Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb. 1992–2006-cı illərdə "İmproteks" Şirkətlər Qrupunun prezidenti olub. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub.
Fərid Ələkbərov
Fərid Tahir oğlu Ələkbərov (18 iyul 1980; Bakı, Azərbaycan SSR — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Əslən Bakının Nardaran kəndindəndir. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Fərid Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ələkbərov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Hüseyn Ələkbərov
Hüseyn Xəlil oğlu Ələkbərov 16 iyul 1946-cı ildən 11 avqust 1948-ci ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Hüseyn Xəlil oğlu Ələkbərov 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 7 illik məktəbini bitirdikdən sonra, 1928–1930-cu illərdə Gəncədə texnikumda oxumuşdur. 1930–1931-ci illərdə həmkarlar təşkilatında işləmiş, Dəstəfur (indiki Daşkəsən) rayon icraiyyə komitəsinin məsul katibi olmuşdur. 1931-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1935-ci ildə həmin fakültəni bitirmişdir. 1935–1937-ci illərdə Yevlax rayonunda xalq hakimi işləmiş, 1937–1946-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1946–1948-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.
Kamal Ələkbərov
Kamal Camal oğlu Ələkbərov (20 mart 1928, Füzuli, Azərbaycan SSR, SSRİ – 21 may 2009, Bakı, Azərbaycan) — Azərbaycanlı rəssam, heykəltaraş, Azərbaycan SSR əməkdar rəssamı (1982), Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı və yaradıcılığı == Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olmuşdur. Ələkbərov ailəsi yoxsulluqda yaşayırdı.Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrənmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanırdı. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi. 1948-ci ildən 1954-cü ilə qədər Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltaraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s. Həmçinin Ələkbərovun yaratdığı heykəltaraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunmuş abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunmuş abidələri yaradıb. Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir.
Kazım Ələkbərov
Ələkbərov Kazım Əbdülmanaf oğlu — görkəmli torpaqşünas-eroziyaşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA müxbir üzvü. == Həyatı == 17 fevral 1909-cu ildə Bakı şəhərində anadan olmuş, 12 sentyabr 1987-ci ildə Bakıda vəfat etmişdir. 1929-cu iıdə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Bakıdakı M.Ə. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1931-1932-ci illərdə Tiflis şəhərindəki Zaqafğaziya Yeni lifli bitkilər institutunu aqronomluq ixtisası üzrə bitirmişdir. 1932-ci ildə Tiflisdə ali təhsilini başa çatdıran K.Ə. Ələkbərov torpaqşünas kimi 8 fevral 1932-ci il tarixdə “Zaqyenlitrest”də əmək fəaliyyətinə başlayır və dekabr ayına kimi burada işləyir. 1934-cü ildə K.Ə. Ələkbərov hərbi xidmətə çağırılır və Tiflis şəhərindəki hərbi məktəbin kursantı olur. 1939-cu ildə SSRİ EA-nın Azərbaycan Filialının Torpaqşünaslıq Bölməsində aspiranturaya daxil olur. Dissertasiya işini uğurla başa çatdırdıqdan sonra 1943-cü ilin 17 iyununda akademik İ.M. Qubkin adına Geologiya institutunun Elmi Şurasında müdafiə edir. Elmi Şuranın qərarı ilə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra K.Ə. Ələkbərov 1943-cü ilin 18 iyununda Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və aqrokimya institutunun torpaqların genezisi və xəritələşdirilməsi laboratoriyasına baş elmi işçi vəzifəsinə seçilir.
Mehman Ələkbərov
Mehman Ələkbərov (tam adı: Mehman Ələkbər oğlu Ələkbərov; 6 oktyabr 1957, Kirovabad – 4 iyun 1993, Gəncə) — Gəncə özünümüdafiə batalyonunun komandiri. 4 iyun Gəncə qiyamının şəhidi. == Həyatı və hərbi fəaliyyəti == Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib. 1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir. Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib.
Mikayıl Ələkbərov
Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir. Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir. Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur. Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir. Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir. == İstinadlar == == Mənbə == Герои Советского Союза - сыны Азербайджана, Баку,1965 Герои Советского Союза. Краткий биографический словарь. Т.1.
Pərviz Ələkbərov
Pərviz Saday oğlu Ələkbərov (15 oktyabr 1972, Şuşa, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavini. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı == 15 oktyabr 1972-ci ildə Şuşada doğulub. == Təhsili == 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirmişdir. == Peşə fəaliyyəti == 1997-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazıradək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır. 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavinidir. == Nailiyyətləri == Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 sentyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri hüquq doktoru” adına layiq görülmüşdür.
Ramil Ələkbərov
Ələkbərov Ramil Gülmalı oğlu — azərbaycanlı rejissor, ssenarist. == Həyatı == Ramil Ələkbərov 16 yanvar 1979-cu ildə Şamaxıda anadan olub. Sabunçu rayonu 96 saylı orta məktəbdə (1986-1993), Bakı Özəl Türk Liseyində (1993-1997), Ankara Universitetinin Jurnalistika fakültəsinin Radio, Televiziya və Kino ixtisasında (Türkiyə, 1997-2002), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alıb. Müxtəlif vaxtlarda Samanyolu televiziyasının "Merhaba Yenigün", "Haber Kordinasyon Merkezi", "Sırlar dünyası" və "Şubat Soğuğu" seriallarında təcrübə keçib. 2003-2005-ci illərdə Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışıb. 2004-cü ildə "Mozalan: Biz və Zaman" Film festivalında "ən obyektiv jurnalist" və "Əkinçi" Jurnalist Cəmiyyətinin "Həsən bəy Zərdabi" adına ilin jurnalisti fəxri diplom və medalı ilə təltif olunub. 2005-ci ildən İctimai Televiziyada redaktor vəzifəsində çalışır. == Filmoqrafiya == Azərbaycan kinosu: tarixin səhifələri (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Kino muzeyi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Mir Teymur (II) (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Göy dənizdən bir damla: Bəkir Çobanzadə (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Xocalı soyqırımı (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Sevən və sevilən (2008, qısametrajlı sənədli film) – ssenari müəllifi Əzizim Fellini: Filmin filmi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Həyat varsa... (2012-2014, bədii serial) – ssenari müəllifi Əriyən ada (2013, qısametrajlı sənədli film) – redaktor Azərbaycan müəllimi. Babək Xubiyarov (2014, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi Ən güclü kimdir?
Röyal Ələkbərov
Röyal Ələkbərov (tam adı: Röyal Fərmail oğlu Ələkbərov, 23 iyun 1994; Qıvraq, Kəngərli, Naxçıvan MR – 16 oktyabr, 2020; Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 2000-2008-ci illərdə kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == 2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olur və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin taqım komandiri vəzifəsində xidmətə başlayır və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsi alır. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir. Röyal Ələkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərmiş, 16 oktyabr, 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Röyal Ələkbərov İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Rəşad Ələkbərov
Rəşad Ələkbərov (azərb. Ələkbərov Rəşad İlqar oğlu;‎15 sentyabr 1997, Gəncə – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il 15 sentyabrda, Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır Gəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir. === Ailəsi === Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır. Dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərlidir == Hərbi xidməti == 2016-ci iyulundan 2018-ci ilin yanvarınadək Ağcabədi, Füzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Abdulla Ələkbərov (bioloq)
Abdulla Mustafa oğlu Ələkbərov (1912 – 1981) — Biologiya elmləri doktoru, professor. == Həyatı == Abdulla Ələkbərov 1912-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. A.Ələkbərov 1946–1967-ci ildə illərdə AMEA-nın Zoologiya universitetində baş elmi işçi vəzifəsində çalışmış, namizədlik və doktorluq dissertasiyalarını Leninqrad Dövlət Universitetində müdafiə etmişdir. Abdulla Ələkbərov 1967-ci ildən ömrünün sonlarınadək Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, Biologiya fakültəsinin dekanı, Onurğasızlar və onurğalılar zoologiyası kafedralarının müdiri vəzifələrində çalışmışdır. == Elmi yaradıcılığı == Abdulla Ələkbərovun əsas tədqiqat sahəsi herpetologiyadır. Onun "Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri" (1978) adlı monoqrafiyası (rus dilində) nəşr olunmuşdur. A.Ələkbərov 80-ə qədər elmi məqalənin müəllifidir, 10 nəfər biologiya elmləri namizədi hazırlamışdır. Abdulla Ələkbərov "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur. == Əsas monoqrafiyası == Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri.
Abdulla Ələkbərov (professor)
Abdulla Mustafa oğlu Ələkbərov (1912 – 1981) — Biologiya elmləri doktoru, professor. == Həyatı == Abdulla Ələkbərov 1912-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. A.Ələkbərov 1946–1967-ci ildə illərdə AMEA-nın Zoologiya universitetində baş elmi işçi vəzifəsində çalışmış, namizədlik və doktorluq dissertasiyalarını Leninqrad Dövlət Universitetində müdafiə etmişdir. Abdulla Ələkbərov 1967-ci ildən ömrünün sonlarınadək Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, Biologiya fakültəsinin dekanı, Onurğasızlar və onurğalılar zoologiyası kafedralarının müdiri vəzifələrində çalışmışdır. == Elmi yaradıcılığı == Abdulla Ələkbərovun əsas tədqiqat sahəsi herpetologiyadır. Onun "Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri" (1978) adlı monoqrafiyası (rus dilində) nəşr olunmuşdur. A.Ələkbərov 80-ə qədər elmi məqalənin müəllifidir, 10 nəfər biologiya elmləri namizədi hazırlamışdır. Abdulla Ələkbərov "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur. == Əsas monoqrafiyası == Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri.
Abdulla Ələkbərov (rəssam)
Abdulla Abasqulu oğlu Ələkbərov (2 iyun 1936, Bakı) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqı (1972) və Jurnalistlər Birliyinin (1981) üzvü. == Həyatı == Abdulla Ələkbərov 2 iyun 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1959-cu ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1967-ci ildə Lvov Poliqrafiya İnstitutunu bitirmişdir. Abdulla Ələkbərov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. O, 1964-cü ildən "Maarif" Nəşriyyatında baş rəssam kimi fəaliyyət göstərmişdir. Abdulla Ələkbərov, Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş bir çox kitaba bədii tərtibat vermişdir. Bunlardan "Heydər Əliyev dünyanın gözü ilə", "Böyük ömrün anları", "Heydər Əliyev və Azərbaycan dili", "Vədinə sadiq prezident", "Böyük yolun davamçısı", "Sülh və sabitlik prezidenti" və s. kitabları qeyd etmək olar. O, dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nın bürünc medalı, "Nailiyyət" Jurnalist mükafatı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi bədii tərtibata görə "Səməd Vurğun-90" fəxri diplomuna (1996), 1998-ci ildə "Qızıl qələm-kamil sənətkar" mükafatı laureatı, Azərbaycan Respublikası Sərhəd Qoşunları 85-illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev sərhəd xidmətinin yaradıcısıdır" diplom və mükafatlara layiq görülmüşdür.
Aydın Ələkbərov (professor)
Aydın Qulam oğlu Ələkbərov (24 dekabr 1930) — tanınmış alim, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü. == Əsas elmi nailiyyətləri == Leksik semantikanın sistem struktur təhlili, mürəkkəb fel əmələgətirmə qaydalarının şərhi. Azərbaycan dilindəki fonemlər tərkibinin fonoloji cəhətdən əsaslandırılması. == Əsas elmi əsərlərin adları == Самоучитель азербайджанского языка. 1977. Фонематическая система современного Азербайжанского языка. Баку, 1971. Лексическая семантика простых глаголов в современном Азербайжанском языке. Баку, 1983. Rus dilinin qrammatikası.
Ağa Zeynal Ələkbərov
Ağa Zeynal Ələkbər oğlu Ələkbərov (27 dekabr 1922 – 17 fevral 1988) — Azərbaycan kinooperatoru. == Həyatı == Ağa Zeynal Ələkbərov görkəmli sənətkar, teatr və kino aktyoru Ələsgər Ələkbərovun qardaşı oğludur. Əmisi Ağa Zeynalı Bakı kinostudiyasına gətirəndə gəncin hələ 18 yaşı tamam olmamışdı. Bir ildən sonra Böyük Vətən müharibəsi başlananda Ağa Zeynal da Sovet ordusu ilə birgə İrana göndərilir, Tehran və Təbriz şəhərlərində çəkilişlər aparır. Kinostudiyada cəbhə üçün kino qruplar təşkil ediləndə həmin kino qrupların birinə təhkim olunur. Cəbhə kino operatoru kimi onun yolu Kerç, Odessa, Sevastopol, Tuapse uğrunda aparılan ağır döyüşlərdən keçir. Ağa Zeynal Ələkbərov, müharibədən xeyli sonra oğlu Fikrəti Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gətirib işə düzəldir. Fikrət Ələkbərov, hazırda kinostudiyada quruluşçu rəssam işləyir. O, indiyə kimi bir sıra filmlərə bədii tərtibat vermişdir. 1941-ci ilin axırlarında Ali Baş Komandanlıq Kerç yarımadasını tutmaq və Krımın azad edilməsi üçün zəmin yaratmaq məqsədilə Zaqafqaziya cəbhəsinin 44 və 51-ci ordularının qüvvəsi ilə Feodosiya–Kerç desant əməliyyatına başladı.
Kamal Ələkbərov (heykəltəraş)
Kamal Camal oğlu Ələkbərov (20 mart 1928, Füzuli, Azərbaycan SSR, SSRİ – 21 may 2009, Bakı, Azərbaycan) — Azərbaycanlı rəssam, heykəltaraş, Azərbaycan SSR əməkdar rəssamı (1982), Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı və yaradıcılığı == Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olmuşdur. Ələkbərov ailəsi yoxsulluqda yaşayırdı.Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrənmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanırdı. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi. 1948-ci ildən 1954-cü ilə qədər Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltaraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s. Həmçinin Ələkbərovun yaratdığı heykəltaraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunmuş abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunmuş abidələri yaradıb. Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 50.39 dəfə / 1 mln.
2002 •••• 20.56
2003 ••••••• 42.91
2004 •••••••• 46.49
2005 ••••••• 40.49
2006 •••••••••• 61.94
2007 ••••••••• 57.51
2008 ••••••••• 55.30
2009 ••••••••• 54.87
2010 •••••• 34.68
2011 •••••• 37.58
2012 ••••••• 40.70
2013 •••••• 38.51
2014 ••••• 30.03
2015 ••••• 26.03
2016 ••••••• 42.86
2017 ••••••• 45.20
2018 ••••••••••• 64.72
2019 •••••••••••••••••••• 129.35
2020 ••••••••••• 65.11

"ələkbərov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ələkbərov nədir? #ələkbərov sözünün mənası #ələkbərov nə deməkdir? #ələkbərov sözünün izahı #ələkbərov sözünün yazılışı #ələkbərov necə yazılır? #ələkbərov sözünün düzgün yazılışı #ələkbərov leksik mənası #ələkbərov sözünün sinonimi #ələkbərov sözünün yaxın mənalı sözlər #ələkbərov sözünün əks mənası #ələkbərov sözünün etimologiyası #ələkbərov sözünün orfoqrafiyası #ələkbərov rusca #ələkbərov inglisça #ələkbərov fransızca #ələkbərov sözünün istifadəsi #sözlük