Ələkbərli sözü azərbaycan dilində

Ələkbərli

Yazılış

  • Ələkbərli • 99.2866%
  • ƏLƏKBƏRLİ • 0.4756%
  • ələkbərli • 0.2378%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fərid Ələkbərli
Fərid Urxan oğlu Ələkbərli (3 yanvar 1964, Kirovabad – 7 aprel 2021) — tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzüli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri. == Həyatı == Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhər 134 №-li orta ümumtəhsil məktəbini bitirmişdir.1980-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı bitirərək AMЕA Əlyazmalar Fonduna (hal-hazırda Əlyazmalar İnstitutu) təyinat almışdır. Orta əsr tibb əlyazmaları üzərində elmi tədqiqat aparmaq üçün ərəb və fars dillərini müstəqil öyrənmişdir. 1988-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində ikiillik fars dili kurslarını bitirmişdir. 1988–1989-cu illərdə Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" (1712-ci il) və Məhəmməd Möminin "Töhfətül-möminin" (1669-cu il) əsərlərinin tədqiqi və tərcüməsi üzərində çalışmışdır. Əlyazmalar İnstitutunda fars, ərəb, azərbaycan dillərində yazılmış orta əsr tibb əlyazmaları üzərində geniş tədqiqat işi aparmışdır. 1992-ci ildə "Orta əsr (XII–XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəni almışdır. 1993–1994-cü illərdə Bakı Futurologiya Universitetində tibb tarixi, botanika və fitoterapiya üzrə mühazirələr oxumuşdur. 1993–1994-cü illərdə həmçinin Azərbaycan Respublikası Milli Məclisi nəzdində Sosioloji Tədqiqatlar Mərkəzində ekspert vəzifəsində çalışmışdır.
Kazım Ələkbərli
Məmmədkazım Ələkbərli (24 yanvar 1905, Dərbənd, Dağıstan vilayəti və ya Dağıstan – 12 oktyabr 1938 və ya 13 oktyabr 1938, Bakı) — Azərbaycan yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ilk sədri (1934). == Həyatı == Məmmədkazım 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, Azərbaycan Dövlət Pedaqoyi İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923–1927). Moskvada Qırmızı Professorlar İnstitutunda təhsilini davam etdirmişdir (1930–1934). ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi". "Vışka" qəzetlərində baş redaktor olmuşdur. 21 oktyabr 1937-ci il, cümə axşamı siyasi repressiya dövründə güllələnmişdir. == Əsərləri == "İdealizm və materializm və yaxud yeni fəlsəfə" (1927). "Yeni əlifba və orfoqrafiya" (1929). "Azərbaycan ədəbiyyatı" (1935) kitablarının müəllifi olmuşdur.
Kənan Ələkbərli
Kənan Müşfiq oğlu Ələkbərli (15 may 1996; Qızılhacılı, Goranboy, Azərbaycan — 11 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Maxe hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Ələkbərli 1996-cı ildə rayonun Qızılhacılı qəsəbəsində anadan olub. Nişanlı idi. Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarından, əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir. == Hərbi xidmətləri == Kənan Ələkbərli 2020-ci ilin sentyabrın 20-dən MAXEHQ kimi işləməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kənan Ələkbərli Ağdərə döyüşlərində savaşıb. 11 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Goranboy'da torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhəmməd Ələkbərli
Məhəmməd Ələkbərli (12 avqust 1968, Kəlbəcər rayonu – 14 iyun 2007, Bərdə rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "H. B. Zərdabi", "M. Araz" və "Qızıl Qələm" mükafatları laureatı. == Həyatı == Ələkbərov Məhəmməd Cəlil oğlu Kəlbəcər rayonunun Mollabayramlı kəndində 12 avqust 1968-ci ildə anadan olub. О, Daşkəndli Şair Məmmədhüseynin kötücəsindən olandır. Məhəmməd orta təhsili bitirdikdən sonra Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirir və tale ona Azərbaycan Müəllimlər Institutunun Gəncə filialının filologiya fakültəsində təhsil almaq payı da verir. Zaman-zaman təhsilini artıran M. Ələkbərli öz fitri istedadını göstərməkdən də çəkinmir. Belə ki о, 1996-cı ilədək Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Poliqrafiya müəssisəsinin nəşriyyat şöbəsində şöbə redaktoru vəzifəsində çalışmışdır. 1996-cı ildən ömrünün sonuna qədər (15 iyun 2007-ci il) "İslahat" qəzetinin baş redaktoru vəzifəsində işləmişdir. Təkcə qəzet işi onu qane etmirdi. O, eyni zamanda iki yüzdən artıq kitabın işıq üzü görməsində xüsusi zəhmət çəkmiş və bu kitabların əksəriyyətinin redaktoru olmuşdur. Bu müddət ərzində özünün "Bacar dərdə dözməyi sən", "Qismətimmi?
Məmməd Ələkbərli
Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) (10 mart 1899, Lənkəran, Lənkəran qəzası – 7 fevral 1959, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və pedaqoqu, Azərbaycanın ilk mədəniyyət naziri (1953–1955), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1952–1953), Azərbaycan SSR maarif naziri (1947–1952). == Həyatı == Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899-cu ildə Lənkəranda kəndli ailəsində anadan olmuşdur. 1909-cu ildə atası Məşədi Həmidin ölümündən sonra qohumlarının himayəsində yaşamış, Lənkərandakı "Behcət" rus-tatar (Azərbaycan) məktəbində oxumuş, lakin təhsilini başa vura bilməmişdir. 1920-ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında çalışmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (hazırkı Cəlilabad) 1-ci dərəcəli məktəbə müəllim göndərilmişdir. 1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə çalışmağa başlamışdır. Məmməd Ələkbərov 1923–1926-cı illərdə Bakıdakı Pedaqoji İnstitutda oxumuş, ali təhsilli mütəxəssis kimi Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik etmişdir. Quba qəza Xalq Maarif şöbəsinin müdiri işləmişdir. Məmməd Ələkbərov 1928-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı aparatına işə qəbul olunmuş, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini vəzifələrində çalışmışdır. 1937-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutunda elmi işçisi olmuş, eyni zamanda 1939-cu ildə Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini vəzifəsinə işləmiş, 1941-ci ildə isə tamamilə bu vəzifəyə keçmişdir.
Məmmədkazım Ələkbərli
Məmmədkazım Ələkbərli (24 yanvar 1905, Dərbənd, Dağıstan vilayəti və ya Dağıstan – 12 oktyabr 1938 və ya 13 oktyabr 1938, Bakı) — Azərbaycan yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ilk sədri (1934). == Həyatı == Məmmədkazım 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, Azərbaycan Dövlət Pedaqoyi İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923–1927). Moskvada Qırmızı Professorlar İnstitutunda təhsilini davam etdirmişdir (1930–1934). ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi". "Vışka" qəzetlərində baş redaktor olmuşdur. 21 oktyabr 1937-ci il, cümə axşamı siyasi repressiya dövründə güllələnmişdir. == Əsərləri == "İdealizm və materializm və yaxud yeni fəlsəfə" (1927). "Yeni əlifba və orfoqrafiya" (1929). "Azərbaycan ədəbiyyatı" (1935) kitablarının müəllifi olmuşdur.
Rahid Ələkbərli
Rahid Zahid oğlu Ələkbərli (22 fevral 1977) — Azərbaycanlı rabitəçi-mühəndisi. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən (2023-cü ildən), rabitə və yeni texnologiyalar naziri (sentyabr–oktyabr 2023), "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş informasiya direktoru (2022–2023); Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri (2022); Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022); ARNRYTN-in Dövlət Radiotezliklər İdarəsinin rəisi (2018–2021); ARNRYTN yanında İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının üzvü; Azərbaycan İnternet Cəmiyyətinin (ISOC Azərbaycan) üzvü, ISOC İngiltərə üzvü, ISOC Yaponiya üzvü. == Təhsili == 1994–1998-ci illərdə Azərbaycan Texniki Universitetində Radioelektron vasitələrinin konstruksiyası və texnologiyası ixtisası üzrə bakalavr ali təhsili alıb. 1998–2000-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2000–2002-ci illərdə Fotoelektronika İnstitutunda, 2002–2003-cü illərdə isə Fizika İnstitutunda elmi tədqiqat mühəndisi kimi "Fiziki proseslərin avtomatlaşdırılması" ixtisası üzrə aspirantura təhsili alıb. 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif mövzularda elmi araşdırmalarını davam etdirir. 2017–2020-ci illərdə Birləşmiş Krallığın Liverpul şəhərində yerləşən Liverpul Universitetində "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2020-ci ildə bu universitetdə "Developing A Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example" adlı elmi iş müdafiə edərək informasiya texnologiyaları üzrə magistr pilləsini yüksək nəticələrlə bitirib. 2021–2023-cü illərdə Amerika Birləşmiş Ştatlarının Volden Universitetində "Xəzər hövzəsi nəqliyyat qovşaqlarında Big Data İdarəçiliyi ilə korporativ idarəşilik arasında uyğunluğun tənzimlənməsi" mövzusunda "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə Fəlsəfə magistri elmi dərəcəsi qazanıb. Hazırda Volden Universitetində Big Data və kibertəhlükəsizlik idarəçiliyi üzrə çərçivə prinsiplərinin hazırlanması istiqamətində elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur.
Samir Ələkbərli
Samir Şamil oğlu Ələkbərli (2 iyul 2002; Qaradəmirçi, Bərdə rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Ələkbərli 2 iyul 2002-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşdur. Əslən Şuşadan idi. == Hərbi xidməti == Samir Ələkbərli 2020-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Samir Ələkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Samir Ələkbərli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Ələkbər Ələkbərli
Ələkbər Ramiz oğlu Ələkbərli (28 iyul 1991; Köçərli, Tərtər rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ələkbər Ələkbərli 28 iyul 1991-ci ildə Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ələkbər Ələkbərli hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əziz Ələkbərli
Əziz Yusif oğlu Ələkbərov (5 oktyabr 1960, Qaralar, Vedi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri. Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Əziz Ələkbərli 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984–1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri olmuşdur.
Faiq Ələkbərli
Faiq Ələkbərli (tam adı: Faiq Qəzənfər oğlu Ələkbərli; d. 12 aprel 1977, Dəyirmandağ, Gədəbəy rayonu) — AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim. == Həyatı və təhsili == Faiq Ələkbərli 12 aprel 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1994-cü ildə Dəyirmandağ kənd orta məktəbini bitirərək, fəlsəfə ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin bakalavr pilləsinə daxil olmuş,1998-ci ildə isə bitirmişdir. 1999–2001-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsində təhsil almışdır. 2005-ci ildə "XX əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M. Ə. Rəsulzadənin yeri və rolu" mövzusunda dissertasiya işini müdafiə edərək, 2006-cı ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Faiq Ələkbərli kitablarında turançılıq, türkçülük, islamçılıq, azərbaycançılıq, bütöv azərbaycançılıq, modernləşmə, milli ideologiya, milli ideya, milli kimlik, milli şüur və digər sahələr üzrə özünəməxsus yanaşmalarını formulə etmişdir. === Ailəsi === Faiq Ələkbərli ailəlidir, iki övlad var. O, həmçinin İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Rəşad Ələkbərovun dayısıdır. === Jurnalistika fəaliyyəti === Faiq Ələkbərli 1997-ci ildən 2003-cü ilə qədər jurnalistika sahəsində çalışmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.96 dəfə / 1 mln.
2003 •• 0.39
2005 ••• 0.67
2006 ••••••••••••• 2.93
2007 •••••••• 1.69
2008 ••••••••• 1.95
2009 •••••••••••••••••••• 4.32
2010 •••••••••••••••••••• 4.54
2011 ••••••••••••••••• 3.77
2012 •••••••••••••••••• 3.87
2013 •••••••••••••••••• 3.94
2014 •••••• 1.20
2015 ••••••••••••••• 3.23
2016 •••••••• 1.74
2017 ••••••• 1.46
2018 ••••••••• 1.95
2019 ••••••••••••••• 3.34
2020 ••••••••••••••••• 3.71

Oxşar sözlər

#ələkbərli nədir? #ələkbərli sözünün mənası #ələkbərli nə deməkdir? #ələkbərli sözünün izahı #ələkbərli sözünün yazılışı #ələkbərli necə yazılır? #ələkbərli sözünün düzgün yazılışı #ələkbərli leksik mənası #ələkbərli sözünün sinonimi #ələkbərli sözünün yaxın mənalı sözlər #ələkbərli sözünün əks mənası #ələkbərli sözünün etimologiyası #ələkbərli sözünün orfoqrafiyası #ələkbərli rusca #ələkbərli inglisça #ələkbərli fransızca #ələkbərli sözünün istifadəsi #sözlük