* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər. qəm və fars. …xar] klas. bax qəmküsar. Ey munisi-ruzigarım ana! Qəmxarü qəmküsarım, ana! Füzuli. Düşmüşəm bir halə sənsiz natəvanü zar olub; Kim, əcəl yanımdan ayrılmaz, mana qəmxar olub. Kişvəri. Nə qədər var cahan, var olasız; Millətin dərdinə qəmxar olasız! A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / qəmxar2 ə. və f. bax qəmküsar.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qəmxar3 ərəb. qəm, fars. ...xar Birinin dərdini çəkən, qəminə qalan, qəm yoldaşı; qəmküsar. Baş götürüb ayağına gəlmişəm, Soltanım, Leylini səndən istərəm, Özüm üçün səni qəmxar bilmişəm. Soltanım, Leylini səndən istərəm. (“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikası / qəmxar1 Xalq arasında qahmar kimi də işlədilir. “Qəm yeyən, yəni qəmə şərik olan” deməkdir. Birinci komponent ərəbcədir, ikinci isə farsca. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qəmxar