həmkar sözü azərbaycan dilində

həmkar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həmkar • 91.4530%
  • Həmkar • 8.5470%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həmkar
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.
Albaniya Həmkarlar İttifaqları Təşkilatı
Albaniya Həmkarlar İttifaqları Təşkilatı və ya qısaca AHİT — Albaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Tiranada yerləşir. == Tarixi == Təşkilatın yaranması Albaniya işçi hərəkatının böyük qalmaqalı və eyni zamanda qələbəsi ilə tarixdə qalıb. Belə ki, 1990-cı ilin son aylarında Valias şaxtasının işçiləri maaşlarının çox az olmasına və ağır iş şəraitində işlədiklərinə etiraz əlaməti olaraq silsilə tətillərə başlayırlar. Lakin hökumət tərəfindən şaxtaçıların tələblərinə cavab verən olmur. Hətta dövlət rəsmilərindən işçilərə belə bir ismarış da gəlir ki, əgər nümayişlərə son qoyulmasa onlara qarşı sərt tədbirlər planı hazırlanacaq. Bu bəyanat işçiləri daha da çox qəzəbləndirir və nəticədə böyük qalmaqallarla müşahidə olunan kütləvi tətillər keçirilir. Şaxtaçılara mədən işçiləri də qoşulur; ölkədə vəziyyət artıq nəzarətdən çıxır. İşçilər görürlər ki, onları müdafiə edəcək vahid qüvvəyə ehtiyac var. 1991-ci il fevralın 20-də etiraz edən böyük kütlə bir araya gələrək Albaniya Həmkarlar İttifaqları Təşkilatını yaradır.
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası (alm. Deutscher Gewerkschaftsbund – DGB‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Konfederasiyanın baş qərargahı Berlində yerləşir. == Tarixi == === 1933-cü ilə qədər === Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının ilk ümumi komissiyası 14 mart 1892-ci ildə Halbertştad şəhərində yaradılmışdır. Həmin vaxt onun 300.000 üzvü var idi. 1919-cu ildə iyunun 30-dan iyulun 5-dək Nürnberq şəhərində keçirilən qurultayda Ümum Alman Həmkarlar İttifaqları Konfederasiyasının əsası qoyulmuşdur. Konfederasiyanın sıralarında 3 milyon üzvü olan 52 birlik birləşirdi. 1933-cü il mayın 2-də isə ölkədəki bütün həmkarlar ittifaqları nasist rejimi tərəfindən buraxılmışdır. === 1946-1949-cu illər === 1946-1949-cu illərdə alman həmkarlar ittifaqları yenidən təsis olundu. 1946-cı il oktyabrın 9-11-də Almaniyanın Sovet işğalı zonasında yerləşən indiki Berlin şəhərində Azad Alman Həmkarlar İttifaqları Konfederasiyası, 1947-ci ilin aprel ayının 25-də isə müttəfiqlərin işğalı zonasında Alman Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi.
Avropa Həmkarlar İttifaqları Konfederasiyası
Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ing. European Trade Union Confederation) və ya qısaca AHİK (ing. ETUC) — bütün Avropa üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Brüsseldə yerləşir. == Tarixi == Konfederasiya 1973-cü ildə yaradılmışdır. == Tərkibi == Hazırda təşkilata 36 Avropa ölkəsindən 85 milli həmkarlar ittifaqı və 10 sənaye federasiyası daxildir. 60 000 000 üzvü var. == Məqsəd və fəaliyyət == AHİK-in əsas məqsədi 60 milyon üzvünün vahid səsi ilə çıxış etmək, əməkçilərin hüquqlarını pozanlarla mübarizə aparmaq və qitə əhalisi üçün tam məşğulluğu təmin etməkdir. Konfederasiya siyasətini Avropanın sosial modeli üzərində qurur: əməkçilər üçün stabil sosial-iqtisadi mühit yaratmaq və inkişaf etdirmək, əhalinin bərabər vətəndaş və insan hüquqlarına sahib olmasını təmin etmək. Avropa sosial modeli termini iqtisadi durumun daimi inkişafı anlamını daşıyır.
Avstriya Həmkarlar İttifaqı Birliyi
Avstriya Həmkarlar İttifaqı Birliyi (alm. Österreichischer Gewerkschaftsbund‎) — Avstriyada həmkarlar ittifaqı. 1967-ci ildə yaradılmışdır.
Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının qurultayı (1919)
Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının birgə keçirdiyi qurultay. == Qurultayın təşkili == 1919-cu il, aprelin 7–15-də Bakıda keçirilmişdir. Qurultay bolşeviklərin təsiri altında olan Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü ilə çağırılmışdır. Qurultayda Bakı, Gəncə, Tiflis, Port-Petrovsk, Dərbənd, Krasnovodsk və Qızıl Arvaddan olan 30 həmkarlar ittifaqından 146 nümayəndə iştirak edirdi. == Qurultayın gedişi == Qurultayda İ. Anaşkin həmkərlar ittifaqlarının vəzifələri haqqında məruzə etdi. Bütün məsələlər üzrə bolşeviklərin təklif etdiyi qətnamələr qəbul edildi. Qurultayın bolşevik fraksiyası bitərəf nümayəndələrin əksəriyyətini öz tərəfinə çəkərək həmkarlar ittifaqları hərəkatında kommunist partiyası proqramının qəbul edilməsinə nail oldu. Azərbaycan sol eserlərindən bəziləri də qurultayda bolşeviklərə tərəfdar çıxdılar. Qurultay fəhlələri sovet hakimiyyəti uğrunda mübarizə yolunu tutmağa çağıran qətnamə qəbul etdi. Qurultayda seçilən Qafqaz ölkə həmkarlar ittifaqları mərkəzinin heyətinə bolşeviklərdən B. Ağayev, İ. Anaşkin, F. Qurbanov,Ə. Qarayev və b.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü (film, 1925)
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü qısametrajlı sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən bəhs edilir. == Məzmun == Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən və bu illər ərzində həmkarlar təşkilatlarının Azərbaycan zəhmətkeşlərinin həyat və məişətində və onların sağlamlığının qorunmasında rolundan, eləcə də bu yubileyin təntənə ilə qeyd olunmasından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925)
Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı qısametrajlı sənədli filmi rejissor Pavel Velski tərəfindən 1925-ci ildə çəkilmişdir. AFKİ və "Kino-Mədənçi" Studiyasının istehsalıdır. Reportaj səpgisində olan filmdə SSRİ Mədən Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan şöbəsinin IX qurultayı, ayrı-ayrı natiqlərin çıxışları, "Azneft" fəhlələri və rəhbərlərinin ordenlərlə təltif edilmələri öz əksini tapmışdı == Məzmun == Reportaj səpgisində olan filmdə SSRİ Mədən Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan şöbəsinin IX qurultayı, ayrı-ayrı natiqlərin çıxışları, "Azneft" fəhlələri və rəhbərlərinin ordenlərlə təltif edilmələri öz əksini tapmışdır.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİRK) – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında "Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti" kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci tarixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-cu tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır. İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir. İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir. Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir. Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin — Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.
Bakı Həmkarlar İttifaqları Şurası
Bakı Həmkarlar İttifaqları Şurası (BHİŞ) — könüllü ictimai təşkilat. == Yaradılması == Əsası 1917 il martın 24-də qoyulmuşdur. Həmin tarixdə Bakı şəhəri həmkarlar ittifaqları nümayəndələrinin yığıncağı özünü təsis yığıncağı elan etmmiş və Azərbaycanda ilk ittifaqlararası təşkilat olan Həmkarlar İttifaqlarının Mərkəzi Bürosunu seçmişdir. III Ümumrusiya konfrasnsının qərarına əsasən, mərkəzi büro 1917 il 6 iyul tarixli iclasında Bakı Həmkarlar İttifaqları Şurasına çevrildi. 1918 il mayın 23-də BHİŞ-in yeni rəyasət heyəti seçilmişdir. Onun ilk tədbirlərində biri sənayenin milliləşdirilməsində həmkarlar ittifaqlarının iştirakı məsələsinin həlli və bütün həmkarlar ittifaqları nümayəndələrinin ümumbakı konfransını çağırmaq olmuşdur. 22 həmkarlar ittifaqının idarə heyətlərinin iclaslarından birində — 1918 il iyulun 9-da həmkarlar ittifaqlarının nümunəvi nizamnaməsi qəbul edilmişdir. == Fəaliyyəti == 1919 il noyabrın 1-nə olan məlumata görə, BHİŞ-ə 16 həmkarlar ittifaqı daxil idi. Şura eser-menşeviklərin təsiri altında idi. Bakı Xalq Komissarları Sovetinin (BXKS) hakimiyyəti dövründə Şuraya rəhbərlik bolşeviklərin əlinə keçdi.
Belarus Həmkarlar İttifaqları Federasiyası
Belarus Həmkarlar İttifaqları Federasiyası (belar. Фэдэрацыя прафсаюзаў Беларусі) — Belarusun ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Minsk şəhərində yerləşir. == Tarixi == Belarus Həmkarlar İttifaqları Federasiyası 1990-cı ildə yaranmışdır.1991-1995-ci illər ərzində daha 7 həmkarlar ittifaqı yarandı və beləliklə, Federasiyanın ətrafında artıq 31 təşkilat birləşdi. Bu təşkilatların xidmətində isə 31378 ilk, 454 şəhər, rayon həmkarlar ittifaqı komitəsi fəaliyyət göstərirdi. Zaman keçdikcə onların hər biri yetərincə güclü nüfuza malik oldular, sıralarını genişləndirdilər. Bəzi təşkilatlar artıq öz qəzetlərini də nəşr etməyə başladılar. == Məqsədi == Qurumun əsas məqsədi təşkilatların qüvvə və istiqamətini birləşdirmək, qarşıya qoyulan məsələləri kökündən həll etmək, ölkədə işçilərin hüquqlarını tam qorumaqdır. == Tərkibi == 24 sahə təşkilatını özündə cəmləşdirir. 4 milyon üzvü var (15.03.2011).
Belçika Liberal Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası
Belçika Liberal Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası (nid. Algemene Centrale der Liberale Vakbonden van België / fr. Centrale Générale des Syndicats Libéraux de Belgique) və ya qısaca ACLVB/CGSLB — Belçikanın 3 mərkəzi həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Gent şəhərində yerləşir. == Tarixi == XX əsrin əvvəllərində yaradılmışdır. == Tərkibi == 230 000 üzvü var. == Fəaliyyəti == Üzvlərinin əməkhaqqı və əmək şəraitinə aid danışıqlarda iştirak edir.Ölkədə ofislər şəbəkəsi mövcuddur. == Daxili strukturu == Ərzaq və bölüşdürülməsi; Nəqliyyat; Kimyəvi; Maliyyə xidmətləri; Ağac, inşaat və sənaye; Qaz və elektrik; Metallurgiya; Tekstil; Xidmətlər; Qeyri-ticarət.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca BHİK (ing. International Trade Union Confederation - ITUC) — bütün dünya üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Brüsseldə yerləşir. == Tarixi == Konfederasiya 1 noyabr 2006-cı ildə Avstriyanın Vyana şəhərində keçmiş Beynəlxalq Azad Həmkarlar İttfaqları və Ümümdünya Əmək Konfederasiyalarının birləşməsi nəticəsində yaradılıb. == Tərkibi == Hazırda BHİK-in sıralarında 155 ölkənin 176 milyon işçisinin maraqlarını qoruyan 301 həmkarlar ittifaqı təşkilatı cəmləşir. Bununla yanaşı, konfederasiyanın tərkibinə bir neçə regional və beynəlxalq stuktur daxildir. == Fəaliyyəti == Qurum fəaliyyətində gənclərə, qadınlara və miqrasiya problemlərinə xüsusi yer ayırır. Bu məsələlərə dair bir sıra layihələr həyata keçirir. BHİK beynəlxalq təşkilat olduğundan təşəbbüskarlıq etdiyi layihələrdə çox sayda ölkə iştirak edir. == Strukturu == Dörd ildən bir BHİK-in Konqresi keçirilir.
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası (ing. Federation of Unions of South Africa) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. == Tarixi == Federasiya 1 aprel 1997-ci ildə yaranmışdır. Həmin dövrdə ölkədə iki həmkarlar ittifaqı fəaliyyət göstərirdi. Hər iki təşkilat ölkədə işçilərin hüquqlarını müdafiə edə biləcək vahid və güclü bir təşkilata ehtiyac duyulduğunu hiss edir. Beləliklə, onlar vahid federasiyada birləşir. == Məqsədi == Qurumun yaranmasında əsas məqsəd Afrika işçi hərəkatında demokratik mühit yaratmaq olub. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 18 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Federasiya 556 min üzvü özündə cəmləşdirir.
Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası (ing. Confederation of South African Workers' Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. == Tarixi == Konfederasiyanın yaranması 2003-cü il mart ayının 8-də keçirilən Milli Şuranın konfransında təsdiqlənmişdir. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 27 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 290 min üzvü özündə cəmləşdirir. == Fəaliyyəti == Konfederasiya iş yerlərində mövcud olan ayrı-seçkiliklərə qarşı mübarizə aparır. Konfederasiyanın siyasəti iş yerlərində ekspluatasiya, diskriminasiya və ayrı-seçkiliyi aradan qaldırmaq prinsipləri üzərində qurulub. Bununla yanaşı, təşkilat hər zaman işçilərin iqtisadi-sosial durumunda bərabərliyi tənzimləmək üçün əlindən gələni edir. == Rəhbərləri == Hazırda təşkilata Joel Mfinqvana rəhbərlik edir.
Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi
Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi (ing. Congress of South African Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. == Tarixi == Konqres 1 dekabr 1985-ci ildə bir neçə təşkilat və federasiyanın birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Yarandığı vaxt qısa zaman ərzində tərkibinə 33 təşkilat və yarım milyon üzv cəmləşmişdir. Hazırda təşkilatın tabeçiliyində 21 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konqres 1,8 milyon üzvü özündə cəmləşdirir. == Fəaliyyəti == Təşkilat yarandığı ilk gündən ona üzv olan işçilərin hüquqlarını qorumaq istiqamətində əlindən gələni əsirgəməyib. Dəfələrlə təşkilatın təşəbbüsü ilə irimiqyaslı nümayiş, tətil, etiraz aksiyaları keçirilib. Etirazlara əsas səbəb isə işçilərin maaşlarının qaldırılmaması, iş şəraitinin yaxşılaşdırılması yönündə heç bir addım atılmaması, iş saatının uzadılması olub.
Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası
Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası (ing. National Council of Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. == Tarixi == Şura 1986-cı ildə Cənubi Afrika Həmkarlar İttifaqları Şurası və Azanian həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 17 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Şura 397 min üzvü özündə cəmləşdirir. Onların sıralarında mədən, tikinti, təhsil, rabitə, yüngül sənaye və bir sıra digər sahələrin işçiləri var. == Fəaliyyəti == Şura ölkədə əmək münasibətlərinin qurulmasında aparıcı rol oynayır. İşçilərin maraqlarını qorumaq və iş yerlərində baş verən haqsızlıqla mübarizə aparmaq üçün Şura dəfələrlə irimiqyaslı nümayiş, tətil, yürüşlər keçirib. == Mənbə == Afaq HÜSEYNOVA. Cənubi Afrika Həmkarlar İttifaqları.
Danimarka Həmkarlar İttifaqları Konfederasiyası
Danimarka Həmkarlar İttifaqları Konfederasiyası (dan. Landsorganisationen i Danmark - LO) — Danimarkanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. == Tarixi == 3 yanvar 1898-ci ildə yaranmışdır. == Məqsədi == Konfederasiyanın əsas məqsədi işəgötürənlər və hakimiyyət orqanları ilə münasibətdə işçilərin mənafelərini rəhbər tutaraq onları müdafiə etməkdən ibarətdir. Müxtəlif assosiasiyalar və həmkarlar ittifaqları ilə əməkdaşlıq edən Konfederasiya ölkədə qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək bazarı ilə bağlı siyasətin hazırlanması və həyata keçirilməsi prosesində həm hökumətə, həm də siyasi partiyalara təsir etməyə çalışır.Kollektiv danışıqların aparılması zamanı Konfederasiya işçilərin sosial-iqtisadi maraqlarının təmin olunmasına səy göstərir. Danimarka həmkarlar ittifaqları hərəkatı qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilər. Lakin müasir cəmiyyətdə müntəzəm olaraq qarşıya yeni vəzifələr və problemlər çıxır. Belə ki, hazırda həllinə çalışdığı ən mühüm məsələlərdən biri işçilərin iş və ailə həyatı arasında daha yaxşı harmoniya yaradılmasına köməklik göstərməkdən ibarətdir. Konfederasiyanın strukturunda üzv təşkilatlar tam müstəqildir.
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı (dan. Dansk Metalarbejderforbund - Dansk Metal) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. == Tərkibi == Bu təşkilat ətrafına təxminən 142 min üzvü toplanmışdır. == Rəhbəri == 2012-ci ildən təşkilatın rəhbəri Klaus Yensendir. == Mənbə == International Centre for Trade Union Rights; və b., redaktorlarTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı (dan. Handels- og Kontorfunktionærernes Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. == Tərkibi == Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan ən böyük təşkilatlarından biridir. Onun 363 min üzvü var. Onların 75 %-ni qadınlar təşkil edir. İttifaqın sıralarında əsasən kargüzarlıq, informasiya və kommunikasiya sahəsində laboratoriyalarda çalışanlar və texniki işçilər birləşir. Təşkilatın 25 yerli komitəsi fəaliyyət göstərir.
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı (dan. FOA – Fag og Arbejde) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. == Tarixi == 2005-ci ildə yaranmışdır. == Tərkibi == İttifaqın 47 yerli təşkilatı, 206 min üzvü var. 4 fəaliyyət sahəsinə bölünür: səhiyyə, pedaqoji, qida sənayesi, maşınqayırma sənayesi.İttifaq üzvlərinin əksəriyyəti dövlət müəssisələrində işləyir. == Rəhbəri == Təşkilata hazırda Dennis Kristensen rəhbərlik edir.
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası (dan. Fagligt Fælles Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan ən böyüyü. == Tərkibi == Federasiya 381 min ittifaq üzvünü özündə birləşdirir. Üzvlərin yarıdan çoxu qadınlardır. İttifaq üzvləri 6 müxtəlif sahədə fəaliyyət göstərirlər: sənaye, nəqliyyat, ictimai, tikinti və inşaat, bağçılıq, kənd təsərrüfatı, meşə təsərrüfatı özəl xidmət sektoru.Təşkilatın 75 yerli komitəsi var. == Ədəbiyyat == International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Fici Həmkarlar İttifaqları Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. == Tarixi == Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. == Tərkibi == Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. == Rəhbərləri == Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Filippin Həmkarlar İttifaqları Konqresi
Filippin Həmkarlar İttifaqları Konqresi (filip. Katipunan ng Manggagawang Pilipino – KMP) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Quezon şəhərində yerləşir. == Tarixi == Konqres 1975-ci ildə yaradılmışdır. Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar. Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər. == Məqsədi == Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır. == Tərkibi == Hazırda konqresin 1,2 milyon üzvü var. Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.86 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 3.15
2005 ••••• 0.67
2006 ••• 0.45
2007 •• 0.21
2008 •••• 0.49
2009 ••••••• 0.96
2010 ••••••••• 1.27
2011 •••••• 0.94
2012 ••••••• 0.95
2013 •••••••• 1.17
2014 •••••• 0.86
2015 ••••• 0.68
2016 ••••• 0.69
2017 ••• 0.33
2018 0.15
2019 ••••••••••• 1.67
2020 ••••• 0.66

həmkar sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Biri ilə bir yerdə, bir sənətdə, bir peşədə işləyən adam; iş, sənət, ixtisas yoldaşı. Veys yanını stula təzəcə qoymuşdu ki, həmkarlarının yerdə bardaş qurduğunu görüb, özü də elə onların yanında çömbəlib divara söykəndi… Ə.Əbülhəsən. [Cəfərqulu] baxırdı ki, görsün, həmkarlarından bura kim gəlib. B.Bayramov. ◊ Həmkarlar ittifaqı – fəhlə və qulluqçuların mənafeyini qorumaq üçün əmək prinsipi üzrə onları birləşdirən kütləvi təşkilat.

    Azərbaycan dilinin izahlı lüğəti / həmkar

həmkar sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. коллега (товарищ по работе, по совместной учебе в высшей школе, по профессии, по должности) 2. напарник (тот, кто работает в паре с кем-л.); həmkarlar ittifaqları профессиональные союзы

    Azərbaycanca-rusca lüğət / həmkar

həmkar sözünün inglis dilinə tərcüməsi

həmkar sözünün fransız dilinə tərcüməsi

həmkar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. кӀвалахдин юлдаш (кӀвалахдал, къуллугъдал са кар ийизвай юлдашрикай гьар сад), садахъ галаз са сенятда, са къуллугъдал кӀвалахзавай кас; ** həmkarlar ittifaqı са пешедал кӀвалахзавай ксарин союз, профсоюз (урус.).

    Azərbaycanca-ləzgicə lüğəti / həmkar

"həmkar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həmkar nədir? #həmkar sözünün mənası #həmkar nə deməkdir? #həmkar sözünün izahı #həmkar sözünün yazılışı #həmkar necə yazılır? #həmkar sözünün düzgün yazılışı #həmkar leksik mənası #həmkar sözünün sinonimi #həmkar sözünün yaxın mənalı sözlər #həmkar sözünün əks mənası #həmkar sözünün etimologiyası #həmkar sözünün orfoqrafiyası #həmkar rusca #həmkar inglisça #həmkar fransızca #həmkar sözünün istifadəsi #sözlük