* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2008 | •••••••••••••••••••• | 0.24 |
2011 | •••••••• | 0.09 |
1 is. [ər.] Hiddət, qəzəb, acıq. Çeşmində qəzəb yoxsa dili-zarım üçündür; Qəhri o təbibin dili-bimarım üçündür. S.Ə.Şirvani. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Qəhr [Mirzə Hüseyni] boğdu, cibindən qırağı haşiyəli bir yaylıq çıxarıb gözlərini sildi. S.Rəhimov. 2. Bir məhrumiyyət, haqsızlıq və s. üzündən doğan hədsiz ruhi əzab və iztirab. Firqətin qəhri bəni yaqdı və incitdi, əzizim! Nəsimi. On bir aydır mənim üzüm gülmədi; Qəza qəhri məndən heç üzülmədi. Aşıq Ələsgər. ◊ Qəhr etmək – 1) məhv etmək, yox etmək. Xalq bugünkü və sabahkı düşmənlərini qəhr edə bilməzsə, öz taleyini həll edə bilməz. S.Rəhimov; 2) cəbr etmək, zülm etmək; cəzalandırmaq, iztirab vermək. Necə qəhr eyləyəsən, aşiqinə rəhm eylə; Ki, sənin rəhmətinə aşiqi-heyran susadı. Nəsimi. Qəhr olmaq – məhv olmaq, yox olmaq. Qəhr olsun! – məhv olsun! yox olsun!
Azərbaycan dilinin izahlı lüğəti / qəhr1 сущ. 1. гнев, ярость. Xalq kütləsinin qəhri волна народного гнева, qəhrə gəlmək прийти в ярость; перен. высок. неукротимость. Dalğaların qəhri ярость волн 2. негодование, возмущение. Qəhrlə rədd etmək отвергнуть с негодованием 3. печаль, грусть, скорбь. Dərin bir qəhrlə с глубокой скорбью; qəhr etmək (eləmək): 1. уничтожать, уничтожить, сокрушать, сокрушить, нанести полное поражение. Düşməni qəhr etmək (eləmək) сокрушить врага 2. карать, покарать, наказывать, наказать; подвергать, подвергнуть каре. Cinayətkarları qəhr etmək покарать преступников; qəhr olmaq: 1. уничтожаться, быть уничтоженным, сокрушаться, быть сокрушенным; 2. погибать, погибнуть
Azərbaycanca-rusca lüğət / qəhr1 i. 1. fury, rage; şair. wrath; 2. indignation; 3. sorrow, sadness; ~ etmək to destroy (d.), to ruin (d.), to smash (d.)
Azərbaycanca-ingiliscə lüğət / qəhr1 is. 1) rage f, fureur f ; 2) indignation f ; 3) chagrin m, tristesse f
Azərbaycanca-fransızca lüğət / qəhr1 [ər.] сущ. 1. хъел; 2. кьагьар, руьгьдин азаб (гьахъсузвиляй ва мс. арадал атай); ** qəhr etmək а) телеф авун, терг авун; б) зулум авун, жаза гун, азаб гун; qəhr olmaq телеф хьун.
Azərbaycanca-ləzgicə lüğəti / qəhrə. 1) qəzəb, hirs, hiddət; 2) zorlama; 3) cəbr etmə, məcbur etmə; 4) tabe olma; tabelik; 5) pərtlik, dilxorluq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti