Qəhrəmanov sözü azərbaycan dilində

Qəhrəmanov

Yazılış

  • Qəhrəmanov • 99.5897%
  • QƏHRƏMANOV • 0.3283%
  • qəhrəmanov • 0.0821%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəhrəmanov
Qəhrəmanov — Azərbaycan soyadı. Fariz Qəhrəmanov (d. 1974) — Azərbaycanın Milli Qəhrəmanı. Abbas Qəhrəmanov (d. 1960) — Azərbaycan aktyoru. Səfa Qəhrəmanov (1949—2008) — Azərbaycanın xalq artisti. Eldar Qəhrəmanov (d. 1948) — Azərbaycan Universitetinin keçmiş rektoru. Fuad Qəhrəmanov (1972—1993) — Qarabağ müharibəsinin iştirakçısı. Nadir Qəhrəmanov (d.
Abbas Qəhrəmanov
Abbas Qəhrəmanov (tam adı: Abbas Əhməd oğlu Qəhrəmanov; 24 iyul 1960, İrəvan) — Azərbaycan aktyoru. == Həyatı == Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. == Fəaliyyəti == Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır. O, burada Mərvan (B. Vahabzadə "Fəryad"), Qoşqar (K. Kərimov "Cəzasız günah"), Rasim (Q. Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş. Qurbanov "Əcəb işə düşdük"), Ər (R. Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ. Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris, Paris…"), Şöklü Məlik (N. Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə. Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B. Brext "Oyuncaq ev" H. İbsen), Xondulu, Rəşid (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Durmişxan (O. İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A. Kristin "Tələ"), Dövran (H. Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə. Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir. Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır.
Eldar Qəhrəmanov
Eldar Əvəz oğlu Qəhrəmanov (30 yanvar 1948, Vartaşen) — Azərbaycan Universitetinin keçmiş rektoru. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri. == Həyatı == Eldar Qəhrəmanov 1948-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1966–1970-ci illərdə M. Qorki adına Türkmənistan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almış, Türkmənistan SSR-in Mərkəzi Statistika sistemində fəhlə, daha sonra sənaye, nəqliyyat və rabitə statistikası şöbələrində iqtisadçı vəzifəsində çalışmışdır. 1970–1974-cü illərdə Azərbaycana qayıdaraq Oğuz rayonunun kolxozlararası tikinti idarəsində inşaat texniki, mühasib və iqtisadçı vəzifələrində çalışmışdır. 1974–1978-ci illərdə Oğuz rayon məlumat hesablama stansiyasının rəisi vəzifəsinə, 1978-ci ildən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə dəvət edilərək Kənd təsərrüfatı statistikası şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, kollegiya üzvü seçilmişdir. Eldar Qəhramnov, 1981–1989-cu illərdə Azərbaycan KP MK-nın aparatında Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində təlimatçı, daha sonra Kənd təsərrüfatı elmi və iqtisadiyyatı sektorunun müdiri işləmişdir. 1990-cı ildə Bakı Politologiya İnstitutundakı təhsilini başa vuraraq politoloq ixtisasına yiyələnmişdir. 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Eldar Qəhrəmanov əski statistika sisteminin transformasiyasına, milli statistika konsepsiyasının hüquqi və metodiki bazasının yaradılmasına, onun rəsmi və etibarlı beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi prosesinə rəhbərlik etmişdir. Bazar iqtisadiyyatının keçid mərhələsinə dair təhlili məruzələri, aqrar islahatın istiqamətləri haqqındakı təklifləri yüksək qiymətləndirilən Eldar Qəhrəmanov 1994-cü ildən Azərbaycan Respublikasın Ali Sovetinin (Milli Məclisin) ekspert işçi qrupunun üzvü təyin edilmişdir.
Elməddin Qəhrəmanov
Fariz Qəhrəmanov
Fariz Qəhrəmanov — Azərbaycanın Milli Qəhrəmanı. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. == Həyatı == 29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada məktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi. 1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür. 1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.
Fuad Qəhrəmanov
Gülalı Qəhrəmanov
Kamil Qəhrəmanov
Məkan Qəhrəmanov
Məmmədsəfa Qəhrəmanov
Məmməd Səfa (25 iyul 1960, Şabran rayonu) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023). Məmməd Səfa 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.
Nadir Qəhrəmanov
Qəhrəmanov Nadir Fərrux oğlu (24 may 1945, Urud, Sisian rayonu) — Azərbaycanın tanınmış alimi, Sumqayıt Dövlət Universitetinin sabiq rektoru (2000-2013). BDU-nun "Ümumi fizika" kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. Nadir Qəhrəmanov 1945-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olub.1967 -Azərbaycan Dövlət Universitetinin (BDU fizika fakültəsini bitirmişdir.1968 −2000-BDU-nun "Ümumi fizika" kafedrasında, laborant, müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.1976-cı ildə — "İnS — monokristalının alınması və bəzi fiziki xassələri" — mövzusunda namizədlik dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.1985-ci ildə — Moskva, SSRİ Elmlər Akademiyasının Radioelektronika İnstitutunda " AI3 BIII5 CVI9 — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması" – mövzusunda doktorluq dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.2003-cü ildən Avroaziya İnzibati Elmlər Akademiyasının həqiqi üzvüdür.325 — elmi əsərin müəllifidir,10-monoqrafiyanın müəllifidir, 16-dərslik və dərs vəsaitinin müəllifidir,54-müəlliflik şəhadətnaməsinin və ixtiranın müəllifidir. Nadir Qəhrəmanovun əsas tədqiqat sahəsi Qeyri-adi fiziki xassələrə malik — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması, onların fundamental fiziki xassələrinin tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsidir. Bu günə kimi 35-magistrə elmi rəhbər olub və 11-elmlər namizədinə elmi rəhbər olub.2000–2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsində olmuşdur. Seçilmiş əsərlər 1. Электронографические исследования тонких пленок Cu3Ga5Sе9, полученных вакуумным осаждением, Доклады АН Аз.ССР, 1988, том 44, № 10, с.11–13. 2. Полиморфози леотропной жидкокристаллической системы анфифил вода-спирт, ДАН Аз.Респ. 1992, том 49, № 1, с.
Nəcəf Qəhrəmanov
Nəcəf Qəhrəmanov (tam adı: Nəcəf Tofiq oğlu Qəhrəmanov; 25 yanvar 1946, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. Qəhrəmanov Nəcəf Tofiq oğlu 25 yanvar 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Bakı şəhərinin 189 saylı orta məktəbini, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini «Plastik kütlələrin emalı texnologiyası» ixtisası üzrə bitirərək Ümumittifaq Elmi-Tədqiqat «Olefinlər» institutunun polimer emalı laboratoriyasına işə qəbul olunmuşdur. N.T.Qəhrəmanov həmin institutda «Yüksəkmolekullu birləşmələr kimyası» ixtisası üzrə əyani aspiranturada təhsil almış və 1975-ci ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmişdir. Dissertasiyada polietilenə heterogen şəraitdə calaq olunmuş poliakrilonitrilin sopolimerləşmə mexanizmi göstərilmişdir. İlk dəfə olaraq, calaq sopolimerləşmə prosesi polietilenin müxtəlif molekul kütləsi olan monomolekulyar fraksiyalar üzərində aparılmışdır. 1983-1989-cu illərdə “Kompozisiya materiallarının kimyəvi modifikasiyası” sektoruna, 1989-1994-ci illərdə isə “Polimerlərin kimyəvi modifikasiyası” laboratoriyasına rəhbərlik etmişdir. Orta təzyiqli polietilenin quruluş və xassələri haqqında dəqiq məlumat almaq məqsədilə ilk dəfə olaraq polietilenin ifrat dar fraksiyası səviyyəsində (molekul kütləsi 3000-dən 1.000.000 qədər) nümunələrin tərkibi, quruluşu, fiziki-kimyəvi və fiziki-mexaniki xassələri tədqiq edilmişdir. Alınan nəticələrə əsaslanaraq polietilenin quruluş və xassələri arasında qarşılıqlı əlaqənin öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparmış və alınan nəticələrin ətraflı nəzəri təsviri vermişdir. N.T.Qəhrəmanov tərəfindən oksidləşmənin və UB-şualanmanın polimerlərin qocalma prosesinə təsiri istiqamətində aparılmış elmi-tədqiqat işləri nətiəsində sübut edilmişdir ki, qocalma prosesi polimerlərin molekul kütləsinin paylanmasına böyük təsir göstərir və kövrəkliyin artmasına səbəb olur.
Qəhrəman Qəhrəmanov
Qəhrəman Mehdi oğlu Qəhrəmanov (26 dekabr 1925, Qafan rayonu – 5 fevral 2006, Bakı) — Azərbaycan alimi, neyro-fizioloq, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1971). Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov 1925-ci il dekabr ayının 26-da Zəngəzur qəzasında anadan olmuşdur. Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə İnstitutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir. 1958-ci ilin may ayında Azərbaycan Tibb İnstitutunun elmi şurasında "İnteroreseptorlara qıcıq verilməsinin Asetilxolen mübadiləsinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan ЕА-nın akademiki, professor Abdulla Qarayev olmuşdur. Qəhrəman Qəhrəmanov 1960–1966-cı illərdə SSRİ Elmlər Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunun "Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası"nda "Baş beyin fəaliyyətinin xolinerqiq və adrenerqiq mexanizmlərinə dair" mövzuda doktorluq dissertasiyasını hazırlayıb 1966-cı ilin fevralında müdafiə etmişdir. 1966–1970-ci illərdə Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasının professoru, 1970–1991-ci illərdə həmin kafedranın müdiri olmuşdur. Qəhrəman Qəhrəmanov 1971-ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə Qəhrəman Qəhrəmanov tərəfindən SSRİ-də funksional neyrokimyanın inkişafında böyük rol oynayan ilk neyrofiziologiya və funksional neyrokimya laboratoriyasını yaradılmışdı.
Ruhin Qəhrəmanov
Ruslan Qəhrəmanov
Səbuhi Qəhrəmanov
Səbuhi Adil oğlu Qəhrəmanov (21 sentyabr 1988, Bərdə) — Azərbaycan ədəbiyyatşünası, filologiya üzrə fəlsəfə doktoru, naşir, AMEA-nın "Elm" nəşriyyatının direktoru , Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri Səbuhi Qəhrəmanov 21 sentyabr 1988-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 24 saylı orta məktəbdə 1994-2005-ci illərdə təhsil almış, məktəbi fərqlənmə ilə bitirmişdir. 2006-cı ildən bu günə kimi ayrı-ayrı nəşriyyatlarla əməkdaşlıq etmiş, 400-dən çox elmi, elmi-kütləvi, bədii kitabın, eləcə də orta və ali məktəblər üçün dərslik və dərs vəsaitinin nəşrində redaktor, korrektor, tərtibatçı kimi yaxından iştirak etmişdir. Səbuhi Qəhrəmanov 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavriat pilləsi — fərqlənmə diplomu ilə, 2010-2012-cu illərdə isə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının magistratura pilləsi — fərqlənmə diplomu ilə bitirmişdir. 2014-2018-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda dissertanturasında təhsil almış, 2018-ci ildə “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda dissertasiya müdafiə etmişdir. Tədqiqat işində 1920-1930-cu illər Azərbaycan ədəbiyyatının ayrıca mərhələ kimi dövrləşdirilməsi elmi obyektivlik mövqeyindən dəyərləndirilmiş, bolşevik işğalından sonra Azərbaycanda yaranan ictimai-siyasi mühitin ədəbiyyata təsiri, ədəbi prosesinin formalaşmasında həmin dövrün yaradıcılıq təşkilatları və mətbuatının rolu araşdırılmışdır. Bundan başqa, dissertasiyada 1920-1930-cu illərdə romantizm, maarifçi və tənqidi realizm ədəbi cərəyan və yaradıcılıq metodlarının yeni ictimai-siyasi mühitin təzyiqləri altında mövcudluğu, həmin dövrün ədəbi prosesinə təsiri araşdırılmış, sosializm realizmi metodunun formalaşma prosesi təhlil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavriat pilləsini bitirmişdir. 2011-2014-cü illərdə AMEA-nın "Elm" nəşriyyatında ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Səfa Qəhrəmanov
Səfa Hüseyn oğlu Qəhrəmanov (30 mart 1949, Minəxorlu, Ağcabədi rayonu – 5 may 2008, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2006). Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il mart ayının 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Hələ uşaqlıqdan musiqiyə həvəsi olmuş, tibb texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində iştirak etmişdir. 1970-ci ildə Yaşıl Teatrda keçirilən "Qızıl payız" muğam festivalının iştirakçısı olmuş, Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların qarşısında çıxış edərək müsabiqədə qalib gəlmişdir. Bundan sonra o, Əhməd Bakıxanovun ansamblına dəvət almış, bir müddət sonra isə hərbi xidmətə yollanmışdır. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirmişdir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olmuşdur. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa etmişdir. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada "Mirzə Hüseyn segahı"nı ifa etmişdir. Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi.
Vaqif Qəhrəmanov
Vaqif Qəhrəmanov (azərb. Qəhrəmanov Vaqif İmran oğlu;‎ 25 avqust 1940, Qaryagin rayonu) — Şöhrət ordenli azərbaycanlı həkim. Qəhrəmanov Vaqif İmran oğlu 25 avqust 1940-cı ildə Füzuli rayonunda anadan olub. 1964-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "pediatriya" fakültəsini bitirib. 1964–1968-ci ilə qədər təyinatla Türkmənistan SSR-nin Taxta rayonunda həkim vəzifəsində işləyib. 1968–1970-ci illərdə Azərbaycan Respublikası Sumqayıt şəhəri 1 saylı birləşmiş xəstəxanada həkim cərrah vəzifəsində, 1970–1975-ci illərdə "Azərbaycan Boruyayma Zavodu"nun Tibb Sanitar Hissəsində baş həkim vəzifəsində işləmişdir.1975–1981-ci illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim cərrah vəzifəsində işləmişdir. 1981–1992-ci illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə isə Sumqayıt şəhər 1 saylı xəstəxananın baş həkimi işləmişdir. 1993–1995-ci illərdə yenidən Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995–1998-ci illərdə Sumqayıt 2 saylı şəhər xəstəxanasında həkim cərrah və şöbə müdiri vəzifələrində də fəaliyyət göstərib.
Sənan Qəhrəmanov
Göydəniz Qəhrəmanov
Göydəniz İbrahim oğlu Qəhrəmanov — Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == 2024-cü il oktyabrın 8-də Azərbaycan - Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Aslan Qəhrəmanov
Qəhrəmanlı Aslan Qəhrəman oğlu (14 sentyabr 1939 – 20 yanvar 2014) — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Universitetinin rektoru (2011-2012). == Həyatı == Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir.
Aydın Qəhrəmanov
Qəhrəmanov Aydın (tam adı:Qəhrəmanov Aydın Qəhrəman oğlu; 13 dekabr 1966, Bakı şəhəri) — Tibb üzrə elmlər doktoru, Dünya ortoped-travmatoloqlar cərrahlar cəmiyyətının (SİCOT) Azərbaycan üzrə nümayəndəsi, Dünya AO Travma cəmiyyətinin Azərbaycan bölməsinin sədri, Türkcə danışan ölkələrin travmatoloq ortopedlər birliyinin yaradıcılarından biri və məsul katibi, Azərbaycan travmatologiyasının tanınmış simalarından biri. == Həyatı == Qəhrəmanov Aydın 13 dekabr 1966, Bakı şəhərində məşhur alim fizioloq professor Qəhrəman Qəhrəmanovun ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakultəsinə qəbul olmuş və 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. === Karyerası === 1989–1990 Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda 1 il həkim intern, sonra isə 2 il klinik ordinator olaraq təhsilini davam etmişdir. 1992-ci ildən Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun kiçik elmi işçi olaraq işə başlamışdır. 1995-ci ildə "Uşaqlarda hematogen osteomielitin kompleks müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-ci ildə Türkiyənin Hacəttəpə universitetində "Bud çanaq oynağının displastik, degenerativ-distrofik xəstəliklərinin Ganz osteotomiyası ilə müalicəsinin nəticələrinin qiymətləndirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Ali Attestasiya Komissiyası qərarı ilə Tibb üzrə elmlər doktoru elmi dərəcəsi adını 2018-ci ildə almışdır. 2011-ci ildə Türkiyədə keçirilən Türkiyə ortopedlər birliyinin kongresində (TOTBİD) Hacəttəpə universitetində yerinə yetirdiyi elmi işlərə görə kongresin fəxri medalı ilə təltif edilmişdir. Məruzəsi Türkcə danışan ölkələrin 2013-cü ildə keçirilən 2-ci konfransının mükafatını qazanmışdır.
Cahangir Qəhrəmanov
Cahangir Vahid oğlu Qəhrəmanov (10 fevral 1927, Qutqaşen – 26 iyun 1995, Bakı) — Əlyazmalar İnstitutunun direktoru, alim, professor, əməkdar elm xadimi. == Həyatı == Cahangir Qəhrəmanov 1927-ci il fevral ayının 10-da Qəbələ bölgəsində ziyalı ailəsində anadan olmuşdur. Atası Vahid Qəhrəmanov Azərbaycanın ilk hüquqşünas alimlərindən biri idi. O, 1945-ci ildə Bakı şəhəri 132 N-li orta məktəbi bitirmişdir. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1955-ci ildə "Azərbaycan ədəbi dilində fəlsəfə terminləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Cahangir Qəhrəmanov 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, dosent kimi çalışmışdır. O, 1960-ci ildən etibarən fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda davam etdirmişdir. Qəhrəmanov 1960-cı ildən 1995-ci ilədək Əlyazmalar Fondunda çalışmışdır.
Tofiq Qəhrəmanov
Tofiq Qəhrəmanov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti (2010–2021) Qəhrəmanov Tofiq Ridvan oğlu 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya institutunu (Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-elektrik ixtisası üzrə bitirmişdir. 1976–1983-cü illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) İnformasiya-hesablama mərkəzində mühəndis vəzifəsində işləmiş, zavodun komsomol komitəsinin katibi olmuşdur. 1983–1990-cı illərdə keçmiş partiya təşkilatlarında — əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə Vladimir İliç adına Yeni — Bakı Neftayırma Zavodunda direktor müavini, 1991–1993-cü illərdə zavodun təsis etdiyi "Azinteroil" Birgə Müəssisəsinin Baş direktoru işləmiş, 1994–1998-ci illərdə isə özəl bizneslə məşğul olmuşdur. 1998–2006-cı illərdə "Azərneftyanacaq" İB-də texniki—iqtisadi şöbənin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Emalın strateji inkişafı şöbəsinin rəisi, 2007–2010-cu illər ərzində isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olmuşdur. 2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidentidir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.
Vahid Qəhrəmanov
Vahid Pənah oğlu Qəhrəmanov (1900, Qutqaşın – 1978, Bakı) – hüquqşünas, hüquq elmləri doktoru (1950), professor (1951), AMEA-nın müxbir üzvü (1972), Əməkdar hüquqşünas (1966). Vahid Qəhrəmanov 1900-cü ildə Qəbələ şəhərində anadan olub.1919-cu ildə Nuxa gimnaziyasını bitirib, 1935–1937-ci illərdə Ümumittifaq Hüquq Akademiyasında təhsil alıb. Vahid Qəhrəmanov 1926–1928-ci illərdə Ağdamda müstəntiq, daha sonra Kürdəmir qəzasında prokuror işləyib. Naxçıvan MR prokuroru və xalq ədliyyə komissarı (1929–1934), Ordubad Rayon Xalq İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası prokurorunun baş köməkçisi (1934–1935) vəzifələrini icra edib. 1939–1941-ci illərdə Bakı hüquq məktəbinin direktoru, 1943–1978-ci illərdə (fasilələrlə) Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müdiri olub. Vahid Qəhrəmanov Azərbaycan Respublikası Ali Məhkəməsi və Respublika Prokurorluğunda Elmi Məsləhət Şuralarının üzvü, həmçinin Ali və Orta İxtisas Təhsili Nazirliyinin Dövlət və Hüquq üzrə Elmi Şurasının sədri olub. Vahid Qəhrəmanov 1943-cü ildə Tbilisi şəhərində dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1950-ci ildə Moskvada elmlər doktoru elmi adlarını alıb. 1951-ci ildə professor elmi adı verilib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Vahid Qəhrəmanov Azərbaycanda hüquq təhsili və hüquq elminin ilk yaradıcılarından biri, cinayət hüququ sahəsində tanınmış mütəxəssislərdəndir.
Məlahət Qəhrəmanova
Məlahət Cəmil qızı Qəhrəmanova (d. 2 mart, 1961, Qazax, Azərbaycan SSR, Azərbaycan ) — araşdırmaçı-mütəxəssis, alim, Taras Şevçenko adına Kiyev Milli Universitetinin elmi işçisi və dissertantı, Nərgiz klinikasının direktoru və baş həkimi, Türkiyənin Beynəlxalq Altın Göl Başarı Mükafatı Laureatı və tibb elmləri doktoru. Məlahət Qəhrəmanova 1961-ci il martın 2-də Qazax rayonunda anadan olmuşdur. 2006-cı ildən Bakıda fəaliyyət göstərən Nərgiz klinikasının başhəkimi və direktorudur. 7 Azərbaycan, 4 Avrasiya və 1 Dünya patentinin sahibidir. Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə alınmış dünya patenti 2018-ci ilin İxracatçılıq Sahəsində Beşinci Respublika Müsabiqəsinin qalibi olmuş III- Dərəcəli Diploma layiq görülmüşdür. Bu dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir. Alim kimi bir çox ölkələrin xalq təbabətinin və təbii müalicə vasitələrinin araşdırılmasında iştirak etmişdir. 2016- ci ildə İqtisadiyyat Nazirliyinin xətti ilə keçrilən müsabiqədə qalib olaraq dövlət ixrac missiyasında iştirak etmiş, patentlər əsasında hazırlanmış məhsullarının, həmçinin saçın tökülməsinə qarşı olan Məlahət Balzamı və Gelinin xarici ölkələrdə təqdimati olmuş və böyük marağa səbəb olmuşdur. Bir çox xarici ölkələrdə sertifikat və diplomlara layiq görülmüş, həmçinin elmi məqalələri dərc olunmuşdur.
Orxan Qəhrəmanov (əsgər)
Sədaqət Qəhrəmanova
Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. 1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-ci ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir 1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir. 1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır. Ailəlidir, 4 övladı var. Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir. 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur. 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir. 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.
Dina Qəhrəmanova
Dina Qəhrəmanova (24 avqust 1986, Bakı) — azərbaycanəsilli, Kanada qadın şahmatçısı. == Həyatı == İdmançı, 26 avqust 1986-cı ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Uşaqlığı Kanadanın Ontario ştatında keçib. Torontoda York Universitetində psixologiya təhsili alıb və 2009-cu ildə bakalavrı fərqlənmə dərəcəsi ilə bitirib. O, 2002-ci ildə 1-ci Ontario Qadınlar Çempionatının və 2003-cü ildə Kanada U18 Qadın Gənclər Çempionatının qalibi oldu. 2006-cı ildə Torontoda keçirilən Kanada Qadınlar Çempionatında Dina Qəhrəmanova, özü ilə eyni xala sahib olan Nataliya Xodqariyandan sonra 2-ci yerin sahibi oldu. 2007-ci ildə Kitçenerdə keçirilən Qadınlar Çempionatında da o, yenə Nataliya Xodqariyandan sonra ikinci oldu. 2009-cu ilin avqustunda o, Nava Starr və Yuanlinq Yuanı qabaqlayaraq Ontario ştatının Kitçener şəhərində keçirilən qadınlar arasında şahmat üzrə Kanada çempionatının qalibi olub. Qələbəsinə görə o, Qadın Beynəlxalq Usta (WIM) titulunu qazandı və 2010-cu ildə Türkiyənin Antakya şəhərində qadınlar arasında şahmat üzrə dünya çempionatına vəsiqə qazandı. Lakin orada ilk raundda Nana Dzaqnidzeyə məğlub oldu.
Qəhrəmanov Sənan Nəsimi
Sənan Nəsimi oğlu Qəhrəmanov (19 iyul 2004, Quba rayonu, Xucbala kəndi — 22 sentyabr 2023, Xankəndi şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi qulluqçusu. Lokal xarakterli anti-terror tədbirləri zamanı Xankəndi istiqamətində döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur. Sənan Qəhrəmanov 19 iyul 2004-cü ildə Quba rayonunun Xucbala kəndində anadan olmuşdur. 2011–2022-ci illərdə Quba rayonu, Xucbala kəndi, Zöhrab Əkbərov adına kənd orta məktəbində təhsil alıb. Sənan Qəhrəmanov 19 iyul 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan ordusunun əsgəri olan Sənan Qəhrəmanov 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatında iştirak etmişdir. Sənan Qəhrəmanov 22 sentyabr 2023-cü ildə Xankəndi istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Quba rayonunda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı və "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni" ilə təltif edildi.

Oxşar sözlər

#qəhrəmanov nədir? #qəhrəmanov sözünün mənası #qəhrəmanov nə deməkdir? #qəhrəmanov sözünün izahı #qəhrəmanov sözünün yazılışı #qəhrəmanov necə yazılır? #qəhrəmanov sözünün düzgün yazılışı #qəhrəmanov leksik mənası #qəhrəmanov sözünün sinonimi #qəhrəmanov sözünün yaxın mənalı sözlər #qəhrəmanov sözünün əks mənası #qəhrəmanov sözünün etimologiyası #qəhrəmanov sözünün orfoqrafiyası #qəhrəmanov rusca #qəhrəmanov inglisça #qəhrəmanov fransızca #qəhrəmanov sözünün istifadəsi #sözlük