Qəhrəmanı sözü azərbaycan dilində

Qəhrəmanı

Yazılış

  • Qəhrəmanı • 67.0233%
  • qəhrəmanı • 32.9550%
  • QƏHRƏMANI • 0.0216%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanın Milli Qəhrəmanı
Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının fərqlənmə dərəcəsi. == Təsisi == Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. == Verilmə qaydası == "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir."Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir."Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir. == Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı == Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir. "Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir. == Azərbaycanın Milli Qəhrəmanları == == Maraqlı məlumat == Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Ermənistanın Milli Qəhrəmanı
Ermənistanın Milli Qəhrəmanı (erm. Հայաստանի ազգային հերոս) — Ermənistanın yüksək titulu. Titul haqqında qanun 1994-cü il aprelin 22-də prezident Levon Ter-Petrosyan tərəfindən imzalanıb. Mükafat Ermənistanın müdafiəsində, dövlət aparatının möhkəmləndirilməsində, milli dəyərlərin qorunub saxlanmasında və təbliğində müstəsna xidmətlər göstərənlərə verilir. Titul ilə yanaşı, onu alanlar Vətən ordeni alırlar. O, Ermənistan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Sovet İttifaqı Qəhrəmanı mükafatının erməni varisi kimi yaradılmışdır. Bu titulun ilk sahibi 28 iyul 1994-cü ildə erməni kilsəsinin rəhbəri katolikos I Vazgen olmuşdur.
Fransa Qəhrəmanı (1975)
== Məzmun == Film Azərbaycan xalqının igid oğlu, Fransa müqavimət hərəkatının iştirakçısı, Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuşdur. Şəki bölgəsində doğulub boya-başa çatmış, müharibəni Fransada, partizan dəstəsində keçirən Ə.Cəbrayılov Fransanın ən yüksək orden və medallarına layiq görülmüşdür. Filmdə qəhrəmanın yenidən Fransa torpağında döyüş yoldaşları, silahdaşları ilə görüşdüyü anlar da öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadejda İsmayılova, Xamiz Muradov Rejissor: Xamiz Muradov Operator: Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov Assistent: Rasim Qədirli Operator assistenti: Yuri Varnovski Montaj edən: Elmira Məmmədova Redaktor: Fikrət Sadıq Filmin direktoru: Əvəz Məmmədov Mətni oxuyan: Həsənağa Turabov (titrlərdə yoxdur) Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu (titrlərdə yoxdur) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Həcər (xalq qəhrəmanı)
Həcər (doğum 1840, Qubadlı, Yuxarı Mollu. - ölüm 1914, Qubadlı, Aşağı Mollu.) — Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı. Həcər Qaçaq Nəbi ilə birlikdə əlinə silah götürüb iyirmi beş ildən artıq at belində qaçaq həyatı keçirmiş, Azərbaycandakı kəndli hərəkatında fəal iştirak etmişdir. == Həyatı == Azərbaycanda qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər 1840-cı ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı Ortabab kəndli idi. Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməmişdir. Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməmişlər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilmişdir. 1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş, dəstənin birinə özü, digərinə isə Həcər başçılıq etmişdir.
Kəndimizin Qəhrəmanı (1971)
== Məzmun == Filmdə Qax rayonunun Sarıbaş kənd sakini, 26 Bakı komissarı adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Həsən Mirzəliyevin keçdiyi mənalı həyat yolundan söhbət açılır. Kinolent hünərli, cəsarətli, əməksevər kolxoz sədrinin kənd təsərrüfatı məhsulları istehsalının inkişafına, dövlətə əkinçilik və heyvandarlıq məhsulları satışına dair beşillik planın yerinə yetirilməsində qazandığı nailiyyətlərə görə "Əmək qəhrəmanı" adına layiq görülməsindən, onun iş təcrübəsindən danışır. Eyni zamanda filmdə kolxozçuların fədakar əməyi, onların kəndi abadlaşdırmaq üçün gördükləri tədbirlər öz əksini tapmışdır.
Muğan Qəhrəmanı (1973)
== Məzmun == Televiziya filmi məşhur energetik Sarvan Salmanova həsr edilmişdir.
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən İkinci Qarabağ müharibəsində qələbə münasibəti ilə təsis edilən medaldır. Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edildi. Qanun layihəsinə əsasən 2 orden və 16 medal təsis edildi, həmçinin onların status və təsvirləri təsdiq olundu. == Əsasnaməsi və statusu == "Vətən Müharibəsi Qəhrəmanı" medalının əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilməlidir. == Təsviri == "Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilməlidir.
Dördqat Sovet İttifaqı Qəhrəmanı
Dördqat Sovet İttifaqı Qəhrəmanı (rus. Четырежды Герои Советского Союза) — 2 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Dördüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə dörd dəfə "Qızıl Ulduz" medalı verilir.
Dünyamalı Məmmədov (əmək qəhrəmanı)
Dünyamalı Əhməd oğlu Məmmədov (1 (14) iyul 1900, Sabirabad, Lənkəran qəzası – 12 iyun 1983, Sabirabad, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dünyamalı Məmmədov 1 iyul 1900-cü ildə Biləsuvar rayonununda doğulub. 12 iyun 1983-cü ildə Cəlilabad rayonunda vəfat edib və həmin rayonda da dəfn olunub.
Fransa qəhrəmanı (film, 1975)
== Məzmun == Film Azərbaycan xalqının igid oğlu, Fransa müqavimət hərəkatının iştirakçısı, Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuşdur. Şəki bölgəsində doğulub boya-başa çatmış, müharibəni Fransada, partizan dəstəsində keçirən Ə.Cəbrayılov Fransanın ən yüksək orden və medallarına layiq görülmüşdür. Filmdə qəhrəmanın yenidən Fransa torpağında döyüş yoldaşları, silahdaşları ilə görüşdüyü anlar da öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadejda İsmayılova, Xamiz Muradov Rejissor: Xamiz Muradov Operator: Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov Assistent: Rasim Qədirli Operator assistenti: Yuri Varnovski Montaj edən: Elmira Məmmədova Redaktor: Fikrət Sadıq Filmin direktoru: Əvəz Məmmədov Mətni oxuyan: Həsənağa Turabov (titrlərdə yoxdur) Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu (titrlərdə yoxdur) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Günün qəhrəmanı (film, 2014)
Günün qəhrəmanı — rejissoru Siddharth Anand və ssenari müəllifləri Abbas Tywala, Sujoy Ghosh və Suresh Nair olan 2014-cü ildə çəkilmiş hindi dilli döyüş komediya filmidir. Fox Star Studios tərəfindən istehsal olunan və 2010-cu ildə ekranlara çıxarılmış Gecə və Gündüz Amerika filminin rəsmən remeyki olan filmin baş rollarında Hritrik Roşan və Katrina Kaif, köməkçi rollarda isə Caved Jaffrey və Denni Denzonqpa çəkilmişdirlər. Xüsusi bir səhnədə isə Cimmi Şeirgil iştirak etmişdir.
Hüseyn Məmmədov (əmək qəhrəmanı)
Hüseyn Abdulla oğlu Məmmədov (15 may 1906 — 31 may 1972) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Hüseyn Məmmədov 15 may 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə Kalinin adına kolxozda başlamış, 1972-ci ilə qədər bu kolxozda zootexnik, ferma müdiri və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 24 iyun 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Hüseyn Məmmədov 31 may 1972-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Kəndimizin qəhrəmanı (film, 1971)
== Məzmun == Filmdə Qax rayonunun Sarıbaş kənd sakini, 26 Bakı komissarı adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Həsən Mirzəliyevin keçdiyi mənalı həyat yolundan söhbət açılır. Kinolent hünərli, cəsarətli, əməksevər kolxoz sədrinin kənd təsərrüfatı məhsulları istehsalının inkişafına, dövlətə əkinçilik və heyvandarlıq məhsulları satışına dair beşillik planın yerinə yetirilməsində qazandığı nailiyyətlərə görə "Əmək qəhrəmanı" adına layiq görülməsindən, onun iş təcrübəsindən danışır. Eyni zamanda filmdə kolxozçuların fədakar əməyi, onların kəndi abadlaşdırmaq üçün gördükləri tədbirlər öz əksini tapmışdır.
Muğan qəhrəmanı (film, 1973)
== Məzmun == Televiziya filmi məşhur energetik Sarvan Salmanova həsr edilmişdir.
Məhəmməd Hüseynov (əmək qəhrəmanı)
Məhəmməd Hüseynov və ya Hacı Mir Məhəmməd Hüseynov (tam adı:Məhəmməd Səməd oğlu Hüseynov; 10 may 1927, Xırmandalı – 28 aprel 2001, Bakı) — Əməkdar inşaatçı, Sov.İKP-nin üzvü (1954), Sosialist Əməyi Qəhrəmanı (1980). == Həyatı == Məhəmməd Hüseynov 10 may 1927-ci ildə Masallı rayonu Xırmandalı kəndində andan olmuşdur. O, 1954-cü ilden Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə kolxozda başlamışdır. 1949-cu ilden Baki Baş Tikinti İdarəsində işləmişdir. Onun briqadası kommunist əməyi kollektivi adlanırdı. SOV. İKP 25 və 26-cı qurultaylarının nümayəndəçisi olmuşdur. == Fəaliyyəti == AzTV-nin inzibati binası, "Bakı" mehmanxanası, A. Şərifzadə adına "Aktyorlar evi", "Yaşıl teatr", Parlament binası, C. Cabbarlı adına Azərbaycan Kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli yaşayış evi ("Azadlıq" pr. 4), Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu onun müəllifliyi ilə inşa olunmuşdur. 1959–60-cı illərdə yaşıl teatrn tikintisi işlərini həyata keçirib.
Məhərrəm Əliyev (əmək qəhrəmanı)
Əliyev Məhərrəm Əkbər oğlu (16 noyabr 1931, Təklə, Astraxanbazar rayonu – 5 sentyabr 2015, Təklə, Cəlilabad rayonu) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1951). == Haqqında == 16 noyabr 1931-ci ildə Azərbaycan SSR, Astraxanbazar (indiki Cəlilabad rayonu), Təklə kəndində anadan olmuşdur. 1948–1968-ci illərdə Astraxanbazarda Puşkin adına kolxozda kolxozçu, komanda rəhbəri, mühasib müavini və usta kimi fəaliyyət göstərmişdir. 1968-ci ildən etibarən Cəlilabad rayonunda Nərimanov adına fermanın müdiri olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 iyul 1951-ci il tarixli fərmanı ilə 1950-ci ildə yüksək tütün məhsulu aldığına görə Əliyev Məhərrəm Əkbər oğluna "Lenin" ordeni, "Oraq və Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı adı verildi. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1951-ci ildən bəri Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 2002-cü ildən Azərbaycan Prezidentinin fəxri təqaüdü verilmişdir. 2015-ci il 5 sentyabrda yaşadığı Təklə kəndində vəfat etmişdir == İstinadlar == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Məmməd Cəfərov (əmək qəhrəmanı)
Məmməd Abdulla oğlu Cəfərov (16 dekabr 1926, Şahtaxtı, Naxçıvan MSSR – 13 noyabr 1997, Naxçıvan) — Sosialist əməyi qəhrəmanı (1949). == Həyatı == Məmməd Cəfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1941–82-ci illərdə keçmiş Naxçıvan rayonundakı "Azərbaycan" kolxozunda briqadir, sonralar sədr, Naxçıvan şəhər inkubator stansiyasında direktor, Şərur rayonundakı 3 saylı tütünçülük sovxozunda direktor və s. vəzifələrdə işləmişdir.1982-ci ildən Babək rayonundakı Böyükdüz cins düyə yetişdirmə kompleksinin direktoru idi. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı seçilmişdir."Əmək şöhrəti" ordeni ilə təltif edilmişdir.
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. == Xarici keçidlər == Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Qazaxıstan Xalq Qəhrəmanı
Qazaxıstan Xalq Qəhrəmanı — Qızıl Qartal ordeni və "Qazaxıstanın Əmək Qəhrəmanı" titulu ilə birlikdə Qazaxıstanda ən yüksək fərq dərəcəsi. "Xalq Qəhrəmanı" adı Qazaxıstan Respublikasındakı müstəsna xidmətlərinə, azadlığı və müstəqilliyi naminə silahlı döyüşlərə görə verilir. "Xalq qəhrəmanı" adına layiq görülən şəxslərə xüsusi fərqlənmə nişanı verilir. Onlara "Qızıl Ulduz" (Altın Juldyz) və Vətən Ordeni ("Otan" ordeni). təqdim olunur. == Tarixi == Ən yüksək fərqlənmə dərəcəsi - "Xalq Qəhrəmanı" adı 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının Dövlət Mükafatları haqqında" Qazaxıstan Respublikasının 2069-XII saylı Qanunu ilə təsis edilmişdır. Fəxri ad Qazaxıstan qarşısında üstün xidmətlərinə görə - mülki və ya hərbi həyatda qəhrəmanlıq göstərərək fərqlənən şəxslərə təqdim edilir. 12 dekabr 1995-ci ildə əvvəlki normativ hüquqi aktı ləğv edən və mövcud mükafatlara əlavə yeni təsis edən "Qazaxıstan Respublikasının dövlət mükafatları haqqında" 2676 saylı yeni qanun qəbul edildi. Qızıl Qartal (Qızıl Qıran) ordeni, "Xalq Qəhrəmanı" titulu ilə birlikdə ən yüksək fərqlənmə nişanları kimi təyin olundu. Xalq Qəhrəmanının "Qızıl Ulduzu" ilə bərabər "Vətən ordeni"ni təqdim etməyə başladılar.
Qazaxıstan Əmək Qəhrəmanı
Qazaxıstan Əmək Qəhrəmanı(qaz. Қазақстанның Еңбек Ері) — Qazaxıstan Respublikasının iqtisadi, sosial və humanitar inkişafında göstərilən nailiyyətlərə görə verilən Qazaxıstan Respublikasının ən yüksək fərq dərəcəsi. "Qızıl Qartal ordeni" ordeni və "Xalq Qəhrəmanı" titulu ilə yanaşı ən yüksək fərq nişanıdır. 1 dekabr 2008-ci ildə təsis edilmişdir. "Əmək Qəhrəmanı" adına layiq görülən şəxslərə xüsusi fərqlənmə nişanı verilir. Onlara "Qızıl Ulduz" (Altın Juldyz) və Vətən Ordeni ("Otan" ordeni) təqdim olunur. == Qazaxıstan Əmək Qəhrəmanı qızıl ulduzunun təsviri == Xüsusi fərqlənmə nişanı - Qızıl ulduz "Қазақстанның Еңбек Ері" birləşdirici keçidlə bərkidilmiş asqıdır. Kulon, yeddi şüalı həcmli ulduz şəklində qızıl ərintisindən hazırlanır. Ön tərəfi qabarıq, hamar dihedral şüaları olan, almaz kəsimini təqlid edən relyef naxışı ilə bəzədilmişdir. Ulduzun ortasında içərisi relyef lentlə bağlanmış buğda sünbül çələngi ilə hörülmüş dairə var.
Qazaxıstanın Əmək Qəhrəmanı
Qazaxıstan Əmək Qəhrəmanı(qaz. Қазақстанның Еңбек Ері) — Qazaxıstan Respublikasının iqtisadi, sosial və humanitar inkişafında göstərilən nailiyyətlərə görə verilən Qazaxıstan Respublikasının ən yüksək fərq dərəcəsi. "Qızıl Qartal ordeni" ordeni və "Xalq Qəhrəmanı" titulu ilə yanaşı ən yüksək fərq nişanıdır. 1 dekabr 2008-ci ildə təsis edilmişdir. "Əmək Qəhrəmanı" adına layiq görülən şəxslərə xüsusi fərqlənmə nişanı verilir. Onlara "Qızıl Ulduz" (Altın Juldyz) və Vətən Ordeni ("Otan" ordeni) təqdim olunur. == Qazaxıstan Əmək Qəhrəmanı qızıl ulduzunun təsviri == Xüsusi fərqlənmə nişanı - Qızıl ulduz "Қазақстанның Еңбек Ері" birləşdirici keçidlə bərkidilmiş asqıdır. Kulon, yeddi şüalı həcmli ulduz şəklində qızıl ərintisindən hazırlanır. Ön tərəfi qabarıq, hamar dihedral şüaları olan, almaz kəsimini təqlid edən relyef naxışı ilə bəzədilmişdir. Ulduzun ortasında içərisi relyef lentlə bağlanmış buğda sünbül çələngi ilə hörülmüş dairə var.
Rusiya Federasiyasının Qəhrəmanı
Rusiya Federasiyasının Qəhrəmanı (rus. Герой Российской Федерации) – Rusiya Federasiyasında təqdim olunan ən yüksək fəxri ad. Bu ad Rusiya Federasiyası Prezidentinin qərarnaməsi ilə "Rusiya dövlətinə və onun xalqına xidmət edən, qəhrəmanlıq nümayiş etdirmiş" şəxslərə verilir. Mükafata layiq görülmək üçün Rusiya Federasiyasının vətəndaşlığında olmaq məcburi deyildir.Bu fəxri ada təsis olunduğu 20 mart 1992-ci il tarixindən indiyə qədər 1090 nəfər layiq görülmüşdür. == Tarixi == "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adı 5 may 1934-cü il tarixində Sovet İttifaqı Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsis edilmiş "Sovet İttifaqı Qəhrəmanı" fəxri adının davamçısı hesab olunur. Hazırkı medalın üzərində olan "Qızıl Ulduz" da məhz Sovet dizaynıdır. "Qızıl Ulduz" memar Miron Merjanov tərəfindən dizayn olunmuş və 1 avqust 1939-cu il tarixində Ali Sovetin Rəyasət Heyəti tərəfindən təsdiq olunmuşdur.1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin 20 mart 1992-ci ildə Rusiya Federasiyasının 2553-1 saylı Qanununa əsasən bu mükafatı təyin etdi. Rusiya Konstitusiyasının 71-ci maddəsi titul, orden və medalların hökumət tərəfindən təqdim olunmasına icazə verir. 89-cu maddə isə Rusiya prezidentinə yeni dövlət mükafatını yaratmaq haqqı verir. Bu mükafat Rusiya Prezidenti tərəfindən bir vətəndaşa verilə biləcək ən ali titul hesab olunur.
Sosialist Əməyi Qəhrəmanı
Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad. == Mükafatın tarixçəsi == Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi. SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır. Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.
Sovet İttifaqı Qəhrəmanı
Sovet İttifaqı Qəhrəmanı (rus. Герой Советского Союза) — SSRİ-də müharibə əməliyyatları zamanı, eləcə də sülh dövründə şücaət göstərdiyinə və ya üstün xidmət göstərdiyinə görə verilən ən yüksək dərəcədir. Sovet İttifaqı Qəhrəmanı adı ilk dəfə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 16 aprel 1934-cü il tarixli Fərmanı ilə təsis edildi, Sovet İttifaqı Qəhrəmanı üçün əlavə bir fərq nişanı — Qızıl ulduz medalı — SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 avqust 1939-cu il tarixli Fərmanı ilə təsis edildi. Mükafat eskizinin müəllifi memar Miron İvanoviç Merjanovdur. == İcmal == 14 aprel 1934-cü ildə Çelyuskin gəmi heyətinin üzvlərinin və sərnişinlərin xilas edilməsində iştirak edən 7 qütb pilotuna Sovet dövlətinin rəhbərləri (İ. Stalin, V. Molotov, K. Voroşilov, V. Kuybışev və A. Jdanov) tərəfindən vurulan açıq bir teleqramın mətni milli qəzetlərin ilk səhifələrində yayımlandı: == "Sovet İttifaqı Qəhrəmanı" adı haqqında Əsasnamə == 16 aprel 1934-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı rütbəsi aşağıdakı redaktə ilə təsis edildi: "Ən yüksək fərqlənmə dərəcəsini təyin etmək — dövlətə fərdi və ya kollektiv xidmətlər göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı rütbəsi vermək". Fərqlənmə nişanları verilmədi — yalnız SSRİ Mərkəzi İcraiyyə Komitəsindən bir sertifikat verildi. Sovet İttifaqı Qəhrəmanlarının "SSRİ-nin iki ordeni ilə təltif olunan şəxslər üçün müəyyən edilmiş hüquq və imtiyazlardan istifadə etdikləri" də qeyd edildi. "Lenin" ordeni Sovet İttifaqı Qəhrəmanı adı ilə birlikdə 1936-cı il iyulun 29-da tətbiq olunan Sovet İttifaqı Qəhrəmanı adı haqqında Əsasnamədən əvvəl mükafatlandırılan 11 pilotun hamısına təqdim olundu. Bu nəşrdən başlayaraq bu ada layiq görülən vətəndaşlar "Lenin" ordeninə etibar etmək məcburiyyətində qaldılar. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 avqust 1939-cu il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanları üçün xüsusi bir fərqləndirici mükafat — "Sovet İttifaqı Qəhrəmanı" medalı təsis edildi.
Vətən Müharibəsi Qəhrəmanı
Vətən Müharibəsi Qəhrəmanı — Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == 20 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisində "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında qanun layihəsi irəli sürülmüş və Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli 205-VIQ nömrəli Qanunu ilə təsis olunmuşdur. Qanun Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2020-ci il tarixli Fərmanı ilə tətbiq edilmişdir."Vətən Müharibəsi Qəhrəmanı" adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. Ad müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir."Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə "Vətən Müharibəsi Qəhrəmanı" medalı və adın verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı təqdim olunur."Vətən Müharibəsi Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir və bu adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir."Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. == Təltif edilənlər == "Vətən Müharibəsi Qəhrəmanı" adına 83 nəfər layiq görülmüşdür.
Aleksandr Petrov (Sovet İttifaqı Qəhrəmanı)
Aleksandr İvanoviç Petrov (7 noyabr 1917, Bekovsk rayonu[d], Aşağı Volqa diyarı[d] – 18 yanvar 1995, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). == Həyatı == Aleksandr Petrov 1917-ci ildə Rusiyanın Penza vilayətinin Polsot kəndində anadan olub. Milliyətcə rusdur. 1939-cu ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Polkovnik idi. 1943-cü ildə hərbi aviasiya məktəbini bitirmişdir. Qvardiya polkunun 5-ci hərbi aviasiya ordusunun 155-ci qvardiya hərbi aviasiya alayının komandiri olmuşdur. 26 oktyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibədən sonra Tibb institutunda işləmişdir.
Amin Novruzov (Vətən Müharibəsi Qəhrəmanı)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Anar Məmmədov (Vətən Müharibəsi Qəhrəmanı)
Anar İbrahim oğlu Məmmədov — Dövlət Sərhəd Xidmətinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Həsənov (Vətən Müharibəsi Qəhrəmanı)
Ceyhun Aydın oğlu Həsənov (29 oktyabr 1985, Çeşməli, Tovuz rayonu – 28 sentyabr 2020 və ya 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Ceyhun Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001–2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb. Ailəli idi, 2 əkiz oğlu yadigar qaldı. == Hərbi xidməti == Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Elvin Səfərov (Vətən Müharibəsi Qəhrəmanı)
Fərid Əliyev (Vətən Müharibəsi Qəhrəmanı)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Fərid Əliyev ( Vətən Müharibəsi Qəhrəmanı)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Məhəmməd Hacıyev (Sovet İttifaqı Qəhrəmanı)
Məhəmməd İmadutdinoviç Hacıyev (20 dekabr 1907, Qunib, Dağıstan vilayəti — 12 may 1942, Barens dənizi) — Sovet İttifaqı Qəhrəmanı, 2-ci dərəcəli kapitan, Şimal Donanmasının sualtı briqadasının birinci bölməsinin komandiri. "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülən ilk dağıstanlı. == Həyatı == Məhəmməd İmadutdinoviç Hacıyev 7 dekabr (20) 1907-ci ildə Dağıstanın Qunib rayonunun Meqeb Darqin kəndində kəndli ailəsində anadan olmuşdur. Atası İmadutdin avar, (digər versiyaya görə dargi),, papaq ustası idi. Anası Xurbiçə Qumuqdan olan lak idi. Bu səbəbdən MəhəmmədHacıyevin milliyyəti varlar, dargilər və laklar tərəfindən mübahisəyə çevrilib. Rəsmi olaraq Avar qeyd edilib.Uşaqlığı Qumuxda keçib. 1920-ci ilin aprelindən 1922-ci ilin mayına qədər Qırmızı Orduda xidmət edib. Telefon operatoru olaraq Şimali Qafqazdakı döyüşlərdə iştirak edib. Sonra meyvə emalı zavodunda çalışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 33.05 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 47.97
2003 •••••••••••••••••••• 47.64
2004 ••••••••••••••• 34.70
2005 ••••••••••••• 29.69
2006 ••••••••••• 24.78
2007 ••••••••••••• 30.87
2008 ••••••••••••••• 35.81
2009 •••••••••••••••• 37.28
2010 •••••••••••••••••••• 46.11
2011 •••••••••••••••••• 40.84
2012 •••••••••••••••• 37.69
2013 •••••••••••••••• 38.07
2014 •••••••••••••• 33.12
2015 ••••••••••• 26.37
2016 ••••••••• 21.52
2017 ••••••• 15.93
2018 •••••••••• 22.32
2019 •••••••••• 23.78
2020 •••••••••••••• 32.22

"qəhrəmanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəhrəmanı nədir? #qəhrəmanı sözünün mənası #qəhrəmanı nə deməkdir? #qəhrəmanı sözünün izahı #qəhrəmanı sözünün yazılışı #qəhrəmanı necə yazılır? #qəhrəmanı sözünün düzgün yazılışı #qəhrəmanı leksik mənası #qəhrəmanı sözünün sinonimi #qəhrəmanı sözünün yaxın mənalı sözlər #qəhrəmanı sözünün əks mənası #qəhrəmanı sözünün etimologiyası #qəhrəmanı sözünün orfoqrafiyası #qəhrəmanı rusca #qəhrəmanı inglisça #qəhrəmanı fransızca #qəhrəmanı sözünün istifadəsi #sözlük