cəhr sözü azərbaycan dilində

cəhr

Yazılış

  • cəhr • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. == Tarixi == Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Cəhri rayonu
Cəhri rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Cəhri kəndi olmuşdur. == Tarixi == 1921 ci ildə yaradılan Cəhri rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Cəhri, Sust, Xıncab, Əznəbürd (Çalxanqala), Payız, Sultanabad, Sələsüz, Türkeş, Badamlı, Şada, Gərməçataq, Buzqov, Sultanbəy, Qarabay, (Qaraboya) İtqıran qəsəbəsi, Çigin-Almalı, Ağxaç, Göynük. 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Cəhri kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Cəhri çayı
Cəhriçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu. Uzunluğu 45 km. Hövzəsinin sahəsi 442 km2Dərələyəz silsiləsindən 2320 m hündürlükdən başlayır. Qar, yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadə olunur. == Cəhriçay Çınqıl-Qum Qarışığı Yatağı == Cəhriçay hövzəsində, Cəhri qəsəbəsinin cənub qərb və qərb hissələrindədir. Geoloji quruluşunda müasir dövrün allüvial-delüvial çöküntüləri — çaqıl, çınqıl və qum qarışığı iştirak edir. Sahəsi 2,18 km2, faydalı qatın qalınlığı 4,84 m=ə qədərdir. Çınqıl-qum qarışığı hidotexniki tikinti işləti üçün öyrənilmişdir.
Cəhribəyim
Cəhribəyim — Azərbaycanın milli rəqsi. Cəhribəyim yalnız qızlar və qadınlar tərəfindən ifa edilən kutləvi rəqsdir. Rəqs iki cərgəli şəkildə, iki qrupla ifa edilir. Oynayan qruplar tərəfindən növbə ilə ifa olunan hər kupletdən sonra hamı xorla ucadan "Cəhribayim" deyir. Rəqsdə gəlin, bəy, elçi, sağdış, soldış və başqaları iştirak edirlər.
Cəhriçay
Cəhriçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu. Uzunluğu 45 km. Hövzəsinin sahəsi 442 km2Dərələyəz silsiləsindən 2320 m hündürlükdən başlayır. Qar, yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadə olunur. == Cəhriçay Çınqıl-Qum Qarışığı Yatağı == Cəhriçay hövzəsində, Cəhri qəsəbəsinin cənub qərb və qərb hissələrindədir. Geoloji quruluşunda müasir dövrün allüvial-delüvial çöküntüləri — çaqıl, çınqıl və qum qarışığı iştirak edir. Sahəsi 2,18 km2, faydalı qatın qalınlığı 4,84 m=ə qədərdir. Çınqıl-qum qarışığı hidotexniki tikinti işləti üçün öyrənilmişdir.
Cəhrom
Cəhrüm – İranın Fars ostanının şəhərlərindən və Cəhrom şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 103,023 nəfər və 25,946 ailədən ibarət idi.
Cəhrom şəhristanı
Cəhrüm şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cəhrom şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 197,331 nəfər və 48,335 ailədən ibarət idi.
Cəhrüm
Cəhrüm – İranın Fars ostanının şəhərlərindən və Cəhrom şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 103,023 nəfər və 25,946 ailədən ibarət idi.
Cəhrüm şəhristanı
Cəhrüm şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cəhrom şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 197,331 nəfər və 48,335 ailədən ibarət idi.
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.
Məhəmməd Cavad Azəri Cəhromi
Məhəmməd Cavad Azəri Cəhromi (fars. محمدجواد آذری جهرمی‎; d. 13 oktyabr 1982, Cəhrom, İran) — İranlı bürokrat və siyasətçi. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri (2017-cı 2021). == Həyatı == Məhəmməd Cavad Azəri Cəhromi 13 oktyabr 1982-ci ildə İranın Cəhrom şəhərində dünyaya gəlmişdir. Su və Enerji Sənayesi Universitetində elektrik mühəndisliyi üzrə ali təhsil almışdır. Cəhromi 2002-ci ildən 2009-cu ilədək İran İslam Respublikasının Kəşfiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2009-2014-cü illərdə İranın Rabitə Tənzimləmə Qurumunda Təhlükəsizlik sistemləri şöbəsinin baş direktoru kimi fəaliyyət göstərmişdir. O, 2016-cı ildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini və Telekommunikasiya İnfrastrukturu Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 20 avqust 2016-cı ildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin olunmuşdur.

cəhr sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. səsini ucaltma, səsini qaldırma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"cəhr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəhr nədir? #cəhr sözünün mənası #cəhr nə deməkdir? #cəhr sözünün izahı #cəhr sözünün yazılışı #cəhr necə yazılır? #cəhr sözünün düzgün yazılışı #cəhr leksik mənası #cəhr sözünün sinonimi #cəhr sözünün yaxın mənalı sözlər #cəhr sözünün əks mənası #cəhr sözünün etimologiyası #cəhr sözünün orfoqrafiyası #cəhr rusca #cəhr inglisça #cəhr fransızca #cəhr sözünün istifadəsi #sözlük