cəhl sözü azərbaycan dilində

cəhl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cəhl • 80.0000%
  • Cəhl • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əbu Cəhl
Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə – 13 mart 624, ərəb. أبو جهل‎) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur. == Bioqrafiya == Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir. Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4]. Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır.
İkrimə ibn Əbu Cəhl
İkrimə ibn Əbu Cəhl (ərəb. عكرمة بن أبي جهل‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Əbu Cəhlin oğlu olaraq İkrimə Məkkədə Məhəmməd peyğəmbərin əsas əleyhdarlarından biri idi. 630-cu ildə Məhəmmədin Məkkəni fəth etməsindən sonra İkrimə İslamı qəbul edir və gənc müsəlman dövlətinin görkəmli simalarından biri olur. Mürtədlərlə döyüşlər zamanı Əbu Bəkr İkriməni yalançı peyğəmbər Müseylimə əleyhinə Yəmamə göndərir. 636-cı ildə Yərmuq döyüşündə Suriyanın fəthi zamanı vəfat etmişdir. == Bioqrafiyası == İkrimə Məhəmməd peyğəmbərin barışmaz rəqibi Əbu Cəhlin oğlu idi. Məhəmməd İkrim peyğəmbərliyin ilk illərində atası ilə birlikdə onu və Məkkə müsəlmanlarını təhqir edir, məsxərəyə qoyurdu. Bədr döyüşündə Əbu Cəhlin ölümündən sonra İkrimə düşmənçiliyi qisas xarakteri alır. O, Məhəmmədə və onun tərəfdarlarına zərər vermək üçün bütün səylərini cəm edir. == Məkkənin fəthi == İkrimə Məkkənin fəthi günü bir dəstə Məkkəli ilə Xalid ibn Vəlidin ordusuna qarşı vuruşur, lakin məğlub olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

cəhl sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Nadanlıq, avamlıq, cahillik, cəhalət. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Cəhlin əllərində qılınc görürsən; Ağlın ayağında qara bir tikən. M.Müşfiq. 2. sif. Çox kəc, çox tərs, inad. Cəhl adam. □ Cəhl etmək (eləmək) – tərslik eləmək, kəclik göstərmək, inad eləmək. Fərəc bəyin naqis cəhətlərindən birisi də nahaq yerə xırda işdən ötrü cəhl eləməsi, öz dediyini sübuta çatdırmağa çalışması, haqqı batil eləməsi imiş. Ə.Vəliyev. Cəhlə salmaq – düz şeyi dolaşığa, çətinə salmaq. [Şirzad Rüstəmə:] Bəli, siz gərgin işləməkdən qorxursunuz! Belə olmasaydı, aydın mətləbi cəhlə salmazdınız. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / cəhl

cəhl sözünün rus dilinə tərcüməsi

  • 1 устар. I сущ. 1. невежество, непросвещённость, культурная отсталость; перен. мрак, тьма, темнота. Cəhlin düşməni враг невежества; elm bir нур, cəhl isə zülmətdir ученье – свет, неученье – тьма 2. бессмысленный спор, упрямство. Cəhl uzun çəkdi спор затянулся II прил. упрямый, неподатливый, своенравный, несговорчивый, неуступчивый; cəhl etmək упрямствовать, упрямиться, упорствовать, артачиться, вести бессмысленный спор; упорно настаивать на своем; cəhlə salmaq nəyi довести до бессмысленной дискуссии что; путать, запутать

    Azərbaycanca-rusca lüğət / cəhl

cəhl sözünün inglis dilinə tərcüməsi

  • 1 i. argument, argumentation; debate, (kiçik) bicker, wrangle; ~ etmək to argue (about, against), to have* an argument (about, against), to squabble (with), to have* a debate

    Azərbaycanca-ingiliscə lüğət / cəhl

cəhl sözünün fransız dilinə tərcüməsi

cəhl sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bilməməzlik, nadanlıq; 2) tərslik, kəclik; 3) cəhalət, mədəniyyətcə gerilik. Cəhli-mürəkkəb bilməməklə bərabər, bilməzliyini də bilməyib özünü alim zənn etmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"cəhl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəhl nədir? #cəhl sözünün mənası #cəhl nə deməkdir? #cəhl sözünün izahı #cəhl sözünün yazılışı #cəhl necə yazılır? #cəhl sözünün düzgün yazılışı #cəhl leksik mənası #cəhl sözünün sinonimi #cəhl sözünün yaxın mənalı sözlər #cəhl sözünün əks mənası #cəhl sözünün etimologiyası #cəhl sözünün orfoqrafiyası #cəhl rusca #cəhl inglisça #cəhl fransızca #cəhl sözünün istifadəsi #sözlük