* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. köhn. Yiyə, malik, sahib (bu mənada adətən tərkibdə işlənir; məs.: sərvət əhli, dərd əhli. Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi. Qüvvətli təbiət də bizə baş əyir indi; Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var. Ə.Vahid. □ Əhlibeyt – 1) köhn. klas. – ev adamları, ailə, külfət. İnsan öz əhli-beytindən kənar oldu, əlbəttə, onun üçün, bir növ narahatlıq hasil olacaq. C.Məmmədquluzadə; 2) din. müsəlmanların Məhəmməd peyğəmbərin övladlarına verdikləri ad. Əhli-beyt tərəfdarları olan şairlər ilkin çağlardan başlayaraq mərsiyə qoşmuş, qəmli şeirlərində Kərbəla müsibətini səsləndirmişlər. Ə.Səfərli. Əhli-dərd – dərd əhli, dərdli, dərdi olan adam. Fələk, bari, cəfalar eyləyib sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani. Əhli-dil şair. – söz başa düşən, o birinin dərdindən xəbərdar olan adam, arif. İşarət elədim, dərdimi bildi; Gördüm həm gözəldi, həm əhli-dildi. Aşıq Ələsgər. [Xaqani:] İstəyirəm ki, şah əhli-dil olsun; İqlimimiz belə mötədil olsun! M.Rahim. Zalim fələkin gərdişi atəşlərə yansın! Əvvəlcə nə cövr eyləsə, əhli-dilə eylər. Ə.Vahid. Əhli-divan rəs. köhn. – divan (məhkəmə) işləri ilə məşğul olan adamlar, məhkəmə məmurları. Əhli-dünya – axirətə inanmayıb ancaq bu dünya ilə maraqlanan, bu dünya işləri ilə məşğul olan, bu dünyanın nemətlərindən faydalanan adam. Baxarmı əhli-dünyayə; Gülündən ayrılan bülbül. Aşıq Bülbül. Əhli-dünyayə virdi lənətdir; Gecə-gündüz xəyali dövlətdir. S.Ə.Şirvani. Əhli-elm – elm əhli, elmlə məşğul olan adamlar, elm xadimləri. Cəfər, ey nuri-dideyi-Seyyid!… Əhli-elmə həmişə hörmət qıl! S.Ə.Şirvani. Əhli-eşq – eşq əhli, aşiq. O məclis kim, ziyası olmaya şəmicamalından; Nə məclis, eyni zülmət, əhlieşqə bir bəla məclis. S.Ə.Şirvani. İnan, əlbəttə, bir zaman olacaq; Əhli-eşq onda kamran olacaq. A.Səhhət. Ziyarətgahını gülbusələr təzyin edər hər an; Sən əhli-eşq için bir Kəbə yandırdın məhəbbətdən. H.Cavid. Əhli-əyal – ailədə olanlar: ər, arvad, uşaqlar; ailə. Əhli-əyalı ibarətdir bir anasından, bir arvadından və yeddi-səkkiz yaşında oğlundan. C.Məmmədquluzadə. Xanlar kimdir ki, yazıq kəndlilərin malına, canına, əhli-əyalına özlərini sahib edirlər. C.Cabbarlı. Haşım Məhəmmədin yanında bir müddət qalsın və bir qədər pul qazandıqdan sonra yenə qayıdıb əhli-əyali ilə xoşbəxt dolansın. B.Talıblı. Əhli-hal – hal əhli, başa düşən, başqasının halından xəbər tutan. Bir para əhli-hal olmayan gözəl; Zənəxdanı gizlər, yanağı çəkər. Q.Zakir. Əhlihal eşq için, əvət, bayılır; Haydı, Zəhranı get çağır, ayılır. H.Cavid. Əhli-iman – iman əhli, etiqadlı, dinə inanan adam. Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar… Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir. Ə.Haqverdiyev. Əhli-insaf – insaf əhli, insaflı adam. Xislətdə sadəyəm, eşqdə Qafam; Mən mürvət kanıyam, əhli-insafam. Aşıq Şəmşir. Əhli-kef – kef əhli, vaxtını kefdə və xoş keçirən adam. Əhli-kef adam. – …Hər kəs görsə ki, hambal qəzet oxuyur, elə bilər ki, bir əhli-kef adamdır, çağırıb yük götürtməz və pul da verməz. Ü.Hacıbəyov. Restoran bu gecə çox maraqlıdır; Əhli-kef insanlar aşıb-daşırlar. S.Vurğun; // dan. vaxtını əyyaşlıqda keçirən adam. Zəng çalınır; Gəlin qalxır, qapını açır; Zümzüməylə girir evə “əhli-kef” əri. S.Vurğun. Əhli-kəmal köhn. – kamal sahibi, kamallı, ağıllı adam. Bildim bu imiş sənin muradın; Kim, əhli-kəmal ola ibadın. Füzuli. Əhli-kitab – islam dininə görə, göydən nazil olmuş müqəddəs kitablardan birinə inanan(lar) – müsəlmanlardan başqa yəhudilər ilə xristianlar. Aldı əhlikitab dünyanı; Şərh edirsən sən indi Quranı. S.Ə.Şirvani. Qızma, şeyxim, o da bir əhlikitab; Baxalım nəzri nədir? H.Cavid. Əhliqələm köhn. – qələm əhli, qələm sahibi, yazıçı, mühərrir. Leyk bir bax ki, bu gün Şirvanda; Gör neçə əhli-qələm var onda? A.Səhhət. Əhli-qərəz – qərəzli adam, qərəzkar, ürəyində qərəz saxlayan adam. Eyb bilər fəzlini əhli-qərəz; Çünki onun var ürəyində mərəz. S.Ə.Şirvani. Əhli-qiblə din. – müsəlman, islam əhli. Əhli-qübur – qəbiristan əhli, ölülər. Qazıb əhli-qübur içində məzar; Oldu mədfun qəbr ara Bozlar. S.Ə.Şirvani. Sizin olsun bu da, ey əhliqübur! Abi-kövsər deyilən badə budur! H.Cavid. Əhli-məclis – 1) məclisdə olanlar, iştirak edənlər. Vəkil, vəzir, əhli-məclis hamısı oğlanın bu hünərinə məəttəl qaldılar. (Nağıl); 2) səhnə əsərində iştirak edənlər. Əhli-mərifət – mərifətli adam. Sanırsa zahid özün əhli-mərifət, əmma; Bilirmi, nolduğun olsa suali-hürriyyət? Ə.Vahid. Əhli-ruh – ruh əhli, ruhlu adam. Gör necə xələt verdi; Məlul könlüm aşdı, gözəl; Arifsən, əhli-ruhsan; Can sana peşkəşdi, gözəl! Aşıq Ələsgər. Əhli-savad – savadlı, oxumuş. …Mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi. C.Məmmədquluzadə. Əhli-vəfa klas. – vəfalı. Yolunda müntəzirəm, can verim görəndə üzün; Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim! Ə.Vahid. Əhli-zələmə, əhli-zülm köhn. – xalqı incidən, xalqa zülm edən, xalqa əziyyət verən adam (çar dövründə inzibati polis orqanları məmurlarına verilən ad). [Səkinə xanım:] Əziz bəyin dədəsi əhli-zələmə idi, özü ki hələ divan qulluğuna girməyibdir? M.F.Axundzadə. Əhli-zövq – zövq əhli, yaxşı zövqü olan adam. [Şeyx Hadi Şeyx Sənan haqqında:] Onu idrak üçün kəmal istər; Əhli-zövq istər, əhli-hal istər. H.Cavid. Əhli-zülm – zülmkar, zülm edən adam. Əhli-zülmü necə, bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax! S.Vurğun. 2. Bir yerdə sakin olan, daim bir yerdə yaşayan, bir yerin əhalisindən olan adam. Kənd əhli (kəndlilər). Şəhər əhli (şəhərlilər). – …Axundu mən çoxdan tanırdım, özü də İran əhlidir. C.Məmmədquluzadə. Bu kəndin əhli həqiqətən çox avam idi. Qantəmir. 3. Bacaran, bilən adam. İşi əhlinə tapşır. 4. Əhali. Nə əhlimizdə ayıqlıq əlaməti görüneydi; Nə bir para oxumuşlarda bu zəkavət oleydi. M.Ə.Sabir. [Qazı:] Əzizim, … üçdörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / əhl2 ə. 1) sakin, yaşayan; 2) sahib, malik; 3) sözəbaxan, deyilənə qulaq asan. Əhli-Allah dindar; əhli-beyt peyğəmbərin ailə üzvləri; nəsli; əhli-bəsirət zəkalı, gözüaçıq; əhli-cəhan dünyada yaşayanlar; əhli-cəhl cəhalətdə olan; nadanlar; əhli-cənnət cənnətdə olanlar, behişt əhli; cənnətlik; cənnətməkan; əhli-dərd dərd əhli; dərdli; əhli-didar ziyarət edən, görüşə gələn; əhli-dil cəsur, cəsarətli; əhli-din dindar, mömin; əhli-divan divan məmuru; əhli-dünya dünya əhalisi; əhli-elm elm adamı; alim; əhli-eşq aşiq; əhli-ədalət ədalətli; əhli-ədavət ədavət saxlayan; düşmən; əhli-əql ağıllı; əhli-əyal ailə üzvləri; ailə; əhli-fəsad fitnə-fəsad törədən; əhli-hal hal əhli, hal bilən; əhli-Həqq Allah tərəfdarı, haqq tərəfdarı; əhli-həya həyalı; əhli-hünər hünərli; əhli-xəta əlindən xata çıxa bilən; xatakar; əhli-xibrə ekspert; əhli-xirəd ağıllı; əhli-işrət bax əhli-kef; əhli-kef kef əhli; əhli-kəmal ağıllıkamallı; əhli-kitab yəhudilərə, xristianlara və müsəlmanlara verilən ümumi ad; əhli-qələm 1) savadlı, qələm əhli; 2) yazıçı, ədib; əhli-qərəz qərəzli, qərəzkar; əhli-qəryə kənd əhli; kəndli; əhli-qübur qəbiristan əhli; ölü(lər); əhli-məani bax əhli-mə’ni; əhli-məclis məclis əhli, iştirak edənlər; əhli-mə’ni mənanı əsas tutanlar; əhli-mə’rifət mərifətli; əhli-naz nazlı; əhli-neyrəng fırıldaqçı; əhli-nəzər dərindən düşünən; düşüncəli; əhli-riya riyakar; əhli-ruh ruhu olan, tez başa düşən; əhli-sevda sevən, aşiq; əhli-səlah başqasına yaxşılıq edən; əhli-səlam 1) salamat olan; 2) islamın asayişini qoruyan; əhli-sən’ət sənətkar; əhli-səvad savadlı, oxumuş; əhli-təqva dinə inanan; əhli-ürfan 1) ziyalı; 2) dini ehkamları öyrənən; əhli-vadiyə çöllü, çöl əhli; əhli-vəfa vəfalı; əhli-vəhdət Allahın birliyinə inanan; əhli-yəqin Allaha şəksiz etiqad edən; əhli-zəkat zəkat düşən, zəkat verilə biləcək adam; əhli-zələmə dövlət (xüsusilə polis, jandarm) məmuru; əhli-zərq 1) bax sufi; 2) m. riyakar, fırıldaqçı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əhl2 I сущ. 1. житель, обитатель. Şəhər əhli жители города (горожане), kənd əhli жители села (сельчане), dağ əhli горные жители, жители гор (горцы) 2. знаток, мастер. İşin əhli знаток дела II прил. смирный, спокойный, тихий (о человеке)
Azərbaycanca-rusca lüğət / əhl1 i. 1. (müəyyən xüsusiyyət və əməl sahibi) man*; dərd ~i man* of sorrow, sufferer; zövq ~i man* of (good) taste; qələm ~i writer; scriber; clerk; elm ~i man* of knowledge; scholar, savant, erudite; eşq ~i man* in love, lover; saray ~i courtiers; kef ~i bax əhli-kef; hal ~i bax əhli-hal; 2. (əhali, sakin) dweller, resident, inhabitant; people; şəhər ~i townsman, towndweller, city-dweller; cəm. townsfolk, townspeople; kənd ~i countryman, villager
Azərbaycanca-ingiliscə lüğət / əhl1 is. connaisseur m en qch ; expert m en qch ; habitant m, peuple m
Azərbaycanca-fransızca lüğət / əhl1 [ər.] сущ. эгьли (1. куьгьн. иеси, малик, сагьиб, авайди; dərd əhli (əhli-dərd) дерт эгьли, дерт авай кас; sərvət əhli девлетар авайди, варлуди; // əhli beyt а) куьгьн. клас. кӀвалинбур, хзан, килфет; б) дин. мусурманри Мегьамед пайгъамбардин эвледриз ганвай тӀвар; əhli-dil шаир. чӀал чидай, гаф гъавурда акьадай, масадан дердиникай хабар кьадай кас, ариф кас; əhli-divan дуван эгьли, суддин (дувандин) краралди машгъул тир ксар, суддин къуллугъчияр; əhli-dünya дуьнья-эгьли, эхиратдал чӀалахъ тушиз анжах и дуьньядин няметрикай менфят къачузвай кас; əhli-elm илим авайбур, илимдал машгъул тир ксар, алимар; eşq-əhli рикӀе ашкъи (муьгьуьббат) авайди, ашукьди; əhli-əyal хзанда авайбур: гъуьл, паб, аялар; хзан; əhli-hal гьал-эгьли, гъавурда акьадай, масадан гьалдикай хабар кьадай кас; əhli-iman иман-эгьли, иман гвайди, диндал чӀалахъ тир кас; əhli-insaf инсаф-эгьли, инсаф авайди; əhli-kef кеф-эгьли, кеф чӀугуналди вахт акъуддай кас, кефчи; // рах. гзаф хъвадай кас; əhli-kəmal куьгьн. камал-эгьли, камалдин иеси, камал авай, акьуллу кас; əhli-kitab исламда: мукъаддас ктабрикай садал чӀалахъ тирди (тирбур)-мусурманрилай алава чувударни, христианар; əhli-qələm къелем-эгьли, къелемдин сагьиб, кхьираг; əhli-qərəz гъерез авай кас, гъерезкар, рикӀе кин хуьдай кас; əhli-qiblə дин. кьибле-эгьли, мусурман, ислам эгьли; əhli-qübur сурарин эгьли, сурук квайбур, кьенвайбур; əhli-məclis межлис-эгьли а) межлисда авайбур, межлисдин иштиракчияр; б) сегьнедин тамашада иштирак ийизбайбур; əhli-mərifət марифат авай кас, марифатлу кас; əhli-ruh руьгь-эгьли, руьгь авай кас; əhli-savad савад-эгьли, кӀелай, чирвилер авай, савадлу; əhli-vəfa клас. вафалу; əhli-zələmə, əhli-zülm куьгьн. халкьдиз зулум ийидай, азият гудай, халкь инжиклу ийидай кас; əhli-zülm зулум ийидай кас, зулумкар; 2. яшамиш жезвайди; -ви; kənd əhli хуьруьн эгьли, хьуруьнвияр; 3. алакьдай, чидай кас; işi əhlinə tapşır кар чидайдал тапшурмиша; 4. агьали, жемят).
Azərbaycanca-ləzgicə lüğəti / əhl