əh sözü azərbaycan dilində

əh

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əh • 75.0000%
  • Əh • 23.2759%
  • ƏH • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Mir Əhməd Mürtəzəvi
Hacı Mir Əhməd Hacı Seyid Mürtəza oğlu Mürtəzəvi (?-?) — İran Məşrutə hərəkatının üzvü. == Həyatı == Hacı Mir Əhməd Hacı Seyid Mürtəza oğlu Mürtəzəvi Təbriz şəhərində anadan olmuşdu. Atası sərraf idi. Hacı Mir Mənaf sərrafın qohumlarındandır. Müzəffərəddin şahın hakimiyyəti dönəmində Tehrana köçdü və dədə-baba sənətləri sərraflıqla məşğul olmağa başladı. Hacı Mir Əhməd Mürtəzəvi birinci İran Milli məclisinə tacirlər tərəfindən vəkil seçildi. Hacı Mir Əhməd Mürtəzəvi Məşrutə hərəkatının fəallarından idi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Hacı Əhliman
Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu. == Həyatı == Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub. 1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib. Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb. Nardaran qəsəbəsində Sahibəz Zaman mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir. Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.
Hacı Əhməd Paşa
Hacı Əhməd Paşa (ö. yanvar 1715) — III Əhməd səltənətində 2 ay 26 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Danışmend, İsmail Hami, (1971) Osmanlı Devlet Erkâni, İstanbul: Türkiye Yayınevi, say.51 Buz, Ayhan (2009) " Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5 Avcı, Casim "Ahmed Paşa (Kalaylıkoz)", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.1 s.148-149 ISBN 975-08-0072-9 Mehmed Süreyya (haz.
Hacı Əhməd kəndi (Çaypara)
Hacı Əhməd kəndi (fars. حاجي احمدكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (75 ailə).
Hacı Əhmədov
Hacı Əhmədov (d. 23.11.1993, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu, Qarabağ futbol klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisidir.
Hacıəlibəykəndi (Əhər)
Hacıəlibəykəndi (fars. حاجي علي بيگ كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Hafiz Əhməd Paşa
Müəzzinzadə Hafiz Əhməd Paşa (1564, Plovdiv – 10 fevral 1632, Konstantinopol) — IV Muradın Kösəm Sultan tərəfindən idarə olunduğu dönəmlərdə 2 dəfə — ümumilikdə 2 il 1 ay 20 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. İkinci sədarət dönəmində ayaqlanan qapıqulu əsgərləri tərəfindən sultanın gözləri önündə linç edilmiş, bu hadisə IV Muradın real hakimiyyəti ələ almasında böyük rol oynamışdır. == İlk illəri == Türk əsilli olub, plovdivli bir müəzzinin oğludur. Əndərunda təhsil almışdır. Bir müddət hasodada (sultanın yaşadığı otaqda) xidmət göstərdikdən sonra I Əhməd dönəmində mühasib oldu. Daha sonra şahinçi olan Hafiz Əhməd 1608-ci ilin əvvəllərində kaptan-ı dərya olaraq saraydan ayrıldı. Ancaq həmin il Anadoluda baş verən Cəlali üsyanını yatıran sədrəzəm Quyucu Murad Paşa səfərdən geri döndü və öz adamı olan Kürəkən Xəlil Paşanı kaptan-ı dərya təyin etdi. Hafiz Paşa isə Şam bəylərbəyi olaraq 7 illik sürgünə yollandı. Daha sonra Van, Ərzurum, Bağdad və Anadolu bəylərbəyliklərinə təyin edildi. 1622-ci ildə II Osmanın qətlindən bir müddət öncə Diyarbəkir bəylərbəyi seçildi.
Herseqli Əhməd Paşa
Herseqli Əhməd Paşa (23 dekabr 1455, Herseq Novi, Bosniya Krallığı – 21 iyul 1517, Qəhrəmanmaraş, Zülqədəroğulları bəyliyi) — II Bəyazid və Yavuz Sultan Səlim səltənətlərində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 1455-ci ildə Herseq Novidə dünyaya gəldi. Əsl adı Stjepa olub, sonuncu Bosniya kralı Stefan Tomasoviçin ən kiçik oğludur. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından atası Osmanlı təbəəliyini qəbul etmiş, o əsnada 8 yaşında olan Stjepa əsir olaraq Osmanlı sarayına göndərilmişdi. Ancaq 3 il sonra atası vəfat etmiş, qardaşları Vladislav və Vlatko arasındakı taxt mübarizəsinin ardından Herseqovina bölgəsi tamamilə Osmanlıların əlinə keçmişdir. Bu səbəblə, artıq siyasi mövqeyini itirən Stjepan saray xidmətinə alındı. Adı Əhməd olaraq dəyişdirildi və ailəsinin məmləkəti Herseqovinaya nisbətlə Herseqli olaraq anılmağa başlandı. Onunla eyni dönəmdə yaşayan tarixçi Kamalpaşazadə isə Herseqlinin saray alınmasını başqa formada təsvir edir. Onun yazdığına görə, Fateh Sultan Mehmed Herseqovinanı ələ keçirdiyi əsnada kral Stefan və böyük oğlu qaçmış, Dubrovnikdə qalan kiçik oğlu Stjepan isə Osmanlılar tərəfindən ələ keçirilərək saraya göndərilmişdir. Fateh Sultan Mehmedin etibarını qazanan Herseqli Əhməd sarayda müxtəlif vəzifələrdə xidmət edərək miraləmliyə qədər yüksəldi.
Hezarfən Əhməd Çələbi
Hezarfən Əhməd Çələbi (osman. هزارفنّ أحمد چلبی; 1609, Konstantinopol – 1640, Əlcəzair) — XVII əsrdə Osmanlı imperiyasında yaşadığı güman edilən müsəlman türk alimi. == Ümumi məlumat == Hezarfən Əhməd Çələbinin düzəltdiyi qanadlarla Abbas ibn Firnasdan sonra uçmağı bacaran ilk insan olduğu deyilsə də, onun haqqında yeganə məlumat Səyahətnamədə var. 1623–1640-cı illər arasında IV Sultan Muradın hakimiyyəti dövründə uçma konstruksiyasını reallaşdırdığı üçün, həmçinin dərin elminə görə xalq arasında Hezarfən olaraq adlandırıldığı deyilir. Hezar fars mənşəli söz olub, 1000 deməkdir. Hezarfən isə "elmli", yəni "çox şeyi bilən adam" mənasını verir. Hezarfən Əhməd Çələbinin uçmaqla bağlı çalışmalarında Leonardo Da Vinçidən çox əvvəl bu mövzuda sınaqlar aparan, 10-cu əsrdə yaşamış müsəlman türk alimlərindən biri olan İsmayıl Cövhəridən ilhamlandığı deyilir. Cövhərinin əldə etdiyi nəticələri araşdıran və öyrənən Çələbi quşların uçuşunu tədqiq edərək tarixi uçuşundan əvvəl hazırladığı qanatların möhkəmliliyini ölçmək üçün Ox meydanında sınaqlar apardığı güman olunur.1632-ci il küləkli havada Qalata qülləsindən quş qanadlarına bənzəyən bir vasitə ilə özünü boşluğa buraxan və uçaraq Bosforu keçib 3358 metr kənarda Üsküdarda Doğancılara eniş etdiyi güman edilən Hezarfən Əhməd Çələbi türk aviasiya tarixinin ən diqqət çəkən adamlarından biridir. Bu uçuş haqqında sənədlər indiyə qədər sadəcə Övliya Çələbinin Səyahətnaməsində yer alır.
Hümeyir Əhmədov
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri. == Həyatı == Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. == Fəaliyyəti == 1979-1981-ci illərdə hərbi xidmətini yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziy­yat, fizika və əmək müəllimi kimi davam etdirmişdir. 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriy­yəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır.
Hüseyn kəndi (Əhər)
Hüseyn kəndi (fars. حسين كندي‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Hüseyn Əhmədov
Hüseyn Əhmədov (alim) — Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru (1972), professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, "SSRİ Maarif əlaçısı", "Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi", "Azərbaycan SSR qabaqcıl maarif xadimi", Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı. Hüseyn Əhmədov (heykəltaraş) — Azərbaycan heykəltaraşı. Hüseyn Əhmədov (dövlət katibi) — Çeçenistanın İçkeriya Respublikasının dövlət katibi.
Hüseyn Əhmədov (alim)
Hüseyn Əhmədov (tam adı: Hüseyn Mustafa oğlu Əhmədov; 17 iyul 1926, Toxluca, Yeni Bəyazid qəzası – 4 aprel 2020, Bakı) — Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru (1972), professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, "SSRİ Maarif əlaçısı", "Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi", "Azərbaycan SSR qabaqcıl maarif xadimi", Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı. == Həyatı == Hüseyn Əhmədov 17 iyul 1926-cı ildə Ermənistan SSR-in Dilican qəzasının Toxluca kəndində rəncbər ailəsində anadan olmuşdur. Uşaq yaşlarından müharibənin törətdiyi aclıq və səfalət illəridə öz üzərində əzmkarlıqla çalışan və müəllimliyə böyük həvəs göstərən Hüseynə IX sinfi bitirdikdən sonra oxuduğu məktəbin ibtidai siniflərində dərs demək tapşırılır. Bu İkinci dünya müharibəsinin ən qızğın vaxtları idi. Atası Mustafa kişi müharibənin ilk vaxtlarında dünyasını dəyişmişdi. Üç il ərzində praktik yolla ilkin müəllimlik təcrübəsi toplamış Hüseyn Kirovabad (indiki Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olur. 1947-ci ildə texnikumu "əla" qiymətlərlə bitirərək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) daxil olur və 1951-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırır. Hüseynin bacarığına bələd olan rektorluq onu institutda saxlayır. Gənc Hüseyn bununla da kifayətlənmir, onda alim olmaq meyili yaranır. 1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına daxil olan Hüseyn Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk alimlik dərəcəsi almış Əhməd Seyidov, yaradıcı pedaqoq Mehdi Mehdizadə, Mərdan Muradxanov və başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri kafedrada – əlverişli elm aləmində az vaxt içərisində çox şey öyrənir.
Hüseyn Əhmədov (dövlət katibi)
Əhmədov Hüseyn Səidəliyeviç (1950) — Çeçenistan siyasətçisi. Çeçen-İnquş SSR Müvəqqəti Ali Şurasının sədri (1991), tanınmamış Çeçenistan İçkeriya Respublikası Parlamentinin sədri (1991–1993), İçkeriya Çeçen Respublikasının dövlət katibi (1999—?) vəzifələrində çalışmışdır. == Bioqrafiya == 1950-ci ildə Qazaxıstan SSR -də anadan olub. Çeçen-İnquş Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Çeçen-İnquş Tədqiqat Tarix, İqtisadiyyat, Sosiologiya və Filologiya İnstitutunda elmi işçi kimi çalışmışdır. 19-cu əsrin sonlarında Çeçen-İnquşetiya tarixini öyrənmişdir. "Çeçen-İnquşetiyanın Rusiyaya könüllü daxil olması" rəsmi konsepsiyasını tənqid etdiyi üçün 1985-ci ilin əvvəlində institutdan ayrılmalı və Calka kəndində müəllim işləməli idi. 1990-cı ilin martında Çeçen-İnquş ASSR Ali Sovetinə seçildi. Qida və Mallar üzrə Fövqəladə Komissiyanın üzvü təyin edildi. "Könüllü giriş" anlayışını nəzərdən keçirən komissiyanın üzvü idi.
Hüseyn Əhmədov (heykəltəraş)
Hüsniyyə Əhmədova
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarır Bakı Bələdiyyə Teatrı O. Altunbayın "Tomris (O. Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R. İçərişəhərli) — Əsmər Dəli Domrul (A. Məmmədov) — Banı Ağ və qara (H. Fətullayev) — qız İnsan və iblis (Ə. Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ. Kərimov) — Ümmi İshaq Dönüş (C. Cabbarlı) — Gülsabah Türk sancağı (A. Qurbani) — Yasəmən İblis (H. Cavid) — İblis Şanl Vətən. Jurnalist Nəsimi -Fatma Sən Qayıdacaqsan. Qadın Çingiz Aytmatov,, Ana tarla,, Tolqonay Elcin Əfəndiyev,, Şekspir,, Sara Bernar == Filmoqrafiya == Ünvansız qız (teleserial, 1992) Mənim ağ şəhərim (film, 1993) Anamın kitabı (film, 1994) Muğam (film, 1995) Mənim taleyim (teleserial, 1996) Qırmızı qar (film, 1998) Yanmış körpülər (film, 2007) Qızlar (teleserial, 2007) Daş atan (film, 2009) Susmuş vicdan (film, 2010) Aramızda qalsın (teleserial, 2011) Salamat qal ağca yol (film, 2012) Boyunbağı (teleserial, 2014) İkinci güllə (film, 2017) Qaragōz (film, 2018) Qorxaq (film, 2018) Qara yazı (teleserial, 2019) Məhəbbətə məğlub (teleserial, 2019) Məhkumlar (film, 2007) — Leyla (obrazı səsləndirən) (aktrisa Sevinc Əliyeva) Zəhər Tuluqu 2022 Flora 2020 Qütb ulduzu.2023 ƏRİK ACISI. Serial(Məleykə) Rusiya istehsalı.
Hüsniyyə Əhmədova (aktrisa)
Hüsniyyə Əhmədova (tam adı: Hüsniyyə Abid qızı Əhmədova; 26 oktyabr 1971) — Azərbaycan aktrisası. == Həyatı == Hüsniyyə Əhmədova 1971-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Astara rayonunda doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2002-ci il martın 1-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Nigar - («Yeddi məhbusə», Ə.Əmirli) 2. Keti - («Tədbirə qarşı tədbir», V.Şekspir) 3. Ellada - («İntihar», V.Səmədoğlu) 4. Ana - («Vicdanın hökmü», H.Mirələmov) 5.
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
Həmzə Əhmədoğlu
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
Həmədan şəhristanlarının əhalisi
Həmədan şəhristanlarının əhalisi — 2006-cı il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən əhalisi 1,703,267 nəfər olmuşdur.
I Əhməd
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], İstanbul, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
I Əhməd xan
Əhməd bin Əli xan Qaraxani — Qaraxanilər dövlətinin xaqanı. 999. ildə qardaşı Nəsr bin Əli xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Abbasi xəlifəsi tərəfindən hakimiyyəti tanınan ilk Qaraxani xaqanıdır.
I Əhməd xan (Qaraxani)
Əhməd bin Əli xan Qaraxani — Qaraxanilər dövlətinin xaqanı. 999. ildə qardaşı Nəsr bin Əli xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Abbasi xəlifəsi tərəfindən hakimiyyəti tanınan ilk Qaraxani xaqanıdır.
I Əhsitan
I Axsitan (XII əsr, Şamaxı – 1196, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. == Adı == Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir. Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir. Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.

əh sözünün leksik mənası və izahı

əh sözünün rus dilinə tərcüməsi

əh sözünün ləzgi dilinə tərcüməsi

"əh" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əh nədir? #əh sözünün mənası #əh nə deməkdir? #əh sözünün izahı #əh sözünün yazılışı #əh necə yazılır? #əh sözünün düzgün yazılışı #əh leksik mənası #əh sözünün sinonimi #əh sözünün yaxın mənalı sözlər #əh sözünün əks mənası #əh sözünün etimologiyası #əh sözünün orfoqrafiyası #əh rusca #əh inglisça #əh fransızca #əh sözünün istifadəsi #sözlük