ev sözü azərbaycan dilində

ev

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ev • 93.3656%
  • Ev • 6.5288%
  • EV • 0.0992%
  • eV • 0.0064%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ev
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər. İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir. === Dairəvi evlər === Yaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi.
Atlantlı ev
Atlantlı ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 16 ünvanında mövcud olmuş, memar İosif Ploşkonun layihəsi əsasında 1900-cü ildə inşa edilmiş yaşayış evi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, Azərbaycanın yerli əhəmiyyətli tarixi və mədəni memarlıq abidəsi elan edilib. == Tarixi == Bina, 1900-cü ildə Polis küçəsində (Yusif Məmmədəliyev küçəsinin keçmiş adı) polşalı memar İosif Ploşkonun layihəsi əsasında barokko üslubunda inşa edilib. Binanın eyvanlarından birini iki atlant heykəli saxladığdan, bina daha çox "Atlantlı ev" kimi tanınıb. Bu yaşayış evi şəhərin tarixi mərkəzinin tikintisinin fəal elementlərindən biri kimi çıxış edib. Fasadın memarlıq kompozisiyasının üfüqi formada mərkəzi tinləmə və yanlarda güclü atlantlar (dayaqlar) üzərində duran erker ilə təqdim edilmiş üç oxlu sistemi maraqlı fəza mühiti yaratmışdır. Mənzərəli kompozisiya, memarlıq kütlələrinin proporsional bölünməsi, order sistemi elementlərinin bacarıqla paylaşdırılması, incəsənət sahələrinin sintezi və interyerlərinin zənginliyi binanın memarlıq abidəsi kimi Bakıdakı tarixi əhəmiyyətli yaşayış evlərinin ən yaxşı nümunələrindən birinə çevirmişdi. === Sökülməsi === 2004-cü ildə binanın söküləcəyi barəsində məlumatlar yayılıb. 2008-ci ildə binanın sakinləri köçürülüb. Köçürülməyə səbəb kimi isə binanın bərpası göstərilib.
Ağ Ev
Ağ Ev (ing. the White House) – Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və kölələr tərəfindən bina 8 ilə tikilib. 1800-cü ilin noyabrında Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi iqamətgahın ilk sakinləri olub. 1800-cü ildən başlayaraq, bu bina əhali arasında "Ağ ev" adlandırılıb: çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib. Bundan əvvəl bina "Prezident Sarayı" (the Presidential Palace) adlanırdı. Mətbuatda "Ağ ev" sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin "Viq" qəzetində işlədilib. "Ağ ev" adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir: 1902-ci ildə prezident Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının Ağ ev adlandırılması barədə sənəd imzalayıb.
Butulkalı ev
Butulka ev — Gəncədə tarixi bina. Bu evi məşhur edən onun tikinti materialı əvəzinə butulkadan istifadə edilməsidir. Bina 1966-ci ildə tikilmişdir. Binanın inşasında kiçik dərman şüşələrindən, təbii müxtəlif ölçülü dəniz daşlarından da istifadə olunub. Bu İbrahim Cəfərov adlı bir memarın fantaziyasıdır. İbrahim Cəfərov 1966-1967-ci ildə evi müharibədə itkin düşmüş qardaşı Yusifin xatirəsinə tikib. O, ümid edib ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan Yusif bir gün bu evin sorağını eşidəcək və geri dönəcək. O, bir ilə tikdiyi evin inşasında şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butulkadan istifadə edib. İbrahim kişinin yadigar qoyub getdiyi evdə indi onun gəlini və nəvələri yaşayır. Evin arxa tərəfində isə rusca “Vətənin naməlum əsgərinə eşq olsun!” yazılıb.
Ev heyvanları
Əhliləşdirilmiş heyvan — insan tərəfindən əhliləşdirilən və ona evində və ya təsərrüfatında xeyir verən heyvanlar.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Ev iyesi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev iyəsi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Ev nandinası
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. == Təbii yayılması == Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Haqqında == Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Qazma ev
Qazma — Azərbaycaının ən qədim məskən tiplərindən biri. Mağara tipli yaşayış evlərinin sonrakı mərhələsini qazma, yarımqazma adlandırırdılar. Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində bu tip evləri pəyə evlər kimi də adlandırıblar. == Qazmanın inşaatı == Planda düzbucaqlı olan bu tip evlər, onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərdə son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşaqaydası bəsit olduğundan, onları hər kəs özü tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində (güney) tikiləcək ev üçün ilk növbədə yer müəyyənləşdirib kalafa qazılırdı. Kalafanın arxa və ya iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördü də torpaqdan olurdu. Kalfa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1,5-1, 7 m aralı dirəklər basdırılır, üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə "hərmə" (pasna) adlanan yastı ağaclar uzadılırdı.
Qrifonlu ev
Qrifonlu ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşən, memar İ. V. Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina. Bina, memar İ. V. Edelin yaradıcılığında xüsusi yer tutur. == Tarixi == Keçmiş Politseyskaya (indiki Yusif Məmmədəliyev) küçəsində yerləşən bu malikanə, başlanğıcda Lazarev ailəsinə məxsus olduğu guman edilir. Bunu binanın əsas frontonunda quraşdırılmış LB inisialı olan nəfis venzel təsdiqləyir. Bir müddət sonra, bu binaya tanınmış ticarətçi Akopov köçür və binanın birinci mərtəbəsində "Münch und Weiss" Ticarət Yoldaşlığını təsis edir. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi (həmin dövrdə Gürcüstanın Azərbaycandakı səfiri N. S. Alşibay idi) yerləşirdi. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayırdı. Bir zamanlar Qrifonlar evi yaxınlıqdakı Teatr institutunun əsas korpusuna birləşirdi, lakin həmin bina söküldükdən sonra, burada böyük boş ərazi yarandı və zamanla istifadəsizlikdən bu boşluq bataqlığa çevrildi. Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq bəzi səbəblərə görə səfirlik başqa yerə köçürüldü. == Memarlıq xüsusiyyətləri == Malikanə (mülk) tipdə olan yaşayış evi 1894–1896-cı illərdə memar İohann Vilhelmoviç Edel tərəfindən inşa edilmişdir.
Quraşdırma ev
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Ruhlu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir. Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === == Xarici keçidlər == "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".
Səssiz ev
Səssiz ev — Orxan Pamukun Cövdət bəy və oğullarından sonra yayımlandığı ikinci romanı(1983).Roman 3 nəfərin nənələrini ziyarət etmək üçün İstanbul yaxınlığındakı Cənnəthisar qəsəbəsində keçirdikləri həftəni anlatır. == Ümumi == Səssiz ev romanı 32 fəsildən ibarətdir. Hər bir fəsil bir obrazın dilindən izah edilir. Roman qurğusunda göründükləri sıra ilə beş anlatıcının adları belədir: Rəcəb, Böyükxanım, Həsən, Fərrux, Metin. İlk fəslin anlatıcısı Rəcəb, son fəslin anlatıcısı isə Böyükxanımdır. Anlatıcıların hər birinı düşən fəlis sayı, çoxdan aza doğru belədir: Həsən (8bölüm), Böyükxanım (7bölüm), Rəcəb (6bölüm) , Fərrux (6bölüm), Metin (5bölüm). İzah etdikləri fəsillər əsasında obrazlar: == Yer və zaman == Yer: Cənnəthisar Zaman: İyul 1980. Hadisələr 12 sentyabr 1980 hərbi çevrilişindən təxmini bir ay əvvəl baş verir. Ona görə də roman böyük bir siyasi gərginliyin izlərini daşıyır. == Süjet == Behcet Necatigil "Ədəbiyyatımızda əsərlər sözlüyü" kitabında səssiz evin süjetini belə ümumiləşdirir: •Roman Gebzeyə bağlı Cənnəthisarda köhnə, böyük, səssiz bir evdə başlayır.
Zəncirli ev
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. == Tarixi == Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Çaynikli ev
Çaynikli ev — Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev. Onu fərqli edən divar və fasadının milli ornamentli çayniklər və digər çini qablarla hörülməsidir. Evin hörgülərində çayniklərin sayı çox olduğundan, bu qeyri-adi evə yerli sakinlər elə "Çaynikli ev" deyiblər. Bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü fərqlidir. Belə ki, onun inşasında minlərlə çaynikdən və digər çini qablardan istifadə edilib. Tikilinin keçmiş sahibi Əli Əliyev 1970-1980-ci illərdə uzun müddət Gəncə Çini qablar zavodunda çalışıb. Elə həmin vaxt istehsal prosesinə yararsız sayılan məhsullardan səmərəli istifadə edərək bu evi tikib. 1985-ci ildə inşa edilən bu ev 1993-cü ildə başqasına satılıb. 1998-ci ildə həmin şəxs evi sataraq, buradan köçüb. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi yaşayır.
Ev tapşırığı
Ev tapşırığı — Müəllim tərəfindən şagirdə (tələbəyə) dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq. Ev tapşırığının verilməsində məqsəd yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır. == Maraqlı faktlar == Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında yerləşən gimnaziyaların birində dərs sisteminin özünəməxsus qurulması nəticəsində şagirdlər ev tapşırığından azaddırlar.
Ağıllı ev
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Ev qoyunu
Əhliləşmiş qoyun və ya ev qoyunu (Ovis aries) ruminant bir məməlidir. Əhliləşmiş qoyun da, bütün ruminantlar kimi, cüt dırnaqlıdır. Yəqin ki, Asiyada və Avropada vəhşi qoyunlardan törəyiblər. İlk evcil heyvanlardan biri olan qoyunlar kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur və yunu, südü və əti üçün yetişdirilir. Qoyun yunundan yun paltar tikilməsində istifadə olunur.
Kağız ev
La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir.
Uzun ev
Uzun ev (hərfi tərcümədə ing. longhouse) — arxeologiya və antropologiyada tək otaqlı uzun dar ev növü. Tarixin müxtəlif dövrləri və tarixdən əvvəlki Avropa və Kolumbiyadan əvvəlki Amerikadan müasir Asiyaya qədər müxtəlif xalqlar üçün xarakterikdir. Bu, pastoral mədəniyyət üçün ən xarakterikdir və çox vaxt bütün iqtisadiyyatı birləşdirir: yaşayış yeri, heyvanlar üçün tövlə və anbar. Tipik olaraq, Avropadakı Neolit dövrü uzun evi, orta əsr Dartmur uzun evi və hindi uzun evi də daxil olmaqla, daimi taxta tikintinin erkən formasını təmsil edirdi.
Ximeralı ev
Ximeralı ev (ukr. Будинок з химерами) — Ukraynanın paytaxtı Kiyevdə yerləşən modern üslubda kərpicdən tikilmiş bina. Ev öz adını mövzusu quru və sualtı faunası, ov atributları və nağıl canlıları olan heykəltəraşlıq bəzəkləri (həm evin fasadında, həm də içərisində yerləşir) sayəsində almışdır. Bina, Peçerski rayonu, Bankova küçəsi 10-da, Ukrayna Prezidentinin Aparatı ilə üzbəüz yerləşir. Memar Vladislav Qorodetski onu 1901-1903-cü illərdə ailəsi üçün yaşayış binası kimi tikmişdir. Tikinti sahəsi olaraq, Bankova küçəsi boyunca sıldırım qayanın üstündə, qurudulmuş Keçi bataqlığının keçmiş sahilində seçilmişdir. Heykəltəraşlıq dekorasiyalarını isə heykəltəraş Elio Salya öz eskizləri əsasında hazırlayıb. Ev 2005-ci ilin yazından hökumətin qərarına əsasən Ukrayna Prezidentinin iqamətgahı kimi istifadə olunur. Bu mədəni irs ərazisidir, təhlükəsizlik nömrəsi 906-dır. == Tarixi == === Tikintisi === Ximeralı ev, 1901-1902-ci illərdə memar Vladislav Qorodetskinin layihəsinə əsasən mühəndis Anton Ştrausun rəhbərliyi altında o dövrlər üçün innovativ həllərdən istifadə edilməklə tikilmişdir.
Ağ ev
Ağ Ev (ing. the White House) – Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və kölələr tərəfindən bina 8 ilə tikilib. 1800-cü ilin noyabrında Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi iqamətgahın ilk sakinləri olub. 1800-cü ildən başlayaraq, bu bina əhali arasında "Ağ ev" adlandırılıb: çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib. Bundan əvvəl bina "Prezident Sarayı" (the Presidential Palace) adlanırdı. Mətbuatda "Ağ ev" sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin "Viq" qəzetində işlədilib. "Ağ ev" adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir: 1902-ci ildə prezident Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının Ağ ev adlandırılması barədə sənəd imzalayıb.
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası
Hacı Məmmədin evi
Hacı Məmmədin evi — Şuşa şəhərinin A. Qaraşərov küçəsində (keçmiş Leytinnat Şmidt) yerlşən iki mərtəbəli ev. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi.
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi — Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət xatirə muzeyi. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H. Z. A. Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: H. Z. A. Tağıyevin iş kabineti Şərq zalı kitabxana bilyard otağı yemək otağı məlumat otağı Sona xanım Tağıyevanın bəzək otağı – buduar yataq otağı Təmizlik otağı == Muzeyin strukturu == Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H. Z. A. Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Hacı Əmirin evi
Hacı Əmirin evi — Şuşa şəhərinin Təbrizli məhəlləsində yerləşən, XVIII əsrin ortalarında tacir Hacı Əmir tərəfindən inşa etdirilmiş tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində xidməti və qismən yaşayış otaqları, ikinci mərtəbəsində isə qonaq və yataq otaqları yerləşir. Lakin, ikinci mərtəbədə Şuşa evləri üçün ənənəvi olan lodciyanın yerinə, evlə eyni fasad xətti içində yerləşən açıq eyvana malikdir. Evin fasadında inşa edilmiş açıq pilləkən eyvana aparır. Eyvandan kiçik keçid otağına keçmək mümkündür. Həmin otaqdan yanlarda yerləşən iki otağa qapı açılır. Yataq otağı kimi istifadə edilmiş həmin iki otaqdan birindən evin daxili həyətinə şəbəkəli pəncərə açılır. Qonaqların qarşılanması üçün nəzərdə tutulmuş digər otağın divarları və tavan isə freska rəsmləri ilə bəzədilmişdir. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм.
Hacınskinin evi
Hacınskinin evi (İçərişəhər)
Hacınskinin evi (İçərişəhər)
İsa bəy Hacınskinin evi — Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşir. Evin memarı Misak Ter-Krikoryants olmuşdur. == Tarixi == Bina 1912-ci ildə tikilib. Zəngin Hacınskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, Bül-Bül prospekti, Füzuli küçəsi ünvanındakıları göstərmək olar. Bunlardan ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır. Bakı bulvarının salınmasında İsa bəy Hacınski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara gəlir. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətta İsa bəy Hacınski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır. Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.
Hacınskinin evi (Ə.Cavad k.)
Hacınskinin evi — Əhməd Cavad (Vrangelskaya) 16 və Adil Babayev (Doktorskiy) 7 küçələrinin kəsişməsində yerləşən və 1895-1899-cu illərdə İohan Edelin layihəsi əsasında inşa edilmiş ev. Mülkün sifarişçisi Bakı milyonçularından olan İsa bəy Hacınskidir. Hazırda binada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerləşir. == Haqqında == İsa bəy Hacınskinin sifarişi olan kimərtəbəli binanın layihəsi 21.03.1895-ci il tarixində təsdiq edilmişdir. Planda sahə П-şəkilli formadadır. İkisıra düzümlü, çoxotaqlı mənzillərin hamısında böyük zallar planlaşdırılmışdır. Baş pilləkən fasadın oxu üzərində həyətə keçidlə yanaşıdır. Əsas pilləkən qəfəsindən başqa, qalereyanın strukturuna ikimarşlı açıq üslublu pilləkən daxil edilib. Xidməti otaqların yerləşdiyi sağ qanada ensiz, birmarşlı, П-şəkilli pilləkən söykənmişdir. Həyət kifayət qədər böyükdür.
Herbert və Katerin Yakobsun ilk evi
Herbert və Katerin Yakobsun ilk evi və ya I Yakobs ― Amerika Birləşmiş Ştatları, Viskonsin, Madisonda 441-ci prospektdə yerləşən bir ailə evidir. Ev tanınmış amerika memarı Frank Lloyd Rayt tərəfindən tərtib edilmiş, 1937-ci ildə inşa edilmişdir. 2003-cü ildə Milli tarixi bir yer olaraq təyin edildi. Raytın evi və bir neçə başqa mülkü 2019-cu ilin iyul ayında "Frank Lloyd Raytın 20-ci əsr memarlığı" adı altında ümumdünya irsi siyahısına daxil edilib. == Təsviri == Yakobsun evi Birç və Evklid prospektləri arasındakı Toepfer prospektinin şərq tərəfində, Madison şəhərinin cənub-qərbində bir yaşayış yerində yerləşir. Ev bir mərtəbəli olub, xarici görünüşü kərpic, taxta və şüşə qapıların birləşməsində ibarətdir. Eyni zamanda ev düz bir dam ilə örtülür və beton təməl üzərində dayanır. Daxili sahəsi 1500 kvadrat metr olub iki yataq otağından ibarətdir. Evin orijinal istilik sistemi əsas beton döşəmənin altına qoyulmuş buxar istilik borularından ibarətdir. Buxar istisini təmin edən soba mətbəxin altındakı kiçik bir zirzəmidə yerləşir.
Heydər bəy Evoğlu
Heydər bəy Əbülqasim bəy oğlu Evoğlu (?-?)— XVII əsrdə yaşamış şair, xəttat, tarixçi. == Həyatı == Heydər bəy Əbülqasim bəy oğlu Xoy vilayətinin Evoğlu nahiyəsində anadan olmuşdu. Zamanında mükəmməl mədrəsə təhsili alımışdı. I Şah Səfiyə (1629-1642) xidmət etmişdi, əvvəlcə darğa vəzifəsində çalışmışdı. Heydər bəy Evoğlu tarixçi idi. Saray sənədlərini toplayıb "Məcməül-inşa" adlı əsər yazmışdı. Bu əsər I Şah İsmayıldan başlayaraq II Şah Abbasın hakimiyyətinədək dövrü əhatə edir.
Heydərzadə evi
Heydərzadə evi - Təbriz şəhərinin Maqsudiyyə məhəlləsində və Təbriz Bələdiyyə Binasının cənub hissəsində yerləşən tarixi saray. == Haqqında == Bu evin dəqiq olaraq nə vaxt tikilməsi hələ də bilinmir. Lakin, aparılan araşdırmalara görə evin təxminən, 1870-ci illərdə Hacı Həbib Lak tərəfindən tikdirildiyi güman edilir. Ev daxili və xarici olmaqla iki həyətə ayrılır. Zirzəmidə hovuzxanə deyilən (daxilində hovuz, hovuzun mərkəzində isə kiçik fəvvarə olan geniş otaq) otaq yerləşir və bu otaq müxtəlif rəngli ornamentlərlə bəzədilmiş kərpiç və tağlardan tikilmişdir. Evin bütün otaqları salon vasitəsilə bir-birinə bağlanır. Ev taxtadan düzədilmiş pəncərələrlə, müxtəlif rəngli şüşələrlə, müxtəlif kərpic işləmələrlə və rəsmlərlə bəzədilmişdir. Evin ən gözəl otağı isə əsas otaq hesab edilən və Şah Neşin adlanan otaqdır. == Hal-hazırda == Ev 1999-cu ildə 2524 saylı nömrə ilə İranın Milli Abidələri siyahısına salınmışdır. 2001-ci ildə Heydərzadə evi əsaslı şəkildə restavrasiya edilmişdir və hal-hazırda Şərqi Azərbaycan ostanının Turizm İnformasiya Mərkəzinin binası kimi də xidmət göstərir.
Heyvan evi
Heyvan evi (İngilis dilindəki orijinal adı ilə National Lampoon's Animal House və ya qısaca Animal House) — rejissoru John Landis, ssenari müəllifləri Harold Ramis, Douglas Kenney və Chris Miller olan 1978-ci ildə ABŞ-də çəkilmiş komediya filmidir. Baş rollarda Con Belushi, Tim Matheson, John Vernon, Verna Bloom, Tom Hulce, Stephen Furst və Donald Satherland oynamışdırlar. Filmdə universitet qardaşlığının üzvü olan bir qrup tələbənin Faber Kollecinin dekanının nüfuzuna qarşı apardıqları mübarizə zamanı baş verən hadisələrdən bəhs edilir. Büdcəsi 3 milyon dollar olan film 28 sentyabr 1978-ci ildə ABŞ-də nümayiş olunmuş və nümayişi zamanı $141,6 milyon gəlir əldə etmişdir. Film həmçinin ABŞ Milli Film Reyestrindədir.
Heyvan evi (film, 1978)
Heyvan evi (İngilis dilindəki orijinal adı ilə National Lampoon's Animal House və ya qısaca Animal House) — rejissoru John Landis, ssenari müəllifləri Harold Ramis, Douglas Kenney və Chris Miller olan 1978-ci ildə ABŞ-də çəkilmiş komediya filmidir. Baş rollarda Con Belushi, Tim Matheson, John Vernon, Verna Bloom, Tom Hulce, Stephen Furst və Donald Satherland oynamışdırlar. Filmdə universitet qardaşlığının üzvü olan bir qrup tələbənin Faber Kollecinin dekanının nüfuzuna qarşı apardıqları mübarizə zamanı baş verən hadisələrdən bəhs edilir. Büdcəsi 3 milyon dollar olan film 28 sentyabr 1978-ci ildə ABŞ-də nümayiş olunmuş və nümayişi zamanı $141,6 milyon gəlir əldə etmişdir. Film həmçinin ABŞ Milli Film Reyestrindədir.
Hikmətlər Evi
Hikmətlər evi (ərəbcə: بيت الحكمة Beyt əl-Hikmə) elm məktəbi olub 825-ci ildə Abbasilər hökmdarı olan Əl Məmun tərəfindən Bağdadda, vaxtilə İranın cənubunda mövcud olmuş Qundişapur məktəbinin formasında yaradılmışdır. Bu məktəbin yaradılması kağızın hazırlanması ilə əlaqəli idi. Bağdadda həmin vaxt bir kağız istehsal edən dəyirman tikilir. Bağdadın Suk-əl-Vərrəqin adlı kağız bazarında 100-lərlə dükan fəaliyyət göstərirdi. Bu dükanların böyük əksəriyyəti müəllimlər və yazıçılara məxsus idi. Ən məşhur kağız tacirləri Əhməd ibn Abu Tahir (819-893) və Abu'l Fərəc Məhəmməd ibn İşaq (vəfat edib 995) sayılırdılar. Hikmət evində 90-a yaxın insan yunan dilində olan elmi ədəbiyyatların ərəb dilinə tərcüməsi ilə məşğul idilər. Burada o dövrdə məlum olan bütün antik dövrün alimlərinin əsərləri ərəb dilinə çevrilir.Tərcümə olunanların arasında Hippokratın, Platonun, Aristotelin, Ptolomeyin və Arximedin də işləri vardır. Dəyərli əsərlər tərcümə olunaraq onlara yeni həyat verilmişdir və onlar sonralar Avropada elm və texnikanın inkişafında dəyərli rol oynayırlar. Tarixçi əl Qüftinin məlumatına əsasən məktəbin təşkil olunmasında 37 xristian, 8 səbai və 9 yəhudi mənşəli şəxslər iştirak edirdilər.
Hökumət Evi
Hökumət Evi — Bakı şəhərinin mərkəzində yerləşən inzibati bina. Binanın memarları Lev Rudnev və Vladimir Muntsdur. Sarayın inşasına 1924-cü ildə, Azərbaycan SSR-in yenicə qurulduğu dövrdə başlanmış və mürəkkəb inşaat işləri 1952-ci ildə tamamlanmışdır. == Tarixi == Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu dövrlərdə hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir binanın inşasına ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə böyük sosialist dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bir bina inşa etmək vəzifəsi qoyulmuşdu. Memar Nəriman Əliyevin bildirdiyinə görə, rəsmi Moskva hazırkı Hökumət Evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər.
Hörümçək-adam: Evdən uzaqda (film, 2019)
Hörümçək-adam: Evdən uzaqda (ing. Spider-Man: Far From Home) — Marvel Comics tərəfindən nəşr edilmiş Hörümçək-adam komiksinə əsaslanan və 2019-cu ilin iyul ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. Columbia Pictures və Marvel Studiosun əməkdaşlığı ilə çəkilmiş filmin distribütoru Sony Pictures Releasingdir. 2017-ci ildə çıxarılmış "Hörümçək-adam: Evə qayıdış" filminin sikveli olan "Evdən uzaqda", Marvel Kinematoqrafiya Kainatının (MKK) iyirmi üçüncü filmidir. Film, Kris MakKenna və Erik Sommers tərəfindən yazılmış ssenari əsasında Con Uottsun rejissorluğu ilə çəkilmişdir. Filmdə əsas rolları Tom Holland, Ceyk Cillenhol, Semuel L. Cekson, Zendaya, Kobi Smalders, Con Favro və başqaları canlandırmışlar. "Hörümçək-adam: Evdən uzaqda" filmində, sinif yoldaşları ilə Avropa səfərində olan Piter Parker, Nik Fyuri və Misterio tərəfindən təbiət ünsürlərini təmsil edən Elementallarla mübarizəyə cəlb edilir. 2016-cı ilin oktyabrında "Hörümçək-adam: Evə qayıdış" filminin sikvelinin istehsalı ilə bağlı müzakirələrə başlanılır , ilin sonuna yaxın isə filmə reliz tarixi təyin olunur. 2017-ci ilin iyulunda Tom Hollandın Hörümçək-adam roluna qayıdacağı, ilin sonuna kimmi isə rejissor Con Uottsun və ssenari müəlliflərinin öz vəzifələrinə qayıdacaqları təsdiqlənir. 2018-ci ildə Cekson və Cillenhol müvafiq olaraq Fyuri və Misterio rolları ilə filmin aktyor heyətinə qoşulurlar.
Hörümçək-adam: Evə qayıdış (film, 2017)
Hörümçək-adam: Evə qayıdış (film, 2017) - Rejissoru Con Uotts olan, Hörümçək-adam rolunu Tom Hollandın canlandırdığı, ABŞ istehsalı on altıncı Marvel Kinematoqrafiya Kainatı super qəhrəmən filmidir. == Məzmun == Qisasçılar ilə yaşadığı macəranın həyacanına qapılan gənc Piter Parker özünü isbat etmək istəyi ilə yaşayan bir cavandır. Ancaq yaşına görə böyük olan bir çox fərqli məsuliyəti var. May xalası ilə yaşayan gənc Piter bir yandan da ona göz qulaq olan Toni Stark (Iron Man) ilə dostluğunu möhkəmləndirmişdi. Məktəb həyatına öyrəşməyə və adi bir gənc kimi yaşamağa çalışan Piterin ağlında isə cinayətkarlarla mübarizə aparmaq və dünyanı daha təhlükəsiz bir hala gətirmək var idi. Vulture yeni bir düşməni olaraq meydana çıxanda isə Piterin özünü göstərmək fürsəti yaranacaq, ancaq ən dəyərli gördüyü həkəs təhdid altında olacaqdı.
Hörümçək-adam: Evə yol yoxdur (film, 2021)
Hörümçək-adam: Evə yol yoxdur və ya Hörümçək-adam: Geriyə yol yoxdur – Columbia Pictures və Marvel Studios tərəfindən istehsal olunan və Sony Pictures tərəfindən distrübüterlik edilən, Marvel Comics qəhrəmanı Hörümçək Adam cizgi romanlarından uyarlanan ABŞ super qəhrəman filmidir. Hörümçək-Adam: Evə Qayıdış və Hörümçək-Adam: Evdən Uzaqda seriyasının davamı olan və Marvel Sinematik Dünyasının 27-ci filmidir. Rollarda Peter Parker / Hörümçək Adamı canlandıran Tom Holland ilə birlikdə Zendeya, Benedict Cumerbatc, Tobey Maguire, Andrew Garfield, Jon Favreau, Jacob Batalon, Marisa Tomei, J. B. Smoove, Benedict Wong, Williem Dafoe, Alfred Molina, Jamie Foxx-un yer aldığı, rejissoru Jon Watts və ssenaristi Chris McKenna və Erik Sommers-dir. Filmdə Parker, Evdən Uzaqda filmində gizliliyi açılan Hörümçək Adam gizliliyini yenidən bir sirr halına gətirmək üçün Stephen Strange-dən kömək istəyir. Evə Qayıdış-ın istehsalı zamanı, 2017-ci ilin əvvəllərində, üçüncü Hörümçək Adam Marvel Sinematik Dünyası filmi dizaynınına başlanmışdı. 2019-cu il avqust ayında Sony və Marvel Studioları arasında Hörümçək Adam filmlərini birlikdə hazırladıqları müqaviləni dəyişdirmək üçün edilən görüşlər, Marvel Studios-un layihədən ayrılması ilə nəticələndi. Ancaq pərəstişkarların mənfi qarşılığı, bir ay sonra iki şirkət arasında yeni bir müqavilənin edilməsinə yol açdı. Watts, McKenna, Sommers və Holland bu müddət ərzində geri qayıtmağa hazır idi. Çəkilişlər 2020-ci ilin oktyabr ayında New York-da başladı, eyni ay içərisində Atlanta-da davam etdi. Çəkilişlər ərzində Foxx və Molina-nın köhnə Hörümçək Adam filmlərindəki personajları yenidən canlandıraraq filmdə yer aldıqları ortaya çıxdı.
Hüseyn Arifin ev-muzeyi
Hüseyn Arifin ev-muzeyi — Azərbaycan şairi Hüseyn Arifin doğulduğu evdə ölümündən sonra yaradılmış muzey. Son illər Ağstafa rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır. Muzey 1993- cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kv.m-dir. Muzeydə xalq şairi Hüseyn Arifin irsini özündə əks etdirən eksponatlar var. == Muzey haqqında == Hüseyn Arifin ev-muzeyi Ağstafa ilə Qazaх şəhərini birləşdirən magistral avtomobil yolunun sağ tərəfində yerləşir. Muzey Nazirlər Kabinetinin 24 noyabr 1992-ci il tariхli 692 saylı qərarına və Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il tariхli əmrinə əsasən yaradılıb. Muzey 3 otaqdan ibarətdir. Burada 2000-ə yaхın eksponat qorunub saхlanılır.
Hüseyn Cavidin Ev Muzeyi
Hüseyn Cavidin Ev Muzeyi — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920–1937-ci illərdə yaşadığı evdə yaradılmış muzey. == Binanın Tarixi == Ev muzeyi Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında təsis olunmuşdur. Məktəb görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə 1901-ci ildə açılmışdır. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Ev Muzeyinin Tarixi == Filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədilə ev muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda nəzərdə tutulurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarına əsasən Hüseyn Cavidin Ev Muzeyi yaradıldı və Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verildi. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının üzünə açılmışdır. == Şöbələri == Muzeyin strukturuna daxil olan "Cavidşünaslıq", "Elmi kütləvi işlər", "Elmi fondlar", "Elmi və bədii tərtibat", "Elmi ekspozisiya", "Elmi informasiya və kitabxana" şöbələri Muzeyin elmi tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində elmi tədqiqat fəaliyyəti ilə məşğul olurlar. === Elmi Ekspozisiya === Ekspozisiyası dörd otaqdan ibarət olan muzeyin ümumi sahəsi 245 m² – dir. Muzeyin əsas fondunda 4000, elmi – köməkçi fondunda isə 200 eksponat var.
Hüseyn Cavidin ev-muzeyi (Bakı)
Hüseyn Cavidin Ev Muzeyi — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920–1937-ci illərdə yaşadığı evdə yaradılmış muzey. == Binanın Tarixi == Ev muzeyi Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında təsis olunmuşdur. Məktəb görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə 1901-ci ildə açılmışdır. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Ev Muzeyinin Tarixi == Filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədilə ev muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda nəzərdə tutulurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarına əsasən Hüseyn Cavidin Ev Muzeyi yaradıldı və Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verildi. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının üzünə açılmışdır. == Şöbələri == Muzeyin strukturuna daxil olan "Cavidşünaslıq", "Elmi kütləvi işlər", "Elmi fondlar", "Elmi və bədii tərtibat", "Elmi ekspozisiya", "Elmi informasiya və kitabxana" şöbələri Muzeyin elmi tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində elmi tədqiqat fəaliyyəti ilə məşğul olurlar. === Elmi Ekspozisiya === Ekspozisiyası dörd otaqdan ibarət olan muzeyin ümumi sahəsi 245 m² – dir. Muzeyin əsas fondunda 4000, elmi – köməkçi fondunda isə 200 eksponat var.
Hüseyn Cavidin ev-muzeyi (Naxçıvan)
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi – Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey. == Tarixçəsi == Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır. == Ekspozisiya == Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır. Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi – Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey. == Tarixçəsi == Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır. == Ekspozisiya == Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır. Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.
Hüseyn Cavidin ev muzeyi (Bakı)
Hüseyn Cavidin Ev Muzeyi — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920–1937-ci illərdə yaşadığı evdə yaradılmış muzey. == Binanın Tarixi == Ev muzeyi Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında təsis olunmuşdur. Məktəb görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə 1901-ci ildə açılmışdır. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Ev Muzeyinin Tarixi == Filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədilə ev muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda nəzərdə tutulurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarına əsasən Hüseyn Cavidin Ev Muzeyi yaradıldı və Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verildi. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının üzünə açılmışdır. == Şöbələri == Muzeyin strukturuna daxil olan "Cavidşünaslıq", "Elmi kütləvi işlər", "Elmi fondlar", "Elmi və bədii tərtibat", "Elmi ekspozisiya", "Elmi informasiya və kitabxana" şöbələri Muzeyin elmi tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində elmi tədqiqat fəaliyyəti ilə məşğul olurlar. === Elmi Ekspozisiya === Ekspozisiyası dörd otaqdan ibarət olan muzeyin ümumi sahəsi 245 m² – dir. Muzeyin əsas fondunda 4000, elmi – köməkçi fondunda isə 200 eksponat var.
Hüseyn Cavidin ev muzeyi (Naxçıvan)
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi – Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey. == Tarixçəsi == Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır. == Ekspozisiya == Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır. Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.
Həmidə xanım Cavanşirin ev-muzeyi
Həmidə xanım Cavanşirin ev-muzeyi — Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyi == Muzeyin yaranması == Şuşa qəzasının Ağcabədi kəndində doğulan Həmidə xanımın evi Sovet hakimiyyəti illərində əvvəlcə orta məktəb, sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində isə burada məcburi köçkünlər məskunlaşıb. 2005-ci ildə təmir edilən evdə muzey yaradılıb. Ev- muzeyin ümumi sahəsi 360 kvadratmetr, ekspozisiya sərgi sahəsi 120 kvadratmetrdir. == Muzeydəki materiallar == 2005-ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu vardır. Bu otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq otağı, 4-cü salon isə yemək otağıdır. Otaqların qarşısı dəhlizdən ibarətdir. Muzeyin 4 ekspozisiya salonunda ümumilikdə 192 eksponat nümayiş etdirilir. Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, plakatlar, əl işləri, məişət əşyaları (divar saatı, şamdan, kömür ütüsü, çıraq, güldan, qablar), əlyazmalar, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, qəzet və jurnallar, xatirə albomu, evin qarşısındakı daşdan yonulan qoç fiquru ziyarətə gələnlərin böyük marağına səbəb olur == Muzeyin fəaliyyəti == 2006-cı ildə muzeydə Azərbaycan tarixində, milli mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan qaldırılmasında tarixi rol oynamış bir çox görkəmli ədəbi simaların geniş tanınmasında ədəbi məktəb olmuş "Molla Nəsrəddin" jurnalının 100 illik yubleyi keçirilmişdir. Həmidə xanımın doğum günü hər il qeyd edilir.

ev sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış evi. Altımərtəbəli ev. – On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə. Şose yolu kənarında, sarı kirəmitli … bir ev görünürdü. M.Hüseyn. // Mənzil, otaq, ailənin yerləşdiyi yer. Evə getmək. Evdən gec çıxmaq. Ev yığışdırmaq. – [Mərcan bəy:] Əlbəttə, boşayacağam, təvəqqe edirəm ki, bu gün mənim evimdən çıxasan. Ü.Hacıbəyov. [Hacı Nəsir:] Bir kasıb kişinin qızını alıb evimə gətirəcəyəm. S.S.Axundov. 2. Zəhmətkeşlərin hər hansı bir mədəniməişət ehtiyaclarına xidmət edən ictimai müəssisə, yer. Ziyalılar evi. Körpələr evi. Müəllimlər evi. – Mədəniyyət evinin işıqlı və böyük zalı adamla qaynaşırdı. M.İbrahimov. 3. Ailə, oğul-uşaq, külfət mənasında. Evinə yaxşı baxır. Evin dərdini çəkmək. Evinə bağlı adam. – [Məşədi Səttar:] Əhvalın necədir, ev, uşaq salamatdırmı? Ə.Haqverdiyev. □ Ev açmaq (qurmaq) – özünə ayrıca ailə qurmaq. O, ata-anasından ayrılıb özünə ev açdı. – [Kəmtərov və Leyla] indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası belədir ki, var. Mir Cəlal. Ev adamı – 1) ailənin üzvü və ya ailəyə yaxın şəxs. Başqa vaxt olsaydı, çoxdan ev adamından biri cumub [Həmzənin] paltosunu, papağını alaraq asqıdan asmışdı. Ə.Əbülhəsən; 2) köhn. evfemistik yolla ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə. [Qoca kişi:] Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşımıza demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de, gəlsin, bizim uşağa baxsın. C.Məmmədquluzadə. Ev arvadı (qadını) – heç bir müəssisə və ya idarədə işləməyib, ancaq ev işləri və təsərrüfatı ilə məşğul olan qadın, evdar qadın. [Hurizad oğluna:] Yaxşı, elə oxumuş qızdan ev qadını olarmı? – deyə ciddi sima ilə sordu. Çəmənzəminli. Üst qatlarda ev arvadı yoxdur ki? Mir Cəlal. Ev qulluqçusu – muzdla başqasına müxtəlif ev işləri görən qadın (qız). [Məsmə:] …Mənim həyatımın ikinci səhifəsi 23-cü ilin baharından başlayır. Bu zaman ev qulluqçularının sığorta edilməsi üçün qanun nəşr edilmişdi. S.Hüseyn. Ev olmaq, ev yiyəsi olmaq – evlənmək, ailə qurmaq, ev-eşik sahibi olmaq. [Soltan bəy:] Qızım, inad olma, … gedərsən ərə, oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan. Ü.Hacıbəyov. Zarafat deyil, evlənir, ay parçası kimi bir qız alır. Ev olur, daha yurdsuzluqdan çıxır. Mir Cəlal. Ev sahibi, ev yiyəsi məc. – ailənin başçısı, evin böyüyü. Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini. (Ata. sözü). Tahir ev yiyəsini bir də çağırdı. M.Hüseyn. Ev tökmək – evin hər tərəfini silib-süpürmək, tamam təmizləyib yığışdırmaq. Evdən çıxmaq – ailədən küsüb getmək. [Mehriban] Rəmziyyəsini kimə tapşırıb evdən çıxır, onları tərk edirdi. S.Hüseyn. 4. Heyvan adlarının əvvəlində onların evdə bəsləndiyini, əhliləşmiş olduğunu bildirir. Ev heyvanı. Ev quşu. Ev arısı. – Ev danası ev danasından qorxmaz. (Ata. sözü). Məşhur sayaçı sözlərində ev heyvanları birbir zikr olunur. F.Köçərli. 5. Bəzi sözlərin əvvəlində, həmin sözlərin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə aid olduğunu, evdə işləndiyini, evdə hazırlandığını, yaxud evdə icra edildiyini bildirir. Ev paltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi. Ev tapşırığı. Ev işləri. ◊ Ev bizim, sirr bizim – gizli saxlanmalı olan söz, iş haqqında deyilir. Ev bizim, sirr bizim, söhbətini elə, Fərmandan de! Mir Cəlal. Ev yıxmaq – birinə pislik etmək, bədbəxt etmək. [Mərcan bəy:] Mənim evimi yıxdın, hələ bir gəlib pul da istəyirsən? Ü.Hacıbəyov. Evdə bişməyib, qonşudan gəlməyib – haqqında heç bir şey bilinməyən, heç bir təsəvvür olmayan şey haqqında. Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq. İ.Şıxlı. Evdə qalmaq – vaxtı keçdiyi halda ərə getməmək (qız haqqında). [Asya:] Bəs ay Gülçöhrə, onda daha heç ərə getməyib, evdə qalıb un çuvalına tay olacaqsan? Ü.Hacıbəyov. Evdən (ev-eşikdən) uzaq, evlərdən iraq! – ölüm və ya fəlakətdən danışarkən söylənən evfemistik ifadə. [Məşədi Məmməd:] Allah evlərdən iraq eləsin, məni qorxudan elə işin burasıdır. R.Əfəndiyev. Evdən gəlmək – pay gətirmək, əlidolu gəlmək. Evi abad, evin abadan! – yaxşılığa, hörmətə qarşı təşəkkür ifadəsi. [Əsgər Gülçöhrəyə:] Xanım, evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir. Ü.Hacıbəyov. Evi başına götürmək – bərkdən qışqırmaq, bağırmaq, çığırmaq. Uşaq evi başına götürüb. – Buzov isə ardıarası kəsilmədən mələyir, evi başına götürürdü. Ə.Əbülhəsən. Evi başına uçulmaq – bax evi yıxılmaq. Evi bərbad (viran) olmaq – bax evi yıxılmaq. Evi viran olmuş (dağılmış, bərbad olmuş, yıxılmış) – bədbəxt, zavallı, yazıq. Nə çarə edim eşqimə pəs mən evi viyran; Yüz çöhrəyə mən müştəriyəm valehi-didar. S.Ə.Şirvani. [Məşədi İmam:] Axı, Məşədi evi yıxılmış başına nə daş salsın. Ə.Haqverdiyev. Evi yıxılmaq, evi bərbad olmaq – ağır bir fəlakətə düçar olmaq, bəlaya düşmək, bədbəxt olmaq. Eşiyin daşına ta dəydi rəqibin qədəmi; Evim ol ləhzə yıxıldı, başıma daş oldu. S.Ə.Şirvani. Qalar müsafiri-biçarə çarəsiz çöldə; Evi yıxıldı, əgər oğruya düçar oldu. M.Möcüz. Ədə, kişini qatıblar atın qabağına aparırlar, kişinin evi yıxıldı. C.Məmmədquluzadə. Evin tikilsin! – alqış, tərif məqamında işlənən ifadə (bəzən etiraz bildirir). [Teymur:] Ay evin tikilsin, on tümən elə mənim belimdəki fitənin qiymətidir. “M.N.lətif”. [Ələmdar Məşədiyə:] Evin tikilsin! Tamahın Əlinin zülfüqarından da itidir! S.Rəhimov. Evin(i) yıxmaq – pis yola aparmaq, xatalı işə cəlb etmək, bədbəxt etmək. Deyir ki, Məşədi qorxulu yolnan gedir, oğlunu da özünə qoşub evini yıxır. M.Hüseyn. [Tamaşa:] Ağazalın evin yıxan elə siz olmadınızmı? Ə.Əbülhəsən. Evindən qaçaq düşmək – hər hansı bir səbəbə görə ailəsindən uzaqlaşmaq, aralı yaşamaq. Evindən düşəsən qaçaq; Sağ gözünə batsın bıçaq. Qurbani. Öz evini yıxmaq – ehtiyatsızlığı üzündən özünü bəlaya salmaq, ağır vəziyyətə düşmək, özünü bədbəxt etmək. [Süleyman bəy:] Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıxdım… Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / ev

ev sözünün etimologiyası

  • 1 Əsli öy (oy) kimi olub, oymaq (yəni “qazmaq”, “eşmək”) sözü ilə bağlıdır. Qabaq­lar qazma evlər tikirdilər. Uy (yuy) “yatmaq” deməkdir, öy isə yatmaq yeri kimi də başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ev

ev sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. EV Bura Qəzənfərgilin evi idi (S.Vəliyev); DAM-DAŞ [Kiçik oğlanın] qabağına bir gözəl dam-daş çıxdı (“Üç şahzadə” nağılı); DƏMXANA (köhn.) Axşam oldu, gəldim mən dəmxanama... (“Aşıq Qərib”); GORGAH (dan.) Gültəkin: Harada ömrün xoş keçirsə, yuvan da, məskənin də, gorgahın da oradadır (Ə.Vəliyev); XANƏ (dan.) Molla Qafar: Mən ki, bu xanənin xeyirxahı olduğumu xudavənd özü bilir (S.Rəhimov); XARABA (dan., öz evi) Çopur Abdulla: Hara gedib. Əvvəl-axır o xarabasına qayıdacaq, ya yox (H.Abbaszadə); VİLLA (dəbdəbəli ev) Burada çox gözəl villalar tikilmiş, həyətlər, bağçalar səliqəyə salınmışdır (M.İbrahimov). 2. ev bax 1. bina; 2. mənzil; 3. ailə

    Azərbaycan dilinin sinonimlər lüğəti / ev

ev sözünün rus dilinə tərcüməsi

  • 1 1. дом; 2. домашний;

    Azərbaycanca-rusca lüğət / ev
  • 2 I сущ. дом: 1. здание, предназначенное для жилья, для размещения различных учреждений и предприятий. Daş ev каменный дом,yaşayış evi жилой дом, çoxmərtəbəli ev многоэтажный (высотный) дом, beşbloklu ev пятиблочный дом, ev №10 дом №10, evin inşaatı строительство дома, evin sakinləri жильцы дома, evi istifadəyə vermək сдать дом в эксплуатацию 2. жилье, квартира. Evdə qəbul etmək принимать дома, evdən çıxmamaq не выходить из дома (из дому), evə dəvət etmək пригласить на дом (в дом, домой), öz evində на дому, в своём доме, evə iş götürmək брать работу на дом 3. семья; люди, живущие в одной семье или в одном доме. Bütün evi ayağa qaldırmaq поднять на ноги весь дом, qonaqpərvər ev гостеприимный дом 4. хозяйство семьи. Evi yaxşı idarə etmək хорошо управлять домом; evə qayğı göstərmək заботиться о доме 5. культурно-бытовое учреждение. Alimlər evi дом ученых, istirahət evi дом отдыха, Hökümət evi Дом правительства, mədəniyyat evi дом культуры, məişət xidməti evi дом бытовых услуг, doğum evi родильный дом, nikah evi дом бракосочетаний II прил. 1. домашний: 1) относящийся к квартире. Ev ünvanı домашний адрес, ev telefonu домашний телефон, ev şəraitində в домашних условиях 2) предназначенный для ношения дома. Ev paltarı домашнее платье, ev ayaqqabısı домашние туфли 3) относящийся к хозяйству семьи. Ev əşyaları предметы домашнего обихода 4) приготовленный дома. Ev xörəyi домашний обед, ev çörəyi домашний хлеб 5) связанный с домом, семьей, хозяйством. Ev işləri домашние дела, ev qayğıları домашние заботы 6) предназначенный для дома, выполняемый дома. Ev tapşırığı домашнее задание 7) прирученный, не дикий (о животных). Ev quşları домашные птицы, ev heyvanları домашние животные 2. домовый. зоол. Ev milçəyi домовая муха, ev siçanı домовая мышь; ev dəftəri домовая книга, ev adamı: 1) член семьи 2) близкий, часто бывающий у кого-л. дома; ev qulluqçusu домработница, ev sahibi хозяин дома; ev qurmaq обзаводиться, обзавестись домом; ev olmaq жениться, обзаводиться, обзавестись семьёй; evi tökmək производить уборку в доме; evdən çıxmaq: 1) покинуть дом 2) покинуть семью 3) выходить из дому; ev yıxmaq причинять, причинить зло, наносить, нанести вред кому-л.; evini yıxmaq kimin делать, сделать несчастным кого; evi yıxılmaq терпеть, потерпеть несчастье; evin yıxılsın! будь проклят!; evi yıxılmış (evi dağılmış) несчастный, обездоленный; evin tikilsin! возглас, выражающий укор, упрек; evdə xoruz, çöldə fərə молодец против овец, а около молодца сам овца; evin sirrini bayıra çıxartmaq выносить сор из избы; evi başına götürmək громко кричать на весь дом (говорить, смеяться, плакать и т.п.); evdə bişməyib, qonşudan gəlməyib дома не варили, соседи не дарили (представления не имеет о чем-л.), qarıyıb evdə qalmaq оставаться, остаться в девках; evdən gəlmək принести подношение; evdən iraq! не приведи Господь кому-л., другому! (при рассказе о каком-л. несчастье); evdən qaçaq düşmək отбиться от дома; ev bizim, sirr bizim между нами (о тайне, секрете); evin abadan! мир этому дому, счастье этому дому! (выражение пожелания счастья)

    Azərbaycanca-rusca lüğət / ev

ev sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. home; house; ~ə getmək to go* home; ~də olmaq to be* at home; uşaq ~i children’s home; qocalar ~i old people’s home; ~ üçün darıxmaq to be* homesick; ◊ ~ tökmək (yığışdırmaq) to tidy / to do* up a house; ◊ ~ yıxmaq to make* smb. unhap py / miserable; ◊ ~i yıxılmaq to become* unhappy; to die; Əvvəl evin içi, sonra çölü at. söz. ≅ Charity begins at home II. s. home (attr.), house (attr.), domestic; ~ ünvanı home address; ~ telefonu home (telephone) number; ~ xərcləri household expenses; ~ tapşırığı homework; ◊ ~ dustağı olmaq to be* under house arrest; ~ heyvanları domestic animals; ~ işləri domestic service; domestic affairs

    Azərbaycanca-ingiliscə lüğət / ev

ev sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. maison f, bâtiment m, immeuble m, foyer m ; ~ə getmək aller vi (ê) à la maison ; ~də olmaq être à la maison ; uşaq ~i la maison d’enfants, orphelinat m ; qocalar ~i la maison des retraités ; ~ üçün darıxmaq avoir de la nostalgie ◊ ~ tökmək (yığışdırmaq) faire le ménage, faire la chambre ◊ ~ yıxmaq causer un malheur à qn, causer préjudice, causer des dommages à qn, faire du tort ◊ ~i yıxılmaq être ruiné,-e, avoir du malheur, être dans le malheur ; Əvvəl evin içi, sonra çölü ata. söz. la peau est plus proche que la chemise ; 2) sif. domestique, de famille ; ~ ünvanı adresse f du domicile ; ~ telefonu téléphone m à domicile ; ~ xərcləri dépenses f pl du ménage, dépense de la maison ; ~ tapşırığı le devoir (les exercices) à domicile ◊ ~ dustağı olmaq garder la maison ; ~ heyvanları les animaux domestiques ; ~ işləri le ménage

    Azərbaycanca-fransızca lüğət / ev

ev sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кӀвал; üçmərtəbəli ev пуд гьавадин кӀвал; evi süpürmək кӀвал шуткун; // кӀвалин; ev işləri кӀвалин крар; ev quşları кӀвалин къушар (мес. верчер, къазар ва мс.); ev heyvanları кӀвалин гьайванар (мес. кал, хеб, цӀегь ва мс.); ev çörəyi кӀвалин фу; ev paltarı кӀвалин пекер; 2. инсанри ял ягъун, тедбирар тухун, къугъун ва мс. макьсаддалди эцигнавай чка; körpələr evi аялрин кӀвал, ясли; veteranlar evi ветеранрин кӀвал; mədəniyyət evi медениятдин кӀвал; 3. хзан, килфет, аялар манада; evin qayğısına qalmaq кӀвалин къайгъуда амукьун; // ev açmaq (qurmaq) кӀвал авун, чарадаказ хзан туькӀуьрун; ev adamı а) кӀвалинди, кӀвалинви, хзандикай гьар сад ва я хзандиз мукьва кас; б) куьгьн. эвфемизмдин рекьелди гъуьлуь вичин папан тӀвар кьун тавун патал вичин папаз лугьудай тӀвар; ev arvadı (qadını) кӀвалин паб (дишегьли), санани кӀвалах тийиз, кӀвалин крарал машгъул тир дишегьли, кайвани; ev qulluqçusu кӀвалин къуллугъчи, пулуналди масадаз кӀвалин крар ийидай дишегьли (руш); ev olmaq, ev yiyəsi olmaq кӀвал хьун, кӀвалин-къан иеси хьун, хзан туькӀуьрун, кӀвал-югъ хьун, эвленмиш хьун; ev sahibi, ev yiyəsi кӀвалин иеси (сагьиб), кӀвалин (хзандин) чӀехиди; ev tökmək кӀвал къакъажун, кӀвалин гьар са пад шуткун, михьун; ** ev bizim, sirr bizim чинеба хуьн лазим тир гаф ва я са кардин гьакъинда; ev yıxmaq кӀвал чӀурун, садаз писвал авун, бедбахт авун; evdə qalmaq кӀвале амукьун, гъуьлуьз тефена аламукьун (руш); evdən (ev-eşikdən) uzaq, evlərdən iraq! кӀваливай (кӀваливай-къавай) яргъаз! чавай яргъаз! (кьиникьикай ва я лап са пис кардикай рахадамаз лугьудай ибара); evdən gəlmək кӀваляй атун, гъиле затӀ аваз атун, гъил ацӀана атун, пай гъун; evi abad, evin abadan! кӀвал къени хьайиди, ви кӀвал къени хьуй! (хъсанвилиз, гьуьрметдиз къарши алхиш ийидай гаф); evi bərbad (viran) olmaq кӀвал кӀаняй акъатун, барбатӀ хьун (кил. evi yıxılmaq); evi yıxılmaq, evi bərbad olmaq кӀвал чӀур хьун, кӀвалин юкь аватун, кьилел са бала атун, сед хьун, гуч хьун, бедбахт хьун; evin tikilsin! кӀвал къени хьайиди! ви кӀвал къени хьуй! (алхиш, тариф, гагь-гагь наразивал къалурдай ибара); evin(i) yıxmaq кӀвал чӀурун, пис рекьиз чӀугун, хаталу са кардиз желб авун, бедбахт авун; öz evini yıxmaq вичи-вичин кӀвал чӀурун, игьтиятсузвиляй вичи-вич баладик кутун, кӀеве ттун, бедбахт авун.

    Azərbaycanca-ləzgicə lüğəti / ev

ev sözünün türk dilinə tərcüməsi

"ev" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ev nədir? #ev sözünün mənası #ev nə deməkdir? #ev sözünün izahı #ev sözünün yazılışı #ev necə yazılır? #ev sözünün düzgün yazılışı #ev leksik mənası #ev sözünün sinonimi #ev sözünün yaxın mənalı sözlər #ev sözünün əks mənası #ev sözünün etimologiyası #ev sözünün orfoqrafiyası #ev rusca #ev inglisça #ev fransızca #ev sözünün istifadəsi #sözlük