* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama. [Yusif:] Əfvinlə sevinməz könül, əfsus; Zalım yenə zalımdır. H.Cavid. Şəfiqənin gülüşündə kin yox idi, bu gülüş bəlkə də əfv idi. Ə.Məmmədxanlı. □ Əfv edərsiniz, əfv ediniz – bağışlayın, üzr istəyirəm. [Yaşlı kişi:] – Əfv edərsiniz, – dedim, – mən nabələd adamam, nəzirim nə qədər olacaq? S.Hüseyn; // bəzən nəzakətli etiraz yerində. Əfv edərsiniz, məsələ elə deyil. Əfv etmək – 1) günahından keçmək, təqsirini bağışlamaq. Sənin təqsirini əfv etmək olmaz. – Mehriban Zeynalı əfv etmək istəyirdi. Onu yenə sevə bilərdi. S.Hüseyn. Mən rica edirəm ki, bu dəfəlik bəy əfv eləsin. H.Nəzərli. Əfv etdim hər şeyi, əfv etdim sənə; O soyuq sözləri, o gülüşləri. R.Rza; 2) üzrlü saymaq. Məni əfv edin, sizi yola sala bilməyəcəyəm. Gecikdiyim üçün məni əfv edin. Əfv olunmaq – günahından, təqsirindən keçilmək, təqsiri bağışlanmaq. [Həsən:] İndi bəlkə əfv oluna biləsən. H.Nəzərli.
Azərbaycan dilinin izahlı lüğəti / əfv2 ə. bağışlama, güzəşt etmə, günahından keçmə. Əfvi-ümumi amnistiya.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əfv1 сущ. прощение (милость к провинившемуся, снисходительность к вине; помилование); əfv edin, əfv ediniz помилуйте! простите!; əfv etmək: 1. прощать, простить, проявлять, проявить снисходительность; 2. помиловать; 3. считать уважительным; əfv olunmaq прощаться, быть прощённым
Azərbaycanca-rusca lüğət / əfv1 I. i. pardon, forgiveness; ~ etmək to pardon (d.), to forgive* (d.); ~ olunmaq to be* pardoned; to obtain mercy; ~ istəmək to appeal for pardon; Əfv edin(iz)! Pardon me! II. s.: ~ ərizəsi appeal for pardon; ~ hüququ the right of appeal
Azərbaycanca-ingiliscə lüğət / əfv1 [ər.] сущ. афв, гъил къачун (тахсирдилай, гунагьдилай); // əfv etmək афв авун, афа авун (рах.), гунагьдилай (тахсирдилай) гъил къачун.
Azərbaycanca-ləzgicə lüğəti / əfv