* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Rəngi sarı, başı üçbucaq şəklində iri zəhərli ilan. [Rizvan] qapının birindən daxil olan əfi ilanlara düçar olur. Ə.Haqverdiyev. Axırda çalar canını, bir əfi ilandır; Əfisə çalandır. M.Ə.Sabir. 2. məc. Mənhus, xain, məkrli. Əfi bir ilan kimi şübhə girir araya! N.Rəfibəyli. // Bədxasiyyət, qəlbiqara, diliacı, başqasını sancan adam haqqında. □ Əfi ilana dönmək, əfi ilan kimi fısıldamaq – son dərəcə qəzəblənmək, qeyzlənmək. Onlar öz acı həyat təcrübələrindən bilirdilər ki, səfər üstündə Zərrintac xanım necə bir əfi ilana dönür. S.Rəhimov. Rəhim bəy hirsindən əfi ilan kimi fısıldadı. M.Hüseyn. 3. məc. Klassik şeirdə: gözəlin qıvrım saçları bu ilana təşbeh edilir. Əfi kimi daim zülfi-müsəlsəl; Qıvrım-qıvrım olub yatar yanında. Q.Zakir. Hərdən götür üzdən, gözəlim, əfiyi-zülfün. Ə.Vahid. □ Əfi baxışlı klas. – ehtiraslı, cazibəli baxışlı. Yenə səni gördüm, bağrım oxlandı; Ey əfi baxışlı, havalı sərxoş. M.P.Vaqif.
Azərbaycan dilinin izahlı lüğəti / əfi2 ƏF’İ ə. zəhərli ilan // dişi ilan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əfi2 сущ. ядовитая змея; əfi ilan змея подколодная, əfi ilan kimi как ядовитая змея ◊ əfi ilana dönmək распустить свои жала, жалить как змея
Azərbaycanca-rusca lüğət / əfi1 i. 1. venomous snake; 2. məc. (diliacı adam) venomous / biting tongue; ◊ ~ ilana dönmək to get* very angry, to be* infuriated, to fly* into a rage
Azərbaycanca-ingiliscə lüğət / əfi1 [ər.] сущ. 1. удав (хъипи ранг алай, пудпипӀен кьил квай, гзаф чӀехи зегьерлу гъуьлягъ); 2. пер. хаин, микри; рикӀе буьъуьяр авай, туькьуьл мез авай, пис къилихдин, инсанар агъуламишдай касдин гьакъинда; // əfi ilana dönmək, əfi ilan kimi fısıldamaq агъу квай гьуьлягъ хьиз хьун, лап пис хъел атун; 3. клас. шиирра: гуьзелдин бурма чӀарариз тешпигь; // əfi baxışlı шеври килигунар авай, шеври.
Azərbaycanca-ləzgicə lüğəti / əfi