Əlfi sözü azərbaycan dilində

Əlfi

Yazılış

  • Əlfi • 83.7209%
  • əlfi • 16.2791%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlfi Qasımov
Qasımov Əlfi Səhlik oğlu (5 yanvar 1927, Poladlı, Ağdam rayonu – 12 mart 1985, Bakı) — yazıçı, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1956). Əlfi Qasımov 1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. O, Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdir. Əlfi Qasımov 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş və 1951-ci ildə həmin universitetdə təhsilini başa vurmuşdur. Əlfi Qasımov 1951-1958-ci illərdə "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir. Daha sonra 1958-1966-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib vəzifəsini icra etmişdir. O, 1966-1983-cü illərdə Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində çalışmışdır. Əlfi Qasımov 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləyib. Azərbaycan Dövlət Televiziyasında "Kitablar aləmi" verilişinin aparıcısı olub.
İlqar Əlfioğlu
İlqar Əlfioğlu (tam adı: Qasımov İlqar Əlfi oğlu; 26 mart 1955, Bakı) — Azərbaycanlı jurnalist, yazıçı, teleaparıcı, tərcüməçi. Azərbaycan Televiziyası tarixində ilk tok-şoulardan biri olan Dalğa verilişinin müəllifi və aparıcısı olub. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin redaktoru İlqar Əlfioğlu 26 mart 1955-ci ildə Bakı şəhərində anadan olub. Yazıçı Əlfi Qasımovun oğludur. 1961-ci ilə kimi Bakıda, "Həmşəri palanı" küçəsində yaşayıb. Orta təhsilini 1972-ci ildə Bakı şəhərində yerləşən 190 nömrəli məktəbdə tamamlamışdır. Ardınca Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. 1978-ci ildən başlayaraq Azərbaycan Dövlət Televeziyasında və müxtəlif redaksiyalarda işləyib. 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri təyin edilib. Yazıçı Əlfi Qasımovun ailəsində anadan olub.
Əlfir Mannapov
Əlfir Mannapov (başq. Маннапов Әлфир Ғабдулла улы; 24 fevral 1954, Buzdək rayonu, Başqırd MSSR) — Rus və başqırd bioloq. Biologiya elmləri doktoru (1999), professor (1999). 2010-cu ildən etibarən K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında Balıqçılıq və Arıçılıq şöbəsinin müdiridir, 2006–2010-cu illərdə eyni yerdə arıçılıq şöbəsinin müdiri və 1991–96, 2000–2006-cı illərdə Başqırd Dövlət Aqrar Universitetinin Arıçılıq kafedrasının müdiri. Rusiya Federasiyasının Ali Peşə Təhsilinin Fəxri İşçisi (2013). Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2003). Kənddə anadan olub. BASSR-in Buzdək rayonunun Köhnə Boqadı. Başqırd Kənd Təsərrüfatı İnstitutunun (indiki Başqırdıstan Dövlət Aqrar Universiteti zoopark mühəndisliyi fakültəsini arıçılıq ixtisasını fərqlənmə diplomu ilə bitirib, sonra 1981-ci ilə qədər orada çalışır. 2000-ci ildən bəri Başqırdıstan Dövlət Aqrar Universitetində dissertasiya şurasının sədri olur.
Əlfiya Avzalova
Əlfiya Avzalova (tam adı: Əlfiya Avzalova, tatar. Әлфия Афзал кызы Авзалова; 15 yanvar 1933, Aktanış[d], Tatarıstan MSSR – 15 iyun 2017, Kazan) — tatar əsilli Sovet və Rusiya müğənnisi, Tatarıstan Muxtar Sovet Sosialist Respublikası əməkdar artisti və xalq artisti, RSFSR-in əməkdar artisti, Tatar Filarmoniyasının solisti və Tatarıstan Respublikasının Dövlət Mükafatı laureatı. Əlfiya Avzalova Tatarıstanın Aktanış rayonunda anadan olmuşdur. Anası vəfat etdikdən, ardınca is atası Böyük Vətən müharibəsində həlak olduqdan sonra yetim qalan Əlfiyanı xalası böyütmüşdür. 1957-ci ildə Tatar Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuş və Soltan Qabəşi, A.Klyuçarev, Mənsur Müzəffərov, Z.Həbibullinin və digər bir çox bəstəkarların əsərlərini ifa etmişdir. Onun repertuarına qədim və müasir folklor mahnılar daxil idi. Əlfiya Raisa Volkova ilə bir yerdə təhsil almış və sonralar Tatar Dövlət Filarmoniyasının bədii direktoru işləmişdir. Ansamblda bir il işlədikdən sonra Əlfiya Avzalova musiqi məktəbinə daxil olmuşdur. Sonralar filarmoniyanın bədii rəhbərliyinin tövsiyəsi ilə Əlfiya Avzalova özünün konsert qrupunu yaratmışdı: qrup tərkibində Kərim Qəbidullinin rəhbərliyi altında orqan, gitara, musiqili klaviatura və sintezatordan ibarət, həmçinin rəqs qrupunun da olduğu "Kazan utları" adlı ansambldan ibarət idi. Bu ansamblla birlikdə Əlfiya Avzalova Mərkəzi Asiya və Baltikyanı dövlətlərə qastrol səfərlərinə getmiş, həmçinin Moskva Leninqrad və Rusiyanın bir sıra şəhərlərində səhnə almışdı.

əlfi sözünün leksik mənası və izahı

"əlfi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlfi nədir? #əlfi sözünün mənası #əlfi nə deməkdir? #əlfi sözünün izahı #əlfi sözünün yazılışı #əlfi necə yazılır? #əlfi sözünün düzgün yazılışı #əlfi leksik mənası #əlfi sözünün sinonimi #əlfi sözünün yaxın mənalı sözlər #əlfi sözünün əks mənası #əlfi sözünün etimologiyası #əlfi sözünün orfoqrafiyası #əlfi rusca #əlfi inglisça #əlfi fransızca #əlfi sözünün istifadəsi #sözlük