evləri sözü azərbaycan dilində

evləri

Yazılış

  • evləri • 94.2962%
  • Evləri • 5.6767%
  • EVLƏRİ • 0.0271%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sağlamlıq evləri
Sağlamlıq evləri və ya Dar-üş-şəfa — Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" - çağdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi. Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-dən artıq nümayəndəsi çalışırdı. Onlar buraya Hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və dikər dövlətlərdən gəlmişdilər. Burada həmçinin 6000-ə qədər tələbə də təhsil alırdı. Elə oradaca göstərilir ki, Təbrizdə kitabxanalar və müxtəlif elmi idarələr təşkil olunmuşdu. Burada səhiyyənin təşkilində həlledici rolu həkim-alim Mahmud ibn-İlyasın elmi istedadı və təşkilatçılıq bacarığı oynamışdı. Təsadüfi deyil ki, Rəşidəddin Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı. Yaxın Şərqdə ilk "Sağlamlıq evi" hələ çox-çox qabaq İbn Sinanın təşəbbüsü ilə yaradılmışdı.
Tulay evləri
Fucyen tulouları (Çincə:福建土樓|福建土楼|Fújiàn Tǔlóu) — Çində XII və XX əsrlərdə inşa edilən yaşayış yerləri. Tulay evləri 46 evdən ibarətdir. Çinin Fuji bölgəsinin 120 km-də yerləşir. Hər birinin içində 800 adam yaşaya biləcək şəkildə tikilmişdir. Bütün bir qəbiləni içində saxlaya bilən bu evlər sanki kiçik şəhəri xatırladır.
İş evləri
İş evləri — yoxsullara yeganə kömək forması XVII əsrdə İngiltərədə yaradılmışdı. 1834-cü ildə qəbul edilmiş "Yoxsullar haqqında qanun"a görə iş evləri yoxsullara yeganə kömək formasına çevrilmişdi; iş evlərində həbsxana – katorqa rejimi hökm sürürdü və xalq arsında "yoxsullar üçün bastiliyalar" adlandırılmışdı.
Xanadu Evləri
Xanadu Evləri — Bunlar ABŞ-da tikilmiş, gələcəyin evləri adlanan şüşə üzlü eksperimental evlərdir, içərisində kompüterlər və avtomatlaşdırma sistemləri var. Xanadu evlərinin tikintisinə 1979-cu ildə başlanılmışdı və 1980-ci illərin ilk aylarına qədər artıq ABŞ-ın müxtəlif şəhərlərində üç Xanadu Evi tikilmişdi. Evlərin tikintisində betona üstünlük verilmişdir. Evlər erqonomik dizayna malikdir, yəni ev avtomatlaşdırma sistemi ilə özlərini idarə etmək imkanına malikdirlər. Kissimme şəhərində yerləşən Xanadu evi memar Roy Meyson tərəfindən layihələndirilib, bu ev dizaynı və xüsusiyyətləri ilə böyük populyarlıq qazanıb. Hər gün təxminən 1000 ziyarətçisi olur. 1990-cı illərin əvvəllərində Viskonsin Dels və Qatlinburq şəhərlərindəki evlər bağlandı və sonradan söküldü. Kissimme Xanadu Evi 1996-cı ildə bağlanıb və 2005-ci ilin oktyabrında sökülüb. Xanadu Evləri ideyası ilə çıxış edən Bob Masters, evlərin yaradılmasında ilkin qabaqcıllardan biri idi. Xanadu evi yaradılmazdan əvvəl Masters evin tikintisində istifadə olunmaq üçün şişirdilmiş şarları dizayn edib yaratmışdı.
Uşaq evləri
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Xalq Evləri Cəmiyyəti
"Xalq evləri" cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-mədəni sahədə fəaliyyət göstərmiş klub tipli müəssisələr. Əsas məqsədi Bakı şəhərinin mədən-zavod rayonlarının əhalisi arasında mədəni-maarif işi aparmaq idi. Xalq evləri bir çox tədbirlərin mərkəzinə çevrilmişdi: burada savadartırma kurslarından tutmuş, universitet kurslarına qədər müxtəlif kurs məşğələləri keçirilir, kitabxana-qiraətxanalar təşkil edilir, teatr tamaşaları, konsertlər göstərilirdi. Qaraşəhərdəki xalq evi böyük mədəni-maarif işi aparılır, teatr tamaşaları təşkil edirdi. Mövsüm bağlandıqdan sonra dövlət teatrı öz fəaliyyətini burada davam etdirir və həftədə iki dəfə opera tamaşaları göstərirdi. Qaraşəhərdəki cəmiyyət nəzdində 1919-cu il mayın 1-də mədəni-maarif və musiqi-teatr bölmələri təşkil edilmişdi. İyulun 2-də isə Şamaxı xalq evi təsis edilmişdi. Xalq evlərinə xeyriyyə köməyi də göstərilirdi. Belə ki, "Uriot" xeyriyyə cəmiyyəti xalq evlərinə avadanlıq almması üçün vəsait ayırmışdı. Məhz bu yardım sayəsində orada kino zalı yaradılmış və filmlərin nümayiş etdirilməsinə başlanmışdı.
Evləri köndələn yar
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. == Məzmun == Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. == Film-Tamaşanın Heyəti == === Film-Tamaşanın üzərində İşləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Azərbaycan ənənəvi evləri
Azərbaycan ənənəvi evləri — azərbaycanlıların tarixən, ənənəvi üsulları istifadə edərək inşa etdikləri evlər. == Növləri == Qazma və ya pəyə evlər (Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində adlandırdıqları kimi) dağlıq bölgələrdə son dövrlərə qədər qalmışdır. Düzbucaqlı plana malikdir və tikilməsi rahatdır. Bu evlərin arxa və yan divarları qazma nəticəsində torpaqdan ibarət olur, qabaq tərəfi ilə daş hörgü ilə bağlanır. Tavan dirəklər vasitəsilə düzəldilir. Bağ mövsümündə Nügədi, Rustov, Çiçi, Səbətlər kimi meyvəçiliyin böyük rol oynadığı kəndlərin əhalisi müvəqqəti olaraq bağa köçmək üçün belə evlər (qazma ev) tikərdilər. Pəyəbaşı tipli tikililər pəyə və qaradam evləri arasında aralıq növ təşkil edir, bir tavanın altında həm yaşayış evi, həm də mal-qara yerləşirdi. Azərbaycanlılar və digər qafqazlılar üçün qaradam evləri xarakterikdir. Müxtəlif regionlarda "öylük", "şeşə öylük", "pəyəbaşı" (Xanlar), "qara ev", "dörddirək ev", "xaçkərənli ev", "evdamı", "qış damı", "qış evi" (Naxçıvan), "evdamı" (Kəlbəcər), "dam" (Qubadlı), "çardaxlıdam", "beşikdam", "öydamı", "dam" (Borçalı) kimi tanınır. XVIII əsrdən XX əsrin əvvəllərinə qədər qaradam evləri əsasən Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisində, qismən Dağlıq Qarabağ və Naxçıvanda mövcud idi.
Evləri göydələn yar (film, 2010)
Evləri göydələn yar — 2010-cu ildə istehsal olunmuş Azərbaycan tammetrajlı bədii televiziya filmi. == Məzmun == == Film haqqında == Bu film tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan "Evləri köndələn yar" televiziya tamaşasındakı hadisələrin 28 ildən sonrakı davamını göstərir. Telman Adıgözəlovun son işidir.
Evləri köndələn yar (film, 1982)
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. == Məzmun == Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. == Film-Tamaşanın Heyəti == === Film-Tamaşanın üzərində İşləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Şimali Amerikanın yerli xalqlarının uzun evləri
Şimali Amerikanın yerli xalqlarının uzun evləri — Şimali Amerikanın müxtəlif yerlərində yerli Amerika və Birinci millətlər xalqları tərəfindən tikilmiş uzun evlər. Bəzən icma yığıncaqları üçün ayrıca uzun evlər tikilirdi. Şimali Amerikanın Sakit okean sahilinin şimal-qərbindəki yerli xalqlar da uzun ev forması tikmişdilər. Onlarınki odunlar və ya parçalanmış odun çərçivəsi ilə tikilmiş, parçalanmış odunlar və bəzən əlavə qabıq örtüyü ilə örtülmüşdür. Nəhəng tuya üstünlük verilən taxta idi. Varlılar fövqəladə böyük uzun evlər tikmişdilər. Suttles, Wayne P.; Lane, Barbara. South Coakjn // Sturtevant, William C. (redaktor). Handbook of North American Indians. 7.
Evlərinin önü yonca
"Evlərinin önü yonca" (yaxud "Ninnə yarım") – Kərkük türkmanlarının xalq mahnısı. == Tarixçəsi == 1958-ci ildə Bakı radiosunun yeni açılan ərəb şöbəsinə İraqdan Kərkük türkmanı olan Sinan Səid dəvət olunur. O, burada görkəmli ssenarist və yazıçı Nahid Hacızadə ilə birlikdə işləyir. Nahid Hacızadə xatirələrində qeyd edir:“Sinan Səidin evinə getmişdim. Sinan nəsə bişirir, eyni zamanda dodaqaltı şirin mahnılar oxuyurdu. Mahını eşitcək, Sinandan bir də oxumasını xahiş etdim. Mahnı çox xoşuma gəldi və Sinana təklif etdim ki, bunu lentə yazdırsın, lakin qəbul etmədi. Dedi ki, “bunu Bağdadda, Kərkükdə elə oxuyurlar ki, eşitsən, mənim oxumağım gülünc gələr”. Uzun xahişdən sonra onu razı sala bildim, amma bir qadınla duet oxuyacağını dedi. Ona bir neçə görkəmli sənətkarımızı dinlətsək də, onun qərarı Nərminə Məmmədova oldu.”Sinan Səid Nərminə Məmmədova ilə bir neçə Kərkük türküsü oxudu və onları “Kərkük-İraq mahnıları” adı ilə verdilər.
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı (土石流被災家屋保存公園, Dosekiryu Hisay Kaoku Hozen Koen) – Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır. Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır. == Xüsusiyyətlər == Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə). Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür. Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir. Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır.

"evləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#evləri nədir? #evləri sözünün mənası #evləri nə deməkdir? #evləri sözünün izahı #evləri sözünün yazılışı #evləri necə yazılır? #evləri sözünün düzgün yazılışı #evləri leksik mənası #evləri sözünün sinonimi #evləri sözünün yaxın mənalı sözlər #evləri sözünün əks mənası #evləri sözünün etimologiyası #evləri sözünün orfoqrafiyası #evləri rusca #evləri inglisça #evləri fransızca #evləri sözünün istifadəsi #sözlük