evlər sözü azərbaycan dilində

evlər

Yazılış

  • evlər • 96.3936%
  • Evlər • 3.5720%
  • EVLƏR • 0.0343%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağıllı evlər
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Auversdəki evlər (rəsm əsəri)
Auversdəki evlər — Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Parisin şimal-qərbindəki Auvers-sur-Oise qəsəbəsinə köçdükdən qısa müddət sonra, 1890-cı ilin may ayının sonu və ya iyunun əvvəlində çəkilmişdir. Buraya köçməsinin səbəbi Saint-Remidəki sıxıntılar və monoton həyat tərzi olmuşdur. Saint-Remidəki son iki ayda yaddaşına canlanan görüntüləri kətan üzərinə köçürmüşdür. Hollandiyalı kökündən bəhs edərək bu şəkilləri "Şimalın xatirələri" adlandırdı. Rəsmlərində olan bu şimala doğru səyahət Auversdə də davam etdi. Buna misal olaraq Auversdəki F789 kilsəsini göstərmək olar. Lakin Nuenendə yaşadığı kəndli həyatına burada davam etmədi. Auversdəki evlərin rənglənməsi müxtəlif sosial sinifləri nəzərə almağa kömək etdi.
Evləri göydələn yar (film, 2010)
Evləri göydələn yar — 2010-cu ildə istehsal olunmuş Azərbaycan tammetrajlı bədii televiziya filmi. == Məzmun == == Film haqqında == Bu film tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan "Evləri köndələn yar" televiziya tamaşasındakı hadisələrin 28 ildən sonrakı davamını göstərir. Telman Adıgözəlovun son işidir.
Evləri köndələn yar (film, 1982)
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. == Məzmun == Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. == Film-Tamaşanın Heyəti == === Film-Tamaşanın üzərində İşləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Evlərinin önü yonca
"Evlərinin önü yonca" (yaxud "Ninnə yarım") – Kərkük türkmanlarının xalq mahnısı. == Tarixçəsi == 1958-ci ildə Bakı radiosunun yeni açılan ərəb şöbəsinə İraqdan Kərkük türkmanı olan Sinan Səid dəvət olunur. O, burada görkəmli ssenarist və yazıçı Nahid Hacızadə ilə birlikdə işləyir. Nahid Hacızadə xatirələrində qeyd edir:“Sinan Səidin evinə getmişdim. Sinan nəsə bişirir, eyni zamanda dodaqaltı şirin mahnılar oxuyurdu. Mahını eşitcək, Sinandan bir də oxumasını xahiş etdim. Mahnı çox xoşuma gəldi və Sinana təklif etdim ki, bunu lentə yazdırsın, lakin qəbul etmədi. Dedi ki, “bunu Bağdadda, Kərkükdə elə oxuyurlar ki, eşitsən, mənim oxumağım gülünc gələr”. Uzun xahişdən sonra onu razı sala bildim, amma bir qadınla duet oxuyacağını dedi. Ona bir neçə görkəmli sənətkarımızı dinlətsək də, onun qərarı Nərminə Məmmədova oldu.”Sinan Səid Nərminə Məmmədova ilə bir neçə Kərkük türküsü oxudu və onları “Kərkük-İraq mahnıları” adı ilə verdilər.
Sağlamlıq evləri
Sağlamlıq evləri və ya Dar-üş-şəfa — Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" - çağdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi. Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-dən artıq nümayəndəsi çalışırdı. Onlar buraya Hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və dikər dövlətlərdən gəlmişdilər. Burada həmçinin 6000-ə qədər tələbə də təhsil alırdı. Elə oradaca göstərilir ki, Təbrizdə kitabxanalar və müxtəlif elmi idarələr təşkil olunmuşdu. Burada səhiyyənin təşkilində həlledici rolu həkim-alim Mahmud ibn-İlyasın elmi istedadı və təşkilatçılıq bacarığı oynamışdı. Təsadüfi deyil ki, Rəşidəddin Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı. Yaxın Şərqdə ilk "Sağlamlıq evi" hələ çox-çox qabaq İbn Sinanın təşəbbüsü ilə yaradılmışdı.
Tulay evləri
Fucyen tulouları (Çincə:福建土樓|福建土楼|Fújiàn Tǔlóu) — Çində XII və XX əsrlərdə inşa edilən yaşayış yerləri. Tulay evləri 46 evdən ibarətdir. Çinin Fuji bölgəsinin 120 km-də yerləşir. Hər birinin içində 800 adam yaşaya biləcək şəkildə tikilmişdir. Bütün bir qəbiləni içində saxlaya bilən bu evlər sanki kiçik şəhəri xatırladır.
Xalq Evləri Cəmiyyəti
"Xalq evləri" cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-mədəni sahədə fəaliyyət göstərmiş klub tipli müəssisələr. Əsas məqsədi Bakı şəhərinin mədən-zavod rayonlarının əhalisi arasında mədəni-maarif işi aparmaq idi. Xalq evləri bir çox tədbirlərin mərkəzinə çevrilmişdi: burada savadartırma kurslarından tutmuş, universitet kurslarına qədər müxtəlif kurs məşğələləri keçirilir, kitabxana-qiraətxanalar təşkil edilir, teatr tamaşaları, konsertlər göstərilirdi. == Fəaliyyəti == Qaraşəhərdəki xalq evi böyük mədəni-maarif işi aparılır, teatr tamaşaları təşkil edirdi. Mövsüm bağlandıqdan sonra dövlət teatrı öz fəaliyyətini burada davam etdirir və həftədə iki dəfə opera tamaşaları göstərirdi. Qaraşəhərdəki cəmiyyət nəzdində 1919-cu il mayın 1-də mədəni-maarif və musiqi-teatr bölmələri təşkil edilmişdi. İyulun 2-də isə Şamaxı xalq evi təsis edilmişdi. Xalq evlərinə xeyriyyə köməyi də göstərilirdi. Belə ki, "Uriot" xeyriyyə cəmiyyəti xalq evlərinə avadanlıq almması üçün vəsait ayırmışdı. Məhz bu yardım sayəsində orada kino zalı yaradılmış və filmlərin nümayiş etdirilməsinə başlanmışdı.
İş evləri
İş evləri — yoxsullara yeganə kömək forması XVII əsrdə İngiltərədə yaradılmışdı. 1834-cü ildə qəbul edilmiş "Yoxsullar haqqında qanun"a görə iş evləri yoxsullara yeganə kömək formasına çevrilmişdi; iş evlərində həbsxana – katorqa rejimi hökm sürürdü və xalq arsında "yoxsullar üçün bastiliyalar" adlandırılmışdı.
Evləri köndələn yar
Evləri köndələn yar — Azərbaycan istehsalı komediya tipli film-tamaşa. 1982-ci ildə çəkilmişdir. Ssenari müəllifi Anar, rejissorlar isə Ramiz Həsənoğlu və Tariyel Vəliyevdir. Bəstəkar kimi Emin Sabitoğlu iştirak etmişdir. == Məzmun == Film-tamaşada sevgililərin elçiliyinin səhv salınması nəticəsində hadisələr dolaşığa düşür. Əsərin dramaturji ziddiyyətini nişan, toy kimi el adətlərinə müxtəlif münasibətlər təşkil etsə də tamaşada hadisələrin deyil, personajların ziddiyyətləri ön plana çəkilir. == Film-Tamaşanın Heyəti == === Film-Tamaşanın üzərində İşləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator : Eldar Məmmədov Bəstəkar : Emin Sabitoğlu Mahnıların Mətni : Vaqif Səmədoğlu Operator : Süleyman Süleymanov, Əlövsət Aslanov, Vahid Babayev Quruluşçu rəssam : Rəfael Əsədov Rəssam : Azər Cəbrayılov Qrim rəssamı : Aslan Qafarov Səs rejissoru : Fikrət Ağazadə, Hətəm Əmiraslanov, Rauf Haşımov, Lazar Çernomordikov Rejissor assistenti : Tofiq Zeynalov, Adil Bünyadov Redaktor : Həbibə Məmmədxanlı Videomühəndis : Rəhim Dərafərin, Fazil Əlişov, Bəxtiyar Həsənov, Eldar Mirbağırov Mahnıları İfa edir : Flora Kərimova, Hicran Mehbalıyeva, Xədicə Abbasova, Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri, İlham Namiq Kamal(sonuncu 3 şəxs titrlərdə yoxdur). Janr-komediya.
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı (土石流被災家屋保存公園, Dosekiryu Hisay Kaoku Hozen Koen) – Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır.Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır. == Xüsusiyyətlər == Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə). Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür. Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir. Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır. Parkın ümumi sahəsi 6187,44 m2, çadır strukturunun sahəsi isə 1207,27 m2 təşkil edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 21.45 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 37.69
2003 •••••••••••••• 24.80
2004 •••••••• 13.48
2005 •••••••••••• 20.92
2006 •••••• 10.81
2007 •••••• 10.99
2008 •••••• 11.21
2009 ••••••• 11.36
2010 ••••••••••••••••••• 34.04
2011 ••••••••••• 19.73
2012 ••••••••••••••••• 30.20
2013 ••••••••••••••• 27.42
2014 •••••••••••• 22.14
2015 •••••• 9.70
2016 ••••••••••• 20.65
2017 •••••••••• 18.70
2018 •••••••••••• 22.32
2019 ••••••••••••••••• 31.71
2020 ••••••••• 15.91

"evlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#evlər nədir? #evlər sözünün mənası #evlər nə deməkdir? #evlər sözünün izahı #evlər sözünün yazılışı #evlər necə yazılır? #evlər sözünün düzgün yazılışı #evlər leksik mənası #evlər sözünün sinonimi #evlər sözünün yaxın mənalı sözlər #evlər sözünün əks mənası #evlər sözünün etimologiyası #evlər sözünün orfoqrafiyası #evlər rusca #evlər inglisça #evlər fransızca #evlər sözünün istifadəsi #sözlük