Divlər sözü azərbaycan dilində

Divlər

Yazılış

  • Divlər • 48.8889%
  • divlər • 46.6667%
  • Dİvlər • 4.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Divlər
Div — Azərbaycan nağıllarının personajlarından biri. Avestadakı cinayətkar obrazından yaradılmışdır. Yarım heyvan, yarım insan nəhəng, azman əfsanəvi varlıqdır. Nağıllarda divin növləri də var: Ağ Div, Qara Div, Zili div və s. == Mənşəyi və xüsusiyyətləri == Div obrazı atəşpərəstlərin müqəddəs kitabı olan Avestanın 'Vi Dayevo Datom' ve ya 'Vidivdad' , 'Vendidat' adlanan (tərcüməsi 'Divlərə qarşı qanun') fəslindəki cinayətkar təsvirindən yaranmışdır. Kitaba görə cinayətkarlar dinindən dönənlər və dini ayinlərə riayət etmədiklərinə görə ictimai-təhlükəli əməllərə əl alanlardır. Nağıllardakı divlər nağıllarda insanları yeyir, böyük qulaqlı, böyük dişli, böyük ağızlı dəyişik növləri vardır. Böyük qulaqlı nəhənglər yer altında yaşayırlar. Bəzən alt dodağı yerdə, üst dodağı göydə bir zənci olaraq görünürlər. Əlində çox vaxt heyvan başlı bir çubuğu və ya toppuzu tapılar.
Divlər (Rasim Babayev)
Divlər — Azərbaycan rəssamı Rasim Babayev tərəfindən 1970–2000-ci illərdə yaradılmış əsərlər seriyası. Seriyanın əsas xüsusiyyəti Azərbaycan mifologiyasından olan div personajının alleqorik qüvvə kimi müxtəlif mövzulara həsr edilmiş tabloların qəhrəmanı kimi istifadə edilməsidir. Seriyanın ilk əsəri olan "Ekstremistlər marşı" tablosu 1970-ci illərdə ərsəyə gətirilib. Seriyaya "Adəm-Həvva və divlər", "Div və qadın", "Div və kalliqrafiya", "Div yuxusu", "Hirsli div", "Piyalə ilə div", "Oynayan div", "Cəhənnəmdə div", "Qəlyan çəkən div", "Təəccüblənmiş div", "Fikirli div" və sair əsərlər daxildir. == Tarixi və analizi == Rəssamın dünyagörüşünün formalaşmasında və yaradıcılıq dünyasının püxtələşməsində təbii ki, Azərbaycan folklorunun — nağıl və dastanların, onların dərin fəlsəfi mahiyyətinin, milli-mənəvi dəyərlərin və milli etnoqrafik xüsusiyyətlərimizin böyük təsiri olub. Onun yaradıcılığında iki qüvvənin — xeyirlə şərin, işıqla zülmətin mübarizəsi təsvir olunub. 70-ci illərdən etibarən xeyir və şər anlamları rəssamın əsas mənəvi meyarına çevrilərək öz bədii təcəssümünü onun yaradıcılığında tapır. Erkən mərhələdə bu obrazlar əksər halda Sovet sisteminin, sovet ideologiyasının kabusları mənasında rəssamın əsərlərinə yol açırlar. Bu dövrü xatırlayan rəssamın deyir: "Mənim divlərim həmin dövrdə Sovet totalitar sisteminin qorxunc və dəhşətli obrazlarını simvolizə edirdi." Seriyanın ilk əsəri olan "Ekstremistlər marşı" tablosunda "Xeyir və şər" kontekstindən bəhrələnən və əsərin əsas personajlarını təşkil edən ekstermist obrazları stilizə edilərək, insan qiyafəsindən çıxmış və zombi halına düşərək sıra ilə addımlayan qara və şər qüvvələri təmsil edirlər. Burada ilk dəfə olaraq, rəssam öz etik şkalasından çıxış edərək, şər qüvvəsinin təmsilçilərini insanlıqdan kənar olan nəhəng mutantlar obrazında canlandırır.
Divlər sarayı (film, 1968)
== Məzmun == Elmi-kütləvi filmdə Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş Azıx mağaralarından bəhs olunur. Bu mağaralar öz böyüklüyünə və tarixi əhəmiyyətinə görə dünyada üçüncü, sabiq SSRİ-də isə birinci böyük mağaradır. Arxeoloji qazıntılar zamanı tapılmış nadir əşyalar və insan sümükləri 500-600 min il bundan qabaq həmin mağaralarda qədim insanların yaşadığını bir daha sübut edir. Əsrlərdən yadigar qalmış bu təbii mağaralar müasir və gələcək nəsillərə hələ çox sirr açacaqdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Musa Bağırov Ssenari müəllifi: Məmmədəli Hüseynov, Fəraməz Səfiyev Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

"divlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#divlər nədir? #divlər sözünün mənası #divlər nə deməkdir? #divlər sözünün izahı #divlər sözünün yazılışı #divlər necə yazılır? #divlər sözünün düzgün yazılışı #divlər leksik mənası #divlər sözünün sinonimi #divlər sözünün yaxın mənalı sözlər #divlər sözünün əks mənası #divlər sözünün etimologiyası #divlər sözünün orfoqrafiyası #divlər rusca #divlər inglisça #divlər fransızca #divlər sözünün istifadəsi #sözlük