AV sözü azərbaycan dilində

AV

Yazılış

  • AV • 41.3793%
  • Av • 30.1724%
  • av • 26.7241%
  • aV • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
AV
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
Gəncə Avtomobil Zavodu
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
Gəncə aviabazası
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Hacı Baba Avşar
Mirzə Hacı Baba Avşar (fars. افشار، حاجی بابا‎) — öz ölkəsində müasir Avropa tibbini tətbiq edən ilk iranlı həkim. O, Qacar vəliəhdi Abbas Mirzə və onun oğlu Məhəmməd şah Qacarın (1834–1848) sarayında baş həkim idi. "Hacı Baba" adətən uşağa babasının və ya ulu babasının adının qeyd edilməsi və yad edilməsi zamanı verilən ad olduğundan onun əsl adı məlum deyil. O, 1811-ci ildə bir neçə nəfər ilə birlikdə vəliəhd şahzadənin hesabına və ser Harford Cons-Bridcesin nəzarəti altında İngiltərəyə tibb və kimya üzrə təhsil almağa göndərilib. İngiltərədə səkkiz il qalsa da, diplom ala bilməyib. Qayıdandan sonra o, Məhəmməd şah Qacarın yanında saray həkimi kimi çalışıb. Hacı Baba Avşar təxminən 1842 və ya 1843-cü ildə vəfat etmişdir. Onun Mirzə Məhəmməd Mustavfi və Mirzə Əli adlı iki oğlu var idi. Rusiyada mədən mühəndisi olan Cəfərqulu Bəy adlı bir qardaşı da var idi.
Hacı Ərdəşir xan Qasımlı-Avşar
Hacı Ərdəşir xan Yusif xan oğlu Qasımlı-Avşar (?-?)—İran briqada generalı. == Həyatı == Ərdəşir xan Yusif xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Xüsusi təhsil almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ərdəşir xan hərbçi idi. Sərtip (briqada generalı) rütbəsi daşıyırdı. == Ailəsi == Hacı Ərdəşir xan İqbalüddövlə İmamqulu xanın qızı ilə ailə qurmuşdu. Cəmşid xan adlı oğlu vardı. Cəlal xan Avşar-Hacı Ərdəşir xanın nəvəsidir. Məsturə Avşar-Hacı Ərdəşir xanın nəvəsidir.
Hendrik Averkamp
Hendrik Averkamp (27 yanvar 1585, Amsterdam, Hollandiya qraflığı – 15 may 1634) — əsasən yağlıboya qış mənzərəsi rəsm əsərləri və suluboya eskizləri ilə tanınmış holland rəssamı. == Həyatı == Hendrik Averkamp 27 yanvar 1585-ci ildə Amsterdamda, Nieuwe Kerkə (Yeni kilsə) yaxın yerdə anadan oldu, amma Oude Kerkdə (Qədim kilsə) xaş suyuna salındı. Ailəsi növbəti il Kampen şəhərinə yerləşdi. Atası bu şəhərdə əczaçı idi. Ana tərəfi elm adamları idi. Qardaşlarından biri həkim, biri isə həkim oldu. Avekamp lal idi və buna görə onu "Kampen lalı" adlandırırdılar. Averkamp Amsterdamda çox əhatəli "manerist" stildə tarixi hadisələrin rəsmlərini, portretlərini və eskizləri hazırlayan danimarka əsilli rəssam Pieter İsaksın (1569–1625) yanında işlədi, amm onun stilini əsərlərinə tədbiq etmədi. Holland rəsssam David Vinkbunsun (1576–1632) da yanında işləmişdir. XVII əsrlərdə portret çəkmələ məşhurlaşan holland rəssamların ilklərindən biri Hendrik Averkamp idi.
Henrix Avqust Qrisebax
Henrix Avqust Qrisebax (alm. Heinrich August Rudolf Grisebach‎; 17 aprel 1814[…], Hannover – 9 may 1879, Göttingen) — Almaniya botaniki. == Şərəfinə adlandırılmış takson == Grisebachianthus R.M.King & H.Rob. == Əsərləri == alm. Grisebach A. Über den Einfluß des Klimas auf die Begrenzung der natürlichen Floren // Linnaea. 1838. Bd 12. S. 159–200‎ lat. Grisebach A. Genera et Species Gentianearum observationibus quibusdam phytogeographicis. Stuttgart–Tübingen: J. G. Cotta, 1839 lat.
Henrix Avqust Qrisebax.
Henrix Avqust Qrisebax (alm. Heinrich August Rudolf Grisebach‎; 17 aprel 1814[…], Hannover – 9 may 1879, Göttingen) — Almaniya botaniki. == Şərəfinə adlandırılmış takson == Grisebachianthus R.M.King & H.Rob. == Əsərləri == alm. Grisebach A. Über den Einfluß des Klimas auf die Begrenzung der natürlichen Floren // Linnaea. 1838. Bd 12. S. 159–200‎ lat. Grisebach A. Genera et Species Gentianearum observationibus quibusdam phytogeographicis. Stuttgart–Tübingen: J. G. Cotta, 1839 lat.
Hesablama avadanlığı tarixçəsi
Hesablama avadanlıqı tarixçəsi — İnformasiya texnologiyasının müasir inkişaf dövrü texnologiyasında edilən dəyişikliklərə uyğun olaraq, müxtəlif mərhələlərə bölünür. Hər mərhələ yeni nəsil kompyuterlərin meydana gəlməsi ilə bağlıdır. "Komputerlərin nəsilləri" başlıca olaraq komputerlərdə istifadə edilən məntiq elementlərinin müxtəlifliyi ilə fərqlənir. Məntiq elementi informasiyanın emalı və yadda saxlanması üçün istifadə edilən elektron komponentdir. Birinci nəsil — (1951–1958). Kompüterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi. Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki, istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi-proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki, buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi.
Hibrid avtomobil
Hibrid (mələz) avtomobillərin məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı sürətlərdə hərəkət zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olmasını təmin edirlər. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə də bu avtomobillərin elektrik enerjisinə qoşularaq enerji ilə doldurulmasına ehtiyac yoxdur. Tələb olunan zaman benzin, tələb olunduğu zaman elektrik mühərriki ilə idarə oluna bilən ilk avtomobili Ferdinand Porsche 27 yaşında olarkən hazırlanmışdır. 1902-ci ildə “Mixte-Wagen” (“Qarışıq maşın”) adlandırdığı avtomobilini təqdim etmişdir. Vyanalı fayton istehsalçısı olan Ludwig Lohner ilə işləyən Porsche, 4 silindrli Daimler mühərrikinə akkumulyatorlar, generator və elektrik mühərrikləri əlavə etmişdir. Bu vəziyyəti ilə Mixte, benzin mühərriki dayandırıldığı zaman, batareyalarla işləyən elektrik mühərriki ilə irəliləməyə davam edə bilirdi. Təxminən 10 ildən sonra hibrid avtomobillərin benzinlə işləyən avtomobilləri əvəz edəcəyi düşünülür. Toyotanın Toyota Prius modeli, Hondanın Honda Insight ilə başlayan və bu gün Honda Civic Hybrid ilə davam edən seriyası hibrid avtomobillərə misal ola bilər.
Hind-Avropa dil ailəsi
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Hind-Avropa dilləri
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Hind-Avropa xalqları
Hind-Avropa xalqları Avrasiyanın bütün ərazilərində yaşamış və müxtəlif dövrlərdə sivil dünyada məskunlaşmış köçəri xalqlardırlar. Aralarında eyni dilin differensiasiyalaşması yolu ilə əmələ gəldiyi düşünülən (beləliklə, bu dillərin strukturları eynidir, lakin bir-birlərinin nitqini başa düşə bilmirlər) linqvistik qohumluğun mövcudluğundan və eyni həyat tərzini yaşamalarından başqa bu xalqların arasında heç bir vəhdət yoxdur. Bu xalqlar basqınları zamanı fəth etdikləri cəmiyyətlər üstündə, əgər onlar sivilizasiyalı cəmiyyətlər olmuşdularsa, onların sivilizasiyalarını və mədəniyyətlərini mənimsəyərək, ibtidai icma səviyyəsindəki cəmiyyətlər isə sivilizasiyalı cəmiyyətə çatacaq sinfi cəmiyyəti yaradaraq hakim sinfi formalaşdırdıqları üçün cəmiyyətlərə və kütlələrə öz dillərini tətbiq etdirmişdirlər. Fin, Eston, Macar və Bask dillərindən başqa bütün Avropa dillərinin onlara Avropaya gətirdikləri dillər olduğu və İran ilə Hind dillərinində eyni struktura malik olan dillər olduğu nəzərə alındığından, bu dillər ailəsinə Hind-Avropa dilləri və tarixdə bu dillərdə danışan xalqlara isə Hind-Avropa xalqları deyilir. Bununla belə, bəzi tədqiqatçılar Hind-Avropa dilləri və tayfaları nəzəriyyəsinin qeyri-kafi və qeyri-müəyyən olduğunu iddia edir və bu birləşmənin digər etnik dil ailələrindən müstəqil olmadığını, əksinə, həmin ailələrdən ayrılaraq inkişaf etdiyini iddia edirlər və beləliklə, onlar hesab edirlər ki, Hind-Avropa nəzəriyyəsi yenidən nəzərdən keçirilməlidir.
Hind-Avstraliya plitəsi
Hind-Avstraliya plitəsi - Avstraliya qitəsi və ətrafdakı okean hissələrini əhatə edən əsas tektonik plitələrdən biri. == Xarakteristikası == Plitə şimala doğru genişlənir və Hindistan yarımadasını və ətrafdakı əraziləri də əhatə edir. Hind-Avstraliya Plitəsi 43 milyon il öncə Avstraliya və Hind plitələrinin toqquşması nəticəsində yaranıb. Son araşdırmalar və eləcə də 2012-ci il Hind okeanı zəlzələsi kimi seysmik hadisələr göstərir ki, Hind-Avstraliya plitəsi Himalay dağları boyunca Avrasiya plitəsi ilə qarşıdurma nəticəsində yenidən iki plitəyə ayrıla bilər. Şərq hissə (Avstraliya) şimala doğru ildə 5.6 sm sürətlə hərəkət etsə də,qərb hissədə (Hindistan) bu sürət Himalay dağlarının müqaviməti nəticəsində 3.7 sm-ə bərabərdir. Bu fərq plitənin mərkəzi Sumatrada kompresslənməyə səbəb olur və bunun nəticəsində Hind və Avstraliya kimi iki ayrı plitəyə ayrılma potensialını artırır. Adətən iki protoplitə kimi Hind plitəsi və Avstraliya plitəsi göstərilir. Üçüncü Kaprikorn plitəsi isə ola bilsin ki, Hind plitəsinin qərbindən ayrılmaqdadır. Hind yarımadası, Meqanesiya (Avstraliya, Yeni Qvineya və Tasmaniya), Yeni Zelandiya və Yeni Kaledoniya hamısı qədim superkontinent Qondvananın fraqmentləridir. Dəniz dabanının genişlənməsi nəticəsində bu quru hissələri bir-birilərindən ayrılıblar, lakin genişlənmə nəticəsi aktivliyini itirdiyindən bu quru sahələri yenidən birləşərək yeganə plitəni əmələ gətiriblər.
Hülya Avşar
Hülya Avşar (10 oktyabr 1963, Balıkəsir, Türkiyə) — Türkiyə müğənnisi və aktrisası. == Həyatı == Hülya Avşar 10 oktyabr 1963-cü ildə Balıkəsirdə anadan olub. Əslən Ərdəhanlı avşarlar nəslindəndir. Gənc ikən Mehmet Tecirli ilə ailə həyatı qurub. Sonradan onlar boşanıblar. "Bulvar" qəzetinin təşkil etdiyi "Kainat Gözəllik Yarışması"nda birinci yeri tutub (1982), lakin evli olduğu məlum olduqda tacı geri alınıb. 1983-cü il Hülya Avşarın həyatında dönüş nöqtəsi olub. Fikrət Hakan və Salih Güney ilə birlikdə baş rolda oynadığı "Haram" filmində aktrisa kimi debüt edib. "Berlin in Berlin" filmindəki aktrisalıq məharətinə görə Moskva Film Festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görülüb. Daha sonra musiqi təhsili alan Hülya Avşar Türkiyədə və xaricdə konsertlər verməyə başlayıb, 6 albom və bir sinq çıxarıb.
Hündür mərtəbəli avtobus
Hündür mərtəbəli avtobus, avtobus və ya trolleybus. Avtobusa girmək üçün bir neçə pilləkən vardir. Midiavtobuslar, mikroavtobuslar, şəhərlərarası avtobuslar, sərnişin avtobusları, qatarlar, yüngül relsli sistemlər və digər dəmir yolu nəqliyyat vasitələri kimi ictimai nəqliyyat vasitələri bu xüsusiyyəti daşıyır. Müasir dövrdə ictimai nəqliyyatda edilən yeniliklərlə əlaqəli, daha çox şəhər xaricində və xüsusi məqsədlər üçün istifadə olunur.
Hüseyn Avni Paşa
Hüseyn Avni Paşa (d. 1819 - ö. 15 iyun 1876) — Sultan Əbdüləziz və V Murad səltənətlərinin səltənətində 1 il 2 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Yılmaz Öztuna, 2.
Hüseyn Avni Qarslıoğlu
Hüseyn Avni Qarslıoğlu (15 noyabr 1956, Yozqat) — Türkiyə diplomatı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Hüseyn Avni Qarslıoğlu 15 noyabr 1956-cı ildə Yozğadda dünyaya gəlib. Ankara Cümhuriyyət Litseyi və Ankara Universitetinin siyasi bilgilər fakültəsinin beynəlxalq əlaqələr bölümünü bitirdikdən sonra 1982-ci ildə Xarici İşlər Nazirliyində işləyib. 1982-ci ildə İstihbarat və Araşdırma Dairəsində məmur olub, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı daimi təmsilçiliyində işləyib, 1998-ci ildə Oslo səfirliyində müştərək olaraq işləyib və 2001-ci ildə Batum Baş Konsuluğu vəzifəsinə qədər yüksəlib. Qarslıoğlu 2004-cü ildə mərkəzə dönüb. Evlidir və iki övladı var. Alman və ingilis dillərini bilir. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri təyin olunmuşdur.
Hüseyn xan Avşar
Hüseyn xan Avşar (1894-?) — İctimai-siyasi xadim, İran Məclisinin üzvü. == Həyatı == Hüseyn xan Avşar Avşar elinin Qasımlı oymağındandır. 1894-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl ailə təhsil almışdı. 14 yaşında Fransaya oxumağa getmişdi. Parisdə ali təhsil almışdı. I Dünya Müharibəsi ərəfəsində İrana qayıtdı. Osmanlı imperiyası ordusunda qulluq etdi. Mehdiqulu xan Hidayətin Baş nazirliyi dönəmində İranın Maliyə naziri olmuşdu. İran Milli Məclisinin üzvü idi.
Hüseynqulu xan Avşar
Hüseynqulu xan Avşar — Məhəmmədəli xan Avşarın oğlu və Zülfüqar xan Əmirli-Avşarın nəvəsi, Fətəli şah Qacar dövrünün şairlərindən dir. O, Abbas mirzə Qovanlı-Qacarın məiyyətində idi, ona görə şeirdə "Çakir" təxəllüs edirdi. Zülfüqar xan Əsəədəddövlə onun oğlu idi. Hüseynqulu xan, Azərbaycanca və farsca şeirlər yazıb. == Qaynaqlar == عاقلی، باقر. خاندان های حکومت گر در ايران (جلد دوم). تهران: نشر نامک، 1386. ISBN 964-6895-42-5.
Hüseynqulu xan Qasımlı-Avşar
Hüseynqulu xan İmamqulu xan oğlu Qasımlı-Avşar (?-1821) — Urmiya xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Hüseynqulu xan Urmiya hakimiyyətini öz qanuni haqqı bilirdi. Ona görə də əmisinə qarşı gah gizlin, gah aşkar mübarizə aparırdı. Ağaməhəmməd şah Qacarın ölümündən sonra Güney Azərbaycan xanlarından bəziləri müstəqillik eşqinə düşdülər. Məhəmmədqulu xan da onlara qoşuldu. Onlar Təbrizə yığışıb, hərəkətə başlamağı qərara aldılar. Məhəmmədqulu xan yolda Urmiyadan məktub alır. Ona bildirirdilər ki, qardaşıoğlu Hüseynqulu xan üsyan qaldırıb.
Hüseynqulu xan Qasımlı-Avşar (kitab)
I Avropa Oyunları
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.
I Ferdinand (Avstriya imperatoru)
I Ferdinand (alm. Ferdinand I.‎; 19 aprel 1793[…], Vyana, Müqəddəs Roma imperiyası – 29 iyun 1875[…], Praqa, Avstriya-Macarıstan) — Avstriya imperatoru, Macarıstan kralı, Çexiya kralı. Fərqli xəstəliklərdən əziyyət çəkən Ferdinand dövlət idarə etməni yaxşı bacarmırdı. Avropanı bürüyən 1848-ci il inqilabları Avstriyaya da təsir etdikdən sonra könüllü şəkildə tacdan imtina etmişdi. Ömrünün sonunu Çexiyada yaşamış, burada "Xeyirxah Ferdinand" (çex. Ferdinand Dobrotivý) ləqəbi almışdı. == Maraqlı faktlar == Ferdinandın şüarı: "Fiat justitia et pereat mundus" (Qoy dünya dağılsın, amma ədalət bərqərar olsun).
I Karl (Avstriya imperatoru)
I Frans İosif (alm. Karl I. Franz Joseph Ludwig Hubert Georg Maria‎; 17 avqust 1887[…] – 1 aprel 1922[…], Funşal[d], Portuqaliya) — Avstriya-Macarıstan İmperiyasının son imperatoru (1916–1918). 1919-cu ildə kral I Karl ölkədən çıxarıldı və İsveçrəyə yollandı.
KYR Makedoniya 2015 Avropa Oyunlarında
Makedoniya — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Makedoniya 2015 Avropa Oyunlarında 39 idmançı ilə qatıldı. Makedoviya 2015 Avropa Oyunlarında 2 bürünc medal qazandı və medal sıralanmasında 38-ci yeri tutdu. == Medalçılar == == Ümumi məlumat == Makedoniya 2015 Avropa Oyunlarında 39 idmançı ilə 8 idman növündə qatıldı. Makedoniya bayrağını 2015 Avropa Oyunlarının açılış mərasimində Bakı Olimpiya Stadionuna karateçi Emil Pavlov gətirdi.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.

av sözünün leksik mənası və izahı

"av" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#av nədir? #av sözünün mənası #av nə deməkdir? #av sözünün izahı #av sözünün yazılışı #av necə yazılır? #av sözünün düzgün yazılışı #av leksik mənası #av sözünün sinonimi #av sözünün yaxın mənalı sözlər #av sözünün əks mənası #av sözünün etimologiyası #av sözünün orfoqrafiyası #av rusca #av inglisça #av fransızca #av sözünün istifadəsi #sözlük