* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] klas. 1. Su. □ Abi-bəqa – bax abi-həyat. Abi-heyvan(i) – bax abi-həyat. Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat – həyat suyu, dirilik suyu (əfsanələrə görə, guya zülmətdə bir çeşmənin suyu olub, onu içənlər heç ölməzlərmiş). Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. Ölümümdür mənim ol ruhi-rəvansız bu gecə; Gər içəm badeyigülgün yerinə abi-həyat. S.Ə.Şirvani. Abi-həyatın bir belə zahid ki, vəsf edər; Ləliləbin yanında bir əfsanədir mənə. Ə.Vahid. Abi-kövsər – 1) dini əfsanələrə görə, guya cənnətdə olan Kövsər çayının dadlı suyu. Dürlü bulaq abi-kövsər suyudur; İçəndə dad verir dəhanə, dağlar! Aşıq Xəyyam. Pəs onlar [mollalar] nə vaxtadək cənnət, abikövsər vədəsi ilə bədbəxt islam camaatının qanını soracaqlar? C.Məmmədquluzadə; 2) danışıqda və ədəbiyyatda çox vaxt şərab həmin suya bənzədilir. [Süleyman bəy:] Bəh-bəh, nə gözəl sudur! Xalis abikövsərdir! Ə.Haqverdiyev. [Mirzə Turab:] Sağ ol, Səfər ağa! Bu lap abi-kövsərdi. B.Talıblı. Abi-leysan – bax abi-niysan. Abi-niysan – bahar yağışı, çox güclü yağış. Əmr olundu, abi-niysan; Cansızlara bəxş edə can; Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir. Abi-niysan kimi məc. – niysan yağışı kimi, sel kimi, çox güclü. Biçarə çiyninə qoyub başını; Abi-niysan kimi tökür yaşını. Q.Zakir. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı qapının ağzında ayaq üstündə gözlərinin yaşını abiniysan kimi ağ saqqalından axıdırdı. Ə.Haqverdiyev. Abi-zəmzəm (Zəmzəm – Məkkədə olan və suyu müsəlmanlar tərəfindən müqəddəs sayılan quyunun adıdır) – klassik poeziyada şərab mənasında işlənmişdir. Abi-zindəgani – bax abi-həyat. 2. məc. Göz yaşı. Bu səmavi gözü yağdırmada ab. M.Hadi.
Azərbaycan dilinin izahlı lüğəti / ab2 f. 1) su; 2) ərimiş, əzgin; 3) göz yaşı; 4) şərab; 5) m. lətif, yüngül (su haqqında). Abi-atəşparə – «od parçası kimi su» bax abi-atəşrəng; abi-atəşrəng – «od rəngli su» bax abi-əngur; abi-bəqa bax abi-heyvani; abi-co bax abco; abi-çeşm 1) göz yaşı; 2) m. şərəf, ləyaqət; abi-didə göz yaşı; abi-ənar nar suyu, narşərab; abi-əngur 1) üzüm suyu, üzüm şirəsi; 2) m. şərab, çaxır; abi-Fərat 1) Fərat çayının suyu; 2) m. içki; abi-guşt bax abguşt; abi-heyvani bax abi-həyat; abi-həyat bax abi-zindəgani; abi-Xızr Xızır suyu, dirilik suyu; abi-kasni kasni arağı (dərman); abi-kövsər 1) behiştdə bir çayın adıdır; 2) m. içki; abi-qənd qənd suyu, qəndab; abi-leysan bax abi-neysan; abi-mirvarid mirvari suyu, qara su (göz xəstəliyi); abi-müshil işlətmə dərmanı; abi-neysan 1) neysan (aprel) ayında yağan yağış (baharın ilk yağışı); 2) m. çox axan göz yaşı; abi-pər çayın bir növü; abi-rəvan axar su; abi-şur 1) şor su; 2) m. Xəzər dənizi; abi-zəmzəm 1) Kəbənin yaxınlığında müsəlmanlar tərəfindən təbərrük sayılan quyunun suyu; 2) m. içki; abi-zindəgani əfsanəyə görə, zülmətdə olan bir çeşmənin suyudur ki, onu içən heç vaxt ölmür; abi-zülal sərin, duru su.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ab1 [fars.] сущ. клас. 1. яд; 2. пер. вилин нагъв; * abi-kövsər a) Кевсердин яд (женнетда авай Кевсер вацӀун яд); б) рах. клас. шараб; abi-leysan (abi-niysan) гатфарин марф, къати марф; юргъ, чӀух; abi-zəmzəm Земзем (Меккеда авай Земзем къуюдин яд; клас. шараб).
Azərbaycanca-ləzgicə lüğəti / ab