* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | ••••••• | 0.34 |
2005 | ••••••••••••• | 0.67 |
2007 | •••••••• | 0.42 |
2008 | ••••••••• | 0.49 |
2009 | ••••••••••••••• | 0.80 |
2010 | •••••••••••••••••••• | 1.09 |
2011 | •• | 0.09 |
2012 | •••••••••••••••••••• | 1.12 |
2013 | •••••• | 0.29 |
2014 | ••••••••••••••••••• | 1.03 |
2015 | ••••••• | 0.34 |
2016 | ••••••• | 0.35 |
2018 | ••••••••• | 0.45 |
2019 | ••••••••••••• | 0.70 |
2020 | ••••••••••••••• | 0.80 |
1 sif. Açıq-göy, mavi rəngli. Abı çit. Abı kağız. – Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çal papağıma işarə edir. S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / abı1 Fars sözüdür, ab “su”dur, -ı şəkilçisi (farsca -i şəkilçısi: ab -i) ondan sifət əmələ gətirib: “su rəngində olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / abı2 ABI (rəng) Üstünə qalın abı kağızdan süfrə salınmış balaca stolun qırağında elektrik çayniki paqqıldayırdı (M.Hüseyn); AÇIQ-GÖY.
Azərbaycan dilinin sinonimlər lüğəti / abı2 I прил. 1. голубой. Abı rəngli köynək голубая рубашка 2. синий. Abı “Volga” синяя “Волга” 3. лазурный II сущ. лазурь. Abı boya краска лазурь
Azərbaycanca-rusca lüğət / abı"böyük qardaş" mənasında olan "ağabəy" (Onun ata, baba, əcdad kimi mənaları da vardır) sözünün qısaldılmış forması olan "abi" həm də müasir Türkiyədə özündən böyüklərə müraciət forması kimi işlənir: Sefik abi (Türkcə-rusca sözlük. M., 1977. səh. 20). Bəlkə də, ərəb ad sistemində geniş istifadə olunan və şəxsin oğul adı ilə adlanmasını göstərən "abu", "əbu" (ata, sahib) künyəsi isə "abi" sözünün ərəbləşmiş formasıdır. Azərbaycan ədəbi dilinin dialektlərində uşağa "bəbə", "əbə", uşaq doğuzduran qadına isə "mama, mamaçı, əbəçi" də deyilir.
Azərbaycan kişi adlarının izahlı lüğəti