abi-kövsər sözü azərbaycan dilində

abi-kövsər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • abi-kövsər • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kövsər
Kövsər (fars. کوثر‎, “şimşək”), ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir. Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər. İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”. Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir. == İnkişaf == 3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir. Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir. Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibətilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur. Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır, lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir.
Abi-siyah
Abi (Zəncan)
Abi — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, qiydar qəsəbəsindən 12 km cənubdadır.
Abi bülbül
Abi bəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Dövlətabad (Kövsər)
Dövlətabad (fars. دولت اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (28 ailə).
Firuzabad (Kövsər)
Firuzabad - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 319 nəfər yaşayır (83 ailə).
Gəlinqaya (Kövsər)
Gəlinqaya (fars. قالين قيه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (30 ailə).
Kövsər Tarverdiyeva
Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952). == Həyatı == Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildə İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır. Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir. Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.
Kövsər çayı
Kövsər çayı — Cənnət çaylarından biridir. Adı Qurani Kərimdə və Məhəmməd (s) peyğəmbərin sirəsində çəkilir. Qurani Kərimdə Allahın Kövsəri Hz. Məhəmmədə verdiyi və bunun Kövsər surəsində olduğu bildirilir. “Həqiqətən, Biz Kövsəri sənə bağışladıq” == Vəsfi == Süd kimi ağ, baldan şirin, torpağı müşkdən ətirli, yaqut üzərində daşınır. “Kövsər Cənnəti bir çaydır. Onun iki qırağı qızıldan, məcrası dürr və yaqutdandır. Torpağı müşkdən ətirli, suyu baldan şirin, qardan ağdır”. Orada Hz. Məhəmmədin (s) hovuzu var.
Ləkvan (Kövsər)
Ləkvan (fars. لكوان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (14 ailə).
Nüvədi (Kövsər)
Nüvədi (fars. نوده‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 219 nəfər yaşayır (49 ailə).
Nəsirabad (Kövsər)
Nəsirabad (fars. نصيراباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (28 ailə).
Qalacıq (Kövsər)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (15 ailə).
Qarabulaq (Kövsər)
Qarabulaq (fars. قرخ بلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (14 ailə).
Qaraqışlaq (Kövsər)
Qaraqışlaq (fars. قره قشلاق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (73 ailə).
Quzlu (Kövsər)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 458 nəfər yaşayır (111 ailə).
Rüstəmabad (Kövsər)
Rüstəmabad (fars. رستم اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (6 ailə).
Üçbulaq (Kövsər)
Üçbulaq (fars. اوچبلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (6 ailə).
Əhmədabad (Kövsər)
Əhmədabad (fars. احمداباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 284 nəfər yaşayır (49 ailə).
Əliabad (Kövsər)
Əliabad (fars. علي اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (38 ailə).
Əmirabad (Kövsər)
Əmirabad (fars. اميراباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (23 ailə).
Kövsər surəsi
Əl-Kovsər (Kövsər) surəsi Quranın 108-ci surəsidir (Məkkədə nazil olmuşdur, 3 ayədir). Qurandakı ən qısa surədir. İlk ayətində Kövsərdən danışıldığı üçün bu ad verilmişdir. Surənin mətni belədir: Bismillahir-rəhmanir-rəhim 1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! 2. Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! 3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur!
Kövsər şəhristanı
Kövsər şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri və Ərdəbil ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Givi şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 27,472 nəfər və ya 16,085 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.

abi-kövsər sözünün leksik mənası və izahı

  • 1 fars. ab + ər. kövsər Cənnətdəki kövsər bulağının suyu. (“Koroğlu” dastanının lüğəti) Dastanda şərab mənasında işlədilir. Piyalələr abi-kövsərlə doldu. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A)

    Azərbaycan dastanlarının leksikası / abi-kövsər
  • 2 1. Cənnətdə Kövsər bulağının suyu. 2. Məcazi mənada: içki. Qəflətdən ayıldım, açdım gözümü, Xaki-övliyaya sürtdüm üzümü, Dindirdilər, haqq danışdım sözümü, Al, iç abi-kövsərdən, qan, dedilər.                        (“Qurbani. Diri versiyası”)

    Azərbaycan dastanlarının leksikası / abi-kövsər

abi-kövsər sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#abi-kövsər nədir? #abi-kövsər sözünün mənası #abi-kövsər nə deməkdir? #abi-kövsər sözünün izahı #abi-kövsər sözünün yazılışı #abi-kövsər necə yazılır? #abi-kövsər sözünün düzgün yazılışı #abi-kövsər leksik mənası #abi-kövsər sözünün sinonimi #abi-kövsər sözünün yaxın mənalı sözlər #abi-kövsər sözünün əks mənası #abi-kövsər sözünün etimologiyası #abi-kövsər sözünün orfoqrafiyası #abi-kövsər rusca #abi-kövsər inglisça #abi-kövsər fransızca #abi-kövsər sözünün istifadəsi #sözlük