cövhər sözü azərbaycan dilində

cövhər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cövhər • 60.1307%
  • Cövhər • 39.2157%
  • CÖVHƏR • 0.6536%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Cövhər Dudayev
Dudayev Cöhər Musa oğlu (çeç. Дуди Муса кIант ЖовхIар ) (15 fevral 1944, Yalxori, Çeçen-İnquş MSSR, — 21 aprel 1996, Qexi-Çu, Çeçenistan) — çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi. İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı. == Həyatı == Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyirdi: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım.
Cövhər Tsarnayev
Cövhər Tsarnayev (rus. Джоха́р Анзо́рович Царна́ев) — çeçen-avar mənşəli amerikalı tələbə. 2013-cü ilin 15 aprel tarixində Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada keçirilən olunan Boston marafonuna təşkil olunmuş terror hücumunun iki əsas şübhəlisindən biri. Hadisənin bir digər şübhəlisi Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayevin polis tərəfindən keçirilən əməliyyat nəticəsində (hadisədən 3 gün sonra) öldürülmüşdür.
Xacə Cövhər
Xacə Cövhər (v. 11 noyabr 1390) — əmir, Əlincəqalanın kutvalı. == Həyatı == XIV əsrin 80-ci illərində Əlincəqalanın müdafiəsinə başçılıq edib. 1387-ci ildə Əmir Teymurun Əlincə qalasına ilk yürüşü zamanı ona ciddi müqavimət göstərmişdir. === Vəfatı === 11 noyabr 1390-cı ildə, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmişdir. == Əlincə qalasının müdafiəsində rolu == AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SƏFƏRLİ Şərq qapısı qəzetinin 6 aprel 2016-ci il tarixində qələmə aldığı "Əlincəqalanın teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri" haqqında məqaləsində Xacə Cövhər yazır haqqında yazır: == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 195.
İsmayıl Cövhəri
Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (ərəb. ابو نصرإسماعيل بن حماد الجوهري‎), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri (940, Otrar – 1002 və ya 1008, Nişapur) — türk lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") (الصحاح في اللغة)-nin müəllifi. == Həyatı == Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış, daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir. Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır. O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır. Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır.Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir. Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir. Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.36 dəfə / 1 mln.
2003 •••••• 0.39
2007 •••••••••••••••••••• 1.48
2009 ••• 0.16
2010 •••• 0.27
2011 ••• 0.17
2012 ••••••• 0.52
2013 ••••••••••••••••••• 1.46
2014 •••••••••••••••••••• 1.54
2016 ••• 0.17
2020 •• 0.13

cövhər sözünün leksik mənası və izahı

  • 1 is. [ər. əsli farsca “gövhər”dən] 1. Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. Nanə cövhəri (bax cövhərnanə). □ Cövhərini çəkmək – distillə etmək, distillə vasitəsilə cövhərini, xülasəsini almaq. 2. köhn. Neft, ağ neft. [Hacı Sultan] Hərdən qənd və cövhər də alıb satır… S.Hüseyn. [Şərəf xala:] Qəbir üstünə getmişdim. Gec qayıtdım. Cövhər ala bilmədim, dükanlar bağlı idi. H.Sarabski. 3. məc. Bir şeyin (əsərin, sənədin, yazının, nitqin və s.-nin) qısa, yığcam xülasəsi, əsas qayəsi, məğzi: əsil mətləb. // məc. Əsil, mayə, zat, kök. Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. Füzuli.

    Azərbaycan dilinin izahlı lüğəti / cövhər

cövhər sözünün sinonimləri (yaxın mənalı sözlər)

cövhər sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 CÖVHƏR I is. [ ər. ] Mahiyyət, əsas maya. Asəf Zeynallının istedadının mayasında əsil sənət cövhəri var idi. CÖVHƏR II is. [ ər. ] Cavahir, qaş-daş, qiymətli daş. Min cövhər gizlənmiş ən kiçik daşında (M.Müşfiq). CÖVHƏR III is. [ ər. ] Turşu. Həmin pulun cüzi hissəsinə mağazalardan adi şəkər tozu və limon cövhəri alır.

    Azərbaycan dilinin omonimlər lüğəti / cövhər

cövhər sözünün rus dilinə tərcüməsi

  • 1 1. эссенция, экстрат, настой; 2. суть, сущность, существо; 3. драгоценный камень;

    Azərbaycanca-rusca lüğət / cövhər
  • 2 I сущ. 1. эссенция (крепкий раствор летучих веществ). Nanə cövhəri мятная эссенция, sirkə cövhəri уксусная эссенция 2. экстракт: 1) настой, вытяжка (вещество, химически извлекаемое из органических тканей); эликсир. Evkalipt yağının cövhəri экстракт эвкалиптового масла 2) сгущенный сок ягод или плодов 3. перен. суть, сущность чего-л. Məsələnin cövhəri суть вопроса, sözün cövhəri суть слова 4. устар. драгоценный камень 5. устар. нефть, керосин II прил. экстрактный, экстрактовый. Cövhər (ekstrakt) zavodu экстрактовый завод, cövhər sexi экстрактный цех ◊ sidik cövhəri мед. мочевая кислота, мочевина (кристаллическое вещество – конечный продукт белкового обмена у человека); cövhərini almaq (çıxarmaq) настаивать, настоять (приготовить настой из чего-л.); перегонять, курить (добывать перегонкой); cövhərini vermək настаиваться, настояться (образовать настой) ◊ zəhmət canın cövhəridir труд – эликсир здоровья

    Azərbaycanca-rusca lüğət / cövhər

cövhər sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. essence, infusion; 2. essence; işin ~i the essence of the matter, the main point; məsələnin ~i (mahiyyəti) the crux / kernel / heart of the problem; 3. jewel; ~ini çəkmək kim. to distil (d.)

    Azərbaycanca-ingiliscə lüğət / cövhər

cövhər sözünün fransız dilinə tərcüməsi

  • 1 is. essence f, élixir m, quintessence f ; Berqamot ~i essence de bergamote ; işin ~i essence de l’affaire ; məsələnin ~i (mahiyyəti) essence du problème ; ~ini çəkmək (almaq) distiller vt ; zəhmət canın ~idir le travail est l’élixir de la santé

    Azərbaycanca-fransızca lüğət / cövhər

cövhər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. əsli farsca “gövhər”dən] сущ. 1. жевгьер; nanə cövhəri пурнийрин жевгьер; 2. куьгьн. нафт, лацу нафт; 3. пер. миже, асул мана, ччан (мес. са эсердин, кхьинрин, рахунрин); асул метлеб; // пер. асул, куьк, ччан.

    Azərbaycanca-ləzgicə lüğəti / cövhər

cövhər sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır. Formalar və rənglər dəyişə bilər, lakin onun mahiyyəti olan taxta olması faktı əsla dəyişməz. Dəyişkən hallar və xüsusiyyətlərlə müqayisədə qalıcı olan, bir başqa şeylə yaxud da bir başqa şeydə deyil, öz-özülə var olan (fəlsəfi terminologiyaya aiddir). Cövhər kəlməsi ərəb mənşəlidir. Bu söz daha müasir variantda Qərb fəlsəfəsinə istinadla ―substansiya‖ termini ilə ifadə olunur. Şeyin mahiyyəti, onun əsası demək olan cövhər bütün xarakter və xüsusiyyətlərdən uzaq təsəvvür olunur. Ona əlavə olunan forma, tip, xüsusiyyətlər onun təbiətinə bilavasitə aid olmadıqlarına görə onlara ərəz deyilir. Misal üçün taxta şeyin mahiyyəti kimi cövhər, sonradan ona əlavə olunan forma, rəng və s. isə ərəzdir. Digər bir mənada da hər hansı bir üzvi maddənin distillə və s.kimyəvi üsul-la ayrılan yığcam məhlulu, şirəsinə də cövhər deyilir. Daha ətraflı bax: Substansiya.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. əsli f. 1) zat, mahiyyət, əsl, maya; 2) təbiət, xassə; 3) qılınca, bıçağa və s. su vermək üçün maddə; 4) daş-qaş, qiymətli daş; 5) essensiya.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

hər hansı bitki və ya gül-çiçəyin distillə yolu ilə alınmış şirəsi; qayə, məğz; əsl, mətləb.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"cövhər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cövhər nədir? #cövhər sözünün mənası #cövhər nə deməkdir? #cövhər sözünün izahı #cövhər sözünün yazılışı #cövhər necə yazılır? #cövhər sözünün düzgün yazılışı #cövhər leksik mənası #cövhər sözünün sinonimi #cövhər sözünün yaxın mənalı sözlər #cövhər sözünün əks mənası #cövhər sözünün etimologiyası #cövhər sözünün orfoqrafiyası #cövhər rusca #cövhər inglisça #cövhər fransızca #cövhər sözünün istifadəsi #sözlük