cövr sözü azərbaycan dilində

cövr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cövr • 88.6792%
  • Cövr • 7.5472%
  • CÖVR • 3.7736%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

cövr sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Cəfa, zülm, əziyyət; incitmə, üzüntü. Fəqirə aid olan föhşü, cövrü, zülmü, cəfanı; Böyükdə, zorbada, bəylərdə, xanda görməli imiş. M.Ə.Sabir. Nola qəlbim, anam kimi ananın; Hər cövrünə, hər nazına dayana. B.Vahabzadə. □ Cövr eləmək (etmək) klas. – incitmək, əzab vermək, əziyyət vermək, cəfa vermək, üzüntü vermək. Yar cövr etməz mana əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli. Səndən savayə cövr eləməz yar, ey könül; Netdin ki, sən bu lütfə səzavar olmusan? S.Ə.Şirvani. Ol qədr cövr et mənə, ah etmək imkan olmasın! M.Ə.Sabir. Cövrünü çəkmək – hər əzabına dözmək, hər dərdinə, əziyyətinə qatlaşmaq. [Qurbani:] Bir gör fələkin dövrünü; Mən çəkmişəm çox cövrünü… “Qurbani”. [Məşədi Cahangir:] Sənin cövrünü hər yerdə lələşin çəkib, çəkəcək! Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / cövr

cövr sözünün sinonimləri (yaxın mənalı sözlər)

cövr sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. муки, мучения, страдания, терзания; cövrə dözmək терпеть муки; cövr etmək: 1. мучить, заставлять кого страдать, терпеть муки, причинять муки, страдания кому-л.; 2. угнетать, чинить насилие в отношении кого-л., cövr çəkmək переносить страдания, муки (мучения), cövrünü çəkmək kimin, nəyin страдать, переносить страдания, терпеть муки (мучения) ради кого, чего

    Azərbaycanca-rusca lüğət / cövr

cövr sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. жафа, зулум, азият; инжиклу авун; азаб, дерт; cövr eləmək (etmək) клас. жафа гун, азаб гун, азият гун, инжиклу авун; cövrünü çəkmək гьар азабдиз (азиятдиз, дердиниз) эхун.

    Azərbaycanca-ləzgicə lüğəti / cövr

"cövr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cövr nədir? #cövr sözünün mənası #cövr nə deməkdir? #cövr sözünün izahı #cövr sözünün yazılışı #cövr necə yazılır? #cövr sözünün düzgün yazılışı #cövr leksik mənası #cövr sözünün sinonimi #cövr sözünün yaxın mənalı sözlər #cövr sözünün əks mənası #cövr sözünün etimologiyası #cövr sözünün orfoqrafiyası #cövr rusca #cövr inglisça #cövr fransızca #cövr sözünün istifadəsi #sözlük