coğr sözü azərbaycan dilində

coğr

Yazılış

  • coğr • 97.9798%
  • Coğr • 2.0202%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dünyanın hüquq coğrafiyası
Düzənlik (coğrafiya)
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. == Ümumi məlumat == Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Dəhnə (coğrafiya)
Dəhnə və ya estuari (lat. aestuarium, su basmış mənsəb) – dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi. Estuari çayın töküldüyü yerdə dəniz səviyyəsinin qalxması, çayın gətirdiyi materialların qabarma-çəkilmə və ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. Estuari dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. Bununla əlaqədar Estuari nadir fiziki və bioloji əlamətləri ilə səciyyələnir. Estuarilər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur ki, estuarilərin daim qorunması və səmərəli istifadəsi tələb olunur. Estuari mənsəbli çaylara Ob, Yenisey, Parana, Müqəddəs Lavrenti, Kolumbiya, Kolorado, Konqo, Taxo, Murrey aiddir.
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər)
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər) - XIII-XIV əsrlərdə Qafqazda cərəyan edən siyasi hadisələrdə Azərbaycanın ən mühüm strateji əhəmiyyətli mərkəzlərindən biri. Şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam. İki monqol ulusu arasında sərhəd məntəqəsi. == Dərbəndin strateji və coğrafi mövqeyi == Azərbaycanın Dərbənd şəhərinin yerləşdiyi coğrafi ərazi, strateji mövqe-bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olub. Əbəs yerə şəhər "Dərbənd", yəni "Bağlı qapı", həmçinin "Dəmir qapı", "Bab əl-əbvab" və s. adlandırılmır. Tarixən olduğu kimi, Dərbənd XIII-XIV əsrlərdə də şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam idi. Bir çoxları şəhərin möhkəmliyini, alınmaz olduğunu bilərək, ondan yan ötməyi daha üstün tutmuşlar. Əlverişli strateji mövqeyə malik Dərbəndin XIII-XIV əsrlərdə, başqa sözlə monqol ağalığı dövründə Monqol imperiyasının hansı ulusuna - Cuçi və Tuli nəslinə, yəni qızılordalılara və ya hülakulara məxsus olduğu tarixi ədəbiyyatda müəyyən fikir ayrılığına səbəb olmuşdur. Bunun əsas səbəbi şəhərin iki monqol ulusu arasında sərhəd məntəqəsi təşkil etməsidir.
Elxan Nuriyev (coğrafiyaçı)
Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor. == Həyatı == 1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir. == Elni fəaliyyəti == 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir. 1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur. 1990-cı ildən Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının dosentidi. 2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur. 2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır. == Elmi əsərləri == E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir.
Ermənistan coğrafiyası
Ermənistan — Cənubi Qafqazda yerləşən dənizə çıxışı olmayan ölkə. Ermənistan Azərbaycan, Gürcüstan, Türkiyə və İranla sərhədə malikdir. Üstəlik Ermənistan xarici qüvvələrin dəstəyi ilə Azərbaycanın 20 % ərazisini işğal edir. İşğal faktoru ilə əlaqədar 1993-cü ildə BMT təhlükəsizlik şurası bu işğal faktoru ilə bağlı dörd qətnamə qəbul etmişdir. Vəziyyət İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq dəyişir. == Coğrafi yerləşməsi == Ermənistan Cənubi Qafqazda, Kür çayı ilə Araz çayı arasında yerləşən ərazidə qərarlaşmışdır. Ölkə şimal-qərbdən cənub-şərqə 360 km, şərqdən qərbə isə 200 km məsafədə uzanır. Qara dənizdən 160 km, Fars körfəzi ilə 960 km məsadə qərarlaşır. Ermənistan şimaldan Gürcüstan, şərqdən və cənub-qərbdən Azərbaycan (Naxçıvan), cənubdan isə İranla sərhədə malikdir. == Geologiyası == Ermənistan ərazisi Alp qırışıqlığı zonasında yerləşmişdir.
Estoniya coğrafiyası
Estoniya — dövlət Avropanın şimal-şərqi və Baltik dənizinin şərq sahillərində yerləşir. Şimaldan Fin körfəzi, qərbində isə Riqa körfəzi ilə əhatələnmişdir. Estaniyanın sahəsi 45 226 km² təşkil edir. Sərhədlərinin uzunluğu — 1633 km. Latviya ilə — 339 km, Rusiya — 294 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu 3794 km-dir. Estoniyanın ərazisinə 1521 ada, daxildir ki, onunda hamısı Baltik dənizində yerləşir. Onların ümumi sahəsi 4,2 min. km²-dir. Ən böyük adaları — Saaremaa və Hiyumaa, üstəlik Muhu, Vorsmi, Kihnu adası və b.
Fiziki coğrafiya
Fiziki coğrafiya — Yerin coğrafi qatı və onun struktur hissələri haqqında elm. Əsasən, yerşünaslıq və landşaftşünaslıq hissələrinə bölünür. Bundan əlavə F.c.-ya paleocoğrafiya da aid edilir. Fiziki coğrafiya elmləri qrupuna təbii mühitin ayrı-ayrı komponentlərini öyrənən elmlər – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, qlyasiologiya, geokriologiya, torpaq coğrafiyası, biocoğrafiya daxildir. Fiziki coğrafiyanın əsas vəzifələri Yerin qatları arasındakı enerji və kütlə mübadiləsini, həmin qatların struktur dəyişkənliyini, rütubət dövranını, bioloji məhsuldarlığını, təbii-ərazi komplekslərini və onlardan səmərəli istifadə yollarını və s. öyrənməkdən ibarətdir.
Frankfurt Coğrafiya Cəmiyyəti
Frankfurt Coğrafiya Cəmiyyəti (alm. Frankfurter Geographische Gesellschaft‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Frankfurt şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1836-cı ildə Almaniyanın Frankfurt şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur. == Həmçinin bax == Coğrafiya cəmiyyətlərinin siyahısı == Ədəbiyyat == Karl E. Fick (Hrsg.): Festschrift zur 150-Jahr-Feier der Frankfurter Geographischen Gesellschaft 1836–1986, Frankfurter Geographische Hefte 55, Frankfurt/Main 1986, 470 Seiten.
Fransa Coğrafiya Cəmiyyəti
Fransa Coğrafiya Cəmiyyəti (fr. Société de Géographie) — Fransa Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Paris şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası elmi təşkilat kimi 15 dekabr 1821-ci ildə qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Fransa coğrafiyası
Fransa 551.500 km²-lik sahəsilə Türkiyə,Rusiya və Ukraynadan sonra Avropanın dördüncü böyük ölkəsidir. Avropa qitəsinin qərb ucunda, 42°-51° şimal en dairələri arasında kobud şəkildə altıbucaqlını xatırladan bir sahəni tutur. Həm şimaldan cənuba, həm də qərbdən şərqə təxminən 1.000km uzunluğundadır. 3.427km sahil uzunluğuna sahib olan Fransanın Manş Dənizi, Şimal Dənizi, Atlantik Okeanı və Aralıq Dənizinə sahili vardır. Şimal-şərqi başqa, başlıca olaraq çaylar (Reyn), dənizlər və dağlardan (Yura Dağları, Alp dağları,Pireney dağları) ibarət olan təbii sərhədlərlə əhatə olunmuşdur. == Quru sərhədləri == Fransanın Avropadakı ərazilərini əhatə edən Metropoliten, Fransanın ümumi quru sərhədləri 2.889 km uzunluğundadır; İspaniya 623 km Belçika 620 km İsveçrə 573 km İtaliya 488 km Almaniya 451 km Lüksemburq 73 km Andorra 56,6 km Monako 4,4 km Fransanın xaricdən gətirilmiş rayonlarından, Cənubi Amerikada Fransız Guyanasının Braziliyayla 649 km, Surinamla 556 km, Kariblərdəki Sent Martin Hollandiyaya bağlı Sint Maartenlə 10,2 km-lik sərhədi var. == Səth şəkilləri == Fransa geoloji baxımdan üç əsas hissəyə ayrılır: Plato görünüşlü massivləri təşkil edən qoca dağ qalıqları, şimal və qərbdə tortul düzənliklər, cənubi və cənub-şərqi gənc dağlar ilə bunların arasında uzanan dağ düzənliklər.
Fələstin coğrafiyası
Fələstin coğrafiyası dedikdə Fələstin Dövlətinin iddia etdiyi ərazilərin coğrafi xüsusiyyətləri başa düşülür. Fələstin Aralıq dənizi hövzəsinin şərqində yerləşir. Sahəsi iki ayrı hissədən ibarətdir: İordan çayının Qərb sahili (ərazisi 5,9 min km²), Qəzzə zolağı (sahəsi 0,4 min km²) və Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah və Xevron şəhərləri yerləşir. Bu hissə üç tərəfdən: şimalda, qərbdə və cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu — 307 km), şərqdə isə İordaniya ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km). Qəzzə sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur. (sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir. (sərhədin uzunluğu – 11 km), şərqdə isə İsraillə qonşuluqdadır. (sərhədin uzunluğu 51 km).
Gürcüstan coğrafiyası
Gürcüstan Asiyanın Ön Qafqaz regionunda yerləşən; bəzən isə Şərqi Avropaya aid edilən ölkə. Təbiət baxımından Gürcüstan olduqca rəngarəngdir. Buna səbəb onun coğrafi yerləşməsi və hündürlük zonallığıdır. Qafqaz regionuna aid bitki və heyvanlar aləmi ərazi quruluşu ilə əlaqədar olduqca zəngindir. Gürcüstan rütubətli Aralıq dənizi iqlim tipi ilə Xəzər və Aral dənizinin yerləşdiyi arid kontinental iqlim tipləri arasında qərarlaşır. Ölkənin ümumi sahəsi 69,7 min km² təşkil edir. Hazırda ərazisinin tərkib hissəsini təşkil edən Abxaziya (8600 km²) və Cənubi Osetiya (3900 km²) onun nəzarətində deyildir. == Relyef == Ölkənin şimal hissəsini Böyük Qafqazın 4000–5000 m hündürlüyə malik zirvələri tutur. Ölkənin ən hündür nöqtələləri: Şaxara (5068 m) və Kazbek (5033 m). Qafqaz dağları cavan dağlardır.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Gəncə fiziki- coğrafi rayonu
Gəncə fiziki-coğrafi rayonu — Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Şahdağ-Murovdağ silsilələrinin suayrıcından başlamış, şimalda dağətəyi maili düzənliklərə kimi davam edir. Mütləq yüksəkliyi 500-600 m-lə 3000-3300 m arasında dəyişib, mürəkkəb quruluşlu dağlıq relyefə malikdir. Landşaftı alçaq və orta dağ çöllərindən, alçaq və orta dağ meşələrindən və yüksək dağ çəmənliklərindən ibarətdir. Rayonun ərazisinin alçaq və orta dağlıq hissəsində relyefin az meyilliyə malik olması, dağdaxili çökəkliklərin geniş sahə tutması sayəsində burada meşələr insanlar tərəfindən intensiv deformasiya və transformasiyaya məruz qalmış, onların yerində yaşayış məntəqələri, geniş əkin və biçənək sahələri salınmışdır. Ərazinin alçaq və ortadağlıq qurşağında zəngin filiz yataqları (Daşkəsən, Gədəbəy, Zəylik) vardır. Rayon ərazisində heyvandarlıq və əkinçilik (kartof, kələm) daha geniş inkişaf etdirilmişdir. Onun dağ-iqlim kurort (Göygöl, Hacıkənd Gədəbəy, Daşkəsən) imkanları genişdir.
Gəncə fiziki-coğrafi rayonu
Gəncə fiziki-coğrafi rayonu — Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Şahdağ-Murovdağ silsilələrinin suayrıcından başlamış, şimalda dağətəyi maili düzənliklərə kimi davam edir. Mütləq yüksəkliyi 500-600 m-lə 3000-3300 m arasında dəyişib, mürəkkəb quruluşlu dağlıq relyefə malikdir. Landşaftı alçaq və orta dağ çöllərindən, alçaq və orta dağ meşələrindən və yüksək dağ çəmənliklərindən ibarətdir. Rayonun ərazisinin alçaq və orta dağlıq hissəsində relyefin az meyilliyə malik olması, dağdaxili çökəkliklərin geniş sahə tutması sayəsində burada meşələr insanlar tərəfindən intensiv deformasiya və transformasiyaya məruz qalmış, onların yerində yaşayış məntəqələri, geniş əkin və biçənək sahələri salınmışdır. Ərazinin alçaq və ortadağlıq qurşağında zəngin filiz yataqları (Daşkəsən, Gədəbəy, Zəylik) vardır. Rayon ərazisində heyvandarlıq və əkinçilik (kartof, kələm) daha geniş inkişaf etdirilmişdir. Onun dağ-iqlim kurort (Göygöl, Hacıkənd Gədəbəy, Daşkəsən) imkanları genişdir.
Hamburq Coğrafiya Cəmiyyəti
Hamburq Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft in Hamburg‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Hamburq şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1873-cü ildə Almaniyanın Hamburq şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Hannover Coğrafiya Cəmiyyəti
Hannover Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft zu Hannover‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Hannover şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1878-ci ildə Almaniyanın Hannover şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir.
Konstruktiv coğrafiya
== Konstruktiv coğrafiya == Konstruktiv coğrafiya terminini akademik İ. P. Gerasimov (1966) təklif etmişdir. Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq konstruktiv coğrafiya tədqiqatlarında aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, "təbiət-texnika" və "təbiət-insan"ərazi sisteminin qanunauyğunluqları d ərk edilir, mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik (böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi istiqamətində bir tərəfdən insanı əhatə edən mühitin elmi işlərlə aşkar edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin olunması marağına əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılmasının elə bir forması axtarılır ki, o, "təbiət-cəmiyyət" sisteminin özünü dağılmağa doğru aparmasın.
Koreya Respublikası coğrafiyası
Cənubi Koreya — Şərqi Asiyada, Koreya yarımadasının cənubunda yerləşən dövlət. Müvafiq olaraq yarımadanın qutaracaq hisssində yerləşdirindən təbii ki yalnız bir ölkə ilə sərhədi vardır. Şimaldan ancaq Koreya Xalq Demokratik Respublikası ilə sərhədə malikdir. Onu şimal qonşusunun ərazisində müstəqil dövlətin varlığını tanımır və bölgəni Vahid Koreya Respublikasının ərazusi hesab edir. Bununla belə bu iki dövlət arasında yerləşən sərhəddə silahsız zona elan edilmişdir. Ölkə üç tərəfdən su ilə əhatə olunmuşdur. Onun sahil xəttinin uzunluğu 2 413 km təşkil edir. Qərbdən Sarı dənizi, şərqdən isə Yapon dənizinin suları ilə yuyulur. Cənubdan sahillərini Koreya boğazı və Şərqi Çin dənizi əhatəlir. Ölkə 100 210 km² əraziyə sahibdir.
Koreya Xalq Demokratik Respublikası coğrafiyası
Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Şərqi Asiya regionunda, Koreya yarımadasının şimalında yerləşən dövlət. Şimal-şərqdən Rusiya ilə sərhədlənir. İki ölkəni Tumannaya çayı ayırır. Şimal və şimal-qərbdən isə Çinlə sərhədə malikdir. Burada iki ölkə arasında təbii sərhəd rolunu Yaluszyan çayı oynayır. Cənubdan isə Cənubi Koreya ilə sərhədlənir. Olkənin şərq sahillərini Yapon dənizi, qərb sahillərini isə Sarı dəniz yuyur. == Ərazisi == == Quru sərhədləri və sahil xətti == Ölkənin quru sərhədlıri cəmi 1673 km təşkil edir. Çin ilə 1416 km, Cənubi Korera ilə 238 km, Rusiya ilə isə 19 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu isə 2495 km təşkil edir.
Küdrü-Şirvan fiziki-coğrafi rayonu
Küdrü-Şirvan fiziki-coğrafi rayonu - Fiziki - coğrafi rayonun ərazisi Acınohur Öndağlığının və Ləngəbiz tirəsinin ətəklərində yerləşib, mütləq yüksəkliyi 0 m-lə 200 m arasında dəyişir. Rayonda landşaftın litoloji əsasını üst Dördüncü dövrdə çayların gətirdiyi çaqıldaşı, qum və gillər təşkil edir. Alçaqdağlığın dabanına təmas edən sahələrdə isə delüvial-prolüvial çöküntülər yayılmışdır. Rayon ərazisi arid iqlimə malik olub yarımsəhra, dağ ətəklərində quruçöl landşaft kompleksinin inkişafını təmin edir. Çay kənarlarında güclü antropogen təsirə məruz qalmış tuqay meşələrinin qalıqları və kolluqlar yayılmışdır. Küdrü-Şirvan fiziki - coğrafi rayonu daxilində suvarma geniş tətbiq olunmaqla pambıqçılıq, taxılçılıq, maldarlıq, bağçılıq ( başlıca olaraq üzüm, nar) inkişaf etmişdir.
Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu
Kür- Araz ( Mərkəzi Aran) fiziki- coğrafi rayonu — rayon ərazisi Kür-Araz çökəkliyinin mərkəzi ovalıq hissəsini əhatə edib, Xəzər dənizi sahillərindən başlamış 0 m-lik mütləq yüksəkliklərə kimi olan bütün sahələri - Muğan, Salyan, Cənub-Şərqi Şirvan düzlərini tam, Şirvan, Qarabağ, Mil düzlərini isə qismən əhatə edir. Landşaftın litoloji əsasını mərkəzdə və qərbdə alüvial, alüvial-göl, prolüvial, alüvial-prolüvial, şərqdə dəniz çöküntüləri təşkil edir ( Şirinov, 1973). Ərazinin landşaftı yeknəsəng olub, əsasən düzənliklərin yarımsəhra kompleksindən ibarətdir. Kür və Araz çaylarının kənarlarında Tuqay meşələri və çəmənliklər inkişaf etmişdir. Kür-Araz rayonu respublikanın əsas əkinçilik sahəsi olub, pambıq, taxıl, üzüm, quru subtropik bitkilərin becərilməsində və heyvandarlığın inkişafında mühüm rola malikdir. Lakin pambıqçılıq burada əsas yer tutur.
Kür çökəkliyi fiziki-coğrafi vilayəti
Kür çökəkliyi fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti. == Ümumi məlumat == Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir. Geoloji vahidləri - Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan, Salyan, Gəncə-Qazax düzənlikləri, Acınohur-Ceyrançöi ön dağlığı, Qanıx-Əyriçay vadisi. Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.
Latviya coğrafiyası
Latviya coğrafiyası — == İqlimi == İqlimin dəniz və kontinental iqlimi arasında keçid xarakteri var. 500–800 mm — üstünlük təşkil edən cənub-qərb küləkləri Atlantik tərəfindən 500–800 mm miqdarda yağıntı gətirir. Hər il yalnız 30–40 gün hava buludsuz olur, qalan günlər hava buludlu ən isti və quru ay May ayıdır. Yay tez-tez sərin və yağışlı keçir, temperatur bir il ərzində 125–155 gün sıfırdan yuxarı olur. İyulun orta temperaturu — 15–17 ° C, bəzən 1990-cı illərdəki kimi anomaliyalar olur(32 °C). Qış dekabrın ortalarından mart ayına kimi davam edir. Yanvar ayında orta temperatur −3 −7 ° C arasında dəyişir, bəzən isə-40 °C qədər düşür.

"coğr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#coğr nədir? #coğr sözünün mənası #coğr nə deməkdir? #coğr sözünün izahı #coğr sözünün yazılışı #coğr necə yazılır? #coğr sözünün düzgün yazılışı #coğr leksik mənası #coğr sözünün sinonimi #coğr sözünün yaxın mənalı sözlər #coğr sözünün əks mənası #coğr sözünün etimologiyası #coğr sözünün orfoqrafiyası #coğr rusca #coğr inglisça #coğr fransızca #coğr sözünün istifadəsi #sözlük