* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••••• | 1.57 |
2004 | ••••• | 0.34 |
2006 | ••••••••• | 0.68 |
2007 | •••••••••••••• | 1.06 |
2008 | ••••••• | 0.49 |
2009 | ••• | 0.16 |
2010 | •••••••••• | 0.73 |
2011 | ••••••••••••••• | 1.12 |
2012 | ••• | 0.17 |
2013 | •••••• | 0.44 |
2014 | ••• | 0.17 |
2017 | ••••••• | 0.49 |
2018 | •• | 0.15 |
2019 | •••••••• | 0.56 |
2020 | •••• | 0.27 |
1 is. [ər.] Zor, zor işlətmə, zülm. Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. Aşıq Ələsgər. [Sönməz:] Xalq ərəblərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir. C.Cabbarlı. Əvvəl gündən sevmədim cəbri və belə cəbrli şeyləri xoşlamadım. R.Rza. □ Cəbr çəkmək – cəzasını çəkmək. Zeynal [Qadir üçün] cəbrindir çək (dedi)… Ə.Əbülhəsən. Cəbr etmək (eləmək) – zor işlətmək, zülm etmək. Əzizim cəbr eylədi; Yar yara cəbr eylədi. Sağ olsun ürəyim ki; Bir belə səbr eylədi. (Bayatı). // Zorla məcbur etmək. [Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə, görürsən ki, qorxurlar, dəxi niyə qısnayırsan? M.F.Axundzadə. Cəbrə düşmək – zora düşmək, əziyyət çəkmək. [Muxtar Firəngizə:] Arvad kişinin yanında olsa, iş də bu qədər artmaz, arvad da bir belə cəbrə düşməz… B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / cəbr2 is. [ər.] Riyaziyyatın, ədədi qiymətlərindən asılı olmayaraq, kəmiyyət üzərində aparılan əməliyyatları öyrənən sahəsi. Cəbrə aid ilkin tədqiqatlar 4 min il əvvəl Babilistanda aparılmışdır.
Azərbaycan dilinin izahlı lüğəti / cəbr1 Ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, “əziyyət” anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / cəbr1 CƏBR I is. [ ər. ] riyaz. Riyaziyyat elmlərindən birinin adı. Bu cəbr, həndəsə bilməm nə demək? Uğraşan beynini incitmiş olur (H.Cavid). CƏBR II is. [ ər. ] Zorakılıq, zor işlətmə. Böylə bir cəbri hökumət duysa; Çəkəcəkdir başımız dürlü bəla (H.Cavid).
Azərbaycan dilinin omonimlər lüğəti / cəbr2 1 I сущ. алгебра: 1. отдел математики, изучающий свойства величин, выраженных буквами, независимо от числового их значения. Adi cəbr элементарная алгебра, ali cəbr высшая алгебра, topoloji cəbr топологическая алгебра, çoxluqlar cəbri алгебра множеств 2. название учебной дисциплины 3. урок, занятие в школе или другом учебном заведении, на котором изучается этот предмет. Cəbr dərsi урок алгебры, cəbr müəllimi учитель (преподаватель) алгебры, cəbrdən imtahan экзамен по алгебре II прил. алгебраический (относящийся к алгебре, связанный с алгеброй). Cəbr məsələsi алгебраическая задача, cəbr əməli алгебраическое действие; cəbr mütəhəssisi алгебраист, специалист по алгебре 2 сущ. устар. насилие, гнёт, принуждение; cəbr etmək (cəbrə salmaq) творить насилие, заставлять силой, принуждать, вынуждать кого-л., распоряжаться кем-л. по своему произволу; cəbrə düşmək подвергаться гнёту, насилию; cəbrə dözmək выдержать, вытерпеть насилие, гнёт
Azərbaycanca-rusca lüğət / cəbr1 i. 1. algebra; 2. violence, press; oppression; (əsarət) yoke; compulsion, constraint
Azərbaycanca-ingiliscə lüğət / cəbr1 is. 1) algèbre f ; 2) violence f ; oppression f ; sujétion f ; joug m (əsarət) ; contrainte f ; domination f
Azərbaycanca-fransızca lüğət / cəbr2 [ər.] сущ. жебир, зур, зур къалурун, зулум; // cəbr çəkmək жаза чӀугун; cəbr etmək (eləmək) жебир авун, зур къалурун, зулум авун, жебирун; зуруналди мажбур авун.
Azərbaycanca-ləzgicə lüğəti / cəbrə. 1) zor, zor işlətmə; 2) sınıqçılıq; 3) yekə adam, nəhəng adam; 4) riyaziyyatın bir sahəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti