Boğurxan
Boğurxan — Azərbaycan Respublikasında, Xocalı və Xocavənd rayonları sərhəddində, Qızıloba kəndindən 1 km. şimalda dağ. Hündürlüyü 1584 metrdir. Dağın şimal-şərq yamacları meşəlikdir. Xanaşençay bu ərazidən başlayır.
Boğurxan dağı Köndələnçayın yaxınlığındadır. Bağırxan, Bağırqan da adlanır. Oronim orada müqəddəs sayılan Boğurxan qayasının adı ilə bağlıdır. Qırmızı rəngli, vulkan mənşəli suxurdan ibarət olan bu qayanın başında qədim məbəd xarabalığı var. Bu pirə sonsuz qadınlar müraciət edirlər.