boğaz sözü azərbaycan dilində

boğaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boğaz • 84.3013%
  • Boğaz • 15.1543%
  • BOĞAZ • 0.5445%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boğaz
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Boğaz (Coğrafiya)
Boğaz – dünya okeanında hər hansı iki quru hissəni (materikləri, adaları, materiklə adanı) bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi. Boğazlar okeanları (Magellan boğazı, Dreyk boğazı), dənizləri (Bosfor, Dardanel), dənizlə okeanı (La-Manş, Cəbəllütariq boğazı), okean və dənizlərin ayrı-ayrı hissələrini (Mozambik boğazı, Kattegat) birləşdirir. Cəbəllütariq, Babülməndəb boğazı, Malakka boğazı, Sinqapur və s. boğazların böyük ticarət və strateji əhəmiyyəti var. İki göl, yaxud gölün ayrı-ayrı hissələri arasında da boğazlar olur (Böyük Göllər sistemində Miçiqan və Huron gölləri arasında Makinak boğazı). == Mənbələr == ASE, II cild, 1978, səh. 216.
Boğaz seksi
Boğaz seksi — cinsi əlaqənin bir növü. Oral olaraq edilir. Bu seks növü Fellationun bir versiyasıdır. Termin ereksiya halında olan penisin digər cinsi partnyorun ağız nahiyəsindən boğazına qədər məcburi bir formada salınması ilə baş tutan cinsi əlaqə növü üçün istifadə edilir. Bəzən oral və yaxud da anal əlaqə yerinə yalnız bu üsulla qarşı tərəfin orqazmına qədər bu proses davam etdirilir. Boğaz seksində ereksiya halında olan penisin boğazın arxasına çatması üçün kifayət qədər uzun olması vacibdir. Olduqca çətin seks növü olan dərin boğaz seksində (deep throat) bəzi insanlar öyümə refleksi verə bilir, bəziləri isə qarşısındakı cinsi partnyorunun orqazmına qədər penis başını əmərək bu formada bu seks növünü həyata keçirirlər . Əlaqə digər seks pozaları ilə davam etdirilə bilər. Boğaz seksi 69 seks pozasında da davam etdirilə bilər. Ümumiyyətlə, boğaz seksi üzərində edilən şəxs nəzarətdə olur və boğaz seksi etdirən şəxsi öz istəyi ilə istiqamətləndirir.
Fram (boğaz)
Farm boğazı (norv. Framstrædet) - Qrenlandiya adası ilə Şpisbergen arxipelaqını ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizi akvatoriyasına aiddir. Boğazın daxilində qərbdə soyuq Şərqi Qrenlandiya cərəyanı keçir. Şərqdə isə isti Norveç cərəyanının bir qolu Qərbi Şpisbergen cərəyanı keçir. Boğaz Norveç arktika ekspedisiyasının əsas gəmisi Framın şərəfinə adlandırılmışdır.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Boğaz (Qars)
Boğaz — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 253 nəfərdir (2022).
Boğaz (dəqiqləşdirmə)
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Bell-Ayl (boğaz)
Bell-Ayl boğazı (ing. Strait of Belle Isle, fr. détroit de Belle Isle) - Kanadanın şərqində Labrador yarımadasını Nyufaundlend adasından ayırır. Müqəddəs Lavrentiya körfəzini Atlantik okeanı ilə birləşdirir. Uzunluğu ortalama 125 km, eni 15–60 km, orta eni 18 km təşkil edir.
Ekvatorial keçidi (boğaz)
Ekvatorial keçidi — Maldiv adaları arasında yerləşən Suradiv və Addu atolları arasında yerləşir. Adı ekvator xətti üzərində yerləşməsi ilə əlaqədardır. Qədim fransız xəritələrində "Courant de Addoue" adlanır. Maldiv dilində isə Addu-Kandu adlandırılır. Eni 85 km, dərinliyi 2421 m təşkil edir. Boğaz ərazisində axınlar qışda qərbə, yayda isə şərqə istiqamətlənir. Axının sürəti 2 km/s təşkil edir. == Ədəbiyyat == Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
Kara darvazası (boğaz)
Kara Darvazası boğazı (rus. Карские Ворота) - Yeni Torpaq adasını Vayqaç adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 33 km, eni 50 km, dərinliyi 7 m-dən şərqdə isə 230 m arasında dəyişir. Boğazda temperatur yay ayları 13,5 S, orta illik isə 0,9 S təşkil edir. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bununla belə Qolstrim cərəyanının təsiri ilə bəzən qışda belə buzla örtülmür. Boğazın qərbində Peçora dənizinin cənub-şərqi ilə əhatələnir. Boğaz öz yerləşməsinə görə Yeni Torpaq arxipelaqının cənubunda yerləşir və Şimal Buzlu okeanından keçən Şimal dəniz yolunun bir qolunu təşkil edir.
Uels Şahzadəsi (boğaz)
Uels Şahzadəsi (boğaz) ing. Prince of Wales Strait - Kanada Arktik arxipelaqına daxil olan Banks adasını Viktoriya (ada)sından ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Vaykaunt-Melvill boğazı, Barrou boğazı və Lankaster boğazı keçidin əsasını təşkil edir. Bofort dənizini Amudsen körfəzi (cənub qərb), şimal-qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşdirir. Uzunluğu 275 km, orta eni 16 km, ən dar yerdə 10,5 km, dərinliyi 160 m təşkil edir. Qütb dairəsi daxilində yerləşdiyindən ilin böyük qismi buzla örtülü olur. Boğazı ilk dəfə Robert Mak-Klur 1850-ci ildə keçmiş və onu Albert Eduardın şərəfinə Uels Şahzadəsi adlandırmışdır.
Dərin boğaz (film, 1972)
Dərin boğaz (ing. Deep Throat) — 1972-ci ilin yayında yayımlanan Amerika porno filmidir. Linda Lovelace (Linda Susan Boreman) adlı aktrisanın baş rol aldığı filmin ssenari müəllifi və rejissoru Cerard Damianodur. Ekranlara çıxdığı andan etibarən bir hadisə yaratmış, bir çox kinoteatrlarda nümayiş olunmuş və böyük müvəffəqiyyətlər qazanmışdır. Bütün dövrlərin ən təsirli və sensasiyalı porno filmi hesab olunur. Böyük Britaniyada film nümayiş olunduqdan sonra qadağan edilmiş, 10 il sonra isə bu qadağa məhkəmələr tərəfindən təsdiqlənərək qüvvədə saxlanılmışdır. Filmin kəsilməmiş DVD-si nəhayət, 2000-ci ildə R18 reytinqi əldə etməyi bacarır və bu lisenziya ilə Böyük Britaniyada seks mağazalarında satılmağa imkan qazanır. == Süjet xətti və xülasəsi == Cinsi problemləri olan qadın (Linda Lavleys, Linda personajını canlandırır) dostu Helendən (Dolly Sharp) kömək istəyir, o da öz növbəsində, Lindaya həkimə müraciət etməyi məsləhət görür. Həkim (Harri Reems) Lindanın klitorunun boğazında olduğunu görür. Daha sonra Linda evlənəcəyi kişini tapana qədər xüsusi oral seks (filmin adı da buradan götürülmüşdür) texnikasını tətbiq edir.
Evrip boğazı
Evrip boğazı (yun. Εύριππος) — Egey dənizi akvatoriyasında yerləşən Evbeya adasını Beotiya bölgəsindən ayırır. Ən dar yerdə eni 38 m təşkil edir. Boğazın dar yerində küləklərin təsiri ilə qeyri-adı axınlar baş verir. Hər 7 saatdan bir axınların sürəti yavaşıyır. Qədim zamanlarda boğazın cənubunda Oront şəhəri vardı. Şimal hissədə isə Halkida adası vardır ki, Evbeya adasının inzibati mərkəzidir. Boğaz üzərində iki körpü var: biri asma körpü olaraq 215 m, digəri isə ən dar yerdə yerləşir.
Florida boğazı
Florida boğazı — Meksika körfəzi ilə Atlantik okeanı birləşdirir. Şimalda Florida yarımadası və Florida-Kis adalarını Kuba adasından ayırır. Uzunluğu 650 km, eni 150 km, orta dərinliyi isə 150 m təşkil edir. Boğaz ərazisindən Florida cərəyanı keçir. Boğaz ABŞ və Kuba arasında sərhəd təşkil edir.
Folklend boğazı
Folklend boğazı Folklend adaları arasında yerləşir. Qərbi Folklend adasını Şərqi Folklend adasından ayırır. Boğazı ilk dəfə 1690-cı ildə Jons Stroug adlandırmışdır. İspanlar isə adaya 1768-ci ildə San Karlos gəmisində ayaq basmış və buranı gəminin adına uyğun olaraq Estrecho de San Carlos adlandırdılar. Boğazın yerləşdiyi ərazi 400 milyon il bundan öncə meydana gəlməyə başlamışdır. Relyefin əmələ gəlməsi litosfer tavaların ayrılması və toqquşması nəticəsində formalaşmışdır. Boğazın uzunluğu 90 km , ən dar yeri isə 4,5 km təşkil edir. Boğazın daxilində bir sıra kiçik adalar mövcuddur: Qreyt, Paqqlz, Tissen, Svan Aylends və s.
Foresund boğazı
Foresund boğazı (isv. Fårösund) - İsveçə məxsus Qotland adasını Fore adasından ayırır. Uzunluğu 8 km, eni 1,5 – 4 km, dərinliyi şimal-qərbdə 3,3 m, cənub-qərbdə isə 6,5 m təşkil edir. Hələ 1712-ci ildə boğazın cənub-şərqində artilleriya batereyası yerləşdirir. 1721-ci ildə Niştads anlaşması imzalandıqdan sonra istehkam nisbətən zəifləyir. XIX əsrdə yeni istehkam inşa edilir. 1900-1902-ci illərdə istehkamlar o dövrün müasir silahları ilə gücləndirilir. == Mənbə == Nordisk familjebok. - Stockholm, 1908.
Forlandsundet boğazı
Forlandsundet boğazı (norv. Forlandsundet) - Qərbi Şpisbergen adasını Şahzadə Karl Torpağı adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizinin akvatoriyasına daxildir. Boğaz Şpisbergen arxipelaqına daxil adaları ayırır. Uzunluğu 88 km təşkil edir. Qərbi Şpisbergen adasının boğaz sahili ərazisi II Oskar Torpağı adlandırılır. Boğazın şərq hissəsində Enqelşbuxta körfəzi yerləşir.
Hekate boğazı
Hekate boğazı (ing. Hekate Strait - Hayda-Quani və materikdən (Britaniya Kolumbiya) ayırır. Dikson-Entrans boğazını Şahzadə Şarlota körfəzi ilə birləşdirir. Ən enli hissədə eni 140 km, ən dar yerdə isə 48 km təşkil edir. Boğazın uzunluğu 260 km-dir. Ən dərin yeri 45 m olaraq şimalda yerləşir. Qışda havası çox sərt və soyuq olur. Burada güclü dalğalar müşahidə edilir. Tufanlar və küləklərin sürəti 46 km/s-a çatır. Boğazın suları dəniz məhsulları ilə zəngindir.
Hove boğazı
Hove boğazı (ing. Howe Sound - Vankuverdən şimal-qərbdə fyordlarla əhatələmişdir. Boğaza qiriş Corciya boğazı vastəsi ilə olur. Boğaz üçkünc formaya malik olub, cənub - şərqi qurtaracağında Corciya boğazı ilə birləşir. Boğazın uzunluğu 42 km təşkil edir. Burada çoxlu sayda adalar vardır. Onlardan cəmi 3-ü nisbətən iridir. Boğazın materik sahilləri sıldırımlıdır. Şərq sahillərində vulkan məşəlli süxurlar geniş yayılmışdır. Burada 20 dəniz mili gücündə küləklər əsir.
Hudzon boğazı
Hudzon boğazı ing. Hudson Strait (Skandinaviyadan cənubda yerləşir)-Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Baffin Torpağı adasını (cənub) Labrador yarımadasını (şimal) ayırır. Boğaz Labrador dənizini daxili Foks və Hudzon körfəzi, cənub-şərqdə isə Unqava körfəzi ilə birləşir. Boğaz akvatoriyasında Mill, Solsberi, Hottingem, Çarlz, Biq-Aylənd, Botton, Rezolyuşen, Edzell, Digges, Qudvin adaları yerləşir. Uzunluğu 800 km, eni şərqdə 115 km, qərbdə 240 km təşkil edir. Dərinliyi 115–704 m-dir. Qabarma 12 m təşkil edir. Fırtınalar müşahidə edilir. Boğaz 4 ay gəmiçilik üçün açıq olur. Boğaz 1610-cu ildə onu üzüb keçən Henri Hudzonun şərəfinə adlandırılıb.
Huvadu boğazı
Huvadu boğazı (ing. Suvadiva Channel, One and Half Degree Channel, Maldiv dili Huvadu Kandu)- Maldiv adaları arasında yerləşən Xaddummati və Suvadiv atolları arasında yerləşir. Qədim fransız xəritələrində "Courant de Souadou" adlanır. Boğaz ərazisində Kaşalotların su səhinə çıxması müşahidə edilir. == Ədəbiyyat == Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī. Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom.
Hörmüz boğazı
Hörmüz boğazı (Ərəbcə: مَضيق هُرمُز‎ Maḍīq Hurmuz, Farsca:تَنگِه هُرمُز Tangeh-ye Hormoz) Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Boğaz avestada qeyd olunan xeyir tanrısı Hörmüzün adını daşıyır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir. Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli Tıxanma nöqtələrindəndir. == İstinadlar == == Əlavə oxumaq == Wise, Harold Lee. Inside the Danger Zone: The U.S. Military in the Persian Gulf 1987-88. Annapolis: Naval Institute Press. 2007. ISBN 1-59114-970-3.
Kabot boğazı
Kabot boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adası ilə Nyufaundlend adası arasında yerləşir. Uzunluğu 110 km, eni 9,1–18 km, dərinliyi 3660 m təşkil edir. Boğazın adı italiyalı dənizçi Con Kabotun şərəfinə adlandırılmışdır. Hər iki sahilində iri şəhərlər vardır: Sanel-Port-o-Bask və Sidney.
Kafirefs boğazı
Kafirefs boğazı (yun. Καφηρέας) — Egey dənizi akvatoriyasında yerləşən Evbeya və Andros adaları arasında yerləşir. Adı qədim yunan əfsanəsi ilə əlaqədardır. Eni 11 km təşkil edir. Boğazda güclü axınlar müşahidə edilir. Şimaldan cənuba doğru yönələn axınlar Qara dənizdən Mərmərə dənizinə və oradan da Aralıq dənizi istiqamətinə yönəlir. Boğazda eyni adlı burun vardır. Bu burunun qədim yunan əsatirlərində adı çəkilir.
Kalmarsund boğazı
Kalmarsund boğazı (isv. Kalmarsund) - İsveçə məxsus Eland adasını Skandinaviya yarımadasından ayırır. Uzunluğu 130 km, eni 5 – 25 km təşkil edir. 1972-ci ildə boğazın üzərində Eland körpüsü inşa edilmişdir. Materik ilə ada arasında körpü hər iki tərəfin avtomagistral xətlərini birləşdirir. Bölgədə ekoloji vəziyyət gərgindir. Belə ki, kənd təsərrüfatında istifadə edilən azot və fosfor gübrələri buna yol açır. Ərazi Şimali Avropada ən qədim yaşayış məskənləri məhz burada yerləşir.
Kammon boğazı
Kammon boğazı (yap. 関門海峡) — Kyuşu adası ilə Honşu adası arasında yerləşən boğaz. Bəzən Anato (yap. 穴戸海峡), Bakan (yap. 馬関海峡), Şimonoseki (yap. 下之関海峡). Bəzi hallarda ayrı-ayrı boğazlar şəbəkəsi olaraq qeyd edilir. == Əhali == Boğazın yerləşdiyi rayon ərazisində 1.3 milyon insan yaşayır. Boğazın Honsü adası sahillərində Şimonoseki, Kyuşu adası sahilində isə Kitakyuşu şəhəri yerləşir. Yaxınlıqdakı Kitakyusyu hava limanı 2006-cı ildə inşa edilmişdir.
Kennedi boğazı
Kennedi boğazı ing. Kennedi Channel - Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Nersa boğazının davamında yerləşir. Keyna körfəzini Xoll körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 130 km, eni isə 24–32 km arası dəyişir. Dərinliyi 180–340 m təşkil edir. Boğaz 1854-cü ildə şimal qütbünə təşkil edilən ekspedisiya rəhbəri İlaysem Keyro tərəfindən kəşf edilir. Adına gəldikdə isə bir neçə variant vardır. Bəziləri Kennedi adı Keynanın dostu Vilyam Kennedinin şərəfinə adlandırıldığı bildirilir. Oda qütb tətqiqatçısıdır.
Kerç boğazı
Kerç boğazı (ukr. Керченська протока, krımtat. Керич богъазы, Keriç boğazı) — Boğaz Atlantik okeanın akvatoriyasına daxil olan Azov dənizini Qara dənizlə birləşdirir. Krıma daxil olan Kerç yarımadasını isə Taman yarımadasından ayırır. Boğazın eni 4,5–15 km-ə qədərdir. Ən dərin yeri 18 m, əsas limanı Kerç şəhəridir. XVIII əsrin sinlarından XX əsrə qədər ruslar boğazı Tavriya, Enikal, Kerç-Enikal, Qədim yunanlar boğazı Kimmer Bosforo (q.yun. Βόσπορος Κιμμέριος) adlandırırdılar. Ad isə ərazidə yaşıyan Kimmerlərin adından götürülmüşdür. Kerç boğazı bir çox balıq növlərinin ovlandığı bölgədir.
Kerç boğazı hadisəsi
Kerç boğazı hadisəsi — 25 noyabr 2018-ci ildə Kerç boğazında baş vermiş beynəlxalq insidentdir və bu zaman Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sahil mühafizəsi Qara dənizdən tranzit keçməyə cəhd edən üç Ukrayna Hərbi Dəniz Qüvvələri gəmisini atəşə tutub və onları ələ keçirib. İlk dəfə idi ki, Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya qüvvələri Ukrayna qüvvələri ilə açıq şəkildə vuruşurdu. 2014-cü ildə Rusiya beynəlxalq səviyyədə əsasən Ukrayna ərazisi kimi tanınan yaxınlıqdakı Krım yarımadasını ilhaq edib. Daha sonra boğaz üzərindən Krım körpüsü tikildi. 2003-cü il razılaşmasına əsasən, boğaz və Azov dənizi hər iki ölkənin ümumi ərazi sularına çevrilməli və sərbəst buraxılış üçün əlçatan olmalıdır. Rusiya isə öz növbəsində təkid edir ki, 2003-cü il müqaviləsi qüvvədə qaldığı halda, Ukrayna gəmiləri Dəniz Hüququ Müqaviləsi ilə tənzimləndiyi kimi, hər hansı transmilli su keçidi kimi Krımın perimetri boyunca Rusiya sularına girməzdən əvvəl icazə almalıdır. Krımın Rusiya tərəfindən ilhaqı Ukrayna tərəfindən tanınmır, ona görə də Ukrayna Krım suları ilə bağlı beynəlxalq müqavilənin tətbiqini qanunsuz hesab edir. == Arxa fon == Rusiya 2014-cü ildə Krımı ilhaq etdi. İlhaq Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmi olaraq tanınmır. Kerç boğazı Azov dənizini Qara dənizlə birləşdirir və Rusiyanın Taman yarımadasının və mübahisəli Krımın sahillərindən formalaşır.
Kij boğazı
Kij boğazı (rus. Кижский пролив) - Kareliya Respublikası ərazisində Oneqa gölündə yerləşən Klimenes adasını materikdən ayırır. Ən dar yerdə eni 100 m təşkil edir, bu hissə gəmiçilik üçün təhlükəlidir. Uzunluğu 20 km, dərinliyi 10 m təşkil edir.
Kildinski boğazı
Kildinski boğazı (rus. Килдинский пролив)- Barens dənizində yerləşən Kildin adasını Kola yarımadasından ayırır. Uzunluğu 19 km, eni 0.7–4 km arası dəyişir. Dərinliyi 142 m təşkil edir. Mərkəz hissədə 14 m dərinliyə malik dayazlıq vardır. Sahilində Priqonnıy, Koroviy, Maqilnıy (Kildin adası) və Toporkova Paxta, Cevray (Kola yarımadası) burnuları vardır. Cənub hissədə Kopenkol və Puçi, şimalda Moqilnıy buxtası yerləşir. Boğaza Zarubıxa və Çörpaya çayları axır. Boğaz adını eyni adlı adanın adından götürmüşdür. Burada Şərqi və Qərbi Kildin yaşayış məntəqələri vardır.
Kolvill boğazı
Kolvill boğazı (ing. Colville Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Celliko boğazı və Kredok boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Kolvill boğazı Qreyt-Barrier adasını Şimali adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 100 km, uzunluğu isə 150 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Koreya boğazı
Koreya boğazı Yapon dənizi ilə Şərqi Çin dənizini birləşirdirir. Boğaz Koreya yarımadasını Yapon arxipelaqına daxil olan iki - Kyusyu və cənub-qərb sonuncunda isə Honşu adalarından ayırır. Uzunluğu 324 km, ən dar hissədə eni isə 180 km təşkil edir. Ən dayaz yeri 73 m-dir. Boğazda yerləşən Tsuşima adası boğazı iki yerə şərqi və qərbi boğazlara bölür. Şərqdə yerləşən keçid Tsuşima boğazı adlanır.
Korsika boğazı
Korsika boğazı - Korsika adasını Toskan arxipelaqı arasında yerləşir. Aralıq dənizi akvatoriyasına daxil olan Tirren dənizini Liquriya dənizi ilə birləşdirir. Uzunluğu 70 km, eni 60 – 120 km, dərinliyi 500 m təşkil edir. Axınlar şimala istiqamətlənir və sürəti 1 km/s təşkil edir.
Kuroçkin boğazı
Kuroçkin boğazı (rus. Пролив Курочкина ) — Mоrjov adasını Taymır yarımadasından ayırır. Morjov adası Kamennıy arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizi akvatoriyası olan Pyasins körfəzində yerləşir. Boğazın eni dar yerdə 11–20 km arasında dəyişir. İlin böyük qismi buzla örtülü olur. Sahilində Makarov buxtası yerləşir. Bölgə inzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir.
Külək üstü boğazı
Külək üstü (boğazı) — Karib dənizi ilə Atlantik okeanı birləşdirir. Kuba adasını Haiti adasından ayırır. Yamayka boğazının cənub-qərb davamını təşkil edir. Eni 77 km, maksimal dərinliyi 1700 m təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolu üzərində yerləşir. Kubanın quantanama vilayətindən Haitinin işıqları açıq-aydın görünür.

boğaz sözünün leksik mənası və izahı

  • 1 sif. Boynunda balası olan. Boğaz at. Boğaz inək. Boğaz qoyun. – Əmniyyələr boğaz inəyi, eşşəyi və qoyunları tövlədən çıxardılar. M.İbrahimov. □ Boğaz olmaq – boynunda balası olmaq, hamilə olmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / boğaz
  • 2 is. 1. anat. Boyunun, qida borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi. Boğazdan yapışmaq. – Gülnaz dartınıb onun əlindən çıxdı, Qəmərbanunun boğazından yapışıb divara çırpdı. M.İbrahimov. // Ağız içinin dal tərəfindəki boşluq, hülqum. Boğaz ağrısı. // Boyun. Saldı boğazına siçanlar cənab; Vəhşət edib etdi pişik iztirab… S.Ə.Şirvani. 2. Müxtəlif qabların (şüşələrin və s.-nin) ağızları ilə gövdələri arasındakı dar hissə. Şüşənin boğazı. – Durna bulağının dar şırranına söykənmiş balaca qırmızı sənəyin boğazından çıxan ağappaq su pıqqıldayır. S.Rəhimov. 3. Dəyirmanın üst daşındakı deşik. Dəyirmanın boğazına ölü salsan, diri çıxar (çox diribaş, zirək adam haqqında). 4. Çəkmə və corabın ayaqlıqdan yuxarı hissəsi. Yolçu … sonra çəkmələrinin boğazını bir az yuxarı qaldırıb, sürətli addımlarla şəhərə tərəf yollandı. S.Rəhman. 5. Dərələrin, çayların baş tərəfi; çay ağzı. Sürü dərənin boğazında gecələmişdi. 6. İki dağ arasındakı dar keçid. 7. coğr. Dənizin iki quru arasındakı dar hissəsi. Dardanel boğazı. 8. mus. Müəyyən xanəndənin ifaçılıq sənətində işlətdiyi və yalnız ona xas olan xırda zəngulələr, habelə xırda musiqi ibarələri. ◊ Boğaz açmaq – yeməkdən doymamaq, qabağına gələni yemək, acgözlüklə yemək. Boğaz basmaq – xalq təbabətində boğaz gələndə (anginada) onun içərisindəki şişi barmaqla sıxıb əzişdirməkdən ibarət müalicə üsulu. Boğaz olmaq məh. – Borclu olmaq. Boğaz ortağı olmaq – başqasının yeməyinə şərik olmaq. Boğaz otarmaq – müftəxorluq etmək, orada-burada özünü doydurmaq. Boğaz uzatmaq – lovğalanmaq, təşəxxüslənmək. Bir göl içrə üzürdü bir yekə qaz; Özünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani. Boğaz yırtmaq – qışqırmaq, bağırmaq, bərkdən danışmaq. [Zaman:] Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur! Ə.Haqverdiyev. Boğaz(a) döymək – mübahisə etmək, boş danışmaq, qızğın və kəskin mübahisə etmək, çənə vurmaq. Boğaza dürtmək – bax boğaz(a) döymək. Boğaza keçmək – başa bəla olmaq, ilişmək, yapışmaq (arzu edilməyən adam, şey haqqında). Bir yandan da kor keçi bir bəla kimi [Həmidin] boğazına keçmişdi. Ə.Məmmədxanlı. Boğaz-boğaza – baş-başa. [Cənnətəli ağa:] Səni o qara köpək ilə boğaz-boğaza bağladacağam, hələ bir gözlə. N.Vəzirov. Boğazdan yuxarı – qeyri-səmimi. Danışır bəziləri, leyk boğazdan yuxarı. M.Ə.Sabir. Boğazı biçilmək – boğazından şey getməmək. Bu xəbərdən sonra xəstənin vəziyyəti xarablaşdı, boğazı biçildi, iştahası kəsildi. Mir Cəlal. Boğazı gəlmək – əsnəyi iltihab etmək. Boğazı qovuşmaq – boğazının yolu tutulmaq, nəfəs ala bilməmək. Boğazı qovuşub, su da içə bilmir. Boğazı qurumaq – mat qalmaq, qorxmaq, cavab verə bilməmək (qorxudan və s.-dən). Ağa Mərdanın lap boğazı quruyur. M.F.Axundzadə. Səməd xanın boğazı qurudu, güclə cavab verdi. M.S.Ordubadi. Boğazı tovlanmaq – iltihab və s. nəticəsində boğazı təxərrüşlənmək, içi qızarmaq. Boğazı tutulmaq – boğulan kimi olmaq, danışa bilməmək, səsi çıxmamaq (qeyzdən, hirsdən, ağlamaqdan və s.-dən). Sübhanverdizadə od tutub yanır, qışqırmaq, haray salmaq istəyir, ancaq boğazı tutulur, ağzı kilidlənir. S.Rəhimov. Boğazına bağlamaq məc. – zorla və ya hiylə ilə qəbul etdirmək, boynuna sarımaq. [Musa:] [Məcnun bəy] elə bir sənin kimisini axtarırdı ki, qızını onun boğazına bağlasın. Ə.Haqverdiyev. Boğazına saxlamaq – bir qarın çörəyə saxlamaq. Varlılar Alı kişinin uşaqlarını boğazına saxlayırdılar. “Qaçaq Nəbi”. Boğazında qalmaq məc. – arzusuna nail olmamaq, ürəyində qalmaq (sözü). Boğazından çıxmaq məc. – əlindən çıxmaq, qismətindən çıxmaq, nəsib olmamaq. Boğazından getməmək (keçməmək) – qorxudan, iztirabdan, yaxud başqa hisslərdən heç bir şey yeyə bilməmək, şiddətli ruhi iztirab keçirmək. Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi. Boğazından əsla çörək getmirdi. S.S.Axundov. Boğazından kəsmək – qənaət etmək, özünə qıymamaq. [Qafar:] Nə qazanıram ki, uşaqlarımın boğazından kəsib ona kirayə verim. S.S.Axundov. Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Boğazından yapışmaq məc. – qısnamaq, çıxılmaz vəziyyətə salmaq, məcbur etmək. Boğazını arıtlamaq – öskürməklə boğazını təmizləmək, danışmağa hazırlaşmaq. Hüseyn əmi … əlindəki dəmir milçə ilə çubuğun başını qurdalayır və boğazını arıtlayırdı. M.S.Ordubadi. Qavalvuran oğlan … boğazını arıtlayıb, oxumağa hazırlaşırdı. M.Hüseyn. Boğazını islatmaq zar. – bir az içki içmək. Boğazını qəhər tutmaq – acığından, hirsindən boğularaq ağlamaq istəmək, lakin ağlaya bilməmək. Kişi daha da təsirləndi, boğazını qəhər tutdu. Mir Cəlal. Boğazının yolu qurumaq – bax boğazı qurumaq. Qəribin anasının boğazının yolu qurudu. “Aşıq Qərib”.

    Azərbaycan dilinin izahlı lüğəti / boğaz
  • 3 bir-birinə qonşu su hövzələrini birləşdirən və iki qurunu bir-birindən ayıran, nisbətən dar zolaq şəkilli su sahəsi. B. özünə xas olan hidroloji xüsusiyyətə malikdir. пролив channel, sound, sea, gate, strait

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / boğaz

boğaz sözünün etimologiyası

  • 1 “Горло” mənasını əks etdirir. Bu söz mənbələrdə boğurdaq kimi verilib, boğmaq feili ilə bağlıdır kimi qeydə alınıb. Boğça sözü də bununla qohumdur. Əbu Həyyanda (XIII–XIV əsr) bu söz boğaq (boğuq yer) kimi qeydə alınıb. Türk­mənlər buna “boğurdaq” deyirlər. Deməli, boğmaq sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Hamilə heyvanlar haqqında “boğazdır” kəlməsi işlədilir. Sözün əsli buza şək­lində olub və “doğmaq” mənasını əks etdirib. Buzov sözü də həmin zəmində əmələ gəlib. Mənbələrdə buzov yerinə buzağu yazılıb. Oğlan kəlməsi doğmaq feilindən törədiyi kimi, buzov sözü də buza feilindən törəmədir. Oğlaq (keçi ba­lası) və oğlan kökdaş sözlərdir. Güman etmək olar ki, buzov və quzu sözləri də eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / boğaz

boğaz sözünün sinonimləri (yaxın mənalı sözlər)

boğaz sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 BOĞAZ I is. anat. Boyunun, qida borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi. Boğazını cırırdı, yadlar millət adından (S.Rüstəm). BOĞAZ II is. coğr. Dünya okeanında hər hansı iki quru sahəni birbirindən ayıran və ya iki su hövzəsini birləşdirən ensiz su zolağı. Dardanel boğazını tutub onlardan alaq! (C.Məmmədquluzadə). BOĞAZ III is. dan. Xanəndənin şəxsi yaradıcılıq məhsulu kimi onun ifaçılıq üslubuna xas və mənsub olan ən kiçik avaz ifadələri. BOĞAZ IV sif. Qarnında balası olan. Əmniyyələr boğaz inəyi, eşşəyi və qoyunları tövlədən çıxardılar (M.İbrahimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / boğaz

boğaz sözünün rus dilinə tərcüməsi

  • 1 1. горло; 2. горлышко (посуды); 3. геол. пролив; 4. стельное животное;

    Azərbaycanca-rusca lüğət / boğaz
  • 2 1 I сущ. 1. горло. Boğaz ağrısı болезнь горла, boğazında qalmaq застрять в горле 2. простореч. глотка 3. горлышко. Butulkanın boğazı горлышко бутылки 4. геогр. пролив. Dardanel boğazı пролив Дарданеллы 5. голенище. Çəkmənin boğazı голенище сапога 6. вечея (дыра в середине верхнего жернова мельницы). Dəyirmanın boğazı вечея мельницы II прил. 1. горловой. Boğaz spazması горловая спазма 2. гортанный. лингв. Boğaz samiti гортанный согласный, boğaz səsi гортанный звук; мед. boğaz gəlməsi ангина, boğaz uru зоб ◊ boğaz açmaq обжираться, обожраться; boğaz döymək спорить попусту; заниматься болтовнёй; boğaz zoruna iş aparmaq брать голосом, boğaz ortağı olmaq примазаться к чьей-л. еде; boğaza qədər по горло, boğaza qədər borca girmək (düşmək) по горло влезть в долги; boğaza yığılmaq nədən быть сытым по горло чем-л.; boğaza yığmaq (gətirmək) kimi 1. надоедать, надоесть к ому 2. извести кого; становиться поперёк горла кому; boğaza çıxıb (iş və s.) дел и т. п. по горло; boğaza keçmək навязаться на шею кому; boğazacan yemək есть до отвала, boğazdan yuxarı danışmaq говорить неискренне; boğazı boş qalmaq остаться голодным, boğazı qovuşmaq задыхаться; boğazı qurumaq растеряться, лишиться дара речи; boğazı əlinə keçmək kimin попасть в чьи-л. лапы; boğazı kəndirdə olmaq оказаться в петле; bıçağı boğazına dirəmək приставать, пристать с ножом к горлу; boğazına sarılmaq kimin крепко обнять кого; boğazına çökmək см. boğazından yapışmaq; boğazında qalsın! чтобы (ты, он) подавился! sözünü boğazında boğmaq воздержаться от высказывания; boğazından kəsmək отказывать в чём-л. себе в пользу кого-л.; boğazından keçmir kimin 1. стоит комом в горле у кого 2. не лезет в горло; boğazından çıxarıb vermək делиться последним куском; boğazından çıxmaq nə лишиться какой-то выгоды; выпустить из рук, упустить что; boğazından tutmaq kimin схватить за горло, взять за жабры кого; boğazından tutsan canı çıxar еле-еле душа в теле; boğazını qurutmaq kimin 1. крайне удивить кого 2. прижать к стене, требовать ответа 3. лишить куска хлеба; лишить выгоды; boğazını yağlamaq kimin замазать рот кому; дать взятку; boğazını yaşlamaq промочить горло (выпить немного вина, водки); boğazını yırtmaq драть глотку, говорить без умолку; boğazını üzmək kimin брать за горло кого; boğazının yoğun (gen) yerinə salmaq драть горло; драть глотку 2 прил. 1. стельная. Boğaz inək стельная корова 2. суягная (овца, коза). Boğaz qoyun суягная овцематка 3. котная 4. жерёбая. Boğaz madyan жерёбая кобыла 5. супоросная, супоросая (о свинье) ◊ boğaz olmaq: 1. быть стельной (супоросной, жерёбой и т.д.); 2. перен. быть в долгу перед кем-л.

    Azərbaycanca-rusca lüğət / boğaz

boğaz sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. throat; anat. larynx; ◊ ~ açmaq to glut oneself with, to guzzle (d.), (tamamlıqsız) to overeat, to gormandize, ~ döymək to argue vainly / for nothing; ~ yırtmaq to bawl, to yell, to shout at the top of one’s voice; ~ ortağı olmaq to stick* to smb.’s meal, to hang* on to smb.’s meal; ~ otarmaq to lead* the life of a sponger / drone; ~a keçmək to stick* in one’s throat; ~dan yuxarı danışmaq to speak* insincerely; ~ı gəlmək to have* pharingitis, to have* a sore throat; ~ına soyuq olmaq to have* a cold in one’s throat; ~ı qovuşmaq to be* suffocated / choked; ~ı qurumaq məc. to get* into a difficult position, to be* deprived of speech; ~ını qurutmaq to put* smb. into a difficult position, to frighten smb., to terrify smb. awfully; ~ından yapışmaq / tutmaq to catch* / to take* smb. by the throat; ~dan kəsmək məc. to cut* down one’s expenses; canını ~ına yığmaq / gətirmək to make* smb. sick, to pester (d. with), to bore (d. with), to bother (d. with); canı ~ına yığılmaq to be* pestered (with), to be* bored (with); Onun əlindən lap canım boğazıma yığılıb I’m bored to death with him / her; ~ını arıtlamaq to clear one’s throat, to hawk; ◊ ~ını islatmaq d.d. to have* a drink, to wet one’s whistle; ~ını çəkmək to beg / to ask smb. to do smth.; 2. (butulkanın və s.) neck; 3. (çəkmənin və s.) top II. s. throat; ~ həkimi throat specialist; ~ səsi guttural voice; dilç. glottal sound; ~ vərəmi tuberculoses of the throat; elm. laryngeal phthisis; ~ xəstəlikləri diseases of the throat; ~ gəlməsi quinsy; ~ uru (zob) goitre, wen III. s. pregnant; ~ olmaq to be* pregnant; ~ inək pregnant cow, cow with calf; ~ madyan pregnant mare, mare in foal; ◊ bir kəsin qarşısında ~ olmaq məc. to have* responsibility before smb. for some reason IV. i. coğ. strait; sound; Magellan ~ı the Magellan Strait, the Strait of Magellan

    Azərbaycanca-ingiliscə lüğət / boğaz

boğaz sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. a) ~ inək vache f portante ; ~ donuz truie f portante ; ~at jument f portante ; b) gorge f ; anat. larynx \larɛ̃ks\] ◊ ~ açmaq bourrer (se) de qch, gorger de qch (se) ; empiffrer (s’) de qch ; être gourmand, -e ; ~ döymək chipoter vt ; ~ yırtmaq crier à tue-têt ; brailler à plein gosier, égosiller (s’) ; ~ ortağı olmaq insinuer (s’) au repas de qn ; ~ı qovuşmaq avoir un chat dans la gorge ; ~ı qurumaq avoir la gorge sèche ; məc. ~ını qurutmaq trouver (se) dans une situation difficile ; ~ından yapışmaq (tutmaq) saisir par la gorge ◊ ~ını islatmaq humecter (s’) le gosier (en buvant des boissons alcoolisées) ; ~ını çəkmək demander qn à faire qch, prier qn pour qch ; butulkanın ~ı gorge f de la bouteille ; çəkmənin ~ı tige f (de botte) ; 2) dilç. guttural, -e ; ~ səsi son m guttural ; elm. ~ vərəmi phtisie f laryngée ; ~ xəstəlikləri maladies f pl laringales ; ~ gəlməsi angine f ; ~ uru (zob) goître m ; 3) coğ. détroit m ; Magellan ~ı détroit de Magellan ; Dardanel ~ı détroit des Dardanelles

    Azərbaycanca-fransızca lüğət / boğaz

boğaz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. анат. туьд (гардандин яру ратунин кьил куьтягь жезвай вилик пад); сурлумпӀ; // туьтуьнин; boğaz ağrısı туьтуьнин тӀал; 2. туьд, туьтуьх; кӀалхан; boğazı gəlmək туьтер атун, ангина хьун; // boğaz səsləri грам. кӀалхандин ванер; 3. туьд, гардан; boğazını kəsmək туьд атӀун; 4. туьд (бутылкадин, банкадин, гичиндин ва мс. сив галай патан гуьтӀуь пай); 5. регъуьн къванерикай кьилел къванцин юкьвай жедай тӀеквен; 6. кух (кух галай кӀвачин къапарин, гуьлуьтрин вини кьил, гуьтӀуь пай); 7. камун, вацӀун вини кьил; вацӀун тӀиш (сив); 8. кьве дагъдин арада дар рехъ, гирве; 9. геогр. пролив; 10. муз. гьар манидардиз вичиз хас тир кӀалхандин ванер акъудунин жуьре, гьакӀни музыкадин куьлуь ибараяр; ** boğaz açmaq тӀуьникай тух тахьун, вилик атайди тӀуьн, къанихвилелди тӀуьн; boğaz ortağı olmaq масадан тӀуьниз уртах хьун; boğaz otarmaq руфун вилик кутун, муьфтехорвал авун, гьинал-гьанал вичи-вич тухарун; boğaz uzatmaq гардан яргъи авун, кьама ялар тун, вичи вич ялун, дамах къачун; boğaz yırtmaq туьд чӀадгъунун, гьараюн, гьарайна рахун; boğaz(a) döymək чене гатун, гьуьжетун, буш-буш рахун, барбияр ягъун, туьтериз къилав гун; boğaza dürtmək кил. boğaz(a) döymək; boğaza keçmək туьтуьна акӀун, кьилиз бала хьун (хуш текъвер касдин, затӀунин, кардин гьакъинда); boğaz-boğaza кьил-кьилиз яна, санал; boğazdan yuxarı туьтуьнилай виниз, сивел атайвал, акатайвал (мес. рахун); boğazı biçilmək туьтуьнилай затӀ тефин; boğazı qovuşmaq туьд алкӀун, нефес къачуз тахьун; boğazı qurumaq туьд кьуру хьун, кичӀе хьун, мягьтел хьун, жаваб гуз тахьун (кичӀевиляй ва мс.); boğazı tovlanmaq мекьи хьуникай ва мс. туьтуьнин къен (туьтуьх) яру хьун; boğazı tutulmaq туьтер кьун, туьтер ифин, ванер усун, бамиш жедай хьиз хьун, рахаз тахьун, ван акъат тавун (гзаф шехьуникай, хъел атуникай ва мс.); boğazına bağlamaq пер. гужуналди ва я гьилледалди кьабулиз тун, хиве ттун; boğazında qalmaq пер. туьтуьна акӀун, мураддихъ агакьиз тахьун, рикӀе амукьун (гафар); boğazından getməmək (keçməmək) туьтуьнилай тефин, кичӀевиляй, азабдикай ва мс. гьиссерикай са затӀни нез тахьун, руьгьдин азаб чӀугун; boğazından kəsmək туьтуьникай атӀун, мадара авун, нез къимиш тавун; boğazından yapışmaq пер. туьд кьун, кӀеве тун, мажбур авун; boğazını arıtlamaq туьтер арутун, уьгьуь яна туьтер ачухарун, рахаз гьазур хьун; boğazını islatmaq зар. туьд куьцӀуьрун, туьтер кьежирун, тӀимил кьван хъун (эрекь, чехир); boğazını qəhər tutmaq туьд кьагьарди кьун, ... хъиляй шехьиз кӀан хьун, амма бамиш хьайи хьиз хьана шехьиз тахьун, ван акъат тавун; boğazının yolu qurumaq кил. boğazı qurumaq.

    Azərbaycanca-ləzgicə lüğəti / boğaz
  • 2 прил. бугъаз (руфуна бала авай); boğaz inək бугъаз ккал; boğaz madyan бугъаз хвар; boğaz olmaq а) бугъаз хьун, бугъаз гьалдиз атун, руфунал залан хьун; б) пер. нугъ. бугъаз хьун, буржлу хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / boğaz

boğaz sözünün türk dilinə tərcüməsi

boğaz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

boğaz olmax: (Füzuli, Salyan) 1. borclu olmaq (Füzuli) – İstəmirəm, qardaş, mənim başqasına boğaz olmağa tə:- rim yoxdu 2. sünbüllənmək, sünbül açmaq həddinə çatmaq (Salyan). – Əvəl taxıl boğaz olur, sümül açır, yetişir, çalmaynan, ya əlnən biçirüg

Azərbaycan dilinin dialektoloji lüğəti.

"boğaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boğaz nədir? #boğaz sözünün mənası #boğaz nə deməkdir? #boğaz sözünün izahı #boğaz sözünün yazılışı #boğaz necə yazılır? #boğaz sözünün düzgün yazılışı #boğaz leksik mənası #boğaz sözünün sinonimi #boğaz sözünün yaxın mənalı sözlər #boğaz sözünün əks mənası #boğaz sözünün etimologiyası #boğaz sözünün orfoqrafiyası #boğaz rusca #boğaz inglisça #boğaz fransızca #boğaz sözünün istifadəsi #sözlük