loğaz sözü azərbaycan dilində

loğaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • loğaz • 93.3333%
  • Loğaz • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır."Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

loğaz sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. İstehza, rişxənd, masqara, ələ salma. □ Loğaz qoşmaq (oxumaq) – 1) rişxənd etmək, istehzalı sözlər demək, lağa (araya) qoymaq. [Nəcəfalı:] Keçmə bu aran tayfasının loğaz qoşmağından. B.Bayramov; 2) ağzına gələni danışmaq, boş-boş danışmaq. Loğaza qoymaq – ələ salmaq, lağa qoymaq. Loğaza qoyulmaq – ələ salınmaq, masqaraya qoyulmaq. Moldayı, salmadı el dil boğaza; Eybi yox, gərçi qoyulduq loğaza. M.Ə.Sabir. 2. Uydurma, yalan; laf. [Zaman:] İndi odur qudurublar, hərəsinin ağzından bir loğaz çıxır! Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / loğaz

loğaz sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. диал. 1. насмешка, обидная шутка. Loğaza qoymaq kimi, nəyi насмехаться над кем, над ч ем, loğaz qoşmaq kimə, nəyə высмеивать кого, что, подвергать насмешкам кого, что 2. выдумка, небылица. Loğaz uydurmaq рассказывать небылицы

    Azərbaycanca-rusca lüğət / loğaz

loğaz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. рахшанд, ягьанат, хъач; loğaz qoşmaq (oxumaq) а) рахшанд авун, арадал вегьин, ягьанатун, хъачун; б) сивел атайвал рахун, буш-буш рахун; loğaza qoymaq арадал вегьин, рахшанд авун, хъачун; 2. тапарар, ттаб; лаф.

    Azərbaycanca-ləzgicə lüğəti / loğaz

loğaz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəbrayıl) lağ ◊ Loğaz qoşmax (Ağcabədi, Qubadlı, Gəncə, Naxçıvan, Şərur) – ələ salmaq, lağa qoymaq. – Əliyə loğaz qoşma (Ağcabədi); Loğaz döşəməx’ (Naxçıvan) – ələ salmaq, lağa qoymaq. – Sən loğaz döşəmə. Loğaz eləməx’ (Şahbuz) – ələ salmaq, lağa qoymaq. – No:ldu balam, onabuna loğaz eləməkdən yorulmadın? Loğaz oxumax (Gəncə) – boş-boş danışmaq. – Ta: loğaz oxuma, pulu bəri ver

Azərbaycan dilinin dialektoloji lüğəti.

"loğaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#loğaz nədir? #loğaz sözünün mənası #loğaz nə deməkdir? #loğaz sözünün izahı #loğaz sözünün yazılışı #loğaz necə yazılır? #loğaz sözünün düzgün yazılışı #loğaz leksik mənası #loğaz sözünün sinonimi #loğaz sözünün yaxın mənalı sözlər #loğaz sözünün əks mənası #loğaz sözünün etimologiyası #loğaz sözünün orfoqrafiyası #loğaz rusca #loğaz inglisça #loğaz fransızca #loğaz sözünün istifadəsi #sözlük