boğazı sözü azərbaycan dilində

boğazı

Yazılış

  • boğazı • 92.8214%
  • Boğazı • 7.1786%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hörmüz boğazı
Hörmüz boğazı (Ərəbcə: مَضيق هُرمُز‎ Maḍīq Hurmuz, Farsca:تَنگِه هُرمُز Tangeh-ye Hormoz) Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Boğaz avestada qeyd olunan xeyir tanrısı Hörmüzün adını daşıyır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir. Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli Tıxanma nöqtələrindəndir. == İstinadlar == == Əlavə oxumaq == Wise, Harold Lee. Inside the Danger Zone: The U.S. Military in the Persian Gulf 1987-88. Annapolis: Naval Institute Press. 2007. ISBN 1-59114-970-3.
Kabot boğazı
Kabot boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adası ilə Nyufaundlend adası arasında yerləşir. Uzunluğu 110 km, eni 9,1–18 km, dərinliyi 3660 m təşkil edir. Boğazın adı italiyalı dənizçi Con Kabotun şərəfinə adlandırılmışdır. Hər iki sahilində iri şəhərlər vardır: Sanel-Port-o-Bask və Sidney.
Kafirefs boğazı
Kafirefs boğazı (yun. Καφηρέας) — Egey dənizi akvatoriyasında yerləşən Evbeya və Andros adaları arasında yerləşir. Adı qədim yunan əfsanəsi ilə əlaqədardır. Eni 11 km təşkil edir. Boğazda güclü axınlar müşahidə edilir. Şimaldan cənuba doğru yönələn axınlar Qara dənizdən Mərmərə dənizinə və oradan da Aralıq dənizi istiqamətinə yönəlir. Boğazda eyni adlı burun vardır. Bu burunun qədim yunan əsatirlərində adı çəkilir.
Kalmarsund boğazı
Kalmarsund boğazı (isv. Kalmarsund) - İsveçə məxsus Eland adasını Skandinaviya yarımadasından ayırır. Uzunluğu 130 km, eni 5 – 25 km təşkil edir. 1972-ci ildə boğazın üzərində Eland körpüsü inşa edilmişdir. Materik ilə ada arasında körpü hər iki tərəfin avtomagistral xətlərini birləşdirir. Bölgədə ekoloji vəziyyət gərgindir. Belə ki, kənd təsərrüfatında istifadə edilən azot və fosfor gübrələri buna yol açır. Ərazi Şimali Avropada ən qədim yaşayış məskənləri məhz burada yerləşir.
Kammon boğazı
Kammon boğazı (yap. 関門海峡) — Kyuşu adası ilə Honşu adası arasında yerləşən boğaz. Bəzən Anato (yap. 穴戸海峡), Bakan (yap. 馬関海峡), Şimonoseki (yap. 下之関海峡). Bəzi hallarda ayrı-ayrı boğazlar şəbəkəsi olaraq qeyd edilir. == Əhali == Boğazın yerləşdiyi rayon ərazisində 1.3 milyon insan yaşayır. Boğazın Honsü adası sahillərində Şimonoseki, Kyuşu adası sahilində isə Kitakyuşu şəhəri yerləşir. Yaxınlıqdakı Kitakyusyu hava limanı 2006-cı ildə inşa edilmişdir.
Kamçatka boğazı
Kamçatka boğazı — Sakit okeanda yerləşən Berinqa adasını Kamçatka yarımadasından ayırır. Sakit okeanını Berinq dənizi ilə birləşdirir. Uzunluğu 150 km, eni isə 191 km təşkil edir. Ən dərin yeri 4420 m-dir. Sahilləri girintili-çıxıntılıdır, uca və sıldırımlı dağlarla əhatəlidir. Boğazın sahəsi 335,34 km² təşkil edir. Boğazın qərb hissəsində Kamçatka körfəzi yerləşir. Qərb hissədə boğazın orta dərinliyi 3500 m, şərq hissədə (Berinqa adası yaxınlığında) orta dərinlik isə 200 m-dir. Suyun duzluluğu dərinlikdən asılı olaraq 32,4–34,7‰ arası dəyişir. Adına gəldikdə isə Kamçatka yarımadasına yaxınlığı səbəbindən bu cür adlandırılmışdır.
Kennedi boğazı
Kennedi boğazı ing. Kennedi Channel - Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Nersa boğazının davamında yerləşir. Keyna körfəzini Xoll körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 130 km, eni isə 24–32 km arası dəyişir. Dərinliyi 180–340 m təşkil edir. Boğaz 1854-cü ildə şimal qütbünə təşkil edilən ekspedisiya rəhbəri İlaysem Keyro tərəfindən kəşf edilir. Adına gəldikdə isə bir neçə variant vardır. Bəziləri Kennedi adı Keynanın dostu Vilyam Kennedinin şərəfinə adlandırıldığı bildirilir. Oda qütb tətqiqatçısıdır.
Kerç boğazı
Kerç boğazı (ukr. Керченська протока, krımtat. Керич богъазы, Keriç boğazı) — Boğaz Atlantik okeanın akvatoriyasına daxil olan Azov dənizini Qara dənizlə birləşdirir. Krıma daxil olan Kerç yarımadasını isə Taman yarımadasından ayırır. Boğazın eni 4,5–15 km-ə qədərdir. Ən dərin yeri 18 m, əsas limanı Kerç şəhəridir. XVIII əsrin sinlarından XX əsrə qədər ruslar boğazı Tavriya, Enikal, Kerç-Enikal, Qədim yunanlar boğazı Kimmer Bosforo (q.yun. Βόσπορος Κιμμέριος) adlandırırdılar. Ad isə ərazidə yaşıyan Kimmerlərin adından götürülmüşdür. Kerç boğazı bir çox balıq növlərinin ovlandığı bölgədir.
Kij boğazı
Kij boğazı (rus. Кижский пролив) - Kareliya Respublikası ərazisində Oneqa gölündə yerləşən Klimenes adasını materikdən ayırır. Ən dar yerdə eni 100 m təşkil edir, bu hissə gəmiçilik üçün təhlükəlidir. Uzunluğu 20 km, dərinliyi 10 m təşkil edir.
Kildinski boğazı
Kildinski boğazı (rus. Килдинский пролив)- Barens dənizində yerləşən Kildin adasını Kola yarımadasından ayırır. Uzunluğu 19 km, eni 0.7–4 km arası dəyişir. Dərinliyi 142 m təşkil edir. Mərkəz hissədə 14 m dərinliyə malik dayazlıq vardır. Sahilində Priqonnıy, Koroviy, Maqilnıy (Kildin adası) və Toporkova Paxta, Cevray (Kola yarımadası) burnuları vardır. Cənub hissədə Kopenkol və Puçi, şimalda Moqilnıy buxtası yerləşir. Boğaza Zarubıxa və Çörpaya çayları axır. Boğaz adını eyni adlı adanın adından götürmüşdür. Burada Şərqi və Qərbi Kildin yaşayış məntəqələri vardır.
Kolvill boğazı
Kolvill boğazı (ing. Colville Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Celliko boğazı və Kredok boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Kolvill boğazı Qreyt-Barrier adasını Şimali adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 100 km, uzunluğu isə 150 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Koreya boğazı
Koreya boğazı Yapon dənizi ilə Şərqi Çin dənizini birləşirdirir. Boğaz Koreya yarımadasını Yapon arxipelaqına daxil olan iki - Kyusyu və cənub-qərb sonuncunda isə Honşu adalarından ayırır. Uzunluğu 324 km, ən dar hissədə eni isə 180 km təşkil edir. Ən dayaz yeri 73 m-dir. Boğazda yerləşən Tsuşima adası boğazı iki yerə şərqi və qərbi boğazlara bölür. Şərqdə yerləşən keçid Tsuşima boğazı adlanır.
Kunaşir boğazı
Kunaşir boğazı (yap. 根室海峡) — Sakit okeanına daxil olan Kunaşir adasını Hokkoyda adasındasından ayırır. Oxot dənizini Xəyanət boğazı ilə birləşdirir. Uzunluğu 74 km, eni şimalda 24 km, cənubda isə 43 km təşkil edir. Dərinliyi 2500 km-dir. Sahilləri yüksəkdir. Burada Znamenka, Alexina, İvanovskiy burunları vardır. Boğaza Asin, Valentina, Alexina, Ozernaya, Krivonojka, Temnaya, Tyoryoy-Qava, Kotanuki-Qava çayları tökülür. Sahillərində sualtı və suüstü qayalı daşlara rast gəlinir. Şərqində Alexina buxtası yerləşir.
Kuroçkin boğazı
Kuroçkin boğazı (rus. Пролив Курочкина ) — Mоrjov adasını Taymır yarımadasından ayırır. Morjov adası Kamennıy arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizi akvatoriyası olan Pyasins körfəzində yerləşir. Boğazın eni dar yerdə 11–20 km arasında dəyişir. İlin böyük qismi buzla örtülü olur. Sahilində Makarov buxtası yerləşir. Bölgə inzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir.
Lankaster boğazı
Lankaster boğazı (ing. Lancaster Sound ) — boğaz Kanada Arktik arxipelaqına daxil olan Baffin Torpağı və Baylot adalarını Devon adasından ayırır. == Coğrafiyası == Boğaz Kanada Arktik arxipelaqının şərqində Şimal-Qərb keçidinin üzərində yerləşir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Mak-Klur boğazı kimi keçidlərin ardını təşkil edir. Qərbində Barrou, cənub-qərbdə Şahzadə Rinjet boğazları ilə qovuşur. Boğaz Şimal Buzlu okeanına daxil olan Baffin dənizini Butiya körfəzi ilə birləşdirir. Boğazın maksimal eni 80 km, minimal eni 50 km, uzunluğu 400 km təşkil edir. Maksimal dərinlik 1232 m, minimal dərinlik137 m-dir. Boğaz qütb dairəsi daxilində yerləşir və ilin 9–10 ayı buzla örtülü olur. Buzqıran gəmilərin sayəsində naviqasiya yayın ortalarından qar düşənədək davam edir.
Laperuz boğazı
Laperuz boğazı (rus. Пролив Лаперуза) və ya Soya boğazı (yap. 宗谷海峡) - Sakit okeanda Saxalin adası və Hokkaydo adalarını ayırır, Yapon dənizi və Oxot dənizilərini birləşdirir. Uzunluğu 94 km, eni isə 43 km təşkil edir. Orta dərinlik 20–40 m-dir. Ən dərin yeri isə 118 m təşkil edir. Qışda boğazın ərazisi donur. Boğazın adına gəldikdə isə fransız səyyahı Jan Fransua de Laperuz 1787-ci ildə boğaz ərazisini üzərək keçir. Yaponiya sahillərində Vakkanay limanı yerləşir. Boğaz ərazisində sərt qayalıqlardan ibarət olan Təhlükəliklər adası mövcuddur.
Limford boğazı
Limfyord boğazı (Lim Fjord, Limfjorden) — Danimarkanın şimalında, Yutlandiya yarımadası ərazisində Şimal dənizi ilə Katteqat boğazını birləşdirən boğazlar şəbəkəsi. Boğazın uzunluğu 180 km təşkil edir. Boğaz əsasən göl tipli bitkilərlə örtülüdür. Limford Şimali Yutlandiya adasını Yutlandiya yarımadasından ayırır. Orta dərinliyi 3–5 m, maksimal dərinlik isə 24 m-dir. Limford boğazında 90-dan çox ada vardır. Ən iri adaları: Mors və Fur adası. Ən əhəmiyyətli limanı Olborqdur. Limford balıqçılıq rayonudur. 1825-ci ilə qədər Limford körfəz olmuşdur.
Limfyord boğazı
Limfyord boğazı (Lim Fjord, Limfjorden) — Danimarkanın şimalında, Yutlandiya yarımadası ərazisində Şimal dənizi ilə Katteqat boğazını birləşdirən boğazlar şəbəkəsi. Boğazın uzunluğu 180 km təşkil edir. Boğaz əsasən göl tipli bitkilərlə örtülüdür. Limford Şimali Yutlandiya adasını Yutlandiya yarımadasından ayırır. Orta dərinliyi 3–5 m, maksimal dərinlik isə 24 m-dir. Limford boğazında 90-dan çox ada vardır. Ən iri adaları: Mors və Fur adası. Ən əhəmiyyətli limanı Olborqdur. Limford balıqçılıq rayonudur. 1825-ci ilə qədər Limford körfəz olmuşdur.
Litke boğazı
Litke boğazı (rus. Пролив Литке) - Avrasiya materikini Karaqin adasından ayırır. Boğaz Berinq dənizində yerləşir. Uzunluğu 120 km, ən dar yerdə eni 26 km təşkil edir. Boğaz rus dəniz səyyahı Fedora Petroviç Litkenin şərəfinə adlandırılmışdır. Boğazın sahilində Ossara qəsəbəsi yerləşir. Bölgə Kamçatka diyarına aid ərazidə yerləşir.
Lombok boğazı
Lombok boğazı (ind. Lombok Selat) - Lombok boğazı Malay arxipelaqına aid olan İndoneziyaya məxsus Bali, Nusa Penida və Lombok adalarını ayırır. == Coğrafiyası == Sakit okeanına aid olan Bali dənizini (şimaldan) Hind okeanı (qərbdən) ilə birləşdirir. Boğazın cənub-qərbində Bali və Nusa Penida adaları arasında Badunq boğazına çevrilir. Ən dar yeri 18 km təşkil edir. Nusa Penida adası qərbdə, Lombok adası isə şərqdə yerləşir. Ən dərin yeri 1400 m təşkil edir ki, o da boğazın şimalında yerləşir. Ən dayaz yeri isə 250 m-dən aşağıdır. Boğaz İndoneziyanın iki vilayəti olan Bali və Qərbi Kiçik Zond adaları arasında sərhəd təşkil edir. Sahilində Bali adasında Manqqis və Kubu, Lombok adasında Matarom və Lembar şəhərləri yerləşir.
Madura boğazı
Madura boğazı (ind. Selat Madura) - Malay arxipelaqına daxil olan Yava adasını Madura adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Yava dənizi ilə birləşdirir. Qərbdə və qədim İndoneziya mənbələrində Surabay boğazı adlandırılrdı. == Coğrafiyası == Ən dar yeri 4,9 km (Madura rayonunun cənub-qərbində). Boğaz daxilində bir neçə kiçik adalar vardır (Kambinq, Qetenq, Ketapoenq, Qiliraya, Qilitimur). == Təbiəti == Boğazın suyu Bali və Yava dənizinin suyuna nisbətən duzluluğu azdır. Əsas səbəb isə boğaza tökülən Brontas çayıdır. Bu çay təkcə boğazın suyuna deyil, həm də onun dibinə tonlarla çöküntü gətirir. Sularında 78 bioloji növ yaşayır.
Magellan boğazı
Magellan boğazı (isp. Estrecho de Magellenes). Boğaz Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayırır. Boğazın bəzi yerlərdə eni 3,5 km-ə çatır. Sahil hissələrində fiortlara rast gəlinir ki, bu da həmin hissədə gəmiçiliyə mane olur. Boğazın şərqdən qərbə ümumi uzunluğu 575 km təşkil edir. Ən dayaz yeri 20 m-dir. Bu boğazı keçən ilk avropalı Fernando Magellan olmuşdur. Uzun müddət Cənub torpağı adlı qitəsinin bir parçası olma ehtimalı vardı. == Tarixi == 21 oktyabr 1520-ci ildə güclü küləklər Magellanın gəmisini boğazın girişində olan buxtaya salır.
Markem boğazı
Markem boğazı — Rusiyanın Arxangelsk vilayətinə daxil olan olan Frans-İosif Torpağı arxipelaqının şərqində, Luici, Çamp adalarını Kyoltiş, Nansen, Alcer, Bromic və Nyukomb adalarından ayıran boğaz. 1874-cü ildə Veyprext-Payerin Avstriya-Macarıstan qütb ekspedisiyası tərəfindən aşkar edilmiş və xəritəyə salınmışdır. Qütb tədqiqatçısı Albert Hastinqs Markemin adını daşıyır. Boğaz Britaniya boğazında başlanılır və Avstriya boğazında bitir. İngilis qütb tədqiqatçısı Federik Cekson "Arktikada bir min gün" adlı gündəliyində Markem boğazının girişinin təsvirini verir. onun gündəliyindəki yazıları 25 aprel 1895-ci il (dördüncü gün) tarixində başlayır. Onun məlumatına görə, təxminən səkkiz mil boğazın daha dərinliyinə girən Ceksonun ekspedisiyası, toros buzunun üstünündən şimal-qərbə doğru görünən bir ərazini aşkarlayır. Ertəsi gün, 26 aprel tarixində, Markem boğazını əhatə edən adalara vizual baxış keçirilir. 1896-cı ildə Ceksonun araşdırmalarının nəticələri "English Mechanics and the World of Science" adlı britaniya jurnalının səhifələrində müzakirə edilir. Ceksona görə, o xəritələrdəki Markem boğazının xəttini tamamilə dəyişdirməli idi.
Marsdip boğazı
Marsdip boğazı (nid. Marsdiep) — Şimali Hollandiya yarımadasını Teskel adasından ayırır. Şimal dənizini Vaddenze körfəzi ilə birləşdirir. Boğazda Teskel və Den-Helder arasında bərə fəaliyyət göstərir. 1000 il b.e.ə Marsdin boğazı Zeyderze çayı mənsəbi idi. Boğazda qumlar sahil boyu hərəkət edir. Belə ki, Norderhoks adası ildə 100 m şərqə irəliləyir. Bəzi mənbələr 2020-2025 ci illərə qədər Norderhaks, Teksel və Vliland adaları birləşərək bir adaya çevriləcəyi ehtimal edirlər. Boğaz isə Şimali Hollandiya yarımadasının bir hissəsi olacağı gözlənilir.
Kerç boğazı hadisəsi
Kerç boğazı hadisəsi — 25 noyabr 2018-ci ildə Kerç boğazında baş vermiş beynəlxalq insidentdir və bu zaman Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sahil mühafizəsi Qara dənizdən tranzit keçməyə cəhd edən üç Ukrayna Hərbi Dəniz Qüvvələri gəmisini atəşə tutub və onları ələ keçirib. İlk dəfə idi ki, Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya qüvvələri Ukrayna qüvvələri ilə açıq şəkildə vuruşurdu. 2014-cü ildə Rusiya beynəlxalq səviyyədə əsasən Ukrayna ərazisi kimi tanınan yaxınlıqdakı Krım yarımadasını ilhaq edib. Daha sonra boğaz üzərindən Krım körpüsü tikildi. 2003-cü il razılaşmasına əsasən, boğaz və Azov dənizi hər iki ölkənin ümumi ərazi sularına çevrilməli və sərbəst buraxılış üçün əlçatan olmalıdır. Rusiya isə öz növbəsində təkid edir ki, 2003-cü il müqaviləsi qüvvədə qaldığı halda, Ukrayna gəmiləri Dəniz Hüququ Müqaviləsi ilə tənzimləndiyi kimi, hər hansı transmilli su keçidi kimi Krımın perimetri boyunca Rusiya sularına girməzdən əvvəl icazə almalıdır. Krımın Rusiya tərəfindən ilhaqı Ukrayna tərəfindən tanınmır, ona görə də Ukrayna Krım suları ilə bağlı beynəlxalq müqavilənin tətbiqini qanunsuz hesab edir. == Arxa fon == Rusiya 2014-cü ildə Krımı ilhaq etdi. İlhaq Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmi olaraq tanınmır. Kerç boğazı Azov dənizini Qara dənizlə birləşdirir və Rusiyanın Taman yarımadasının və mübahisəli Krımın sahillərindən formalaşır.
La Manş boğazı
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-cü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.

"boğazı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boğazı nədir? #boğazı sözünün mənası #boğazı nə deməkdir? #boğazı sözünün izahı #boğazı sözünün yazılışı #boğazı necə yazılır? #boğazı sözünün düzgün yazılışı #boğazı leksik mənası #boğazı sözünün sinonimi #boğazı sözünün yaxın mənalı sözlər #boğazı sözünün əks mənası #boğazı sözünün etimologiyası #boğazı sözünün orfoqrafiyası #boğazı rusca #boğazı inglisça #boğazı fransızca #boğazı sözünün istifadəsi #sözlük