obrazı sözü azərbaycan dilində

obrazı

Yazılış

  • obrazı • 99.6049%
  • Obrazı • 0.3161%
  • OBRAZI • 0.0790%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hal obrazı
Hal — mifoloji obrazdır. Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar.
İncəsənətdə getman Mazepa obrazı
İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır. Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur.
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)
Merilin Mao obrazında
"Merilin Mao obrazında" (ing. Marilyn as Mao) və ya "Merilin/Mао" (ing. Marilyn/Mao) — 1952-ci ildə latış-yəhudi əsilli fotoqraf Filipp Halsman tərəfindən yaradılmış fotomontaj. Sonradan bu obraz Salvador Dali, çinli rəssamlar Yu Yuhan və Xua Ciminq kimi təsviri incəsənətin bir çox məşhur nümayəndələri tərəfindən istifadə olunmuşdur. Amerikalı aktrisa və model Merilin Monro 1952-ci ilə qədər karyerasının zirvəsinə doğru əminliklə irəliləyirdi. 1950-ci ilin dekabrında "20th Century Fox" kinostudiyası ilə 7 illik müqavilə imzalamış, 1 il sonra bu studiyanın istehsalı olan filmlərdə baş rollarda çəkilməyə başlamışdır. Tezliklə Merilin "Hollivud əcnəbi mətbuat assosiasiyası tərəfindən "ən gəlirli gənc aktrisa" elan olunmuşdur.. Monro özünü yeni seks-simvol qismində təqdim edirdi. Müsahibələrindən birində o, 1949-cu ildə açıq paltar geyinmiş, yarıçılpaq fotolara çəkildiyini bildirmişdir. Mətbuat həmin dövrdə onun alt paltarı geyinmədiyini qeyd etmişdir.
Vertumn obrazında imperator II Rudolfun portreti
Vertumn obrazında imperator II Rudolfun portreti (it. Limperatore Rodolfo II in veste di Vertumno) - İtalyan rəssam, memar, səhnə tərtibatçısı və mühəndis Cüzeppe Arçimboldo tərəfindən 1591-ci ildə çəkilmiş rəsm əsəri. Tablo Stokholm şəhərində yerləşən Skokloster sarayında saxlanılır. Vertumn obrazında imperator II Rudolfun portretinə görə rəssam fəxri pfaltsqraf tituluna layiq görülmüşdü. Bu portret imperatoru ilin fəsillərinin və dünya nemətlərinin allahı Vertumnun obrazında təsvir edir. Vertumn qədim İtaliyada dəyişkənlik, təbii bolluq allahı kimi də məşhur idi.

"obrazı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#obrazı nədir? #obrazı sözünün mənası #obrazı nə deməkdir? #obrazı sözünün izahı #obrazı sözünün yazılışı #obrazı necə yazılır? #obrazı sözünün düzgün yazılışı #obrazı leksik mənası #obrazı sözünün sinonimi #obrazı sözünün yaxın mənalı sözlər #obrazı sözünün əks mənası #obrazı sözünün etimologiyası #obrazı sözünün orfoqrafiyası #obrazı rusca #obrazı inglisça #obrazı fransızca #obrazı sözünün istifadəsi #sözlük