* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir dəfədə ağıza qoyulan çörək parçası; tikə, dişləm. Loğma ki var, boğmadır. (Ata. sözü). O, çörək quru olduğundan hər loğma çörəyi bir qurtum su ilə ağzında isladıb yeyirdi. A.Şaiq. 2. Ümumiyyətlə, çörək mənasında. Yemə namərd loğmasın, Seyyid! Sifəti etməsin sənə təsir. S.Ə.Şirvani. Ey vay, bu fələk qoydu bizi loğmaya həsrət; Qaldıq biz adamsız. M.Ə.Sabir. [Qədir:] Çörək, yalnız bir loğma çörək üçün ailəmdən və əziz körpəmdən ayrılıram. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / loğma2 LOĞMA // LOXMA // LOQMA ə. bax lüqmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / loğma1 Ərəbcədir (əsli: löqmə), “tikə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / loğma1 1. LOĞMA Qorxmaz əyləşdi. Könülsüzkönülsüz bir loğma çörək kəsib əlinə aldı (Ə.Vəliyev); TİKƏ Vəlişin söz gülləsi hədəfindən yayındığına görə Qorxmaz tikəni çeynəyib uddu (Ə.Vəliyev). 2. loğma bax çörək
Azərbaycan dilinin sinonimlər lüğəti / loğma1 сущ. кусок хлеба: 1. ломоть хлеба 2. пропитание, пища, средства к существованию
Azərbaycanca-rusca lüğət / loğma1 i. a bite / a piece of bread (that may be put into mouth at one time)
Azərbaycanca-ingiliscə lüğət / loğma1 [ər.] сущ. 1. лукьма, кӀас, кьас, кӀус (садра сиве твадай кьван фу); 2. фу.
Azərbaycanca-ləzgicə lüğəti / loğma