lobya sözü azərbaycan dilində

lobya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • lobya • 97.3701%
  • Lobya • 2.5047%
  • LOBYA • 0.1252%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lobya
Lobya (lat. Phaseolus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda istifadə olunan yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda adətən yemək üçün istifadə olunmur. Bunun qurudulmuşundan, lobya-plov bişirilir. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər. Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.
Adi lobya
Adi lobya (lat. Phaseolus vulgaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü. Adi lobyabecərilən, birillik, gövdəsi (kolşəkilli formalı, hündürlüyü 50 sm), sarılan, sarmaşanot bitkisidir. Yarpaqları yumurtavarı, uzunsaplaqlı, üçər mürəkkəb, kənarları bütöv, yarpağın əsası eyni dərəcədə olmayan və zirvəsi itiucludur. Çiçəkləri ağ, çəhrayı və ya bənövşəyi rəngli, kəpənəkçiçək tipindədir. Meyvəsi paxla, düz, yastılaşmış və ya silindrik, köndələn istiqamlətli, 3-7 müxtəlif forma və rəngli olur. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.Yabanı növü məlum deyil. Ehtimal edilir ki, vətəni Mərkəzi Amerika və Meksikadır. Bir çox ölkələrdə taxıl-paxlalı və tərəvəz bitkisi kimi becərilir. İstisevən və quraqlığa davamlıdır.
Lobya fisincanı
Lobya fisincanı — Azərbaycan mətbəxinə aid qəlyanaltı Qırmızı lobya – 100 q baş soğan – 30 q ərinmiş yağ – 20 q qoz ləpəsi – 30 q sirkə – 20 q və ya nar şirəsi – 15 q keşniş göyərtisi – 20 q istiot duz Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.
Ağ lobya salatı
Göy lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Lobya-çilov plov
Yaşıl lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Ətli lobya şorbası

lobya sözünün leksik mənası və izahı

  • 1 is. bot. Paxlalılar fəsiləsindən birillik bostan bitkisi. O tərəfdə də hörmə çəpərin içində sarmaşıqlar, göy lobyalar, günəbaxanlar, sarısaçaqlı qarğıdalılar bir-birinə qarışırdı. S.Rəhimov. …Arvad-uşaq kiçik bostan salıb şaxa çıxan lobya, soğan əkirdilər. Ə.Əbülhəsən. // Həmin bitkinin xörəkdə işlədilən toxumu. İri lobya. Aş lobyası. Xəmiraşıya lobya tökmək.

    Azərbaycan dilinin izahlı lüğəti / lobya

lobya sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. фасоль: 1. травянистое огородное и полевое растение сем. бобовых 2. семена этого растения, употребляемые в пищу II прил. фасолевый: 1. приготовленный из фасоли. Lobya şorbası фасолевый суп 2. относящийся к фасоли. Lobya sahəsi фасолевое поле

    Azərbaycanca-rusca lüğət / lobya

lobya sözünün inglis dilinə tərcüməsi

lobya sözünün fransız dilinə tərcüməsi

lobya sözünün ləzgi dilinə tərcüməsi

lobya sözünün türk dilinə tərcüməsi

"lobya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lobya nədir? #lobya sözünün mənası #lobya nə deməkdir? #lobya sözünün izahı #lobya sözünün yazılışı #lobya necə yazılır? #lobya sözünün düzgün yazılışı #lobya leksik mənası #lobya sözünün sinonimi #lobya sözünün yaxın mənalı sözlər #lobya sözünün əks mənası #lobya sözünün etimologiyası #lobya sözünün orfoqrafiyası #lobya rusca #lobya inglisça #lobya fransızca #lobya sözünün istifadəsi #sözlük