boğazları sözü azərbaycan dilində

boğazları

Yazılış

  • boğazları • 91.7808%
  • Boğazları • 8.2192%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Danimarka boğazları
Danimarka boğazları — Skandinaviya və Yutlandiya yarımadaları arasındakı boğazlar sistemi. Kəmərlər sisteminə daxildir: Kiçik Kəmər (ən dar yeri 0,5 km), Böyük Kəmər (3,7 km), Öresund (10,5 km), Kattegat (60 km) və Skagerrak (110 km). Danimarka Boğazlar Baltik dənizinin limanlarını Dünya okeanının limanları ilə birləşdirən əsas dəniz yoludur.
Türk boğazları
Türk boğazları ― Mərmərə dənizini Egey dənizi və Qara dəniz ilə bağlayan iki boğaz. Türkiyənin şimal qərbində yerləşən bu boğazlar (Bosfor və Çanaqqala) Avropa və Asiya qitələri arasında sərhəd sayılır. İstanbul Boğazı və ya Bosfor boğazı Mərmərə dənizini şimal-şərq tərəfdən Qara dənizlə əlaqələndirir. Boğazın uzunluğu təxminən 30 km, eni isə 700 metrdir. İstanbulu Asiya və Avropa tərəflərinə ayırır. Bu qurular arasında əlaqə boğazın üstündə inşa olunmuş üç asma körpü (15 iyul Şəhidlər Körpüsü, Fateh Sultan Mehmet körpüsü, Yavuz Sultan Səlim körpüsü) və boğazın altından keçən bir Marmaray dəmir yolu keçidi və Avrasiya tuneli avtomobil yolu keçidi ilə təmin olunur. Çanaqqala boğazı və ya Dardanel boğazı Mərmərə dənizini cənub-qərb tərəfdən Egey dənizi ilə əlaqələndirir. Boğazın uzunluğu 68 km, eni isə 1.2 km-dir. Çanaqqala boğazı Türkiyənin Çanaqqala şəhəri yaxınlığında yerləşir. I Dünya müharibəsində Çanaqqala döyüşü bu ərazilərdə baş tutmuşdur.
Türk boğazları böhranı
Türk boğazları böhranı — 1946-cı ildə Türk boğazlarına nəzarətlə bağlı Türkiyəyə qarşı SSRİ-nin tələbləri ilə əlaqədar yaranan beynəlxalq siyasi böhran. Böhran SSRİ-nin Türkiyəyə ərazi iddiaları çərçivəsində baş vermişdir. Türkiyə İkinci Dünya müharibəsinin sonuna qədər öz neytrallığını qoruyub saxlaya bildi. SSRİ nəqliyyat gəmilərinin Qara dənizi Aralıq dənizi ilə birləşdirən Türk boğazlarından sərbəst keçməsi üçün Sovet hökuməti tərəfindən Türkiyə hökumətinə təzyiqlər edilməyə başlandı. Türkiyə hökumətinin Sovet İttifaqının tələblərini birmənalı şəkildə rədd etməsi bölgədə gərginliyi artırdı və böhranı güc nümayişinə çevirdi. Bu hadisə sonradan Trumen doktrinasının yaranmasında müəyyənedici amil rolunu oynadı. Bu böhran Türkiyənin üzünü tamamilə Qərbə, yəni Amerika Birləşmiş Ştatlarına və NATO-ya çevirməsinə səbəb oldu. Çanaqqala və Bosfor boğazları Qara dənizlə Aralıq dənizini birləşdirir. Onlar Qara dəniz dövləri olan Türkiyə, SSRİ, Rumıniya və Bolqarıstan kimi Varşava Müqaviləsi ölkələri üçün böyük əhəmiyyət kəsb edirdi. Türk boğazları hərbi strategiya baxımından da çox mühüm yer tuturdu.

"boğazları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#boğazları nədir? #boğazları sözünün mənası #boğazları nə deməkdir? #boğazları sözünün izahı #boğazları sözünün yazılışı #boğazları necə yazılır? #boğazları sözünün düzgün yazılışı #boğazları leksik mənası #boğazları sözünün sinonimi #boğazları sözünün yaxın mənalı sözlər #boğazları sözünün əks mənası #boğazları sözünün etimologiyası #boğazları sözünün orfoqrafiyası #boğazları rusca #boğazları inglisça #boğazları fransızca #boğazları sözünün istifadəsi #sözlük