bolqarları sözü azərbaycan dilində

bolqarları

Yazılış

  • bolqarları • 55.5556%
  • Bolqarları • 44.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Banat bolqarları
Banat bolqarları və ya Palçane — Banat vilayətində yaşayan bolqarların etnik qrupu. Yazılı ədəbiyyatda banat-bolqar dilindən istifadə edirlər. Banat bolqarlarının çoxu Pavlikanlar hərəkatının üzvü olmuşların törəmələridir. Yazıda latın əlifbasından istifadə edirlər. Banat bolqarlarının böyük əksəriyyəti katolikdir. == Həyat və mədəniyyət == Mədəni anlamda banat bolqarları 1866-cı ilə qədər xorvatların təsir dairəsində olmuşdur. Onların kilsə xadimlərinin böyük əksəriyyəti xorvat idi, üstəlik uşaqları xorvat dilində təhsil alırdı. Bununla belə məhs bu dövrdə xorvat və macar latın əlifbası əsasında banat danışığına uyğun əlifba tərtib edilir. Bu işdə maraqlı olan müəllimlər (bolqar və alman) kitabları tərcümə edir, dərsliklər tərtib edir və yerli ləhcədə qəzet buraxırdılar. Ancaq 1899-cu ildə Macar hakimiyyəti ölkədə macvar dilinin məcburi şəkildə tətbiqinə və yerli ləhcələrin qadağan olunmasına başlayır.
Qazaxıstan bolqarları
Qazaxıstan bolqarları (bolq. Българи в Казахстан, qaz. Қазақстандағы болгарлар) — Qazaxıstan ərazisində yaşıyan çox saylı milli azlıqlardan biri. 1999-cu il siyahıyaalınmasına əsasən Qazaxıstanda 6 915 nəfər özünü bolqar hesab edir. 1907-ci ildə Qazaxıstanda ilk bolqar köçkünləri meydana gəlir. Onlar Pavlodar vilayətində Razdumovka və Andrianovka, Aqtöbe vilayətində isə Bolqarka kəndlərini qururlar. İkinci Dünya müharibəsi dövründə Bolqarıstan sakinlərinin ikinci dalğası Qazaxıstana gəlir. Bolqarlar Qazaxıstanın hər yerində məskunlaşmışlar, lakin Aktöbe və Pavlodar vilayətində onların payı respublika üzrə orta göstəricidən yüksəkdir. Bolqarıstanın Qazaxıstandakı səfirliyi ilə əlaqəsi olan Qazaxıstanda Bolqarıstan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bolqar diasporunun yaranmasının yüz illiyi ilə Bolqarka kəndində yeni bir məktəb açılır.
İdil Bolqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.

Oxşar sözlər

#bolqarları nədir? #bolqarları sözünün mənası #bolqarları nə deməkdir? #bolqarları sözünün izahı #bolqarları sözünün yazılışı #bolqarları necə yazılır? #bolqarları sözünün düzgün yazılışı #bolqarları leksik mənası #bolqarları sözünün sinonimi #bolqarları sözünün yaxın mənalı sözlər #bolqarları sözünün əks mənası #bolqarları sözünün etimologiyası #bolqarları sözünün orfoqrafiyası #bolqarları rusca #bolqarları inglisça #bolqarları fransızca #bolqarları sözünün istifadəsi #sözlük