Bəyaz sözü azərbaycan dilində

Bəyaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bəyaz • 60.9712%
  • bəyaz • 37.2302%
  • BƏYAZ • 1.7986%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəyaz
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır.
Bəyaz gecələr
'Qalın mətn'Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz ordu
Ağ qvardiya — 1906-cı ildə Finlandiyada yaranmış Rusiya milisi. == Tarixi == 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 -1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli - hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. == Quruluşu və ideologiyası == 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. === İdeologiyası === Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.Ümumilikdə, Ağ Ordu milliyyətçi idi və etnik ayrılığı və separatizmi rədd edirdi.
Bəyaz diş (roman)
Ağ diş və ya Bəyaz diş — ilk dəfə Cek London tərəfindən 1906-cı ilin may ayından oktyabr ayına qədər The Outing Magazine-də seriyalı şəkildə nəşr edilmiş roman. == Haqqında == "Ağ diş" roman kitabı bir çox dillərə tərcümə edilmişdir. Və bir çox nəşriyyatlar tərəfindən kəşf edilmişdir. Kitabdakı yerlər Rusiya, Kanada və Amerikada yerləşir. Digər qardaşlarından fərqli olaraq boz doğulan canavar balasının hekayəsi danışılır. Bu canavarın adı Ağ dişdir. Ağ diş yarım it ana və canavar atasının övladlarıdır.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. == MƏZMUN == "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.
Bəyaz zanbaqlar ölkəsində
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsi ilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir. Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
Bəyaz həyat (film, 2003)
== Məzmun == Filmdə dövlət katibinin oğlu Riyadla (Kamal Dəniz) sadə qadın Nigar (Vəfa Rzayeva) arasında olan məhəbbət macərasından və bunun müqabilində rastlaşdıqları bir sıra çətinlikləri mətinliklə dəf etmələrindən danışılır. == Film haqqında == Film Vüqar Ercanın "Məhəbbət təcrübəsi" romanının motivləri əsasında çəkilmişdir. Filmin musiqisi Ramko Prodüksiyon A. Ş. (İstanbul, Türkiyə) və "Virus Production" studiyasında aranjman edilmişdir.
Salonikin Bəyaz qalası
Salonikin Bəyaz qalası (yun. Λευκός Πύργος; Turkish: Beyaz Kule; Ladino: Kuli Blanka) Yunanıstanın şimal hissəsi sayılan və Yunanıstan Makedoniyası adlanan regionunun paytaxtı olan Saloniki şəhərində sahilə yaxın ərazidə mövcud olan abidə və muzeydir. Hazırkı qala 12-ci əsrdə Bizans memarlığına aid istehkam sayılır və Osmanlı İmperiyasının padşahı II Murad tərəfindən 1430-cu ildə şəhər ələ keçirildikdən sonra regionun limanını gücləndirmək üçün yenidən inşa edildi. Qala Osmanlı dönəmində kütləvi edamlar və həbsxana məkanı kimi ad çıxarmışdır. 1912-ci ildə şəhər Yunanıstanın nəzarəti altına keçdikdən sonra bəyaz qalanın forması böyük ölçüdə dəyişikliyə uğradı və xarici görünüşü ağardıldı. Sonradan isə abidə şəhərin simvolu olaraq qəbul edildi. == Fiziki xüsusiyyətlər == Bəyaz qala 34 metr diametrə malik, yer səviyyəsindən 23 metr hündürlüyündə silindr formalı tikilidir və üzərindəki kiçik qüllənin hündürlüyü 12 metr, diametrin ölçüsü isə isə 6 metrdir. Qalanın xarici divarında atış üçün nəzərdə tutulan pəncərələrin bəzilərinə spiral formalı yol ilə çatmaq mümkündür, digər pəncərələrə isə altı mərtəbənin hər birində mövcud olan mərkəzi otaqdan çatmaq mümkündür. Kiçik qüllədə olan evlərin diametri 10 m və qalanın ən üst mərtəbədə yerləşən platforma isə 5 metr genişlikdə ərazini əhatə edir. == Tarixi == Şəhərin şərq hissəsini qoruyan qala Bizansların 1423-cü ildə Salonikini tərk edənə qədər uzun illər boyu Venesiya Respublikasının simvolu hesab olunurdu.
Salonikinin Bəyaz qalası

Səlanikin Bəyaz qalası

Xızıri Dəşt Bəyaz
Xızıri Dəşt Bəyaz — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Nimbeluk bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,930 nəfər və 1,385ailədən ibarət idi.
Aişə Sultan (II Bəyazidin qızı)
Aişə Sultan (1465, Amasya – 1515, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aişə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aişə Sultan 1480-ci ildə Sənan Paşayla evləndi və nigahın ardından Sənan Paşa kaptan-ı dərya təyin edildi. Aişə Sultan daha sonra Anadolu bəylərbəyi təyin edilən əriylə birlikdə Anadolunun müxtəlif bölgələrində yaşadı. Cütlüyün bu nigahdan 1 oğlu və 5 qızı dünyaya gəldi. Ərinin vəfatından sonra övladlarıyla birlikdə 1504-cü ildə İstanbula döndü. Atasının və onun vəfatından sonra ögey qardaşı Yavuz Sultan Səlimin səltənətlərində sarayda nüfuz sahibi oldu. Ədirnədə bir məscid, Gəliboluda isə məscid və məktəb inşa etdirən Aişə Sultan ərindən miras qalan bir çox torpaq mülklərini bunlara vəqf etdi.
Amasyalı Bəyazid Paşa
Amasyalı Bəyazid Paşa (XIV əsr, Amasya – iyul 1421) — Osmanlı sultanlığının Fetrət dövründə (hökümdarsızlıq dövrü), 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm olmuşdur. Dövləti toplama prosesi içində yanında olmuş və sonra da II Murad dövründə Mustafa Çələbiyə Sazlıdərdə məğlub olaraq təslim olub və onun əmrilə öldürüldüyü iyul 1421-ci ilə qədər baş vəzirlik etmiş bir Osmanlı dövlət xadimidir. == Həyatı == Amasiya Yahşi Beyin oğludur. Amasiyada anadan olduğu üçün ləqəbi Amasiyalı olmuşdur. Sarayda yetişib və I Bəyazidin dövründə bəzi hərbi vəzifələrə qoymuşdur. Çələbi Mehmetin Amasiyada sancaq bəyliyi dövrdə onun baş müşavirlərindən biri olmuşdur. İldırım Bəyazidin Teymura əsir düşdüyü 1402-ci il Ankara müharibəsində, 15 yasında olan gənc Şahzadə Mehmeti Teymurun mühasirəyə almasından xilas edərək Amasyaya gətirməyi bacarmışdır. Bəyazid Paşa, Mehmet Çələbinin Amasiyada Osmanlı birliyini yenidən qurmağa çalışdığı, özləri də sultan kimi müxtəlif mərkəzlərdə öhdələrinə götürmüş qardaşlarına qarşı mübarizə apardığı dövrdə onun xidmətində olmuşdur. Mehmet Çələbinin 1412-ci ildə Bursaya girərək I Mehmed adı ilə Osmanlı hökmdarı olmasından sonra da baş vəzir olmuş və Karamanoğulları bəyliyinə edilən yürüşdə əhəmiyyətli xidmətlərinə qarşılıq olaraq habelə Rumeli bəylərbəyi təyin olunmuş, ölümünə qədər bu iki vəzifəni çalışmışdır. Bəyazid Paşa səyləri ilə Şeyx Bedrettin üsyanını basmış olan dövlət xadimidir.
Ayşə Sultan (II Bəyazidin qızı)
Aişə Sultan (1465, Amasya – 1515, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aişə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aişə Sultan 1480-ci ildə Sənan Paşayla evləndi və nigahın ardından Sənan Paşa kaptan-ı dərya təyin edildi. Aişə Sultan daha sonra Anadolu bəylərbəyi təyin edilən əriylə birlikdə Anadolunun müxtəlif bölgələrində yaşadı. Cütlüyün bu nigahdan 1 oğlu və 5 qızı dünyaya gəldi. Ərinin vəfatından sonra övladlarıyla birlikdə 1504-cü ildə İstanbula döndü. Atasının və onun vəfatından sonra ögey qardaşı Yavuz Sultan Səlimin səltənətlərində sarayda nüfuz sahibi oldu. Ədirnədə bir məscid, Gəliboluda isə məscid və məktəb inşa etdirən Aişə Sultan ərindən miras qalan bir çox torpaq mülklərini bunlara vəqf etdi.
Bəyazid (Vivaldi)
Bəyazid və ya Tamerlan 1735-ci ildə Antonio Vivaldi tərəfindən bəstələnmiş italyan operasıdır. Operanın librettosu Aqostino Pioven tərəfindən yazılmışdır. Əsərin premyerası Veronada, karnaval mövsümündə həyata keçirilmişdir. Opera (kataloq nömrəsi RV 703) üç hissəli simfoniya olan giriş və üç pərdədən ibarətdir. Operanın mövzusu Osmanlı sultanı I Bəyazidin Əmir Teymur tərəfindən əsir götürülməsindən sonrakı həyatına həsr edilmişdir. Məşhur "Sposa son disprezzata" ariyası bu operadandır. == Rollar == == Simfoniya == Allegro Andante Molto Allegro == Pərdələr == == Ariyaların mənşəyi == Bəyazid operası pastiççiodur. Bu Vivaldinin başqa bəstəkarın əsərindən bir parçanı alaraq öz əsərinə uyğunlaşdırmaqda ilk təcrübəsi idi. Bəstəkar özü müsbət personajlar (Bəyazid, Asteriya və İdaspe) üçün ariyaları yazmış, mənfi personajların (Tamerlan, İrene və Androniko) ariyalarını isə başqa bəstəkarların əsərlərindən götürmüşdür. Ariyaların bəziləri isə Vivaldinin əvvəlki operalarında da işlədilmişdir.
Bəyazid (opera)

Bəyazid Bistami
Bəyazid Bəstami ərəb. أبو يزيد البسطامي‎ Əbu Yəzid əl-Bəstami), (fars. بایزید بسطامی‎) — IX əsrdə yaşamış sufi. == Həyatı == İranın Simnan ostanında olan Bəstam şəhərinde 804-cü ildə doğulmuşdur. Künyəsi, Əbu Yeziddir. Adı Tayfur, atasının adı Isadır. Qəbri yenə Bəstamdadır. Babası İslamiyəti sonradan qəbul etmiş olan bir Zərdüşt idi. Babasının Adam, Tayfur ve Ali isminde üç oğlu vardı. Hamısı da zöhd (zahid) həyatı yaşamağı seçmiş adamlar olaraq tanınıyorlardı.
Bəyazid Bəstami

Bəyazid Dövlət Kitabxanası
Bəyazid Dövlət Kitabxanası — (keçmiş adı:kütüphane Ümumi Osmani) Bəyazid məscidi və tarixi Çarşılar bazarı arasında, Bəyazid meydanına tərəf iki tarixi binada 1884-cü ildən tədqiqatçılar üçün xidmətə verilən kitabxanadır. Türkiyədə dövlət tərəfindən yaradılan və əmələ gəlmə şəraiti bütün detallarıyla məlum olan ilk kutabxanadır. Kitabxanada təxminən yarısı kitab olmaq üzrə cəmi bir milyona yaxın vəsait saxlanılır. Kitabların 11.120 nüsxəsi əl yazma əsərlərdən ibarətdir. 2003-cü ildə Haqqı Tarıq Us Kolleksiyasının kitabxanaya təhvil verilməsindən sonra qəzet-jurnal bölümü Türkiyənin ən əhəmiyyətli arxivi halına gəlmişdir. Qurum, Avropadakı milli kitabxanalara bənzər bir kitabxananı İstanbulda yaratmaq ideyasının nəticəsi olaraq ortaya çıxdı. Bu ideyanın reallaşmasına dövrün Maarif Naziri Mustafa Nuru Paşa, sədrəzəm Mehmed Səid Paşa və sultan II Əbdülhəmid rəhbərlik edib. Kitabxana binası kimi istifadə edilmək üçün Bəyazid məscidi kompleksi imarətinin bir hissəsinin təmir edilib istifadə edilməsinə qərar verildi. İmarətinin altı günbəzli hissəsinin (indi oxu zalı olan hissə) təmir edilib düzəldilməsi işi Məktəbi Mülkiyə binasını da inşa edən Ohannes Kalfaya həvalə edilib. II Bəyazid dövründə 1501–1506-cı illər arasında inşa edilmiş bina, 27 sentyabr 1882-ci ildə başlayan bərpa işləri nəticəsində yenilənmiş və 27 iyun 1884-cü ildə "Kütüphane-i Umum-i Osmanî" adı ilə Maarif nəzarətinə bağlı bir kitabxana olaraq xidmətə başlamışdır.
Bəyazid məscidi
Bəyazid məscidi (türk. Bayezid Camii) — Osmanlı klassik dövr memarlığının erkən dövr əsərləri arasında bir tikili.İstanbulun Bəyazid Sultan II səmtində II Bəyazid tərəfindən tikilmişdir. Memarının kim olduğu dəqiq olaraq bilinmir; Memar Hayreddin, Memar Kəmaləddin ya Yakubşah bin Sultanşah tərəfindan tikildiyinə dair məlumatlar vard. İstanbulda orijinallığını qoruyan ən qədim səlatin məscid olaraq qəbul edilir. II Bəyazidin məzarı məscidin ərazisində yerləşir.
Bəyazid qülləsi
Bəyazid qülləsi (türk. Beyazıt Kulesi) və ya Serəskər qülləsi — Osmanlı Hərbi Nazirliyi tərəfindən tikilmiş, hazırda İstanbul Universitetinin əsas kampusunun (əvvəlki Osmanlı Hərbi Nazirliyi) həyətində yerləşən 85 metr hündürlüyündə (279 ft) yanğınsöndürmə qülləsidir. Türkiyənin İstanbul şəhərində, Beyazid meydanı (Roma dövründə Forum Tauri olaraq bilinir), I Konstantinin inşa etdirdyi "yeddi təpədən" birinin üstündədir. Bəyazid qülləsinin tikilməsi Osmanlı sultanı II Mahmud (1808–1839) tərəfindən sifriş edilmişdir. 1828-ci ildə yanğında dağılmış və əvvəllər memarın qardaşı Krikor Balyan tərəfindən inşa edilən orijinal taxta Bəyazid qülləsi yerində onu daşdan tikən Sənəkərim Balyan tərəfindən dizayn edilmişdir. Hazırda hava şəraitini fərqli rənglərdə göstərmək üçün işıqlandırma sistemi ilə təchiz edilmişdir. Qırmızı rəng havanın qarlı, mavi rəng- gözəl və aydın , yaşıl rəng - yağışlı və sarı rəng isə - dumanlı olacağını bildirir. == Tarixi == Beyaziddəki ilk yanğınsöndürmə qülləsi 1749-cu ildə ağacdan tikilmiş, lakin 1756-cı ildə Cibalidə böyük yanğın əsnasında yandırılmışdır. Eyni yerdə başqa bir taxtadan qüllə tikildi ki, sultan II Mahmudun 1826-cı ildə Yeniçəri Korpusunu ləğv etmək qərarı ilə bağlı baş üsyanlardan sonra dağıdıldı. Elə həmin il saray memarı Krikor Balyan tərəfindən dizayn edilmiş və tikilən və yeniçərilərin tərəfdarları tərəfindən yenidən yandırılan ərazidə başqa bir taxta qüllə tikildi.
Bəyazid Ənsari
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. == Həyatı == Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Candaroğlu Bəyazid bəy
Candaroğlu Bəyazid bəy (v. 1385, Sinop) — 6. Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu Adil bəydir. Osmanlı mənbələrində “Kötürüm” (“Şikəst”) ləqəbiylə anılmışdır. Atasının 1362-ci ildə vəfatının ardından Qiyasəddin ünvanıyla səltənəti ələ aldı. Onun səltənəti dönəmində Qara dəniz ticarəti uğrunda Genuya və Venesiya ilə mübarizə aparılmış, Osmanlı dövlətiylə dost münasibətlər saxlanmışdır. Osmanlı sultanı I Muradın Balkanlardakı hərbi uğurları, eləcə də Gərmiyanoğullarına aid bəzi torpaqları ələ keçirməsi Bəyazid bəyi narahat etməkdə idi. Ancaq sülh tərəfdarı olan Sultan Muradın təbəəliyini qəbul etməkdən çəkinməmişdir. Bundan başqa, kürəkəni olan Amasya əmiri Əhmədlə birlikdə Osmanlılara qarşı bəzi vaxtlarda ittifaq qurmuş, Sivas hakimi Qazı Burhanəddinə qarşı kürəkəninə hərbi dəstək vermişdir.
Fatma Sultan (II Bəyazidin qızı)
Fatma Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Fatma Sultan 1468-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Fatma Sultan 1482-ci ildə sonuncu Candaroğlu bəyi Qızıl Əhməd bəyin oğlu Mirzə Mehmed Paşayla evləndi. Bu evlilikdən Mehmed bəy adlı oğlu dünyaya gələn cütlük çox keçmədən boşandılar. Mirzə Mehmed Paşa daha sonra 1509-cu ildə onun qardaşı Şahzadə Abdullahın qızı Şahnisə Sultanla evləndi. İkinci evliliyi isə 1489-cu ildə sədrəzəm Qoca Davud Paşanın oğlu Mustafa Paşa ilə baş tutsa da, paşanın 1503-cü ildə vəfatıyla dul qaldı. Ertəsi il Gözəlcə Həsən bəylə nigahlanan Fatma Sultanın bu nigahdan 3 övladı dünyaya gəldi. O, son olaraq Hızır Ağa Mehmed Paşa ilə evləndi.
Hundi Sultan (II Bəyazidin qızı)
Hundi Sultan (1464, Amasya, Osmanlı imperiyası – 1511, Bursa, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Hundi Sultan 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Hundi Sultan 1479-cu ildə Anadolu bəylərbəyi Herseqli Əhməd Paşayla evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. Əri Herseqli Əhməd Paşa atası Sultan Bəyazid və ögey qardaşı Yavuz Sultan Səlim səltənətlərində ümumilikdə 5 dəfə sədarətə gətirildi. Onun üçüncü sədarət dönəmində — 1511-ci ildə Hundi Sultan vəfat etdi. Cənazəsi Bursada Muradiyə külliyəsindəki Şahzadə Mahmud türbəsinə — anası və qardaşlarının yanına dəfn olundu. == Övladları == Sultanzadə Musa bəy Sultanzadə Mustafa bəy — 1533-cü ildə Bozox sancaqbəyi təyin edildi.
Hümaşah Sultan (II Bəyazidin qızı)
Hümaşah Sultan (1466, Amasya vilayəti – 1510, Üskub və ya Şimali Makedoniya) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Hümaşah Sultan 1466-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Amasyada keçən Hümaşah Sultan 1482-ci ildə Antalya sancaqbəyi Bali Paşayla (ö. 1494) evləndi. Toy mərasiminin ardından İstanbula çağırılan Bali Paşa vəzirliyə yüksəldi. Paşanın 1494-cü ildə vəfatıyla Hümaşah Sultan dul qaldı. Paşanın ölümüylə inşası yarım qalan Bali Paşa məscidi Hümaşah Sultanın səyləriylə 1504-cü ildə tamamlandı. == Mənbə == Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011).
II Bəyazid
II. Bəyazid və ya Sultan Bəyazid-i Vəli (Osmanlı türkcəsi: بايزيد ثاني Bəyazid-i Sani; 3 dekabr 1447, Amasya – 26 may 1512, Konstantinopol) ― Osmanlı İmperiyasının 8. padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur. Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² idi. == Şahzadəlik dönəmi == II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir. İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi. Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur.
II Bəyazidin heykəli (Ankara)
II Bəyazidin heykəli (türk. II. Bayezid heykəli) — Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və Osmanlı sultanı II Bəyazidin təsvir olunduğu heykəl. Heykəl 13 yanvar 1986-cı ildə Türk Ştandartları İnstitutu binasının qarşısında ucaldılmışdır. Müəllifi heykəltaraş Yavuz Göreydir.
I Bəyazid
I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir. == Şahzadəlik illəri == 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.96 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 4.72
2004 •••••• 1.35
2005 •••••• 1.35
2006 ••••• 1.13
2007 •• 0.42
2008 •••••••• 1.71
2009 •••••••••• 2.24
2010 •••••••••••••••• 3.72
2011 ••••••••••••••• 3.43
2012 ••••••••• 2.07
2013 •••••••••••••••••• 4.23
2014 ••••••• 1.54
2015 •••••• 1.36
2016 ••• 0.69
2017 ••• 0.65
2018 •••• 0.75
2019 ••• 0.70
2020 •••• 0.80

bəyaz sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. sif. Ağ (rəng). Bəyaz gərdəninə siyah tel düzər; Sanasan sonamdır mənim sevdiyim. M.P.Vaqif. Gülüşür pənbə, al bəyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər. H.Cavid. [Kərim kişinin] boynu, boğazının altı və bütün siması bəyaz tüklərlə örtülmüşdü. M.İbrahimov. □ Bəyaz gecə(lər) – bax ağ gecə(lər) (“ağ”da). Burda Çaykovski öz zəkasını; Verib sənətinə bəyaz gecələr; Yazdı romansını, simfoniyasını. M.Rahim. Biz artıq bəyaz gecələr davam edən şimal məntəqəsinə daxil olduq. Ə.Məmmədxanlı. 2. bax bayaz 2-ci mənada. Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara ana dilindəki şeirlərin nəfis parçaları köçürülər, əzbərlənərdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / bəyaz

bəyaz sözünün etimologiyası

bəyaz sözünün sinonimləri (yaxın mənalı sözlər)

bəyaz sözünün rus dilinə tərcüməsi

  • 1 прил. белый: 1. белого цвета. Bəyaz don белое платье, qar kimi bəyaz белый, как снег (белейший) 2. ясный, светлый. Bəyaz gecələr белые ночи

    Azərbaycanca-rusca lüğət / bəyaz

bəyaz sözünün inglis dilinə tərcüməsi

bəyaz sözünün fransız dilinə tərcüməsi

bəyaz sözünün ləzgi dilinə tərcüməsi

bəyaz sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

BƏYAZ1 ə. ağ. Bəyazi-eyn gözün ağı. BƏYAZ2 ə. şeir, dua və s. nümunələri yazılmış əlyazma kitabının bir forması.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

ağ, ağ rəng.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

«bəyaz» sözündəndir; ağ, ağappaq; balaca dini kitabça.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"bəyaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəyaz nədir? #bəyaz sözünün mənası #bəyaz nə deməkdir? #bəyaz sözünün izahı #bəyaz sözünün yazılışı #bəyaz necə yazılır? #bəyaz sözünün düzgün yazılışı #bəyaz leksik mənası #bəyaz sözünün sinonimi #bəyaz sözünün yaxın mənalı sözlər #bəyaz sözünün əks mənası #bəyaz sözünün etimologiyası #bəyaz sözünün orfoqrafiyası #bəyaz rusca #bəyaz inglisça #bəyaz fransızca #bəyaz sözünün istifadəsi #sözlük